Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

77 
sahillərinə istiqamətlənməsini soyuq iqlimin gəlməsinə 
təkan verməsini söyləyirlər. Bundan əlavə ABŞ-ın NASA 
agentliyi 17 il bundan əvvəl yerə doğru istiqamətlənən MM-
4 asteroidinin (320 m ölçüdə) sürətlə Yerə yaxınlaşdığını 
qeyd etmişdir.  Əgər bu asteroid Yerlə toqquşarsa və ya 
yaxın keçərsə (alimlərin fikrincə asteroid yerdən aralı keçsə 
də, yarım sutkaya yaxın yerdən görünəcək) bu bir çox qlobal 
fəsadlara səbəb olacaq, elektrik dirəkləri sıradan çıxacaq, su 
xətləri donacaq və parçalanacaq, bitkilər donacaq, vulkan 
püskürmələri, zəlzələlər, su daşması, baş verəcək. Asteroidin 
Yerə düşməsi baş verərsə, 120 km radiusunda vulkan əmələ 
gələcək və  hər  şeyi məhv edəcək və  nəticədə soyuqlaşma 
(buzlaşma) dövrü başlanacaq; ABŞ-da yerdən görünməyən
amma kosmosdan yaxşı görünən sönmüş super vulkan 
yerləşir. Əgər asteroid ABŞ ərazisinə düşərsə həmin nəhəng 
vulkan yenidən oyana bilər. 
Bu gün Qolfstrimin 16 və 47-ci meridianlarda tempera-
turunun ölçülməsi göstərmişdir ki, hər göstərici keçən ilin bu 
dövründən 10
0
C soyuq olmuşdur. Müvafiq olaraq göstərmək 
olar ki, Meksika körfəzində Dairəvi isti cərəyanın dayan-
ması ilə Qolfstrimin temperaturunun düşməsi arasında bir-
başa  əlaqəsi var. Keçmişdə bu dünya iqtisadiyyatının böh-
ranı adlandırılırdı. 
Bütün bu hadisələr insan sivilizasiyasını müvafiq nəticə-
lərə gəlməyə, ekoloji fəlakətə, dərin aclığa, ölümə, əhalinin 
kütləvi miqrasiyasına gətirəcəyi təhlükəsi artıb. 2030-cu 
illərdə gözlənilən Yeni buzlaşma dövrü hər an baş verə bilər 
və ilk növbədə bu Şimali Amerika, Avropa və Asiyanı əhatə 
edə bilər.  
 


78 
 
 
Şəkil 7.2. «Katrina» qasırğasından sonra Yeni Orleanda su basması 
(VIII. 2005) 
 
 
 
Qrafik 2. 1947-1997-ci illər arasında təbii fəlakətlər  
nəticəsində tiplər üzrə yayılması 


79 
7.2. Tufan (qasırğa, tornado) fırtına, çox şiddətli külək 
(uraqan), şiddətli fırtınalar 
 
Tarix hazırda tropik siklonlar adlanan təbii fəlakətlər 
haqqında çoxlu məlumatlara malikdir. Bu təbii fəlakətlər 
əsasən tropiklərdə okean üzərində formalaşaraq, daimi ola-
raq materiklərin  Şərq sahillərinə  və ekvator ətrafı rayonla-
rına çırpılaraq, çox böyük təbii fəlakətlər yaradırlar. Tropik 
silklonlar – çox şiddətli küləklər və şiddətli fırtınadır. Onlar 
əsasən Sakit okeanının  şimal və  cənub hissələrində Benqal 
körfəzi və  Ərəbistan dənizində, Hind okeanının cənub his-
səsində, Madakaskar adası sahillərində  və Avstraliyanın  şi-
mal-qərb sahillərində rast gəlinir. Adətən tropik silkonlara 
ad verilir.  
Tornado (tufan, qasırğa, tromb, mezo-qasırğa)- çox qüv-
vətli böyük ərazi fəth edən qıfvari hava bulududur. Onun 
ölçüləri üfüqi istiqamətdə 50 km-dən az, şaquli istiqamətdə 
isə 10 km-ə  qədər olan, saatda 33 m/s və ondan çox olan 
qüvvətli küləkdir.  Ən qüvvətli küləklərin sürəti bəzən 300 
mil/s-ə (480 km/saata) çatır. 
Təbiətdə  ən təhlükəli və  qəflətən yaranan atmosfer 
hadisəsi tufandır (tornado). O qıfşəkilli fırlanan buludu 
olmaqla, qaz buludunun bünövrəsindən yerin üstünə  qədər 
hər şeyi özünə çəkir. Tornado fırtınasında küləyin xarakterik 
sürəti 65-120 km/saata çatır, bəzən isə bu sürət 320 km/saata 
çatır. Yaxınlaşan fırtınanın (tornado) xarici təzahürü, hərəkət 
edən yük qatarının uğultusuna bənzəyir (şəkil 7.3, 7.4). 
Fırtınanın (tornaqdo) yaranması təbii proseslərin təsiri ilə 
izah olunsa da, hələ misir faraonlarının dövründən torna-
doların olması  məlum idi. Bu proses misir piramidalarının 
zirvəsində yaranmaqla, faraonun ruhunun göyə, Günəş 
Allahı «Ra»-ya qovuşması kimi izah olunurdu. 


80 
 
 
Şəkil. 7.3. Tufan 
 
 
 
Şəkil 7.4. Ayova ştatı üzərindən keçən tufan (Tornado). 02.04.2008 
 


81 
Misirin qədim yazılarında (lövhələrdə) tornadonun qrafiklə-
rinin verilməsi qalsada, onun texniki yaranması izah olunmur. 
Tornadoların yaranması üçün xarakterik region, tez-tez rast 
gəlinən ABŞ  ərazisidir. Hər halda qasırgalar bütün Yer 
kürəsində rast gəlinir. ABŞ ərazisində 1961-i ildən 2004-cü ilə 
qədər qasırğadan (tornado) hər il 83 adam ölmüşdür. Tornado 
ən çox Meksika körfəzinin ətrafındakı Şərq ştatlarında yayılır. 
Fevral və mart aylarında tornadonun ardıcıllığı maksimuma 
çatır. Ayova və Arkanzas ştatlarının  ərazilərində tornadonun 
yaranma təhlükəsi  ən çox may-iyun ayları hesab olur. ABŞ 
ərazisində tornadonun orta miqdarı il ərzində 800 qiymət-
ləndirilir ki, onların da 50%-i aprel-iyun aylarının payına 
düşür. ABŞ-da  ərazi cəhətcə tornadonun müxtəlif dərəcədə 
paylanması möhkəm, daimi xarakterlidir: Texas ştatında – 120 
tornado/il, amma şimal və qərb ştatlarında – 1 tornado/il olur. 
Məs. Amerika ərazisindən yalnız 2002-ci ilin aprel-noyabr 
aylarında 100-dən çox tornado (qasırğa) keçmişdir ki, onlar da 
çoxlu dağıntılar törətmiş  və 600-dən çox sığorta verilməli 
olmuşdur. Fəlakətlər başqa ölkələri də sakit buraxmır. 
Məsələn, Avropa üzərindən keçən qış qasırğası çoxsaylı 
dağıntılar törətmiş və 1 milyard dollardan çox sığorta veril-
məsinə səbəb olmuşdur. 
1851-ci ildən ABŞ-ın materik hissəsini «Katrin» qasırğası 
zərbə altında qoymuşdur. Bunlardan ən dəhşətlisi 2005-ci ildə 
baş vermiş «Katrin» qasırğası olmuşdur. Qasırğa (çox şiddətli 
külək) böyk su basması yaratmış  və 1836 insanın ölümünə 
səbəb olmuş, ABŞ iqtisadiyyatına 125 milyarddan çox zərbə 
vurmuşdur, 300000 evi dağıtmış, 80000 binanı  zədələmiş, 
nəticədə  də 1.200.000 insan öz yurd-yuvalarından köçürül-
müşlər. Bu fırtına dalğaları dambaları uçurmuş, Missisipi çayı 
ərazisində və Pontchartrain gölünün kənarlarını dağıtmışdır. Su 
basması əsasən Dünya okeanı səviyyəsindən aşağıda yerləşən 
Yeni Orleanı tam dağıtmışdır (şəkil 7.5, 7.6). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə