Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   55

52 
400 min hektara yaxındır. Qeyd etmək lazımdır ki, Azərbay-
canda alınan kənd təsərrüfatı  məhsullarının 80-85%-i 
suvarılan torpaqlardan alınır. 1 mln.400 min ha suvarılan 
torpağın təqribən sovet dövründə az bir hissəsi taxılçılığa 
xidmət edirdi. 2009-cu ildə 800 min hektardan çox torpaq 
taxıl altında olmuşdur. Məlumatlara  əsasən 2009-cu ildə 2 
milyon 200 min ton taxıl yığılmışdır. Bu əvvəlki illərə 
nisbətən xeyli artıqdır. Kənd Təsərrüfat Nazirliyinin rəsmi 
məlumatlarına  əsasən 2012-ci ildə Respublikada 2 mln.800 
min ton taxıl məhsulu yığılmışdır. Son illər Azərbaycanda 
Dövlət taxıl fondu yaradılmışdır. Bu zəhmətkeşlərə öz 
istifadəsindən artıq qalan taxılı müvafiq qiymətlə Dövlət 
taxıl fonduna satmağa imkan verir. 
BMT-nin ekspertlərinin hesablamalarına  əsasən dünyada 
hər bir adam bir il ərzində 110-150 kq. arasında taxıl məh-
sulu yeyə bilər. Lakin hazırda bütün ölkələrdə olduğu kimi 
Azərbaycanda da taxıldan mal-qaraya, quşlara yem və furaj 
kimi də istifadə edilir. Azərbaycanda  əhalini öz taxılımız 
hesabına  ərzaq məhsulları ilə yaxın illərdə  təmin etmək 
mümkün olacaqdır. 
Buğda ilə yanaşı Azərbaycanda qarğıdalı, arpa, darı, 
paxlalı bitgilər də əkilir. 
Hələ qədim zamanlardan Azərbaycanın əksər rayonların-
da taxılçılıq, xüsusilə də buğda bitkisi geniş sahələrdə əkil-
mişdir.  İqlim və relfey xüsusiyyətlərindən asılı olaraq res-
publikada buğda suvarılan  ərazilərdə  və  dəmiyə  şəraitdə 
dağlıq rayonlarda (xüsusilə alçaq və orta dağlıq  ərazilərdə) 
becərilir. 
Bu baxımdan rütubətli subtropik zonanı əhatə edən Lən-
kəran zonasının torpaq örtüyü böyük əhəmiyyət kəsb edir. 
Lənkəran zonasının  şimalında Cəlilabad rayonunun ərazisi 
yerləşir. Buranın qışı mülayim, yağıntılı, yayı isə isti və quru 


53 
keçir. Bu rayonda və respublikamız bir çox aran və dağlıq 
rayonlarında taxılçılıq inkişaf edib. Buna baxmayaraq res-
publikanın bu gün də xarici ölkələrdən taxıl ixrac edir. Buna 
səbəb keçid dövründə torpaq islahatı, mülkiyyət formala-
rının təzə formalaşması, taxılın keyfiyyətsiz becərilməsi, tor-
paqların duzlaşmış olması respublikada taxılçılığın ekoloji 
şəraitini qiymətləndirməkdə çətinliklər yaratmışdır.  
 
5.2. Dünya alimlərinin modelləri 
 
Bir çox illərdir ki, dünya ölkələrində  əhalinin sosial hə-
yatını yaxşılaşdırmaq istiqamətində müxtəlif modellər 
hazırlanır. Qlobal modellərin müxtəlifliyi yaşayışın üç əsas 
konsepsiyasını verir. 
Birinci qrup (Medoyz D. və b.) alimlərin ideyaları «Sıfır-
dan inkişaf» və ya «Stabil vəziyyət» üzərində qurulur. Onlar 
insan artımının nizamlanmasını  və  sənayenin məhdudlaş-
dırılması istiqamətində öz ideyalarını qururlar ki, bu da tü-
kənməkdə olan təbii resursların saxlanılmasına və ətraf mü-
hitin sürətlənməkdə olan çirəklənmədən mühafizəsi üçün-
dür. Bu konsepsiya inkişaf etməkdə olan ölkə nümayən-
dələrinin tələblərinə cavab vermədiyi üçün qəbul olunmadı. 
İkinci qrup konsepsiyanın tərəfdarları elan edirlər ki, əv-
vəlcə inkişaf etməkdə olan ölkələr varlı dövlətlərin sırasına 
çatmalı, sonra isə ətraf mühitin mühafizəsi ilə məşğul olmaq 
olar. Sözsüz ki, bu halda inkişafın ekoloji aspekti ilə 
razılaşmaq olar. 
Üçüncü qrup konsepsiyanı (müddəalar) təbliğ edən alim-
lər elmi-texniki tərəqqinin vacib olmasını  və  ətraf mühitin 
mühafizə olunmasını ön plana çəkirlər. Bu müddəanın  ən 
zəif yeri sosial-siyasi sualların və təbiətdən istifadənin yetə-
rincə olmamasıdır. «Klassik kompromiss» həqiqətdə inkişaf 


54 
etməkdə olan ölkələrin üzərinə düşür. 
Son nəticədə müasir qlobal problemlərin  əsas ağırlıq 
mərkəzi inkişaf etməkdə olan ölkələrin üzərində düşür. Bu 
ölkələrin hər bir vətəndaşı orta hesabla hər  şeyi (enerjini, 
metalı,  ərzağı) inkişaf etmiş ölkələrdən az istifadə edir. 
Bununla  əlaqədar kasıb ölkələrdə ekoloji problemlər də bir 
neçə dəfə inkişaf etmiş ölkələrdən kəskin olur. 
Bu ölkələrdə inkişaf konsepsiyası daha çox əhalinin  ən 
aşağı  tələblərinin yerinə yetirilməsi ilə  əlaqələndirirlər. Bu 
sosial xarakterli məsələlərlə əhalini işlə, ərzaqla, su ilə, ibti-
dai təhsillə, tibbi yardımla, mənzillə  və  tələb olunan ele-
mentlərlə təmin etməyi nəzərdə tutur. 
Beləliklə, bəşəriyyətin  ərzaq problemlərinin ekoloji ni-
zamlanması ayrı-ayrı ölkələrin inkişaf xüsusiyyətlərindən və 
bu sahədə  fəaliyyət göstərən beynəlxalq təhkilatların birgə 
əməkdaşlığından çox asılı olacaq. 


55 
VI FƏSİL 
DÜNYANIN ENERJİ VƏ XAMMAL 
PROBLEMLƏRİNİN HƏLLİNİN EKOLOJİ 
MAHİYYƏTİ 
 
Hazırki dövrdə elmi-texniki inqilabın davamlı inkişafı 
enerji resurslarına olan ehtiyacın sürətlə artması ilə müşa-
hidə olunur. Xalq təsərrüfatının inkişafı energetikasız müm-
kün deyil. 
Cəmiyyətin inkişafı  və  tərəqqisi təbiətin istifadə olunan 
müxtəlif sərvətlərindən və xüsusilə də yerin təkindən çıxarı-
lan sərvətlərdən asılıdır. Hətta maddi nemətlərin bəzi adları 
(daş, tunc, brünc, dəmir  əsri və s.) insan həyatında mineral 
ehtiyatların təcəssümüdür. 
Mineral sərvətlər bərpa olunmayan sərvətlərə aid edil-
məklə istifadə olunduqca onun ehtiyatları azalır. Mineral 
ehtiyatların bərpa olunması  bəzi mənada nisbi xarakter 
daşıyır, çünki onların bərpası daimi davam edir. Lakin bu o 
qədər zəif gedir ki, onların çıxarılma tempi və insan ömrü ilə 
müqaisədə bərpa olunmayan sayılır. 
Hazırda Yer kürəsində  sərvətlərin sürətlə istismarı artır. 
Belə ki, son 40-50 il ərzində təkcə neftin istifadəsi 4-5 dəfə, 
qaz 5-6 dəfə, boksitlər 9-10 dəfə, kömür istehsalı 2-3 dəfə 
artmışdır. 
Yer kürəsində enerjiyə  təlabat da durmadan artır. Dün-
yanın enerji balansında əsas mövqeini neft tutur. Son onillik-
lərdə neft və qaz istehsalında böyük sıçrayış  nəzərə çarpır. 
Dünyanın bir çox regionlarında neftin və qazın yeni-yeni 
yataqları tapılır və istismarı təşkil edilir. Lakin bu yataqlarda 
ehtiyatların tükənməsi təqdirdə böyük çətinliklər ola bilər. 
Ona görə də, elmi-texniki tərəqqinin sürətlə inkişaf etməsinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə