56
baxmayaraq, dünya istehsalının müasir texnologiyası, digər
tərəfdən dünya ölkələrinin sosial-iqtisadi strukturu ətraf mü-
hitin qorunub saxlanılması və ekoloji durumun yaxşılaşdırıl-
masına təminat verilir.
Bununla yanaşı bəşəriyyət qarşısında əhalinin sürətlə art-
ması və istehsalın sürətli inkişafı prosesində ətraf mühitin
mühafizəsi kimi vacib həyatı məsələ durur. Belə qlobal
məsələləri müsbət həll etmək yalnız bütün dövlətlərin birgə
əməkdaşlığı sayəsində mümkündür.
Energetika – İnsan tərəfindən təbiətin dəyişdirilməsi pro-
sesində vacib amildir. İnsanlar tərəfindən yaradılmış enerji
potensialı kosmik fəzanın öyrənilməsinin texnologiyasını
həyata keçirməyə imkan verir. Buna baxmayaraq energetika
məlum üstünlüklərlə yanaşı, ətraf mühitə mənfi təsir də gös-
tərir. Başqa sözlə desək energetika – enerji ehtiyatları, müx-
təlif enerji növlərinin hasilatını, dəyişməsini, ötürülməsini
və istifadəsini əhatə edən xalq təsərrüfatı sahəsidir. Biosferin
çirklənməsi növlərinin 80%-ə qədərini enerji prosesləri, o
cümlədən yanacağın hazırlanması və istifadəsi təşkil edir.
Son 40-50 ildə dünyada hər bir insanın istifadə etdiyi
enerjinin miqdarı iki dəfədən çox, neft isə üç dəfə yarım art-
mışdır. Bunun nəticəsi isə dünyada duru yanacaq ehtiyatının
hiss olunacaq dərəcədə tükənməsidir.
Enerji istehsalının iki tipi var: 1. Bioloji enerji istehsalı
(antoprogen). 2-ci tipin bir neçə forması mövcuddur: istilik
energetikası, hidroenergetika, atom energetikası, ənənəvi ol-
mayan enerji növləri (günəş, termal, dalğa və qabarma,
tullantı üzvi maddələrin enerjisi və s.). Bunların hamısının
ilk mənbəyi günəş enerjisidir.
Enerji ehtiyatlarının müxtəlif növlərinin təsnifatı onların
geniş öyrənilməsi üçün vacib şərtdir.
57
6.1.1. Enerji ehtiyatlarından istifadənin balanslı inki-
şafda yeri. İstilik enerji xammalları Qlobal enerji strategi-
yası və problemlər, əhalinin sayının artması, cəmiyyətin
ayrı-ayrı təbəqələri arasında əmlak fərqlərinin yüksəlməsi,
ərzaq və su çatışmazlığı, sağlamlığın və səhiyyənin vəziyyə-
ti, şəhərlərdə əlverişsiz hava, iqlim dəyişməsi, nüvə silahının
yayılması və s. kimi ümumdünya məsələləri ilə qarşılıqlı
əlaqədədir.
İstilik enerjisini texniki tərəqqinin əsasını, xalq təsərrüfa-
tının inkişaf tempini təşkil etməsini söyləyirlər.
Yer üzərində enerjidən istifadə durmadan artır və müx-
təlif hesablamalara əsasən 2000-ci ildə 16-24 trilyon kVt/s
olmuşdur. Yeni enerji mənbələrinin perspektiv istifadəsinin
və enerjinin gələcək inkişafının təbii mühitə təsiri müxtəlif
enerji ehtiyatlarının qiymətləndirilməsi ilə təyin olunur.
Ən sadə qiymətlərə əsasən əsas yanacaq – enerjisinin əsa-
sını təşkil edən potensial ehtiyatının cəmi-kömür və başqa
bərk yanacaq növləri, maye karbohidrogen və təbii qaz və s.
ehtiyatlarıdır.
Bir-birindən fərqlənən mineral yanacaqların müxtəlif qiy-
mətlərinin cəm potensialı götürüldükdə əsas rol yenə də
kömürə verilir. Öz ehtiyatlarına görə kömür neftdən 20-30
dəfə, təbii qazdan 30-50 dəfə üstündür. Mineral enerjilər
içərisində kömürün payı potensial cəmdən 72% təşkil edir.
İnsanlar öz yaşadıqları dövrdə 80-85 milyard ton enerji
istifadə etmişdir. Bu rəqəmin yarısı son 25-30- ildə istifadə
olunub.
Məlumatlara əsasən 2000-ci ilə kimi 76,2 milyard ton
neft, 99,7 milyard ton təbii qaz və 70,4 milyard ton uran
xammalı istifadə olunub.
Keçmiş SSR istilik enerjisi alınmasının əsasını qoyan
58
ölkələrdən olmuşdur. İstilik energetikasının əsasını İstilik
Elektrik Stansiyaları (İES) təşkil edir. Bu stansiyalarda
enerjinin 70%-ə yaxını istehsal olunur. Ona görə də bu sahə
ətraf mühitə və ekoloji vəziyyətə mənfi təsir mənasında bi-
rinci yerdədir. 500-dən çox qüvvətli istilik elektrik stansi-
yaları və elektrik mərkəzləri gecə-gündüz işləyərək, milyon
ton üzvi maddə yandırırlar. Onların payına təqribən sənaye
müəssisələrindən atmosferə atılan zəhərli tullantıların ¼-i
düşür. Atılan zəhərli tullantıların yarıya qədərini kükürd-
dioksidinin payına, üçdə biri – azot oksidinin, 1/4- isə uçan
külün payına düşür.
Yanacaq kimi adətən kömür və şist istifadə olunur. Həm-
çinin, neftayırma zamanı neftdən – benzin, ağ neft və başqa
yüngül fraksiyalar ayrıldıqdan sonra qalıq məhsul kimi – qaz
və mazutdan istifadə olunur.
Bərk yanacaq yandırılan zaman atmosferdə yanmağa
macal tapmamış uçan kül hissəcikləri, kükürd anhidridi, bəzi
ftor birləşmələri, həmçinin, tam yanmamış yanacağın bəzi
qazvari məhsulları daxil olurlar.
Bəşəriyyət tərəfindən yaradılmış enerji potensialı həm
sənayeni, həm də kosmosu fəth etməyi təmin edir. Lakin
energetika insanları məlum olan bütün ümumi xeyirlərlə ya-
naşı, həm də ətraf mühitə mənfi təzahürlər də mövcuddur.
Biosferin bütün çirklənməsinin 80%-ə yaxını enerji proses-
ləri vasitəsilə, o cümlədən hasilat, istehsalat və yanacaq kimi
istifadəsilə baş verir.
İstilik elektrik stansiyalarının tullantı sularında vanadium,
nikel, ftor, fenol və neft məhsulları olur. Onlar su hövzə-
lərinə axıdıldıqda suyun keyfiyyətinə və su orqanizmlərinə
zərərli təsir göstərə bilər. Suyun istiliyi də su hövzəsinə
mənfi təsir göstərməklə, orada çoxlu dəyişikliklər əmələ
59
gətirir. İES-lər enerjini qızmış buxarın köməyi ilə hərəkətə
gətirilən trubinin köməyilə alırlar. Trubin işləyərkən işlən-
miş buxar su vasitəsilə soyudulur. Ona görə də İES-lərdən
fasiləsiz, 8-12
0
C qədər qızmış su hövzəyə daxil olur.
6.1.2. Hidroenergetikanın ekoloji səmərəliliyi. Su elekt-
rik stansiyalarından alınan enerji ətraf mühitə ziyan vurmur.
Hidravlik elektrik stansiyalar çayın enerjisini istifadə edir.
Üzvi yanacaqla işləyən elektrik stansiyalarına nisbətən su
elektrik stansiyaları ekoloji nöqteyi-nəzərdən daha təmiz he-
sab olunur. Lakin su elektrik stansiyaları o vaxt ekoloji cə-
hətdən təmiz olur ki, layihədə onun tikilməsində lazımi tə-
biəti mühafizə tədbirləri nəzərə alınmış olsun, yəni balıqla-
rın qorunması, su altında torpağın qalması, su sızmasının və
başqa mənfi halların qarşısı alınmış olsun. Suyun yüksəkdən
tökülməsini təmin etmək üçün ən çətin və ən bahalı olan
bənd tikilməlidir. Su yuxarı səviyyədən ya truba borular və
ya da bəndin özülündə yaradılan kanal vasitəsilə aşağı
axaraq böyük sürət yaradır və hidrotrubinlərin pərlərini hə-
rəkətə gətirir. Suyun yüksək şırnağı ilə trubin fırlanaraq ge-
netik enerji yaradır, sonra isə hidroenerji alınır. Hidroenerji
bərpa olunan enerji növünə daxildir. Yanacaq enerjisinə
nisbətən o demək olar ki, tükənməzdir. Bir çox su elektrik
stansiyalarının yaradılması torpaq ehtiyatlarının su altında
qalmasına səbəb olur. Bu vaxta qədər dünyada 350 min km
2
-
dan çox ərazi su altında qalıb. Buraya kənd təsərrüfatına
yararlı olan torpaq sahəsi də aiddir. Bəndlər balıqların
yolunu kəsir (kürütökmə), bir çox yerlərdə onlara tərkibində
çoxlu biogen element olan çirkab sular atılır. Su elektrik
stansiyalarının yaradılması hətta bəzi seysmik rayonlarda da
zəlzələ yarada bilər. Lakin su elektrik stansiyasının işi ilə
əlaqədar göstərilən neqativ, onun istehsal etdiyi ətraf mühit
Dostları ilə paylaş: |