Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

56 
baxmayaraq, dünya istehsalının müasir texnologiyası, digər 
tərəfdən dünya ölkələrinin sosial-iqtisadi strukturu ətraf mü-
hitin qorunub saxlanılması və ekoloji durumun yaxşılaşdırıl-
masına təminat verilir. 
Bununla yanaşı bəşəriyyət qarşısında əhalinin sürətlə art-
ması  və istehsalın sürətli inkişafı prosesində  ətraf mühitin 
mühafizəsi kimi vacib həyatı  məsələ durur. Belə qlobal 
məsələləri müsbət həll etmək yalnız bütün dövlətlərin birgə 
əməkdaşlığı sayəsində mümkündür. 
Energetika – İnsan tərəfindən təbiətin dəyişdirilməsi pro-
sesində vacib amildir. İnsanlar tərəfindən yaradılmış enerji 
potensialı kosmik fəzanın öyrənilməsinin texnologiyasını 
həyata keçirməyə imkan verir. Buna baxmayaraq energetika 
məlum üstünlüklərlə yanaşı, ətraf mühitə mənfi təsir də gös-
tərir. Başqa sözlə desək energetika – enerji ehtiyatları, müx-
təlif enerji növlərinin hasilatını, dəyişməsini, ötürülməsini 
və istifadəsini əhatə edən xalq təsərrüfatı sahəsidir. Biosferin 
çirklənməsi növlərinin 80%-ə  qədərini enerji prosesləri, o 
cümlədən yanacağın hazırlanması və istifadəsi təşkil edir. 
Son 40-50 ildə dünyada hər bir insanın istifadə etdiyi 
enerjinin miqdarı iki dəfədən çox, neft isə üç dəfə yarım art-
mışdır. Bunun nəticəsi isə dünyada duru yanacaq ehtiyatının 
hiss olunacaq dərəcədə tükənməsidir. 
Enerji istehsalının iki tipi var: 1. Bioloji enerji istehsalı 
(antoprogen). 2-ci tipin bir neçə forması mövcuddur: istilik 
energetikası, hidroenergetika, atom energetikası, ənənəvi ol-
mayan enerji növləri (günəş, termal, dalğa və qabarma
tullantı üzvi maddələrin enerjisi və s.). Bunların hamısının 
ilk mənbəyi günəş enerjisidir. 
Enerji ehtiyatlarının müxtəlif növlərinin təsnifatı onların 
geniş öyrənilməsi üçün vacib şərtdir.  


57 
6.1.1. Enerji ehtiyatlarından istifadənin balanslı inki-
şafda yeri. İstilik enerji xammalları Qlobal enerji strategi-
yası  və problemlər,  əhalinin sayının artması, cəmiyyətin 
ayrı-ayrı  təbəqələri arasında  əmlak fərqlərinin yüksəlməsi, 
ərzaq və su çatışmazlığı, sağlamlığın və səhiyyənin vəziyyə-
ti, şəhərlərdə əlverişsiz hava, iqlim dəyişməsi, nüvə silahının 
yayılması  və s. kimi ümumdünya məsələləri ilə qarşılıqlı 
əlaqədədir. 
İstilik enerjisini texniki tərəqqinin əsasını, xalq təsərrüfa-
tının inkişaf tempini təşkil etməsini söyləyirlər. 
Yer üzərində enerjidən istifadə durmadan artır və müx-
təlif hesablamalara əsasən 2000-ci ildə 16-24 trilyon kVt/s 
olmuşdur. Yeni enerji mənbələrinin perspektiv istifadəsinin 
və enerjinin gələcək inkişafının təbii mühitə  təsiri müxtəlif 
enerji ehtiyatlarının qiymətləndirilməsi ilə təyin olunur. 
Ən sadə qiymətlərə əsasən əsas yanacaq – enerjisinin əsa-
sını  təşkil edən potensial ehtiyatının cəmi-kömür və başqa 
bərk yanacaq növləri, maye karbohidrogen və təbii qaz və s. 
ehtiyatlarıdır. 
Bir-birindən fərqlənən mineral yanacaqların müxtəlif qiy-
mətlərinin cəm potensialı götürüldükdə  əsas rol yenə  də 
kömürə verilir. Öz ehtiyatlarına görə kömür neftdən 20-30 
dəfə, təbii qazdan 30-50 dəfə üstündür. Mineral enerjilər 
içərisində kömürün payı potensial cəmdən 72% təşkil edir. 
İnsanlar öz yaşadıqları dövrdə 80-85 milyard ton enerji 
istifadə etmişdir. Bu rəqəmin yarısı son 25-30- ildə istifadə 
olunub. 
Məlumatlara  əsasən 2000-ci ilə kimi 76,2 milyard ton 
neft, 99,7 milyard ton təbii qaz və 70,4 milyard ton uran 
xammalı istifadə olunub. 
Keçmiş SSR istilik enerjisi alınmasının  əsasını qoyan 


58 
ölkələrdən olmuşdur.  İstilik energetikasının  əsasını  İstilik 
Elektrik Stansiyaları  (İES) təşkil edir. Bu stansiyalarda 
enerjinin 70%-ə yaxını istehsal olunur. Ona görə də bu sahə 
ətraf mühitə və ekoloji vəziyyətə mənfi təsir mənasında bi-
rinci yerdədir. 500-dən çox qüvvətli istilik elektrik stansi-
yaları və elektrik mərkəzləri gecə-gündüz işləyərək, milyon 
ton üzvi maddə yandırırlar. Onların payına təqribən sənaye 
müəssisələrindən atmosferə atılan zəhərli tullantıların ¼-i 
düşür. Atılan zəhərli tullantıların yarıya qədərini kükürd-
dioksidinin payına, üçdə biri – azot oksidinin, 1/4- isə uçan 
külün payına düşür.  
Yanacaq kimi adətən kömür və şist istifadə olunur. Həm-
çinin, neftayırma zamanı neftdən – benzin, ağ neft və başqa 
yüngül fraksiyalar ayrıldıqdan sonra qalıq məhsul kimi – qaz 
və mazutdan istifadə olunur. 
Bərk yanacaq yandırılan zaman atmosferdə yanmağa 
macal tapmamış uçan kül hissəcikləri, kükürd anhidridi, bəzi 
ftor birləşmələri, həmçinin, tam yanmamış yanacağın bəzi 
qazvari məhsulları daxil olurlar. 
Bəşəriyyət tərəfindən yaradılmış enerji potensialı  həm 
sənayeni, həm də kosmosu fəth etməyi təmin edir. Lakin 
energetika insanları məlum olan bütün ümumi xeyirlərlə ya-
naşı, həm də  ətraf mühitə  mənfi təzahürlər də mövcuddur. 
Biosferin bütün çirklənməsinin 80%-ə yaxını enerji proses-
ləri vasitəsilə, o cümlədən hasilat, istehsalat və yanacaq kimi 
istifadəsilə baş verir.  
İstilik elektrik stansiyalarının tullantı sularında vanadium, 
nikel, ftor, fenol və neft məhsulları olur. Onlar su hövzə-
lərinə axıdıldıqda suyun keyfiyyətinə  və su orqanizmlərinə 
zərərli təsir göstərə bilər. Suyun istiliyi də su hövzəsinə 
mənfi təsir göstərməklə, orada çoxlu dəyişikliklər  əmələ 


59 
gətirir.  İES-lər enerjini qızmış buxarın köməyi ilə  hərəkətə 
gətirilən trubinin köməyilə alırlar. Trubin işləyərkən işlən-
miş buxar su vasitəsilə soyudulur. Ona görə  də  İES-lərdən 
fasiləsiz, 8-12
0
 C qədər qızmış su hövzəyə daxil olur.  
6.1.2. Hidroenergetikanın ekoloji səmərəliliyi. Su elekt-
rik stansiyalarından alınan enerji ətraf mühitə ziyan vurmur. 
Hidravlik elektrik stansiyalar çayın enerjisini istifadə edir. 
Üzvi yanacaqla işləyən elektrik stansiyalarına nisbətən su 
elektrik stansiyaları ekoloji nöqteyi-nəzərdən daha təmiz he-
sab olunur. Lakin su elektrik stansiyaları o vaxt ekoloji cə-
hətdən təmiz olur ki, layihədə onun tikilməsində lazımi tə-
biəti mühafizə tədbirləri nəzərə alınmış olsun, yəni balıqla-
rın qorunması, su altında torpağın qalması, su sızmasının və 
başqa mənfi halların qarşısı alınmış olsun. Suyun yüksəkdən 
tökülməsini təmin etmək üçün ən çətin və  ən bahalı olan 
bənd tikilməlidir. Su yuxarı səviyyədən ya truba borular və 
ya da bəndin özülündə yaradılan kanal vasitəsilə  aşağı 
axaraq böyük sürət yaradır və hidrotrubinlərin pərlərini hə-
rəkətə gətirir. Suyun yüksək şırnağı ilə trubin fırlanaraq ge-
netik enerji yaradır, sonra isə hidroenerji alınır. Hidroenerji 
bərpa olunan enerji növünə daxildir. Yanacaq enerjisinə 
nisbətən o demək olar ki, tükənməzdir. Bir çox su elektrik 
stansiyalarının yaradılması torpaq ehtiyatlarının su altında 
qalmasına səbəb olur. Bu vaxta qədər dünyada 350 min km
2
-
dan çox ərazi su altında qalıb. Buraya kənd təsərrüfatına 
yararlı  olan  torpaq  sahəsi də aiddir. Bəndlər balıqların 
yolunu kəsir (kürütökmə), bir çox yerlərdə onlara tərkibində 
çoxlu biogen element olan çirkab sular atılır. Su elektrik 
stansiyalarının yaradılması hətta bəzi seysmik rayonlarda da 
zəlzələ yarada bilər. Lakin su elektrik stansiyasının işi ilə 
əlaqədar göstərilən neqativ, onun istehsal etdiyi ətraf mühit 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə