Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

41 
hər bir adam bir gündə 10048 k.c. (2330-2400 kkal) qida 
almalıdır. Bu göstərici baxımından dünya əhalisinin yarısı 
lazımınca qidalanmır və aclıq çəkir. Belə bir vəziyyət Asiya-
nın, Afrikanın və Cənubi Amerikanın bir çox ölkələri üçün 
səciyyəvidir. Dünya əhalisinin 70%-ə qədəri bu regionlarda 
yaşadığı halda dünya ərzağının cəmi 43%-i burada istehsal 
olunur. Hesablamalara görə 2025-ci ildə Yer kürəsinin 
əhalisi 8,5 milyard nəfərə çatacaq və BMT-nin məlumatına 
görə XXI əsrin ortalarında 12 milyard səviyyəsində 
stabilləşəcək (akad. C.Əliyev, 1994). FAQ-nun (BMT-nin 
ərzaq və  kənd təsərrüfatı  təşkilatı) hesablamalarına görə 
2020-ci ildə Yer kürəsi  əhalisinin hamısını normal qida ilə 
təmin etməkdən ötrü istehsalı 60% artırmaq lazım gələcək. 
Dünya  əkinçiliyinin 10 milyard adamı taxılla təmin edə 
bilməsi fikri 1970-ci illərin  əvvəllərində deyilmişdir (akad. 
C.Ə.Əliyev, 1970). Qlobal ilkin məhsuldarlığın xeyli 
artırılması yolları mövcud olsa da, onların həyata keçirilməsi 
olduqca məhduddur. İnsanın istifadə etdiyi ehtiyatların baş-
lıca həlledici mənbəyi Yer üzərində yaxşı nizamlanmış kar-
bonun dövranı və həyatıdır. Planetimizin yaşı 4,5-5 milyard 
ilə yaxındır. Hesab edirlər ki, əvvəl onun atmosferi əsas 
etibarı ilə qaz formasında azotdan, çoxlu su buxarından və 
karbon qazından ibarət olub. Yer atmosferinin indi 21%-ni 
təşkil edən oksigen fotosintez edən orqanizmlər onu istehsal 
etməyə başlamamışdan  əvvəl praktiki olaraq mövcud 
deyilmiş. 
Alimlərin məlumatına  əsasən, Yerdə insanın həyatı eko-
loji sistemlərin ən iri pozulması nəticəsində mümkün olmuş-
dur. Təqribən 2 milyard il bundan əvvəl, Yer okeanında 
yayılmış mikroorqanizmlər,  ətraf mühiti böyük miqdarda 
zəhərli ayrılmalarla çirkləndirərək həm özlərinin, həm də ki, 
planetdəki başqa həyat formalarını  məhv etmişlər. Bu 


42 
öldürücü zəhər oksigen olmuşdur. Sadə bakteriyalar bütün 
atmosferi dəyişdirmişdir ki, bu da son 10 illiklərdə Yer 
planetinə olan ən yeni baxışın ən gözəl nümunəsidir. 
Elə biosferin ilk böhranı da fotosintezə  qədərki həyatın 
vəziyyəti hesab edilə bilər. O vaxt oksigen çatışmadığı üçün 
həyat geniş inkişaf edə bilmirdi. Xlorofili olan bitkilərin 
əmələ gəlməsi oksigen çatışmazlığını aradan qaldırdı. Canlı 
maddə çoxaldı, onların parçalanıb minerallaşması böhranı 
əmələ  gəldi. Viruslar zəif orqanizmləri məhv etməyə baş-
ladı. Bakteriyalar üzvi birləşmələri parçalayıb, minerallaş-
dırmaqla onların yeni istehsalına (fotosintezə)  şərait yarat-
dılar. Bu işdə göbələklər böyük rol oynadılar. Göy-yaşıl 
yosunların azotu atmosferdə fiksə (tutması) etməsi həyat 
üçün əhəmiyyətinə görə fotosintezdən heç də geri qalmadı. 
Müasir biosfer uzun sürən təkamül sayəsində kosmos, 
geofiziki və geokimyəvi amillərin qarşılıqlı əlaqələrinin nə-
ticəsində formalaşmışdır. Lakin biosferin bərqərar olmasının 
əsas amili bioloji təməldir. Əgər günəş enerjisindən istifadə 
edib, karbon qazını  mənimsəyə bilən ilkin fotosintez 
hüceyrələr, bəsit bitkilər olmasaydı, çox güman ki, müasir 
biosfer də olmazdı. Deməli biosferdə enerji mənbəyi oksi-
gen mənşəli günəş enerjisini biokimyəvi enerjiyə çevirən 
fotosintezdir. Günəş enerjisi, su, karbon qazı  və  məlum 
mineral maddələrin (azot, fosfor, silisium, kalsium və s.) 
mövcud olduğu  şəraitdə xlorofill və başqa piqmentlərlə 
təchiz olunan varlıq fotosintez prosesinin icraçılarıdır. Ümu-
mi karbonun 95%-i litosferdən aşağı qatlarda yerləşir, lakin 
tədricən fasiləsiz olaraq vulkanlardan və fumorollardan 
atmosferə keçir. 
Qlobal biokütləyə daxil olmuş karbonun miqdarı bütün C 
dövrünün karbonuna nisbətən çox deyil. Ümumiyyətlə at-
mosfer karbonunun biosfer hesabına tənzimlənməsi müddəti 


43 
7-10 ilə bərabərdir. Qlobal xalis ilkin məhsulların hesablan-
ması göstərir ki, quru üçün 149 mln. km
2
 sahədə alınan 120 
milyard ton quru biokütlə, dənizlər üçün 361 mln. km
2
 
sahədən alınan 55 milyard ton quru biokütləyə bərabərdir. 
İnsanın bilavasitə  və dolayı yolla ümumi istifadə etdiyi 
xalis ilkin məhsuldarlığın cəmi, təxminən ildə 12 milyard 
ton quru maddəyə, xalis istifadə etdiyi qida isə 4 milyard 
tona bərabərdir. Bundan 1,9 milyard tonu taxıldır. Dünyada 
ərzaq böhranı təhlükəsi vardır. Bunun üçün ilk növbədə qida 
məhsulları artırılmalıdır. Bu işdə  də  məlum olduğu kimi 
kənd təsərrüfatı bitkiləri birinci yeri tutur. 
Yer kürəsində  kənd təsərrüfatı inkişaf etməyə başlayan 
zamanlar cəmi bir neçə 10 milyon əhali yaşayırdı. Kənd 
təsərrüfatının inkişaf etməsi insan cəmiyyətinin təqribən 500 
milyona çatdığı vaxtlandan sabitləşmişdir. Sənayenin 
inkişafı isə əhalinin 3,5 milyarda çatması ilə səciyyələnldi. 
Kəskin ərzaq problemi, «Demoqrafik partayış» baş verən 
ölkələrdə rast gəlinir. Məsələn, 1982-1991-ci illərdə inkişaf-
da olan ölkələrdə ərzaq məhsullarının istehsalı 35%, əhalinin 
sayı isə 23% artdı (Asiyada bu göstərici 43% məhsul, 21% 
əhali, Latın Amerikasında 22% məhsul, 23% əhali, Afrikada 
25% məhsul, 36% əhali artımı ilə müşahidə olundu). 
5.1.-ci cədvəldə inkişafda olan ölkələrdə aclıq çəkənlərin 
regionlar üzrə sayı göstərilir. Cədvəldə göstərildiyi kimi 
aclıq çəkənlərin ümumi sayı 1969-1971-ci ildən 460 mln. 
nəfərdən – 1983-1985-ci illərdə 512 mln. nəfərə qədər yük-
səlmişdir. Həm də ki buradakı göstəricilər bütün parametrlər 
üzrə  Cənubi və  Cənub  Şərqi Asiyada yüksək olmuşdur. 
(281-291 mln. nəfər), ikinci pillədə Afrika ölkələri gəlir (92-
140 mln. nəfər). Bu ölkələrdə ekoloji durum da qənaətbəxş 
deyildir.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə