Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə37/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   33   34   35   36   37   38   39   40   ...   55

 
112
Slovakiya,  Portuqaliya,  Meksika,  Rusiya  kimi  ölkələri  ötüb 
keçərək 33-cü yerdə qərarlaşıb.
55
 
nformasiya  texnologiyalarının  inkişafının  səviyyəsinə  görə 
Azərbaycan MDB ölkələri arasında liderlik edir: ümumdünya iqti-
sadi forumun 2009-cu ilə hazırladığı «informasiya texnologiyaları-
nın qlobal inkişafı haqqında hesabata» əsasən Azərbaycan, Ukray-
na,  Qazaxıstan,  Rusiyanı  ötüb  keçərək,  dünyanın  127  qabaqcıl 
ölkəsi arasında 67-ci yerdə qərarlaşıb.
56
 
Beləliklə, 2008-ci ilin sonu – 2009-cu ilin əvvəli üzrə dünya 
maliyyə böhranının Azərbaycana nisbətən zəif təsiri bir sıra səbəb-
lə izah olunur:  
1)  Azərbaycan  iqtisadiyyatının  özəlliyi  qlobal  maliyyə  və 
fond  bazarları  sahələrinə  nisbətən  zəif  nüfuz  etməsindədir:  xarici 
investorlar  qarşısında  məna  ifadə  edən  öhdəliklər  mövcud  deyil, 
respublikanın  sənayesi  əsasən  xarici  banklardan  iri  borclar 
götürmür. 
2) Respublikanın əsas ixrac məhsulu neft və qazdır. Bu yana-
caq faydalı qazıntıları dünya bazarında, hətta böhran şəraitində, tə-
ləbat var. Kənd təsərrüfatı məhsulları əhəmiyyətinə görə ölkə ixra-
catının ikinci kateqoriyasıdır.  
3)  Neftin  bu  müddətdə  yüksək  qiyməti  respublika  hökumə-
tinə əhəmiyyətli maliyyə vəsaitini dövlət neft fondunda toplamağa 
imkan verdi.  Bu vəsaitlərdən hökumət maliyyə  böhranı şəraitində 
iqtisadiyyatın sabitləşdirilməsi üçün istifadə edir.  
4) Azərbaycan iqtisadiyyatının əhəmiyyətli hissəsi həmçinin 
maliyyə  böhranının  az  toxunduğu  nəqliyyat  sahəsi  və  respublika-
nın tranzit potensialıdır.   
  
                                                           
55
 Коммерсантъ, 2009, 11.03, с.5. 
56
 Информационное агентство Росбалт. 14.04.2008. 


 
113
FƏS L IV. ANT BÖHRAN  DARƏETMƏ  VƏ 
MAL YYƏ SAB TL Y  S YASƏT   
 
Beynəlxalq maliyyə sisteminin möhkəmləndirilməsi məsələ-
si XX əsrin sonunda baş verən və Avropa, Asiya, həmçinin Latın 
Amerikasının bir çox ölkələrini əhatə edən növbəti maliyyə böhra-
nından sonra geniş müzakirə olunmağa başlandı. BVF-nin qiymət-
lənləndirməsinə  görə  bu  böhran  son  50  il  ərzində  baş  verən  böh-
ranlar arasında öz əhatə dairəsinə görə birinci yerdə dayanır və bu-
na  görə  də  böyük  narahatçılıq  doğurur.  Məhz  bu  səbəbdən  bank-
maliyyə  sisteminin  subyektləri  gələcəkdə  eyni  halın  təkrarlanma-
ması  üçün  beynəlxalq  valyuta  və  maliyyə  siteminin  “arxitek-
tura”sında dəyişikliklərin zəruri olması fikrini dəstəkləyirlər.  
Son illərdə dünyada baş vermiş böhranlarla bağlı hökumətlər 
bir çox  antiböhran proqramları həyata keçirtmişlər. 
 
Cədvəl 7. 
 
Antiböhran planları 
   
həcmi,  
mlrd. $ 
ÜDM-ə  
nisbəti, % 
ABŞ 
5 500 
38,7 
Avrozona 
3 285 
23,4 
Yaponiya 
577 
11,9 
Rusiya 
270 
21,7 
 
(«Arxitektura»  anlayışına  ayrı-ayrı  qurumlar,  bazarlar, 
hökümətin, müəssisələrin və ayrı-ayrı şəxslərin iqtisadi və maliyyə 
fəaliyyətini  həyata  keçirmək  üçün  istifadə  etdikləri  müxtəlif 
tədbirlər  daxildir).  BVF-nin  qiymətləndirməsinə  əsasən  möhkəm 
və  stabil  beynəlxalq  maliyyə  sisisteminin  təşkili  dünyanı  maliyyə 
böhranlarına qarşı daha dözümlü edəcək və bütün ölkələrə iqtisadi 
artım və həyat səviyyəsinin  yüksəldilməsi də daxil olmaqla vahid 


 
114
sistemin üstünlüklərindən faydalanmaq üçün imkan yaradacaq.  
Bununla yanaşı maliyyə qeyri stabilliyinin qarşısının alınma-
sı məqsədilə maliyyə resursları və alətləri kifayət etmədiyi təqdir-
də indikator siqnalları sistemindən istifadə olunur bu iqtisadiyyatın 
maliyyə sisteminin diaqnostikasında əhəmiyyətli rol oynayır. 
  Qlobal proseslər fonunda son illəri əhatə edən dünyada baş 
verən  qlobal  böhranlarla  bağlı  Mərkəzi  bankların  antiböhran 
strategiyasını da nəzərdən keçirmək əhəmiyyətli olardı: 
1.  Bank  sisteminin  təcili  xilasetmə  tədbirləri.  Bu  tədbir-
lərin  məqsədi-  bank  sistemində  panikin  qarşısını  almaq  və  milli 
bank sistemində sabitliyi təmin etməkdir. Bu tədbirlər paketinə da-
xildir: 
1.1. bankın rekapitalizasiyası; 
1.2. stabilizasiyon kredit xətti açmaq; 
1.3. fiziki şəxslərin banklarda açılan əmanətlərə tətbiq edilən 
kompensasiya həcmini bəzi hallarda 100 %-dək təminat vermək; 
1.4.  bank  balansını  problemli  aktivlərdən  təmizləmək,  əgər 
gərəkirsə problemli aktivlərə dövlət zəmznəti vermək. 
2.  Monetar  siyasət  tədbirləri-  antiinflyasionist  siyasətdən 
stimullaşdırıcı siyasətə keçid. Bu tədbirin məqsədi- iqtisadi artımı 
stimullaşdırmaq;  kredit  resurslarından  istifadəyə  geniş  imkanlar; 
deflyasiyaya imkan verməmək (inflyasiya qarşı mübarizə arxa plan 
keçir);  daxili  bazarda  stabilləşdirmə  siyasəti  (faiz  dərəcəsi 
vasitəsilə);  tədiyyə  balansının  stabilləşdirilməsi  (devalvasiya); 
iqtisadi siyasət tədbirlərinin effektivliyini artırmaq.  
Bu tədbirlərə daxildir: 
1.  Bəzi  ölkələr  inflyasiya  qorxularını  nəzərə  alaraq,  faiz 
dərəcələrini aşağı salır; 
2. Milli pul vahidinin məzənnəsini aşağı salmaq; 
3. Məcburi ehtiyyat normalarını aşağı salmaq; 
4.  Mərkəzi  Bank  tərəfindən  birbaşa  maliyyələşdirmə 
ə
məliyyatı. 
3.  Tələbi  stimullaşdırmaq  və  real  msektora  yönəlik 
tədbirlər planı. Məqsəd- daxili bazara  yönəlik fəaliyyət  göstərən 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə