Microsoft Word maya book 2013 A5 son


Şəkil 7.5. «Katrina» qasırğası (ABŞ)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

82 
 
 
Şəkil 7.5. «Katrina» qasırğası (ABŞ) 
 
 
 
 
Şəkil 7.6. «Katrina» qasırğası (ABŞ) 
 


83 
Başqa bir fırtına «Çarli» 2004-cü ildə ABŞ-ın Florida 
ştatında, Kubada və Yamaykada baş vermiş, nəticədə 19,2 
min insan ölmüş, 150 mindən artıq insan telefon rabitəsin-
dən məhrum olmuşlar, itgi 11 milyard dollar olmuşdur. 
Bütün yuxarıda göstərilənlər bir daha göstərir ki, XX, 
XXI  əsrlərdə bu cür təbii fəlakətlər insanlara vulkan və 
zəlzələlərdən çox ziyan vurmuş  və hazırda bəşəriyyətin 
qlobal ekoloji fəlakətlərindən birinə çevrilmişdir. 
 
 
7.2. Ozon qatı və iqlim dəyişilmələri 
 
Ozon təbəqəsi – Yer kürəsini günəşin məhvedici radia-
siyasından qoruyur. Yer kürəsində olan bütün canlıları ultra-
bənövşəyi  şüalanmadan qoruyan ozon qatının qorunması 
dünya ölkələri üçün birinci dərəcəli problemlərdən sayılır. 
Beynəlxalq ozon qatının mühafizəsinin devizi belədir: 
«Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru». 
Yer üzərində  həyat, min illərlə, atmosferdəki mühafizə 
qatı sayəsində qorunur. Ozondan ibarət olan bu qat Yeri 
Günəşin zərərli ultrabənövşəyi  şüalarından mühafizə edir. 
Bu planetimizin nadir xüsusiyyətidir. Bu mühafizə qatının 
dağıldığı hallarda Günəşin ultrabənövşəyi şüalanması Yerin 
səthindəki həyatın böyük hissəsini məhv edir.  
İqlimin keçmişdə  dəyişkənlikləri yaxın onilliklərdə  və  əsr 
üçün riyazi model hazırlayarkən nəzərə alınır. Amma real 
şəraitlə müqaisədə riyazi modellər lazımınca dəqiq olmurlar, 
çünki bu halda bütün amilləri nəzərə almaq çətindir. Belə ki, 
alimlər tərəfindən Antraktidanın üzərində, statosferin üst 
hissəsində günəşin ültrabənövşəyi  şüalarının filtrdən keçirən 
ozon qatında «dəlik» aşkar edilmişdir, baxmayaraq ki, freon-
ların ozon qatının tükənməsinə  təsir modellərinin elektron 
hesablama maşınları  tərəfindən yoxlanılması belə «dəliyin» 
olmasını proqnozlaşdırmamışdır. Məlum olmuşdur ki, model-


84 
lərdə atmosferin yuxarı qatlarında üzən və ozon parçalan-
masına  şərait yaradan çox xırda buz kristalları  nəzərə alın-
mamışdır. Riyazi modelə bu yeni fiziki amil daxil edildikdən 
sonra Antarktida üzərində ozon «dəliyi» müşahidə edilmişdir. 
Belə ki, Milli Aeronavtika xidməti Agentliyinin (MAXA) 
1998-ci ilin yazında apardıqları  tədqiqatlara  əsasən,  şimal 
yarımkürəsində 1969-cu ildən 1985-cı ilə kimi ozonun miqdarı 
3% azalmışdır. Tibbi məlumatlara  əsasən isə ozonun 1% 
azalması hər il 6% insanın dərisinin xərçəng xəstəliyinə tutul-
masına səbəb ola bilər. Freonun bir molekulu on minlərlə ozon 
molekulunu parçalaya bilər. Deməli modellərin mükəmməl-
ləşməsi yalnız daha geniş məlumatlara əsaslanmalıdır.  
Ozon nədir?  Ozon tərkibində 3 ədəd oksigen atomu olan 
qazdır. Günəşin ultrabənövşəyi  şüaları oksigen molekullarını 
atomlara parçalayır ki, bunlar da sonradan digər oksigen mole-
kulları ilə birləşərək ozon əmələ gətirirlər. Ozon ilk dəfə 1893-
cu ildə K.F.Şonbeyn tərəfindən elektrik boşalmalarının 
müşahidəsi zamanı kəşf edilmişdir. Yalnız 1950-ci ildən sonra 
ozonun atmosferin bir hissəsi olduğu aşkar olunmuşdur. Onun 
adı yunan dilindən alınmışdır və «kəskin iy» deməkdir. 
Ozon qatı  nədir? Ozon əsas atmosferin troposfer və 
strotosfer qatlarında yerləşir. Ozon stabil qaz deyil və xüsu-
silə hidrogen, azot və xlora malik təbii komponentlərə qarşı 
həssasdır ki, bunlar da onun dağılmasına gətirib çıxarır. 
Ozon qatı atmosferin strotosfer qatının bir hissəsi olub 
ozonosfer təbəqəsini yaradır və ən çox 12-30 km məsafədə 
yerləşir. Yerin səthi yaxınlığında (troposferdə) ozon özündə 
fotokimyəvi his və  qələvi yağışlar toplayan, getdikcə prob-
lemlər yaradan çirkləndirici maddələr kimi təzahür edir. 
Lakin 11 km-dən 48 km-ə qədər Yer səthindən hündürlükdə 
olan təhlükəsiz strotosferdə, aşındırıcı iyi olan mavi qaz, 
oksigenin özü qədər həyat üçün gərəklidir. Ozon mühafizə 
qatı  əmələ  gətirir ki, bu da həddindən çox kövrək olmaqla 


85 
bərabər, heyrətedici dərəcədə effektlidir (səmərəlidir). 
Ozonun atmosferdə miqdarı azdır. Belə ki, hər 10 milyon 
molekula 2 milyon normal oksigen və 3 ozon molekulu 
düşür.  Əgər bütün ozon qatını  yığıb normal təzyiq altında 
presləmək mümkün olsaydı, bütün yer kürəsini örtən cəmi 3 
mm-lik qat yaranmış olardı. 
Xlorftorkarbohidrogenlər (XFK) ozon qatının yeyilməsi-
nin ciddi səbəbi kimi göstərilmişlər. 1985-ci ildə ingilis 
alimləri böyük bir kəşfə imza atdılar. Onlar hər yaz fəsli pla-
netin cənub yarımkürəsində Antarktida materikinin üzərində 
ozonun böyük bir “dəliyinin” olmasını  aşkar etmişlər. Bu-
nun da ölçüləri Afrika qitəsinin sahəsinə müvafiq gəlir. 
«Dəlik» adi məlum dəliklər deyil, ozon qatının çox aşağı 
konsentrasiyası olan zonadır. Belə dəliklər artıq Avstraliya, 
Çili və Argentinanın cənub rayonlarını  əhatə etmişdir. An-
tarktida üzərindəki atmosfer qışda yerdə qalan aləmdən, 
qütb burulğanı adlanan küləyin təbii dövranı ilə  təcrid 
olunur. Qış vaxtı, soyuq və qaranlıq olduqda atmosferdə 
qütb stratosfer dumanları  əmələ  gəlir. Təsirsiz xlor, bu bu-
ludların səthində, gün işığının təsiri altında ozonla kimyəvi 
reaksiyaya girməklə ozon qatını yeyən formaya çevrilir. 
Bunun nəticəsində  hər bahar, günəş  cənuba doğru, yəni 
Antarktidaya doğru qayıdarkən ozonun tez dağılması baş 
verir. Antarktida strotosferinin kifayət qədər qızdığı  və 
beləliklə də onu qalan dünyadan təcrid edən qütb strotosfer 
buludlarını dağıtdığı  və küləkləri yardığı vaxt «dəlik» 
yenidən yox olur. Ozonla zəngin olan hava Antarktida 
üzərindəki deşiyi dartışdırır. Küləyin dövranı, aşağı konsen-
trasiyalı ozon olan havanın  şimala doğru yerdəyişməsinə 
səbəb olaraq, başqa bölgələrdəki ozon konsentrasiyasını 
onunla qarışma sayəsində azaldır. Beləliklə, problem cənub 
yarımkürəsinin məntəqələrinə yayıla bilər. Ən geniş «dəlik-
lər» son illər müşahidə edilir. Nazilmə, xüsusilə 15 km-dən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə