Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə39/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

 
118
3) ixracın stimullaşdırılması üzrə tədbirlər;   
4)  kapitalın  axıb  getməsinin  qarşısının  alınması  üzrə  əlavə 
tədbirlərə Rusiya bankının «valyuta svopu» sövdələşməsi üzə faiz 
dərəcələrinin artırılmasını və «valyuta svopu» sövdələşmələri üzrə 
kredit  təşkilatlarına  təqdim  olunan  vəsaitlərin  limitlərinin  müəy-
yənləşdirilməsini aid etmək lazımdır; 
5)  eyni  zamanda,  milli  iqtisadiyyatlarda  inflyasiya 
meyillərinin  artmasını  nəzərə  alaraq,  ayrı-ayrı  ölkələrin  mərkəzi 
bankları (məsələn, Rusiya və Belarusun) bir sıra likvidliyi təqdim 
etmə alətləri üzrə faiz dərəcələrini artırıb, veksel və girov qoyulan 
kreditlər,  lombard  kreditləri  və  birbaşa  REPO  əməliyyatları, 
«overnaeyt» kreditləri üzrə dərəcələri daxil etməklə.  
Bundan başqa, antiböhran tədbirlər qrupuna milli səviyyədə 
kredit  təşkilatların  müflisliyinin  qarşısının  alınması  üzrə  dövlət 
dəstəyi xətti ilə aşağıdakıları aid etmək lazımdır: 
1.  subordinasiya  kreditlərini  təqdim  etmək  yolu  ilə  bank 
sisteminin  dəstəklənməsinə  dövlət  maliyyə  vəsaitlərinin  sistem 
yaradan  banklara  ayrılması,  müəssisələrə  maliyyə  yardımının 
göstərilməsi;  
2. kredit və qeyri-maliyyə təşkilatlarına 25 sentyabr 2008-ci 
ilə qədər alınan xarici kreditlərin ödənmə və xidmət göstərməsinə 
xarici valyutada kredit və istiqrazların təqdim olunması üçün RF-
də  Rusiya  Bankının  «BEB»da  50  mlrd.  dollara  qədər  məbləğdə 
depozitlərin yerləşdirilməsi; 
3. bank əməliyyatlarının yerinə yetirilməsi üzrə lisenziyaları 
geri çağırılan banklara kreditlərin verilməsi nəticəsində banklarara-
sı bazarda sövdələşmələr üzrə zərərlərin bi hissəsini kompensasiya 
etmək hüququ Mərkəzi Bank tərəfindən banklara təqdim olunması; 
4.  fiziki  şəxslərin  əmanətlərinin  sığortalanması  ilə  məşğul 
olan  ixtisaslaşmış  dövlət  qurumlarına,  maliyyə  durumunda  qeyri-
dayanıqlıq  əlamətləri  olan  bankların  nizamnamə  kapitalında 
səhm/payları  alan  investorlara  maliyyə  yardımını  göstərmək 
hüququnun təqdim olunması. 


 
119
 Birlik  ölkələrində,  o  cümlədən  Rusiyada,  bank  sektorunun 
çökməsinin  qarşısı  alınıb.  2009-cu  ilin  fevralın  sonuna  RF-nin 
ə
manətlərinin  sığortalanması  üzrə  agentliyin  idarəçiliyinə,  xüsusi 
maliyyə  sağlamlaşdırılması  proseduruna  düşən,  cəmi  20  bank 
mövcuddur. Bankların mütləq çoxluğu işləməyə qabil olaraq qalır. 
Lakin  onların  gələcək  taleyi  əsasən  maliyyə  və  iqtisadi  böhranın 
dərinləşmə dərəcəsindən asılı olaraq. 
qtisadiyyatda  likvidliyin  artması  bank  və  qeyri-maliyyə 
təşkilatlarına  kapitalın  axıb  getməsinin  müəyyən  dərəcədə 
kompensasiya  olunmasına,  xarici  borcların  ödənilməsi  və  xidmət 
göstərilməsi  probleminin  yumşaltmasına,  iqtisadiyyatın  real 
sektorunda  işgüzar  fəallığın  kəskin  enməsinə  yol  verməməyə 
imkan  verdi.  2008-ci  ilin  yanvarında  Rusiyadan  kapitalın  xalis 
axıb getməsi 400 mlrd. dollar təşkil etdiyi təqdirdə, atıq fevralda o 
dayandı.  
Durğunluq  şəraitində  birlik  ölkələrinin  mərkəzi  bankları 
tərəfindən faiz dərəcələrinin artırılması nə dərəcədə əsaslandırılıb? 
Bu  müəyyən  mənada  inkişaf  etmiş  ölkələrin  mərkəzi  banklarının 
tədbirləri ilə ziddiyyat təşkil edir.   
Bununla  əlaqədar  aşağıdakıları  nəzərdə  tutmaq  lazımdır. 
Birincisi,  Yaponiya  və  ABŞ-da  defisit  (kəsir)  təhlükəsi  tamamilə 
real olduğu təqdirdə, Rusiya və birliyin bir sıra digər dövlətlərində 
bazarları  formalaşan  ölkələr  kimi  yenidən  maliyyələşmənin 
alətlərinin  bir  qədər  bahalaşması  tamamilə  izah  olunandı,  çünki 
inflyasiya ənənəvi yüksəkdir və ikirəqəmli ədədlərlə təzahür edilir. 
Rusiyada,  misal  üçün,  2008-ci  ildə  inflyasiyanın  templəri 
13,3% təşkil etdi və təkcə 2009-cu ilin  yanvar-fevralında istehlak 
qiymətləri 3,6% artdı.  
  
 


 
120
4.2. AZƏRBAYCANDA  TƏTB Q OLUNAN ANT BÖHRAN 
S YASƏT N NƏT CƏLƏR   
 
Qlobal  maliyyə  böhranının  təsiri  Azərbaycan  maliyyə  siste-
minə daha çox psixoloji xarakterli olmuş və maliyyə institutlarını 
inkişaf strategiyalarını yenidən nəzərdən keçirməyə sövq etmişdir. 
Ə
lverişsiz  xarici  mühitə  baxmayaraq  Azərbaycan  bank  sistemi 
reallaşan risklərə davamlılıq nümayiş etmişdir. 
2008-ci  ildə  Azərbaycanın  maliyyə  sektoru  tərəfindən 
görülən  bir  sıra  adekvat  tədbirlər  Milli  Bankın  pul  siyasətinin 
yumşaldılması,  faiz  dərəcələrinin  bir  neçə  dəfə  aşağı  salınması, 
məzənnə  siyasətində  dəyişkənliyi  sabitliyin  təmin  edilməsinə 
yönəldilməsi  və  ehtiyat  tələblərinin  faizlərinin  aşağı  salınması 
nəticəsində  ümumilikdə  bankların  vəziyyətinin  sabitləşməsinə, 
likvidliyinin dayanıqlığına gətirib çıxartmışdır. 
2009-cu  ildə,  xüsusən  ilin  əvvəllərində  dünya  iqtisadiyya-
tında  tənəzzul  meylləri  artmış,  əmtəə  bazarlarında  qiymətlər,  ma-
liyyə bazarlarında aparıcı indekslər aşağı düşmuşdur.  
Bu  şəraitdə  bir  cox  ölkələrdə  pul  siyasəti  əhəmiyyətli 
yumşaldılmış,  dövlət  xərcləri  və  büdcə  kəsirləri  artırılmış,  eyni 
zamanda maliyyə sistemi üzərində nəzarət gücləndirilmişdir. 
Qlobal  böhran  Azərbaycana  da  müəyyən  təsir  göstərmiş  və 
milli  iqtisadiyyat  bir  sıra  risklər  ilə  uzləşmişdir.  Qlobal  böhranın 
ölkəyə  təsiri  əsasən  neftin  və  digər  qeyri-neft  ixrac  məhsullarının 
qiymətinin aşağı düşməsi, bank sisteminə xarici kredit axınlarının 
kəskin  məhdudlaşması,  xaricdən  pul  baratlarının  azalması 
vasitəsilə özunu  göstərmişdir. Butövlukdə, məcmu tələbin demək 
olar  ki,  bütün  xarici  maliyyələşmə  mənbələrində  azalma  baş 
vermişdir.  
Qlobal  böhran  milli  iqtisadiyyatda,  xüsusilə  valyuta  ba-
zarında  və  bank  sektorunda  mənfi  gözləntilər  yaratmışdır. 
Nəticədə ölkə iqtisadiyyatı aşağıdakı risklərlə üzləşmişdir: 
1.
  makroiqtisadi  sabitliyin  pozulması  (milli  valyutanın 
devalvasiyası və inflyasiyanın yuksəlməsi); 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə