Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

60 
üçün «təmiz» hidroenerji istehsalı ilə əvəzlənir. Torpaq itgi-
sini yeni rayonlardan istifadə etməklə, balıq itgisini isə balıq 
zavodları tikməklə  əvəz etmək olar. Bir çox SES-də balıq 
yetişdirilən pitomniklər tikilir. 
Keçmiş SSRİ-də Volqa, Dnepr, Bratsk, Anqara, Krasno-
yarsk vilayətində Sayan-Şuşenskidə  nəhəng su elektrik 
stansiyaları tikilmişdir. Azərbaycanda Mingəçevir, Varvara, 
Yenikənd, Şəmkir, Sərsəng, Araz və s. su elektrik stansiya-
ları tikilmişdir. Bundan başqa kiçik çayların enerjisindən də 
istifadə edilir.  
Elmi-texniki inqilab insanın  əlinə daha mükəmməl və 
qüvvətli  əmək silahı verir. Lakin eyni zamanda ondan is-
tifadə zamanı istifadə  mədəniyyətini və texniki düşüncənin 
yeni mərhələsini tələb edir. 
6.1.3. Atom enerjisindən istifadənin ekoloji məzmunu. 
XX əsrdə atom enerjisi insan həyatına geniş daxil olmuşdur. 
Atom elektrik stansiyaları (AES) energetikanın zirvəsini 
təşkil edir. Bu bəşəriyyətin növbəti inkişaf mərhələsi üçün 
bünövrədir. Hazırda Yer kürəsində insanları dəhşətə gətirən 
qlobal problemlərdən biri də atom enerjisindən insan qırğını 
törətmək cəhdləri olmuşdur. 
Dünyada ilk atom elektrik stansiyası 1954-cü ildə keçmiş 
SSRİ-də Kaluqa vilayətinin Obninsk şəhərində tikilmişdir. 
Bu günə kimi dünyada 350 enerji bloku işləmiş  və onların 
gücü 250 mln. kilovatt olub. AES-lərin bir çox ölkələrin, 
enerji sistemində rolu böyükdür. Fransada istehsal olunan 
enerjinin 65%-ni, Belçikada – 50%, İsveçdə – 39%, İsveç-
rədə 35%, Bolqarıstanda isə 30%-ni atom enerjisi təşkil edir. 
Lakin atom elektrik stansiyalarından ətraf mühitiə yayılan 
istiliyin azaldılması mühüm şərtdir. Son onilliklər Çernobl-
da, ABŞ-da, İngiltərədə, Almaniya Federativ Respublikasın-


61 
dakı atom elektrik stansiyalarındakı  qəza və  bədbəxt hadi-
sələr, fikirləri ciddiləşdirdi və hazırda atom stansiyalarına 
ciddi yanaşma tələb olunur. 
Keçmiş SSRİ-də 10 iri AES olub ki, onlarda 40 enerji 
bloku qurulub (ümumi gücü 22 mln. kilovatt). 
Atom enerjisi atomsferi çirkləndirmir. Digər tərəfdən 
onlar eyni gücə malik başqa stansiyalara nisbətən daha çox 
ərazi tələb etmir. Lakin atom stansiyalarının ekologiyasına 
radioaktiv tullantıların saxlanılması  və  qəzaların qarşısının 
alınması ilə əlaqədar tədbirlərin görülməsi vacibdir. AES-də 
radioaktiv elementlərlə çirklənmiş çirkab suların atılması 
üçün də tədbirlər görülməlidir. 
Atom elektrik stansiyalarında 1 stansiya üçün 1 mln. kVt/s 
enerji istehsal etmək üçün bir gündə 16 kq. nüvə yanacağı 
lazımdır. Mazutdan istifadə olunsa isə böyük bir qatar yükü 
olmalıdır. 
Azərbaycan üçün ən təhlükəli, Zaqafqaziyada yeganə 
olan, Yerevan (Mutsomor) AES-idir.  
Ukraynanın Kiyev rayonuna yaxın Çernobl şəhərindəki, 
Atom Elektrik Stansiyasının 4-cü blokunda 26 aprel 1986-cı 
ildə  səhərin erkən saatlarında baş verən qəza sonrasında 
atmosferə böyük miqdarda uran məhsulları dağılmışdır. 
Bunu 30 apreldə bütün dünya öyrənmişdir. 
1986-cı ildə Kiyevin 140 kilometrliyində Çernobl 
şəhərində qurulan AES-də meydana gələn qəzaya hər biri 
1000 meqavatt gücündə 4-cü reaktordakı quruluş xətaları ilə 
reaktorlardan birində  təcrübə etmək üçün təhlükəsizlik 
sisteminin buraxılması  nəticəsində meydana gələn bəzi xə-
talar seriyası sonunda baş verən qəzadır. Təcrübənin edilə-
cəyi 25 aprel 1986-cı ildə  əvvəlcə reaktorun gücü yarıya 
qədər azaldıldı. Ardından da təhlükəsizlik sistemi buraxıldı. 


62 
26 aprel gecə saat 01:00-da texniklər təcrübənin son hazır-
lıqlarını tamamlamaq üçün buxar sisteminə su buraxırlar. 
Saat 01:23 dəqiqədə  təcrübəni başlamaq üçün hazır olduğu 
müəyyən edildi. Təcrübənin məqsədi, reaktorun qəflətən 
dayanması  vəziyyətində, buxar turbinlərinin nə  qədər çalı-
şacağını və beləcə nə qədər təcili təhlükəsizlik sisteminə güc 
verə biləcəyini öyrənməkdi. Bunun üçün trubinlərə gedən 
buxar çıxışı dayandırılır. Bunun nəticəsində reaktorun soyut-
ma sistemləri dayandırılır. Yanacaq kanallarında qəfil güclü 
isinmə başlayır. Təhlükəni başa düşən texniklər vəziyəti ələ 
almağa çalışdılar. Amma 01:24 dəqiqədə yeni təcrübə 
başlandıqdan 1 dəqiqə sonra 2 partlayış oldu. 3 saniyə içində 
reaktorun gücü 7%-dən 50%-ə qalxdı. Yanacaq parçalarının 
soyutma suları ilə qarşılaşmasıyla suyun bir anda buxara 
dönməsinə yol açdı. Reaktordakı sirkoniumun yüksək 
istilikdə buxarla qarşılaşmasından yaranan hidrogen yanaraq 
bütün ətrafı alovlara bürüdü. 
AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala 
salınması üçün keçirilən «Sarkofaq» əməliyyatında – 129 
Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı 
müxtəlif səviyyəli radioaktiv şüalanma almışlar.  
Hadisə zamanı 7000-ə yaxın insan həlak olmuş, 25000 
insan güclü radiasiya nəticəsində ömürlük şikəst olmuş, on 
minlərlə insan isə sonsuz qalmışdır. Bu faciədən sonra Çer-
noblda doğulan uşaqların 90%-də əlillik yaranır. Hadisədən 
neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada 
özünü biruzə verir. Bu qəza nəticəsində həm də Belarusiya-
nın 70% ərazisi radiaktiv təhlükə altında qaldı, həm də 
çoxmilyonlu insan köçürmələrinə  səbəb oldu. Qəzanın toz 
dumanları  hər iki istiqamətdə Piriney yarımadası  və  İndo-
neziya adaları üzərində hiss olunmuşdur.  
Hazırda nüvə  sınaqlarının atmosferdə, Yer üzərində, su 


63 
altında və s. dayandırılması mümkün olmuşdur. 1998-ci ildə 
Hindistan və Pakistan dövlətləri eyni vaxtda dalbadal hərəsi 5 
partlayış olmaqla yeraltı nüvə  sınaqları keçirilmişdir. Ertəsi 
gün Pakistanla – Əfqanistan sərhəddində çoxlu insan tələfatı 
ilə  nəticələnən güclü zəlzələ baş vermişdir. Bu səbəbdən də 
indi  Şimali Koreyada və  İranda atom reaktorlarının tikilməsi 
və onların sınaqdan keçirilməsi bəşəriyyəti təşvişə salıb. 
6.1.4. Hidrogen enerjisisindən istifadənin səmərəliliyi. 
Hidrogen enerjisindən istifadə  ətraf mühitin təmizliyinin 
qorunmasında böyük əhəmiyyəti olmaqla onun yaranmasın-
dan yalnız destillə suyunun buxarı alınır. Dünyada hidrogen 
istehsalı 200 milyard m
3
/il-dən çoxdur. Onun yarıdan çoxu 
ammiak istehsalında, 30%-ə yaxını isə neftayırma zavodla-
rında istifadə edilir. Hidrogenin alınması üçün əsas tükən-
məz mənbə sudur. Bütün yanacaq sərvətlərindən (təbii qaz, 
neft, kömür və s.) hidrogen alınmasında su istifadə olunur. 
Dünyada sudan ilk hidrogen alınması təcrübəsi 1986-cı ildə 
Yaponiyada aparılmışdır. O unikal zavodun istehsalı – 18 
litr hidrogen və 9-litr oksigen, 35 saat iş dövründə alınıb. Bu 
sikl müddətində su termik metod vasitəsilə maqnezium 
oksidi, kükürd 2-oksid və yoddan reaktiv kimi istifadə 
etdikdə su hidrogen və oksigenə parçalanır. 
Son vaxtlar hidrogen energetikasından daha çox danışılır, 
həm də ancaq idarə olunan istilik atom sintezində yox. 
Hidrogen nəinki istilik nüvə, həm də adi kimyəvi yanacaq-
dır. 28000 kkal/kq hidrogenin yanmasından alınan istilik, 
demək olar ki, neft və neft məhsullarından üç dəfə və təqri-
bən dörd dəfə daş kömürdən çoxdur. K.E.Siolkovski hid-
rogeni raketlər üçün yanacaq kimi hesab edirdi. 
6.1.5. Qeyri-ənənəvi enerjidən istifadənin ekoloji sə-
mərəliliyi.  Ənənəvi olmayan bir neçə  mənbələrin elektrik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə