Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

86 
30 km-ə  qədərki hündürlükdə baş vermişdir ki, burada 
adətən ozonun konsentrasiyası  ən yüksəkdir. Qeyd etmək 
lazımdır ki, XFK-nın ozon qatına təsiri, cənub qütbü 
ətrafında, çox soyuq təcrid olunuş hava kütləsinin yaratdığı 
nadir meteoroloji şəraitin yarandığı bölgədə güclənir. 
Antarktida üzərində ozon qatının  ən çox tükənməsi 
sentyabr-oktyabr aylarında olur: noyabr ayından sonra isə 
ozon qatının qalınlığı mütəmadi artır. Antarktida üzərində 
maksimum ozon 1985-ci ildə qeydə alınılb. O vaxtdan onun 
miqdarı az artmışıdr.  
Şimali Avropada ozon «dəliyi» cənub zonasına nisbətən 
kiçikdir, tam aydın hiss olunur və ozonun qarışığının 
azalması xeyli zəif gedirdi. 1987-ci ildə BMT-nin üzvi olan 
– 23 sənaye ölkəsi, o cümlədən keçmiş SSRİ freon istehsa-
lını azaltmaq (feronlarla refrijiratorlar, kondisionerlər, soyu-
ducular və aerozol balonları doldurulur), onun tərkibini xlor 
olmayan madddələrlə əvəz etmək razılaşdırılmışdır. 
Nəzəriyyələrdən birinə  əsasən, karbonun artdığı sürətlə-
nən fotosintez prosesində bitkilər və planktonlar tərəfindən 
mənimsənilir ki, bunun nəticəsində xeyli CO
2
 toplanmasına 
səbəb olur. Əgər bu belədirsə, onda meşələrin karbon 
qazının qarşısının alınmasındakı rolu aydın olar və meşə 
qırılması, məhv edilməsi çox böyük təhlükə kəsb edir. ABŞ-
ın Okric milli laboratoriyasında Q.Merlandın hesablanma-
sına  əsasən, hər il qazıntı yanacaqlarının yandırılması 
nəticəsində atmosferə atılan 5 milyard ton CO
2
-nun 
udulması üçün Avstraliyanın  ərazisinə  bərabər sahədə me-
şələrin salınmasını tələb edir.  
Ozonun ölçülməsi. Ozon qatının miqdarını Dobson vahi-
di ilə ölçürlər. Oturacağanın sahəsi 1 sm
2
 olan vertikal 
sütunda normal təzyiq və temperaturda olan ozonun miqdarı 
300 Dobson vahidinə bərabərdir. Yer kürəsində ozonun orta 
miqdarı  təxminən 300 Dobson vahididir. Müxtəlif coğrafi 


87 
sahələrdə onun qiyməti 230-500 arasında dəyişir. 
Ozon təbəqəsinin müşahidəsi ilə müntəzəm olaraq ABŞ-
ın Milli Aeronavtika və Kosmos Akademiyası – NASA, 
WHO, Kanada, Böyük Britaniya, Yeni Zellandiyanın və s. 
ölkələrin çoxsaylı təşkilatları məşğul olurlar. Antarktida üzə-
rində 1979-cu ildən 2000-ci ilə  qədər bu ozon «dəliyinin» 
sahəsinin dəyişməsi qrafiki Yeni Zellandiyanın Milli Su və 
Atmosferin Tədqiqi  İnstitutunun nəticələri  əsasında veril-
mişdir.  Şimal yarımkürəsi üzərində  də ozon qatının müşa-
hidə edilən nazilməsi bəzi meteoroloji amillər sayəsində ge-
niş «deşiklərin» olmasına baxmayaraq, Antarktida bölgəsin-
dən az narahatlıq doğurmur. Avropanın bir neçə şimal ölkə-
ləri, Rusiyanın  şimal bölgələri artıq ozonun az olduğu sa-
hələrə aiddir. Bunu ABŞ-ın Florida Universitetinin araşdır-
maları daha aydın göstərir. 
Ozon qatının azalması respublikamızda normaya uyğun-
dur. Antarktida, Arktika, ekvatorla Qrinviç xətlərinin kəsiş-
məsində 1-18 sentyabr 2000-ci il müddətində ozonun miqda-
rının dəyişməsi ABŞ-ın Milli Aeronavtika və Kosmos Aka-
demiyasının (NASA) aldığı nəticələrdə əyani görünür. 
Ozon qatının dağılmasında iştirak edən amillər – səsdən 
sürətli təyyarələrdən havaya atılan qazlar, freonlar, gübrələr
vulkan püskürmələri və s. 1928-ci ildə «General Motors» 
şirkətinin amerikalı kimyaçısı Tomas Midqli freonları icad 
etmişdir. Freonlar hallogena-ilkanlarder və ya xlor flüorkar-
bohidrogen birləşmələridir. Freonların 40-dan çox növü var. 
Rəngsiz, iysiz, qaz və ya maye şəklində olur. Freon yüksək 
temperaturda zəhərli maddəyə fosgenə (COCl
2
) çevrilir. 
Fosgen dünya müharibəsində kimyəvi silah kimi istifadə 
edilmişdir. 
Ozon qatı az olan ərazilərdəki bütün ekosistemlərdə mən-
fiyə doğru dəyişmə, bitkilərin boy artımının, məhsuldarlı-
ğının, qida dəyərlərinin aşağı enməsi gözlənilir. 


88 
VIII FƏSİL 
QLOBAL SƏHRALAŞMA PROBLEMLƏRİ 
 
8.1. Səhralaşma prosesi 
 
Müasir dövrün ən qlobal beynəlxalq ekoloji problemlə-
rindən biri fəlakətli quraqlıqların çoxalması  və bunun 
nəticəsində ərzaq və yem bitkilərinin məhsuldarılığının kəs-
kin azalması ilə nəticələnən yer səthinin səhralaşma mərhə-
ləsinə keçməsidir. Bununla əlaqədar əsaslandırılmış təhlükə 
yaranır: gələcəkdə insanları nə gözləyir? Belə ki, Yer kürəsi 
bizim Günəş sistemində içməli və minerallaşmış su ehtiyat-
larına malik yeganə planetdir. 
Yerin tarixində susuz səhraların  ərazisinin sürətlə azal-
ması dövrləri olmuşdur. Həmçinin, quraqlıq arid ərazilərin 
genişləndiyi dövrlər də olmuşdur. 
Səhralaşma dedikdə daha geniş mənada yerin bioloji po-
tensialının azalması və ya məhv edilməsi, antropogen fəaliy-
yət və iqlim dəyişməsi nəticəsində yer üstü ekosistemlərin 
tükənməsi nəzərdə tutulur. BMT ekspertləri səhralaşma pro-
seslərini və onun yayılmasının ekoloji situasiyalarının pis-
ləşməsi kimi qiymətləndirir, qeyd edirlər ki bu proses nəticə-
sində quraq, yarımquraq  ərazilərin məhsuldarlığı  səhra 
səviyyəsinə kimi enir. Bu proses əsasən tədriclə gedir. 
Aridləşmə prosesi səhralaşmanın ilkin mərhələlərindən 
biridir. 
Səhralaşma qlobal miqyasda təzahür edən ekoloji proses 
olub, müəyyən dövrlər ərzində landşaftın o, cümlədən torpaq 
örtüyünün bioloji məhsuldarlığının azalması ilə  nəticələnən 
prosesdir. Bu proses Yer kürəsinin arid, subarid və qismən 
də subhumid ekosistemlərinin, həmçinin torpaq örtüyünün 
sürətli deqradasiyasına səbəb olur. Q.S.Məmmədova və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə