Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə41/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

 
124
5. Sosial öhdəliklərin dəstəklənməsi. 
62
 
6.  Sənaye  müəssisələrinin  daxili  bazara  istiqamətləndiril-
məsi
63
.  
7.  Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi.
64
  2009-cu  ildə 
ölkənin özünü bütün strateji ərzaq məhsulları ilə tam təmin etməsi 
xətti 
götürüləcəkdir. 
Buna 
müvafiq 
olaraq, 
fermerlərə 
subsidiyaların verilməsi, gübrə alınması və güzəştli şərtlərlə onlara 
verilməsi davam etdiriləcəkdir.  
Beləliklə,  xüsüsi  qeyd  etmək  gərəkir  ki,  Azərbaycanda 
səmərəli antiböhran idarəçiliyini həyata keçirməyə imkan verən ən 
önəmli  amil  ev  idarələri  və  işgüzar  dairələr  tərəfindən  ölkə  pre-
zidentinə  olan inam və güvən  sistemidir. 
Bütün bunları nəzərə alaraq, Yanvarın 16-da 2009 – cu ildə 
Prezident  lham  Əliyev  Nazirlər  Kabinetinin  iclasında  dünyada 
gedən  iqtisadi  proseslər  kontekstində  Azərbaycan  iqtisadiyyatın-
dakı vəziyyəti təhlil etmiş və dünyada gedən maliyyə böhranını nə-
zərə  alaraq  hansı  qərarların  qəbul  edilməsi  ilə  bağlı  mövqeyini 
açıqlamışdır.  Bu,  dövlət  başçısı  səviyyəsində  dünyadakı  iqtisadi 
böhrana reaksiya verən və ondan çıxış yolunu bütövlükdə göstərən 
ilk  açıqlama  idi.  lk  dəfə  idi  ki,  rəsmi  olaraq  qlobal  iqtisadi 
                                                           
62
  sitat  :  Sosial  problemlərin  həlli,  ümumiyyətlə,  ölkənin  inkişaf  imkanlarını 
göstərir.  Azərbaycanda  bu  sahəyə  daim  böyük  diqqət  göstərilmişdir  və  əlbəttə 
ki, bizim artan  maddi imkanlarımız  sosial  məsələlərin  həllinə çox  müsbət təsir 
etmişdir.  Azərbaycanda  bu  istiqamətdə  görülmüş  işlər  onu  göstərir  ki,  sosial 
məsələlər, sözün əsl mənasında, bizim üçün prioritetdir. 
63
 sitat : “Azərbaycanın təcrübəsi və apardığımız siyasət onu göstərir ki, biz öz 
maliyyə imkanlarımızdan ən düzgün, ən ağıllı şəkildə istifadə etdik. O maliyyə 
resursları  investisiyalara  qoyuldu,  iqtisadiyyatın  real  sektoruna  qoyuldu, 
energetika,  qazlaşdırma,  nəqliyyat,  səhiyyə  və  təhsilə,  humanitar  sahəyə 
qoyuldu”. 
64
  sitat  :  “Bu  gün  Azərbaycanda  istehlak  olunan  məhsulların  tam  əksəriyyəti, 
yəni qida məhsullarının tam əksəriyyəti yerli istehsaldır. Bu böyük nailiyyətdir, 
həm  ölkədə  biznesin,  sahibkarlığın  inkişafına,  regionların  inkişafına  böyük 
xidmət göstərir, eyni zamanda, biz ərzaq təhlükəsizliyimizi təmin edə bilmişik”. 


 
125
böhrana  reaksiyanı  nəzərdə  tutan  "antiböhran  tədbirlər  paketi" 
ortaya qoyuldu
65
.  
Respublikamızın  maliyyə  təhlükəsizliyinin  təmini  baxı-
mından  beynəlxalq  fond  birjalarında,  qiymətli  kağızlar  bazarında 
fəal  iştiraka  haqlı  olaraq  ehtiyatlı  yanaşması  maliyyə  böhranının 
respublikamıza  təsirini  zəiflədən  əsas  amillər  sırasındadır.  Dövlət 
başçısı  lham  Əliyev  Azərbaycanın  qlobal  böhrandan  az  ziyan 
çəkməsinin  səbəblərinə  toxunarkən,  haqlı  olaraq,  respublikamızın 
milli  maraqlara  əsaslanan  iqtisadi  siyasət  yetirdiyini  xüsusi  önə 
çəkir:  "Bəzi  hallarda  Azərbaycanda  maliyyə  sektorundakı 
müəyyən  konservativ  meyillər  beynəlxalq  maliyyə  qurumları  tər-
ə
findən tənqid edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki, inteqrasiya 
meyillərinə  daha  da  sürətlə  qoşulaq,  beynəlxalq  ticarət  qurum-
larına  inteqrasiya  edək.  Ancaq  bizim  mövqeyimiz  bütün 
zamanlarda  çox  ehtiyatlı  idi.  Çünki  Azərbaycan  iqtisadiyyatı 
özünü  təmin  edən  iqtisadiyyatdır.  Bəzi  başqa  ölkələr  kimi,  biz 
xarici yardımlardan asılı deyilik. Ona görə biz beynəlxalq iqtisadi 
ə
məkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq".  
Antiböhran  tədbirləri  sırasında  2009-cu  ildə  “Mərkəzi  Bank 
haqqında”  qanuna  edilən  dəyişikliklər  mühüm  rol  oynayıb. 
Qanuna dəyişikliklər və əlavələr Mərkəzi bankların statusuna dair 
son  qlobal  meylləri  özündə  əks  etdirib.  Mərkəzi  Bank  banklara 
daha uzun müddətə və müxtəlif valyutalarda kreditlər, o cümlədən 
subordinasiya  kreditləri  vermək  imkanı  əldə  edib.  Mərkəzi  Bank 
başlıca  makroiqtisadi  tendensiyaları  və  real  sektorda  fəaliyyət 
göstərən  müəssisələrin  mikroiqtisadi  monitorinqinin  nəticələrini 
nəzərə  alaraq  uçot  dərəcəsini  ötən  ilin  sonlarından  bəri  15%-dən 
2%-ə, məcburi ehtiyat normalarını isə 12%-dən 0,5%-ə endirib. 
Ümumilikdə,  dolayı  və  birbaşa  alətlər  hesabına  Mərkəzi 
Bank  2008-ci  ilin  oktyabrından  iqtisadiyyatı  təqribən  1,8  mlrd. 
manatlıq  likvidliklə  təmin  edib.  Bu  likvidlik  dəstəyi  bank  sistemi 
ilə  yanaşı  sistem  əhəmiyyətli  real  sektor  müəssisələrini,  o 
                                                           
65
 Geniş bax: Azerbaycan. 17.01.2009  


 
126
cümlədən  Azərbaycan  Dövlət  Neft  Şirkəti,  “Azəralüminium” 
ASC-ni  əhatə  edib,  bu  şəraitdə  cari  ilin  ilk  11  ayında  ölkədə 
iqtisadi artım davam edərək 9% təşkil edib.  
Eyni  zamanda  Mərkəzi  Bank  real  sektorun  dəstəklənməsi 
məqsədilə  dövlət  zəmanəti  əsasında  bankları  kreditləşdirmək  hü-
ququna malikdir. 2009-cu ildə Mərkəzi Bank başlıca makroiqtisadi 
tendensiyaları  nəzərə  alaraq  uçot  dərəcəsini  il  ərzində  3  dəfə 
dəyişərək  8%-dən  2%-ə,  faiz  dəhlizinin  yuxarı  həddini  isə  13%-
dən  7%-ə  endirmişdir. l  ərzində  Mərkəzi  Bank  tərəfindən 
likvidliyin verilməsi əməliyyatları aktivləşdirilmiş, likvidliyin cəlb 
olunması  alətləri  isə  məhdudlaşdırılmışdır.  Məcburi  ehtiyat 
normaları  6%-dən  0,5%-ə  salınmışdır.  Məcburi  ehtiyat 
normalarının  ortalama  müddəti  həm  manat,  həm  də  xarici 
valyutada depozitlər üzrə 1 ay olmuşdur.  
Manatın  sabit  məzənnəsi  əsasında  Mərkəzi  Bankın  iq-
tisadiyyata  birbaşa  yardım  paketi  Ümumi  Daxili  Məhsulun  5%-i 
səviyyəsində  olmuşdur.  Antiböhran  proqramının  həyata  keçi-
rilməsi  pul  kütləsinin  azalmasının  qarşısı  alınmış,  bankların 
maliyyə  dayanıqlığını  və  iqtisadi  aktivliyini  qorumuş,  sistem 
ə
həmiyyətli  iri  müəssisələrin  istehsal-  investisiya  fəaliyyətinə 
zəruri dəstəyi təmin etmişdir. 
Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, di-
gər  tərəfdən  əvvəlki  illərdən  yaradılmış  möhkəm  maliyyə-iqtisadi 
potensial  hesabına  ölkə  iqtisadiyyatının  dayanıqlığı  qorunub 
saxlanılıb,  onun  mənfi  xarici  təsirlərə  müqavimət  qabiliyyəti 
sınaqdan uğurla çıxıb.  
Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının 
2010-cu  il  dövlət  büdcəsi  haqqında"  Azərbaycan  Respublikasının 
Qanunu  da  qlobal  böhran  şəraitində  respublikamızın  qarşıya 
qoyduğu  məqsədlərə  doğru  inamla  irəliləyən  dövlətlər  sırasında 
olduğunu  təsdiqləyir.  Maliyyə  böhranı  şəraitində  inkişaf  etmiş 
dövlətlərin iqtisadiyyatında inkişaf tempinin zəifləməsinə rəğmən, 
Azərbaycanda  artım  meyillərinin  nəzərə  çarpması  büdcə 
gəlirlərinin  tam  formalaşmasına  imkan  yaradır.  Respublikamızın 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə