Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə38/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

 
115
sahələri  dəstəkləmək,  bununlada  əmək  bazarında  məşğulluğu 
təmin etməkdir. Bu tədbirlər paketinə daxildir: 
1.  ayrı–ayrı  sahələrə  dəstək  (məsələn,  Rusiyada  avtomobil 
sektoruna dəstək proqramı); 
2.  vergi  dərəcələrini  azaltmaq  (istər  birbaşa,  istərsə  də, 
dolayı yolla); 
3. kiçik və orta biznesə dəstək; 
4. xüsusi büdcə fondu təsis etmək; 
5.  dövlət  tərəfindən  açılacaq  kredit  xəttinin  həcminin 
genişləndirilməsi. 
4.  əhalinin  neqativ  və  ya  olumsuz  gözləmələrinə  qarşı 
tədbirlər.  Məqsəd-  əhalinin  banklara  olan  güvənc  və  etimadını 
artırmaq  və  əmanətləri  stimullaşdırmaq.  Bu  tədbirlər  paketinə 
daxildir: 
1. əmanət sığorta həcmində artım qərarları; 
2. iş yerlərini itirənlərə yardım paketi; 
3. biznes strukturları ilə iş yerlərinin bağlanmaması haqqında 
sözləşmə; 
4. təhsilə yönəlik investisiya xərclərinin həcmini artırmaq. 
 Təcrübə  göstərir  ki,  böhrandan  çıxış  yolunun  ən  optimal 
yolu  mütləq  qaydada  “iqtisadi  və  institutsional  islahatları”  həyata 
keçirməkdir.  
Antiböhran  tədbirləri  paketinin    hamısında  dövlətlərin  özəl 
biznesə  -  böyük  və  kiçik  ölçülü  korporasiyaların,  bank  və 
ş
irkətlərin  fəaliyyətinə    prinsipcə  daha  çox  dolaylı  müdaxilə  və 
tövsiyə xarakterli məsələri nəzərdə tutur.  
     ABŞ-da    maliyyə  sektoruna  struktur  yenilənməsinə  sərf 
etdiyi  birbaşa  maliyyə  məsrəfləri  ÜDM-un  38,7  %-ni  təşkil  edir. 
Bu proqramda  maliyyə sektoru iqtisadiyyatın yüksəldilməsi üçün 
ə
sas lokomotiv  hesab edilir. Maliyyə sektorunda etimad və güvən 
sistemi bərpa edildikdən sonra iqtisadiyyatın digər başqa  sahələri 
də inkişaf müşahidə ediləcəyi nəzərdə tutulur.  
Fransız    antiböhran  siyasətinin  mahiyyəti  istehsal  sektoru-
nun, ilk növbədə, yüksək texnologiyalar sektorunun, eləcə də vergi 


 
116
və  kredit  güzəştləri  formasında  istehlakçıların  dəstəklənməsindən 
ibarətdir. Son zamanlar burada da hökumət tərəfindən görülən təd-
birlərin  aşkarlığına  və  açıq  olmasına  üstünlük  verilir.  Dövlət  ilk 
növbədə real sektora  yardım etməyi nəzərdə tutur, ancaq bununla 
yanaşı iş adamları  böhrandan çıxış üçün dəqiq biznes planı, isteh-
salın  strukturunun  dəyişdirilməsi  və  səmərəsinin  artırılması  planı 
müvzusunda  hökümətə  elmi  tutumlu  proqram  təqdim  etməlidir. 
Bundan  başqa,  hökümət  fransız  şirkətlərinin  xarici  sərmayəli 
quruluşlar  tərəfindən  alınma  təhlükəsinə  yönəlik  əlavə  tədbirlər 
hazırlamaqdadır.  Bankları  qurtarma  əməliyyatı  planı  çərçivəsində 
onlara dəstək məqsədilə 320 mlr. Avro məbləğində maliyyə vəsaiti 
ayrılmışdır. 
Böyük  Britaniyada  dövlət  bütün  riskləri  öz  üzərinə  götürə-
rək, müflisləşənləri sadəcə olaraq milliləşdirir. Nəzərdə tutulur ki, 
dövlət  bu  halda  da  iqtisadi  məqsədəuyğunluq  prinsipindən  çıxış 
edəcək, bu və ya digər istehsalın, maliyyə strukturunun sadəcə no-
minal olaraq saxlanmasını deyil, həm də onun səmərəsinin artırıl-
masını öz qarşısına məqsəd qoyur.  
 
 
4.1. MDB ÖLKƏLƏR NDƏ DÜNYA MAL YYƏ 
BÖHRANININ NƏT CƏLƏR N N 
NEYTRALLAŞDIRILMASI ÜZRƏ TƏDB RLƏ
 
Dünya  maliyyə  böhranı  Müstəqil  Dövlətlər  Birliyi  ölkələri-
nin iqtisadiyyatına kumulyativ mənfi təsir göstərir. Başlanmış iqti-
sadi  enmə,  praktiki  bütün  makroiqtisadi  göstəricilərin  kəskin  pis-
ləşməsi və kapitalın birlik ölkələrindən kütləvi xaricə axıb getməsi 
onların  beynəlxalq  kapital  bazarlarında  xarici  maliyyələşmə  qay-
naqlarına çıxışının kəskin azalması ilə müşayiət olunur.  Beləliklə, 
Birlik  ölkələrinin  monetar  orqanları  əsasən  korrelyasiya  edilən,  la-
kin bəzən öz aralarında münaqişə yaradan antiböhran siyasətinin ey-
ni zamanda ən azı üç məsələsinin həllinin zəruriliyi ilə qarşılaşır: 


 
117
1)  iqtisadiyyatda  likvidliyi  artırmaq  və  maliyyə  bank  siste-
minin möhkəmləndirilməsi üzrə tədbirlərin qəbul olunması yolu ilə 
istehsalın  enməsi  və  bank  sektorunun  dayanıqlığının  zəifləməsinə 
müqavimət göstərmək; 
2) kapitalın xaricə axıb getməsinin qarşısının alınması və ix-
racın, o cümlədən məzənnə siyasətinin tədbirləri ilə stimullaşdırıl-
ması; 
3)  inflyasiyanın  artmasının  qarşısının  alınması,  o  cümlədən 
faiz dərəcələri siyasətinin köməyi ilə.  
MDB-yə üzv dövlətlərin antiböhran siyasətinin tədbirlərinin 
üç səviyyəsini ayırmaq olar: 
1. ayrı-ayrı dövlətlər səviyyəsində qəbul olunan tədbirlər.  
2. regional birlilər çərçivəsində, o cümlədən MDB üzv olan 
ölkələrin  müvafiq  komisiyaları  işlənib  hazırlanan  və  həyata 
keçirilən tədbirlər. 
3.  beynəlxalq  maliyyə  arxitekturasının  islah  edilmə  məsələ-
ləri üzrə, dünya valyuta sisteminin yenidən qurmaqla və, regional 
birliklər iştirakçılarının mövqelərinin razılaşdırılması.  
MDB  ölkələrində  monetar  və  maliyyə  sahəsində  antiböhran 
tədbirləri kimi ümumi şəkildə aşağıdakıları qeyd etmək olar: 
1) kredit təşkilatlarının likvidliyinin artırılması üzrə tədbirlər 
məcburi  ehtiyatların  normativlərinin  azaldılması,  bankların 
yenidən  maliyyələşmə  alətlərinə  çıxışının  artırılması,  o  cümlədən 
bankların  kreditlə  təmin  olmada  istifadə  edilən  qiymətli  kağızlar 
üzrə mərkəzi bankların lombard siyahısının genişləndirilməsi hesa-
bına;  bankların  yenidən  maliyyələşməsinin  yeni  alətlərinin  istifa-
dəsi,  bank  depozitlərinə  büdcə  vəsaitlərinin  yerləşdirilməsinə 
limitlərin artırılması və s. yolu ilə həyata keçirilir; 
2) bank və maliyyə sektorunun dayanıqlığının möhkəmləndi-
rilməsi üzrə tədbirlər kredit təşkilatların şəffaflığı və hesabat ver-
məli olmasına tələblərin artmasını, investor və istehlak xidmətləri-
nin qorunması məqsədilə milli maliyyə bazarlarında göz qoyma və 
nəzarətin  möhkəmləndirilməsini,  dələduzluq  və  sui-istifadələr  ilə 
bağlı maliyyə risklərinin qarşısının alınmasını nəzərdə tutur; 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə