Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

89 
M.P.Balayevə görə Azərbaycanda aridləşmə, səhralaşma 
aqroekoloji balansın pozulması, bioloji müxtəlifliyin itiril-
məsi torpaqların deqradasiyaya uğraması, dağlıq  ərazilərdə 
ekosistemlərin  şiddətli eroziyası prosesində özünü göstərir 
(cədvəl 8.1). 
 
Cədvəl 8.1. 
Yer kürəsində səhralaşma – deqradasiyaya  
məruz qalmış torpaq sahələri 
(səhralaşma konsepsiyasının məlumatı. T.Mayko, 1992) 
 
№ Torpaq 
sahələri Milyon 
hektarla 
Quraq torpaqların 
çəminə görə, %-lə 
1  Deqradasiya olan suvarılan 
torpaqlar 
43 0,8 
2  Deqradasiya olan dəmiyə 
torpaqlar  
216 4,1 
3 Deqradasiya 
olmuş otlaqlar 
757 
14,6 
4  İnsanların təsərrüfat 
fəaliyyətilə deqradasiya 
olunmuş 
1016 19,5 
5 Bitki 
örtüyü 
deqradasiya 
olmuş torpaqlar 
2576 50,0 
6  Tam deqradasiya olmuş 
quraq torpaqlar 
3592 69,5 
7 Deqradasiyalaşmış torpaqlar 
1580 
30,5 
8 Ekstra 
quraq 
torpaqlar 
9172 
100,0 
 
Cədvəl 8.1-də Yer kürəsində deqredasiyaya uğramış torpaqların 
(T.Maykonun, 1992-ci il məlumatlarına  əsasən) sahələri verilir. 
Deqredasiyaya uğramış torpaq sahələri milyon hektarlar, həmçinin 
quraq torpaqların cəminə görə %-lə verilir. Cədvəldən göründüyü 
kimi deqredasiyaya uğramış suvarılan torpaqların 43 min. ha 
olması, dəmyə torpaqlarının isə 216 mln. ha olması göstərilir. 
 
 


90 
Son 40-45 ildə xüsusi ilə də 1980-2010-cu illərdə plane-
timizin bir sıra və semi arid vilayətlərində aridləşmə prose-
sinin xeyli güclənməsi nəticəsində səhra və yarımsəhraların 
sahəsinin genişlənməsi müşahidə edilir ki, bu da həmin əra-
zilərin bioloji məhsuldarlığının azalmasına və ya tamamilə 
məhv olmasına səbəb olur. Elmi ədəbiyyatlarda bu prosesi 
səhralaşma adlandırırlar. İlk dəfə səhrlaşama problemi dün-
ya ictimaiyyətini 1968-1973-cü illərdə Böyük səhrada baş 
verən faciəli hadisələrdən sonra cəlb etməyə başlamışdır.  
Məlumdur ki, Azərbaycan Respublikası dünyanın az tor-
paq ehtiyatlarına malik olan dövlətlərdəndir və burada əha-
linin orta sıxlığı (92 nəfər) ümumi dünya göstəricilərindən 
(43 nəfər) yüksəkdir. Ölkənin mövcud ərazilərinin 48%-i 
kənd təsərrüfatı istehsalına cəlb edilmişdir. Bu göstərici əha-
lisi sıx olan ölkələrdə, o cümlədən, yüksək iqtisadi inkişafa 
malik olan Qərbi Avropada 50%-dən artıqdır. Ona görə  də 
Azərbaycan Respublikası kimi ölkələrdə  səhralaşma – tor-
paqların deqradasiyasının qarşısının alınması çox ciddi ak-
tual ekoloji problemlərdəndir. Səhralaşma – torpaqların deq-
radasiyasına qarşı mübarizə  tədbirləri hazırlamaq üçün ilk 
növbədə həmin ərazilərin təhlükəsizlik cəhətdən qiymətlən-
dirilməsi və xəritələşdirilməsi vacibdir.  
Üçüncü dövrün sonundan Yer üzərində buzlaşma ilə 
növbələşərək mütəmadi olaraq iqlim zonallığı seçilirdi və 
buzlaşmanın xeyli azalmasından sonrakı 10-20 min illikdə 
arid zonalar və geniş səhralar formalaşmışlar. Hazırda şimal 
və  cənub yarımkurələrindən arid zonalar Yer kürəsinin 
ekvatorunun hər iki tərəfindən rütubətli – meşələr zonasını 
əhatə edir. Yer kürəsində arid zonaların sərhədləri və eni çox 
dəyişkəndir,  əyri-üyrüdür, amma ümumiyyətlə 50
0
-20
0
 – 
şimal və cənub enliklərinin çərçivəsindən çıxmayaraq Afri-
kada, Cənubi Amerikada, Cənubi Hindistanda və Avstraliya-


91 
nın şimalında ekvatora yaxınlaşır. 
XXI  əsrin başlanğıcında dünyada bir gün ərzində  səh-
ralaşma və  şorlaşma nəticəsində 10 minlərlə hektar torpaq 
sahəsi öz münbitliyini və təsərrüfat əhəmiyyətini itirir, 28 min 
hektar, son məlumatlara görə isə 50 min hektar (yeni salınan 
meşə sahələrindən 10 dəfə çox) dünyanın  ən qiymətli təbii 
sistemlərindən biri sayılan və planetimizin «ağ ciyəri» 
adlandırılan tropik meşə sahəsi məhv olur, 40 mindən artıq 
uşaq ölür. Təkcə bizim respublikamızda rəsmi məlumatlara 
əsasən 40,8% torpaq külək və su eroziyasına məruz qalıb və 
kənd təsərrüfatı üçün yararsız hala düşüb. 
Səhralaşma eyni zamanda sosial-iqtisadi və  təbii proses 
olmaqla təqribən 3,6 mlrd. hektar torpaq sahəsini təhlükə 
altında saxlamaqla, 700 mln.-dan çox insanın yaşadığı 
əraziləri  əhatə edir. Bu Avropanın  ərazisindən üç dəfə 
çoxdur və ya Yer kürəsi sahəsinin dörddə biri qədərdir. 
Daha təhlükəli vəziyyət Afrikanın sahel zonasında (Seneqal, 
Nigeriya, Burkino Foso, Mali və b.) keçici bioiqlim zona-
sında (400 km-ə qədər enində), şimalda Saxara və cənubda 
Savannalar arasında yaranmışdır. Səhralaşma prosesi dünya-
nın 1 mlrd.-dan çox əhalisi olan 110 ölkəsini əhatə etmişdir. 
Səhralaşma Afrikada xüsusilə böyük ərazilər tutur. Məs. 
Böyük Səhranın ərazisi hal-hazırda cənuba doğru 1 km/ildə 
sürətlə artır. Dünyada səhraların ümumi artımı 50 min km
2
/il 
təşkil edir. Məs. 1968-1973-cü illərdə baş vermiş quraqlıq 
Böyük Səhra ilə Seneqal və Yuxarı Nigerin çay hövzələrini 
əhatə etmiş, 250 min nəfərdən çox insan və ey heyvanlarının 
70%-i suyun çatışmazlığı nəticəsində məhv olmuşdur.  
Saheldə kritik vəziyyətin yaranması əsasən iki amilin təsi-
rilə baş verir: 1) sürətlə artan əhalinin  ərzaq məhsulları ilə 
təmin etmək məqsədilə insanın təbii ekosistemlərə  təsirinin 
artması  və s. 2) meteoroloji dəyişikliklərin (uzun müddətli 


92 
quraqlıq) olması ilə. Mal-qaranın ardıcıl otarılması otlaqlar-
da artıq təzyiqin olmasına səbəb our. Səhralaşmaya həm də 
ot örtüyünün kütləvi yandırılması, xüsusilə yağış dövründən 
sonra, intensiv şumlanma, qrunt suyunun səviyyəsinin aşağı 
düşməsi və s. şərait yaradır. 
Məhv edilmiş bitki örtüyü və torpağın çox xırdalanması 
torpağın üst qatının intensiv sovrulmasına (defliyasiya) şə-
rait yaradır. 
BMT-nin məlumatlarına görə, hər il dünya meşələrinin 25 
milyon hektar sahəsi qırılıb məhv edilir.  
Meşələrin qırılması biosferin davamlılığının və atmosfer-
də oksigenin azalmasına, quraqlığın, torpaq eroziyasının, 
defliyasiyasının və sürüşmələrin əmələ gəlməsinə, səhralaş-
manın sürətlənməsinə, su daşqınlarına, güclü selə, qasırqa-
lara, torpağın və suyun eroziyasına, iqlimin və relyefin kəs-
kin dəyişilməsinə və s. səbəb olur. 
Müasir xəritə materiallarına əsasən mütləq səhralar quru-
nun 8-10%-ni təşkil edirlər. 
Bu və ya digər dərəcədə  səhralaşmaya məruz qalmış 
ümumi ərazi isə (mütləq səhralarla birlikdə) materiklərin 36-
40%-ni təşkil edir. 70-75 ölkədə quraqlaşma hadisələri rast 
gəlinir. Səhra və  səhra çöl ərazilərin 50%-ni hərəkət edən 
dyun və barxanlardan ibarət qumlu səhralıq təşkil edir. 
Planetin kontinentlərində səhra və səhralaşan ərazilər qeyri-
bərabər paylanmışlar. 
Avstraliyada yer səthinin ≈  80%-i 
Afrikada yer səthinin ≈  50%-i 
Asiyada yer səthinin ≈  45%-i 
Cənubi və Şimali Amerika və Avropada ≈  20-30%-i. 
Aridləşmə  və  səhralaşma probleminin kəskinləşməsinə 
səbəb həm də 30-40 yoxsul və ekoloji cəhətdən zəif inkişaf 
etmiş ölkələrin səhra, quru savanna, quraq çöl və yarımçöl 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə