50
Şə
rqi Asiya ölkələri üçün valyuta- bank böhranlarının
formalaşma və inkişafı baxımından aşağıdakilar ümumi ola bilər :
Region ölkələrinin qarşılıqlı asıllığı yoluxma effektinin
sürətli yayılmasına səbəb oldu
1)
Böhranın əsas detanatoru valyuta-pul bazarları kanalları
vasitasilə ötürülən tələb və təklif şokları oldu.
2)
Şərqi Asiyanın maliyyə-iqtisadi sisteminin qlobal valyuta-
maliyyə sisteminə daxil olması valyuta-maliyyə problemlərinin
multiplikasiya effektinə yol açdı və s.
BORC BÖHRANI. Maliyyə böhranının bir elementi də
borc böhranıdır. Yerli və qərbin iqtisadçı-alimləri kifayət qədər
uzun müddətdir ki, borc böhranının təbiətini ətraflı araşdırırlar.
Borc böhranı dövlətin və təsərrüfat subyektlərinin kreditorlar qar-
ş
ısında öz öhdəliklərini yerinə yetirə bilməməsidir. Bu mənada
borc böhranı bank böhranı ilə oxşar görünə bilər. Bu iki anlayış
arasında yeganə prinsipial fərq münasibətlərin subyektidir. Bank
böhranı mahiyyət etibarilə kredit böhranıdır, yəni kreditorun prob-
lemlərini öyrənir və təhlil edir, borc böhranı isə debitorun və ya
borc alanın fəaliyyətindəki qeyri-sabitliyə işarə edir.
Borc böhranı – elmi ədəbiyyatda borc böhranının birmənalı
traktovkası yoxdur. Bu elə bir vəziyyətdir ki, bu zaman borclu tə-
rəf kredit qrafikinə uyğun öz xarici borcunu ödəmək qabiliyyətində
olmur. Bir çox ölkələr daxili investisiyalaşdırma zamanı daxili re-
sursların çatışmadığına görə xarici borclanmaya müraciət edir. Bu
ə
sasən dövlət büdcəsinin maliyyələşməsi, sosial-iqtisadi islahatlar,
artıq mövcud borc öhdəlikləri zamanı meydana gələn problemdir.
Xarici borclanmanın formalaşmasında 3 əsas mənbə ayırd
etmək olar :
1)
Büdcə kəsirinin maliyyələşməsində dövlətin xarici
mənbələrdən istifadə etməsi;
2)
stehlak və investisiya məqsədli malların idxalı ilə bağlı
kreditlərin cəlbi.
R. .Xasbulatov hesab edir ki, borc böhranının kəskinləşməsi-
nin səbəblərinə aşağıdakı amilləri aid etmək mümkündür:
51
1. Borclu ölkənin xarici borclanma sferasında düzgün seçil-
məmiş siyasəti;
2. Xarici konyukturanın kifayət qədər oynaması və ən əsas
beynəlxalq bazarlarda faiz dərəcələrinin kəskin artması.
3. Bazar risklərinin dəyərləndirilməsində buraxılan səhvlər və s
28
.
Borc böhranı sənaye ölkələrində bank sistemini sarsıdan il-
kin real şəraiti yaradır. S. Fişerin fikrincə, borc böhranı 3
səbəbdən
yarana bilər:
Birincisi, borclu ölkələr öz iqtisadiyyatlarını düzgün idarə et-
mirdilər. Bunun təfsilatı və səbəbləri müxtəlifdir, lakin ümumi təc-
rübədə büdcə defisiti və milli valyutanın yüksək mübadilə kursu
kimi səbəblər öz əksini tapır. Borclu ölkələr milli valyutanın mü-
badilə kursunu yüksək səviyyəyə qaldırırdılar, nəticədə spekul-
yasiya idxalın kəskin artması şəklini aldı, xaricdən alışlar aşağı
mübadilə kursu ilə həyata keçirilirdi. Bəzi ölkələrdə bu kapitalın
xaricə axını ilə müşayiət olunurdu.
Borc böhranının ikinci səbəbi kreditor banklar tərəfindən
kreditlərin ehtiyatsız şəkildə paylanması idi. Yeni borc almaq
tələbləri yarandıqda kommersiya bankları dərin araşdırma aparmır-
dılar. Onlar borcun anormal şəkildə artan miqyasını fikir vermədən
kredit verirdilər. Bu kreditlər olmasa idi, borclu ölkələr yanlış da-
xili makroiqtisadi siyasətlərini nəticədə yaranmış böhran səviyyə-
sinə düşənədək davam etdirə bilməyəcəkdilər.
Üçüncü səbəb 80-ci illərin əvvəllərində dünya iqtisadiy-
yatının vəziyyətinin kəskin pisləşməsi idi. Faiz dərəcələri yüksəlir,
iqtisadi artım tamamilə zəifləyir, məhsulların dəyəri isə düşürdü.
Faiz dərəcələrinin qalxması borcu olanların xarici borclarını
ödəmək üçün daha yüksək faizlər ödəməli olduğunu göstərirdi
29
.
28
Хасбулатов Р.И. Мировая экономика. Москва , 1999. - II том. – 442с.
29
Фишер С. Экономика Москва 1998. – 829с.
52
nkişaf etməkdə olan ölkələrdə xüsusi bank kapitalının
sürətlə artması həmin ölkələrin xarici borc sisteminin iflasına
səbəb oldu. Məsələ burasındadır ki, müstəqillik əldə etmiş ölkələ-
rin xarici maliyəsinin ümumi həcmində xüsusi bank kreditlərinin
payının artması nəticəsində kredit şərtlərinin əhəmiyyətli dərəcədə
pisləşməsi debitorlar tərəfindən xarici borcların ödənilməsini
imkansız edirdi. Bunun nəticəsi idi ki, 80-ci illərin əvvəllərində
dünya borc sisteminin dağılması sistemi gedirdi. Lakin borc böh-
ranı şərtləri altında inkişaf etməkdə olan ölkələrin bank kreditor-
larının vəziyyəti borc alanların vəziyyətindən heç də yaxşı deyildi.
Çünki bir kredit satıcısı kimi bankların fəaliyyət göstərməsi üçün
təkcə faiz qazanmaq deyil, həm də borc məbləğinin qaytarılması
önəmlidir. nkişaf etməkdə olan ölkələrin xarici borc sisteminin
böhranı zamanı debitorlar borc məbləğinin qaytarılmasını ta-
mamilə dayandırdılar.
Beynəlxalq kreditin təhlükəli defektlərini aşkar edən ciddi
bank böhranı 1980-ci illərin əvvəlində neft qiymətlərinin partlayış-
la qalxması və neft böhranı kimi yayılmağa başladı. Neft ixrac
edən ölkələr böyük neft gəlirlərini dərhal öz iqtisadiyyatlarına ya-
tıra bilmirdilər, və nəticədə həmin gəlirlər azad kredit resursları ki-
mi yığılmağa başladı. Banklar həvəslə, bəzən də nəticəini
düşünmədən kreditlər verirdilər ki, pullar yük kimi bankda topla-
nıb qalmasın və gəlir gətirsin. Borc alanlar, əsas etibarilə, inkişaf
etməkdə olan ölkələr, əsasən Latın Amerikası ölkələri, həmçinin
Mərkəzi və Şərqi Avropanın bəzi ölkələri idilər. Onların çoxu id-
xal olunan yanacağın qiymətinin kəskin artması nəticəsində çətin
vəziyyətə düşdülər. Onların xarici borcu rekord səviyyəsinə çatdı.
Vaxt keçdikcə həmin borcu ödəmək daha da çətinləşirdi – faizləri
ödəmək və borc məbləğini qaytarmaq. Borclu ölkələr ödəniş üçün
lazımi məbləği toplamaqda çətinlik çəkirdilər, çünki inkişaf etmiş
dünya iqtisadi durğunluq dövrünü yaşayırdı və inkişaf etməkdə
olan ölkələrin məhsullarına tələb azalırdı. Bu ölkələrin iqtisadiyya-
tı tənəzzülə uğrayırdı.
Dostları ilə paylaş: |