Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

73 
olmuşdur. 2010-cu il aprelin 10-da Meksika körfəzində 
«neft vulkanını» açan insanlar, planetdə dünya iqliminin 
kardiostimulyatorunu məhv etmiş oldular. Bu məhv olmanın 
əsas səbəbkarı okeanın dibindən fontan vuran neft və 
neftçıxaran şirkət olan BP-nin Meksika körfəzinin çirklənmə 
prosesindən qurtarmaq üçün istifadə etdiyi Çorexit maddəsi 
göstərilir. Qarışıq dispergent Corexit ilk dəfə 1989-cu ildə 
Exxon Valdez tankerinin fəlakətə  uğramasının nəticələrini 
aradan qaldırmaq üçün istifadə edilmişdir. 
Bu zaman okeana 260 min ton neft axmışdır. Bu BP and 
Exxon  şirkəti ilə bağlı olan «Nalco Holdinq Gompany» 
şirkəti tərəfindən istehsal olunan qüvvətli həlledicidir. Suda 
yaranan neft ləkələrinin həll olunması üçün istifadə olunan 
bu maddənin forması  və onun xüsusiyyətləri tam gizli 
saxlanılır. Amma bəzi ekspertlər belə hesab edirlər ki, bu 
maddə canlı orqanizmlər üçün neftin özündən də dörd dəfə 
məhvedicidir. Rəsmi məlumatlara görə Meksika körfəzində 
2 mln. qallon (təqribən 3,7 mln. litrə qədər) Corexit istifadə 
olunmuşdur. Eyni vaxtda, bəzi ekoloqlar bu rəqəmin xeyli 
azaldıldığını göstərirlər.  İngiltərədə  və  bəzi Avropa ölkələ-
rində Corexitdən istifadə olunması qadağan olunmuşdur. 
Buna baxmayaraq BP şirkəti Corexiti təklif edərkən ABŞ 
hökuməti onun istifadəsinə etiraz etməmişdir. Görünür in-
sanlar arasında yayılmış  həyəcanı  və  təhlükəni az da olsa 
neytrallaşdırmaq naminə ABŞ hökuməti buna etiraz etmə-
mişdir. Vəziyyətin daha da pisləşdiyini görən hökumət BP-
nin rəhbərliyini cərimə etmişdir. Nəticədə BP şirkəti heç bir 
çətinliksiz öz bankından külli miqdar vəsait götürərək cəri-
mə vermiş və bununla da canını məsuliyyətdən qurtarmışdır. 
Heç kəs şəxsən cəzalandırılmamışdır. İnsanlar pul vəsaiti ilə 
sakitləşdirildilər. Amma təbiətə dəyən ziyan bəşəriyyətə çox 


74 
acı nətiəcələr verə bilər. Partlayış nəticəsində okeana tökül-
müş milyon tonlarla (barel) neft və neft ləkələrini 
çökdürmək üçün istifadə olunmuş Corexit birlikdə Qolfstrim 
cərəyanının pozulmasına səbəb olmuşdur. Neft və kimyəvi 
pereparatlar Meksika körfəzinin suyunun temperaturunu
yapışqanlığını  və duzluluğunu pozmuş  və milyon illərlə 
mövcud olmuş cərəyanı dayandırmışdır. 
İnsan cəmiyyətinə  fəlakətin nəticələrini neytrallaşdırma-
ğın yolları məlum deyil. Dispergentlərin istifadəsi qəza əra-
zisinə  dəymiş ziyanın miqyasını qismən gizlətməyə imkan 
vermişdir. Körfəzin bir hissəsini neft pərdəsindən təmizlə-
mək mümkün olmamışdır. Bir çox ekspertlərin fikrincə 
Meksika körfəzində neftin sızması və daha doğrusu axması 
davam edir ki, ona görə  də Qolfstrim cərəyanının özünü 
bərpası günü-gündən zəifləyir. 
Yer kürəsinin  əsas isti (ilıq) cərəyanının yox olması, 
alimlərin,  əsasən C.Zanqarinin fikrincə artıq keçən 2012-ci 
ilin yayında iqlim anomaliyalarının yaranmasına səbəb 
olmuşdur: belə ki, Avropada və Çində daşqınlara, Rusiya və 
Asiyada quraqlığa və şaxtalara səbəb olmuşdur. 
Gələcəkdə bu bütün planetdə fəsillərin qarışmasına və də-
yişməsinə, məhsuldarlığın azalmasına, kütləvi miqrasiyaya 
gətirib çıxara bilər. Amma ən dəhşətli odur ki, istənilən vaxt 
yeni buzlaşma dövrü başlana bilər. Rus qəzeti rus və ame-
rikan alimlərinin Meksika körfəzinə neftin axması  nəticə-
sində  fəlakətin baş verməsi haqdakı fikirlərini işıqlandırır. 
Akad. A.Kontoroviç ümid edir ki, ilk vaxtlar C.Zanqarinin 
məlumatları, o cümlədən, elm aləmində geniş müzakirə ol-
ması da bir neçə ay sonra Qolfstrimin təhlükəsi dünya in-
ternetlərində  və  mətbuatda, xüsusilə  təkzib olunmaz müla-
hizələrlə çap olunacaq. 


75 
Əgər Zanqarinin fikirləri doğru olsa, onda yaxın illərdə 
Qolfstrimin dayanmasının nəticələrini bütün dünya hiss 
edəcək. Hətta Kanada parlamenti fövqəladə  vəziyyətdə 
Kanada ərazisi yaxınlığında real vəziyyəti qiymətləndirmək 
məqsədilə komissiya yaratmışdır. Komissiyaya Şimali Ame-
rikada tanınmış alim-okeonoloq Ronal Rabbit başçılıq edir. 
Komissiya tədqiqat nəticəsində iki nəticəyə gəlmişdir: 
Birincisi: doktor C.Zanqarinin fikirləri tam təsdiqlən-
mişdir: keçmiş Qolfstrim zonasında suyun heç bir dəyişməsi 
müşahidə olunmamışdır. 
İkincisi: keçmiş Qolfstrim zonasından 800 milə  qədər 
şərqdə başqa bir qüvvətli cərəyan yaranmışdır. 
Görünür Qolfstrim öz fəaliyyətini tam dayandırmamışdır, 
lakin ola bilər ki, istiqamətini dəyişmişdir.  Əgər hətta 
belədirsə, iqlimdə baş verəcək qlobal dəyişiklikdən qaçmaq 
mümkün olmayacaq. 
Qərbdə çoxdan hesablanmışdır ki, əgər Qolfstrim həmi-
şəlik yox olarsa Avropada orta illik temperatur, ardıcıl 
olaraq bir neçə il ərzində 9
0
C aşağı düşə bilər. Bu da sözsüz 
ki, Fransa və ya İspaniyanı Yakutiyaya bənzədə bilər. 
Çoxları  əmindir ki, vəziyyət artıq həyəcanlı senariyə 
yaxınlaşır. Simptomlar bunlardır. Keçən qış Almaniyada 10 
sm-lik stabil qar örtüyü uzun müddət qalmışdır ki, bu hal 
çox onilliklər baş verməmişdir. Bununla yanaşı, bu yerlər 
üçün qeyri-adi, hətta gecələr minus -20
0
C-yə çatan şaxtalar 
olmuşdur. 2010-cu ilin dekabrında son 100 ildə qüvvətli 
şaxta Britaniyanı bürümüşdür. Görünməmiş şaxtalar tez-tez 
London təyyarə limanlarını bağlamalı olmuşdur. Keçən qışın 
da Moskvada baş vermiş buzlu qış yağışları da buna 
misaldır. 


76 
 
 
Şəkil. 7.1. İstixana effektinin yaranmasının sxemi 
 
2-ci  şəkildə istixana effektinin yaranmasının sxemi 
verilir. 
Alimlər qlobal soyuqlaşmaya səbəb kimi həm də 2011-ci 
ildə Astraxanda son 130 ildə ən soyuq ayı – 44
0
C, Anapa və 
Mahaçqalada – 34
0
 olmasını, həmçinin, Qolfstrim cərəyanı-
nın soyuması, istiqamətini dəyişməsini, cərəyanın Kanada 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə