Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə42/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

 
127
iqtisadi  və  sosial  inkişaf  konsepsiyasına  uyğun  olaraq  hazırlanan 
yeni  büdcə  layihəsində  dünya  iqtisadiyyatında  növbəti  illərdə 
gözlənilən meyillər də nəzərə alınıb. 
Ötən  il  ərzində  Azərbaycan  Qiymətli  Kağızlar  üzrə  Dövlət 
Komitəsinin  də  (QKDK)  yenidən  təşkilatlanmasının  normativ-
hüquqi  bazasının  təmin  edilməsi  ilə  yanaşı,  qiymətli  kağızlar 
bazarı  sahəsində  qanunvericiliyin  təkmilləşdirilməsi,  bu  sahədə 
mövcud qanunvericilikdə yaranmış boşluqların aradan qaldırılması 
və  onun  qabaqcıl  beynəlxalq  standartlara  uyğunlaşdırılması 
məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.  
Azərbaycanda  sığortalanan  əmanətlərin  məbləği  6  min 
manatdan  30  min  manatadək  artırılıb.  Bu  da  öz  növbəsində 
ə
manətçilərin  banklara  inamının  daha  da  güclənməsinə  təkan 
verib. Görülən bu tədbir nəticəsində banklara maliyyə vəsaitlərinin 
cəlb  edilməsilə  bağlı  durumu  daha  da  yaxşılaşdırıb.  Bununla 
ə
laqədar "Standard & Poor's" agentliyi qeyd edir: "Regionun bəzi 
digər  ölkələrinin  bank  sistemlərindən  fərqli  olaraq  Azərbaycanın 
bank sistemi dünya böhranı başlandıqdan sonra yaranan çaxnaşma 
ilə  əlaqədar  xeyli  həcmdə  əmanətlərin  götürülməsindən  qaça 
bilib".  
"Standard & Poor's" agentliyi Azərbaycanda bankların ciddi 
problemlərlə  üzləşməməsi  üçün  hökumət  tərəfindən  də  zəruri 
tədbirlərin görüldüyünü və bunun lazımi müsbət nəticələr verdiyini 
bildirir.  Məsələn,  qeyd  olunur  ki,  2009-cu  ilin  yanvarından  bank 
sektorunun  təkrar  kapitallaşmasının  stimullaşdırılması  məqsədilə 
mənfəət vergisinə güzəşt tətbiq edilir. 
Ümumiyyətlə, 2012-ci ilə qədər bank sektoru mənfəət vergi-
sindən azad edilib ki, bu da həm onların kapitallaşmasına, həm də 
böhran  şəraitində  maliyyə  problemi  ilə  üzləşməməsinə  münbit 
şə
rait yaradır.  
 2008-ci ildə və 2009-cu ilin əvvəlində xarici banklar Azər-
baycanın bank bazarına çox fəal şəkildə, o cümlədən nümayəndə-
liklərin  açılması  ilə,  əsasən  "Vneştorqbank",  "Kommerzbank"  və 
"Citigroup Inc"la daxil olublar". Yaradılan münbit şərait nəticəsin-


 
128
də 2005-ci ildən sonrakı dövr ərzində ölkədə xarici iştiraklı bank-
ların ümumi payı iki dəfə artaraq 30 faizi ötüb.  
Beləliklə, aydın olur ki, qlobal iqtisadi böhran şəraitində di-
gər  sahələrdə  olduğu  kimi,  Azərbaycanın  maliyyə  sektorunda  da 
vəziyyət müsbətdir və dinamik inkişaf tempi qorunub saxlanır. Bu 
isə öz növbəsində digər sahələrdə inkişaf tendensiyasının qorunub 
saxlanmasına  münbit  təsir  göstərir.  Çünki  görülən  tədbirlər 
nəticəsində  bank  sektorunun  böhrana  dayanıqlığı  öz  növbəsində 
kreditləşmə  səviyyəsini  qoruyub  saxlayır  ki,  bu  da  fəaliyyətində 
kredit  mühüm  məqam  kimi  çıxış  edən  sahələrdə  yaranan 
problemlərin qarşısını alır. Bütün bunlar qarşıdakı dövr ərzində də 
qlobal  böhranın  Azərbaycana  təsirinin  minimal  həddə  qalmasını 
şə
rtləndirir.  
MDB  məkanında  isə  böhrandan  daha  çox  zərər  görəcək 
ölkələr  sırasına  Rusiya,  Gürcüstan,  Qırğızıstan,  Tacikistan, 
Qazaxıstan  və  Ermənistan  da  daxil  edilir.  MDB  ölkələri  arasında 
Azərbaycanda  böhranın  təsirləri  o  qədər  də  böyük  deyil  və  biz 
bunu Azərbaycanın maliyyə bazarında ehtiyatlı mövqe tutması ilə 
ə
laqələndirik.  
Ə
lbəttə ki, Azərbaycanın maliyyə imkanlarının artması ölkə-
də  bir  çox  aparcı  sahələrin,  xüsusən  də  sahibkarlığın  inkişafında 
mühüm rol oynayır və bu sahədə dövlət tərəfindən görülən tədbir-
lər bəhrələrini verir. Dövlət tərəfindən sahibkarlara verilən güzəştli 
kreditlər  isə  bu  sahədə  dinamik  inkişafı  əhəmiyyətli  dərəcədə  sti-
mullaşdırmaqdadır.  Məhz  bu  səbəbdən  dövlət  tərəfindən  verilən 
belə kreditlərin həcmi artırılmaqdadır.  
Belə  ki,  ötən  ilə  qədər  sahibkarlara  hər  il  80  milyon  manat 
məbləğində  güzəştli  kreditlər  verilirdi.  Bu  il  kreditlərin  məbləği 
130 milyon manat təşkil edir.  
Azərbaycan üçün qlobal böhran şəraitində cəlbedici digər bir 
məqam isə qiymətli kağızlar, o cümlədən istiqraz bazarının inkişafı 
ilə əlaqədardır. Bilindiyi kimi, dünyanı çulğamış maliyyə böhranı-
nın əsası elə qiymətli kağızların dəyərdən düşməsilə başlanıb. Nə-
ticədə qlobal maliyyə böhranı istiqrazların qiymətinin kəskin azal-


 
129
masına və bütün dünyada istiqraz böhranına gətirib çıxarıb. Lakin 
bu  hal  Azərbaycan  təcrübəsində  özünü  doğrultmadı.  Bunun  ən 
bariz  nümunəsi  isə  Azərbaycan  poteka  Fondunun  istiqrazlarında 
özünü göstərdi.  
Xatırladaq  ki,  iyunun  16-da  2009  –  ci  ildə  ilk  dəfə  olaraq 
Bakı  Fond  Birjasında  (BFB)  poteka  Fondunun  istiqrazlarının 
yerləşdirilməsinə  başlanılıb.  Hərraca  15  milyon  manat  həcmində 
adlı,  faizli  istiqraz  çıxarılıb.  Bir  istiqrazın  nominal  satış  qiyməti 
1000 manat təşkil edib.  llik gəlirliyi 3 faiz olan istiqrazlar 7 illiyə 
buraxılıb və onların son ödəmə tarixi 2016-cı ilin mayına qədərdir.  
Bununla  belə,  Azərbaycan  qlobal  iqtisadi  böhrandan  ən  az 
zərər  çəkmiş  ölkələrdən  biridir.  Bütün  bunlar  ölkə  hökuməti 
tərəfindən  vaxtında  və  savadlı  şəkildə  həyata  keçirilmiş  və  ətraflı 
düşünülmüş  tədbirlər  nəticəsində  əldə  edilmişdir  ki,  bunu  da 
aşağıda gözdən keçirəcəyik. 
 
Pul Siyasəti alətlərinin dərəcələri üzrə qəbul edilmiş qərarlar 
Bütün  yuxarıda  göstərilən  tədbirlər  nəticəsində  Azərbay-
canın  maliyyə  sektoru  beynəlxalq  reytinq  təşkilatları  tərəfindən 
müsbət  qiymətləndirilir.  Artıq  bir  neçə  müddətdir  Azərbaycanda 
kreditlərin  idarə  olunması  üzrə  xarici  və  yerli  valyutada  reytinqi 
Böyük  Britaniyanın  F TÇ  Reytinq  Agentliyi  tərəfindən  “BB”sə-
viyyəsində  sabit  qiymətləndirilir.  Digər  beynəlxalq  maliyyə 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə