Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

44 
Cədvəl 5.1. 
İnkişafda olan ölkələrdə aclıq çəkənlərin sayı 
 
Regionlar 1969-1971 
1971-1981 
1983-1985 
Mln. 
nəf 
% - 
əhalinin 
inkişaf 
sayına 
görə 
 Mln. 
nəf. 

əhalinin 
inkişaf 
sayına 
görə 
Mln. 
nəf 
%-
əhalinin 
inkişaf 
sayına 
görə 
Afrika 92  32 110 29 140 32 
Cənubi və 
Cənub 
Şərqi Asiya 
281 29 288 24 291 22 
Latın 
Amerikası 
51 18 52 15 55 14 
Yaxın və 
Orta Şərq 
35 22 24 12 26 11 
Cəmi: 460 28 475 24 512 23 
 
Hazırda yemək məhsullarının böyük bir hissəsi kənd 
təsərrüfat  əkinlərində istehsal olur. Onlar qurunun təqribən 
üçdən bir hissəsini tutur, o cümlədən şumlanmış sahələr yer 
səthinin 11%-ni təşkil edilir. İlk baxışda adama elə gəlir ki, 
Yer üzərində  kənd təsərrüfatında istifadə üçün torpaq 
ehtiyatları çoxdur və gələcəkdə kənd təsərrüfatı əkin sahələ-
rini genişləndirməklə  məhsul qıtlığını aradan qaldırmaq 
mümkündür. Lakin torpaq ehtiyatlarının coğarfi qiyməti 
bunun  əksini göstərir. BMT-nin məlumatlarına  əsasən qu-
runun təqribən 70%-i kənd təsərrüfatı  əkinləri üçün az 
yararlı sahələridir. Həmdə ki, onlar rütubətlə az təmin olun-
muşlar. Bütün kənd təsərrüfatı əkinləri içərisində ən qiymət-
lisi  şumdur.  Şumlanmış  əkinlər 80% ərzaq verdiyi halda, 
dəniz və biçənək cəmi 12%-ni təşkil edir. Şumlanan sahələr 
ayrı-ayrı ölkələrdə 1-4-dən 30-70%-ə qədər təşkil edir. Bəzi 
coğrafi regionlarda hələlik az da olsa torpaq ehtiyatları var-


45 
dır. Kənd təsərrüfatı  əkinlərinin sahəsini artırmaqla müasir 
qida məhsullarını yalnız 80% artırmaq mümkündür. Deməli, 
ərzaq problemini həll etmək üçün əkinçilik sistemini 
intensivləşdirmək lazımdır. 
Bütün kənd təsərrüfatının və eləcə  də  ərzaqın  əsasını ta-
xılçılıq təsərrüfatı  təşkil edir. Taxıl dünya əhalisinin  ərzaq 
məhsullarına təlabatının yarısını təşkil edir. Dünyada ümumi 
taxıl istehsalının hesabatı 1948-52-ci illərdən başlayıb. 
1990-cı ildə dünyada 1.900 mln. ton taxıl, 600 mln. köklü 
bitkilər, 490 mln. ton tərəvəz, 340 mln. ton meyvə, 110 min 
ton  şəkər çuğunduru, 170 mln. ton ət, 550 mln. ton süd 
istehsal olunub. Taxıl istehsalı 779 milyon tondan 1985-ci 
ildə 1.848 milyon tona qədər, yəni 2,4 dəfə artmış  və 
əhalinin artımını örtmüşdür. 1986-cı ildə taxıl istehsalı 1.870 
mlyon tonu keçmişdir. Bu qədər taxıl planetimizin əkinçilik 
tarixində birinci dəfə istehsal olunmuşdur. Bu insanların hər 
ildə istifadə etdiyi bütün xammal ehtiyatlarının altıda birini 
təşkil edir. ABŞ-da 1985-ci ildə rekord məhsul – 345 milyon 
ton taxıl yığılmışdır. Lakin dünya üzrə taxıl istehsalının 
artım sürəti son illər azalmağa başlamışdır. Dünyada istehsal 
olunan dənin əsasını 3 bitki: buğda, qarğıdalı və düyü təşkil 
edir. Çin, Yaponiya, Filippin, Vyetnam və bir sıra digər ölkə 
xalqlarının əsas qidası düyü, Afrikanın bir çox xalqlarınınkı 
darı (sorqo), Cənubi Amerikanın Peru və digər dağlıq 
yerlərində arpa, Amerika qitəsinin qədim yerli xalqlarınınkı 
qarğıdalıdır. Hətta indi də Meksikalı hindular qarğıdalını 
satmırlar, onlar üçün qarğıdalı ən əziz və müqəddəsdir. Onu 
yalnız öz ehtiyacları üçün becərirlər. 
XXI əsrdə Yer kürəsinin əhalisi xeyli artanda onun taxılla 
təmin olunması üçün taxıl bitkilərinin məhsuldarlığının dün-
ya üzrə orta hesabla 1,5-2,0 dəfə artırmaq lazım gələcəkdir. 
Min illər bundan əvvəldən başlayaraq dünyanın bir çox 


46 
ölkələrində, o cümlədən Azərbaycan  ərazisində yaşayan 
xalqlar üçün buğda ən yaxşı çörək bitkisi sayılır. Tarix boyu 
getdikcə buğdanın keyfiyyəti yaxşılaşdırılmışdır. Çörək 12 
min ildən artıqdır ki, şərq xalqlarının əsas qida məhsuludur. 
İlk lavaş neolit dövründə üyüdülmüş buğda dənindən, su ilə 
yoğrulmuş  xəmirdən hazırlanmış  və  ağac kömürü odu ilə 
qızdırılmış daşın üstündə bişirilmişdir. Qədim Misirdə çörək 
bişirmək üçün ilk dəfə qilli palçıqdan təndir düzəldilmiş
eyni zamanda çörəyi yumşaq edən xəmirin qıcqırma 
prosesinin sirri müəyyənləşdirilmişdir. 
Beləliklə, buğda ölkənin iqtisadi müvəffəqiyyəti,  əmin-
amanlıq və siyasi sabitlik əlaməti olaraq, rəmzi məna almış-
dır. Lazım olan qədər buğda ehtiyatına malik olan xalqlar 
əsrlər boyu ərzaqla yaxşı təmin olunmuş hesab ediliblər.  
Əgər Roma imperiyası dövründən 1804-cü ilə  qədər in-
sanların bitkilərlə qidalanması haqqında Sossyurun klassik 
əsərlərinin dərc olunduğu vaxta qədər Qərbi Avropada buğ-
danın məhsuldarlığı hektardan 4,0-6,7 sentner olmuşdursa, 
yüz il keçdikdən sonra məhsuldarlıq üç dəfə artmışdır. Kənd 
təsərrüfatı məhsuldarlığının 100 il ərzində gözə çarpacaq də-
rəcədə artması əsas etibarilə bitkilərin kənd təsərrüfatda isti-
fadə edilməsinə əsaslanmışdır. Avropa ölkələrində buğdanın 
məhsuldarlığı keçən  əsrin birinci yarısında yəni 1950-ci ilə 
qədər 14,2 s/hek. səviyyəsində qalmışdır. 1950-ci ildən son-
ra buğdanın məhsuldarlığı daim artaraq 1986-cı ldə 43,0 s/ha 
olmuşdur. Bu ölkələrdə son 50 ildə buğdanın məhsuldarlığı 
3 dəfə artmışdır.  
Bütün dünya üzrə buğdanın məhsuldarlığı 1901-1950-ci 
illərdə 8,6-9,5 s/ha olmuş, orta hesabla 9,0 s/ha təşkil et-
mişdir.  
Buğdanın, dünyada istehsalının son 50 ildə artım sürəti 
60-cı illərdə BMT-nin qəbul etdiyi «Yaşıl inqilab» proqramı 


47 
ilə  əlaqədardır. Qarğıdalı  və buğda sortlarının yaxşılaşdırıl-
ması üzrə Meksikada, Suriya Ərəb Respublikasında və baş-
qa beynəlxalq mərkəzlərdə aparılan seleksiya işləri nəticə-
sində yaradılan intensiv tipli qısa boylu, yüksək məhsuldar 
buğda sortları bir çox ölkələrdə geniş yayılmışdır. 1986-cı 
ildə buğdadan  ən yüksək məhsul Niderlandda – 8,1 ton/ha; 
Böyük Britaniyada 7,0 t/ha, Belçikada 6,4 t/ha alınmışdır. 
Taxılın məhsuldarlığının dünya üzrə 1950-ci ildən art-
ması, seleksiyanın nailiyyətləri, gübrələrin, yeni intensiv 
texnologiyanın tətbiqi hesabına baş vermişdir. 
Dünya üzrə suvarılan torpaqların sahəsi 1900-cu ildə 40 
milyon hektardan, 1980-ci illərdə 249 milyon hektara çat-
dırılmışdır. 
Hazırda dünyada suvarılan torpaqların sahəsi təxmini 
hesablamalara əsasən 250 milyon hektara çatmışdır. 1980-ci 
ildən sonra bu artım xeyli zəifləmişdir.  
Bir çox illərdir ki, ərzaq məhsullarının artırılması məqsə-
dilə Beynəlxalq təşkilatlar çoxsaylı proqramlar hazırlayırlar. 
Lakin çoxları son illər başa düşməyə başlamışlar ki, əsas 
yollardan biri məhsul itgisinin qarşısının alınmasıdır. Bu 
məsələyə diqqət  ərzaq məsələləri üzrə Roma şəhərində 
1974-cü ildə keçirilmiş Dünya konfransında xüsusi qeyd 
olunmuşdur. Bu məsələ yenidən 1975-ci ildə  və sonrakı 
illərdə də BMT-nin sesiyalarında qaldırılmışdır. Qəbul olun-
muş qətnamələrdə BMT bütün ölkələri kənd təsərrüfatı məh-
sullarının yığımdan sonra itgisinin 1985-ci ilə 50%-dən az 
olmayaraq azaldılmasına nail olmağa çağırmışdır. 1978-ci 
ildə FAO fəaliyyət proqramı tərtib etdi. Bu proqram konkret 
olaraq məhsul yığımından sonra kənd təsərrüfatı məhsulları-
nın itgisinin azaldılmasına yönəldilmişdir. 1980-ci ildə FAO 
və UNEP tez korlanan kənd təsərrüfatı məhsullarının itgisini 
azaltmaq üçün xüsusi ekspertlər qrupu yaratmışdır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə