Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   55

48 
Bütün ölkələr  ətraf mühitin keyfiyyətini və insanların 
sağlamlığını qorumağı qarşılarında məqsəd qoyurlar. Yemək 
məhsullarının itgisinin azaldılması təkcə istifadə üçün çoxlu 
ərzağın olması yox, həm də əkinçiliyin ekoloji nizamlanma-
sına imkan yaradır. 
İnkişaf etməkdə olan ölkələrdə ərzaq məhsullarının çatış-
mamazılığı diqqəti cəlb edən əsas problemlərdən biridir. 
Dünya  əhalisinin ümumi sayının 400 mln. nəfəri,  ən azı 
500 mln., bəlkə də 1 milyardı daimi aclıqdan əziyyət çəkirlər. 
Ərzaq məhsullarının yığımdan sonra itirilməsinin çoxlu 
səbəbləri var. Bu məsələdə də inkişaf etməkdə olan ölkələr 
fərqlənirlər. Təxmini hesablamalar göstərmişdir ki, 100 mln. 
ton taxıl və paxlalı bitki məhsulları yalnız inkişaf etməkdə 
olan ölkələrdə itirilir ki, bu da 300 mln. adama bəs edərdi. 
Ərzaq məhsulları itgisinin azaldılması  zəif inkişaf etmiş 
ölkələr üçün xeyli müsbət və xeyli gələcək nəticələr üçün 
əlverişlidir. 
Məhsul itgisi üçün ətraf mühit amili az rol oynamır. Belə 
ki, havanın yüksək temperaturu qida məhsullarının itgisini 
sürətləndirir. Məs. Həşəratlar 15
0
C-dən 35
0
C-yə  qədər 
temperaturda daha tez çoxalırlar. 
Havanın nisbi rütubəti də ətraf mühitin amili kimi itgiyə 
təsir edir. Yığım dövründən sonra ərzaq itgisinin qarşısını 
almaq üçün ilk addımlar olan aşağıdakılar barədə  dəqiq 
məlumatlar əldə etmək lazımdır: 
a) itginin miqyası; 
b) itginin baş verdiyi mərhələ 
v) itginin səbəbləri. 
Ona görə də yığımdan sonra bir çox təşkilatların həmrəy 
fəaliyyəti vacibdir. 
Statistika məlumatları göstərir ki, Yer kürəsi  ərazisinin 
762 milyon hektarı  və ya 53,4%0-ni dənli bitkilər, 174 


49 
milyon hektarı  və ya 12%-i mədəni bitilər, 22,5 milyon 
hektarı  və ya 1,6%-i kartof əkini üçün istifadə olunur. Yer 
kürəsində yığılan 1 mlrd.848 mln. ton taxılın – 316 milyon 
tonu buğda, 305 mln. ton düyü, 259 mln. tonu qarğıdalının 
payına düşür. Hazırda Yer kürəsində buğda  əkinləri üzrə 
Çin, Kanada, ABŞ, Argentina, Avstraliya, Rusiya, Ukrayna, 
Qazaxstan və Hindistan aktiv mövqe tuturlar. Düyü istehsalı 
üzrə Çin, Yaponiya, Filippin, Vyetnam, Koreya, Tailand, 
Miyanma, Kombodca, İndoneziya, Banqladeş, Hindistan
Pakistan və s. ölkələr fərqlənirlər. 
Bütün dünyada ərzaq istehsalı yuxarıda adları göstərilən 
ölkələrin inkişaf tempindən çox asılıdır.  
Yaxın vaxtlara kimi ərzaq problemini həll etmək üçün 
Dünya okeanına böyük ümid bəslənirdi. Geniş ərazisi və su 
kütləsi okeanın böyük və tükənməz bioloji ehtiyatlarına 
malik olması kimi yanlış fikir yaratmışdır.  
Dünya alimlərinin son illər apardıqları tədqiqatlar göstər-
mişdir ki, bu heç də belə deyildir. Buna baxmayaraq ərzaq 
probleminin həllində Dünya okeanının rolu vardır. 
Dünya okeanının bioehtiyatlarından hələlik yalnız balıq, 
bəzi dəniz heyvanları, iri fəqərəsizlər, xərçəngə bənzərlər və 
su bitkilərindən istifadə olunur (o cümlədən yosunlar). 
Praktiki olaraq okean və dənizlərin bioehtiyatlarının 67%-
ni təşkil edən planktonlar istifadə olunmur. Ona görə də pla-
netin səthinin 70,8%-ni təşkil edən Dünya okeanı insanlar tə-
rəfindən istfiadə olunan qida ehtiyatlarının cəmi 1-2%-ni verir. 
Dəniz bioehtiyatlarının mühafizəsi okean və dəniz suları-
nın axır illər geniş vüsət almış çirklənməsinin qarşısını 
almadan mümkün deyil. 
İnsanların  ərzaq məhsulları problemlərindən danışarkən 
heyvanlar aləminin inkişafı, onların yayılması  və  təkamülü 
prosesindən danışmamaq olmaz. İnsanlar heyvanları  əhliləş-


50 
dirməyə  və onlardan ərzaq məhsulları  məqsədləri üçün 
istifadə etməyə bitkiləri mədəniləşdirməkdən qabaq başla-
mışlar. Mezolit dövründə it, neolitdə isə donuz, qoyun, keçi, 
iribuynuzlu mal-qara, daha sonra isə at əhliləşdirilmişdir. Qə-
dimdən əkinçiliklə məşğul olan ölkələrdə bir çox quşlar, pişik, 
dovşan, Amerikada isə Lama əhliləşdirilmişdir. Daha sonra 
bal arısı və ipək qurdu insanlara fayda verməyə başlamışdır. 
Lakin bu gün Dünyada gedən güclü antropogen və  təbii 
çirklənmələr istərsə quru ərazilərdən və istərsə  də Dünya 
okeanından toplanan ərzaq məhsullarının azalmasına gətirib 
çıxarmışdır. Bu isə bütün Dnüyada və eləcə də ayrı-ayrı öl-
kələrdə ekoloji gərginliyi artırır, aclıq çəkən insanların sayı-
nı artırır. Bütün bunlarla əlaqədar olaraq, dünyada ərzaq 
məhsullarının ekoloji təmizliyini nizamlamaq zərurəti yaran-
mışdır. Buna nail olmaq üçün torpaqların münbitliyini artır-
maq,  əkilən bitki sortlarını yaxşılaşdırmaq, mineral və üzvi 
gübrələrdən geniş istifadə etmək, yığımdan sonra məhsul 
itgisinin qarşısını almaqla ekoloji gərginliyi azaltmaq olar. 
Bununla  ərzaq problemlərinin ekoloji nizamlanmasına nail 
olmaq mümkündür. Nəzərə almaq lazımdır ki, Yer kürəsində 
ərzaq bitkiləri  əkilməsi üçün münbit torpaqların münbitliyi 
intensiv azalır. Hazırda Yer kürəsində  ərzaq məhsulları al-
maq üçün əsasən meşəl-çöl və çöl zonaları geniş  mənim-
sənilir. Dünya əhalisinin sayı isə sürətlə artır. 
 
5.1. Azərbaycanda taxılçılığın ekoloji şəraitinin 
qiymətləndirilməsi 
 
Azərbaycan Respublikası  qədim  əkinçilik ölkəsidir. Min 
illər bundan əvvəl Azərbaycanın ucsuz-bucaqsız çöllərində 
taxılçılıq geniş yer tutmuşdur. Bu hal Azərbaycanda Sovet 
hakimiyyəti qurulana qədər davam etmişdir. Sovet hakimiy-


51 
yəti dövründə mərkəzləşdirilmiş dövlət yaradılmışdır. Azər-
baycanın bərəkətli torpaqları taxıldan əlavə başqa bitgilər, o 
cümlədən qiymətli lifə malik pambıq bitkisi yetişdirməyə 
qabil olduğu üçün mərkəzi hökumət pambığa üstünlük 
verirdi. Pambığın zəhmətkeşlərdən alış qiyməti 1 ton üçün 
65 rubl (sovet rublu) təşkil edirdi. Mərkəzi dövlət isə bundan 
qat-qat çox gəlir götürürdü. Azərbaycan, Özbəkistan, Türk-
mənistan və b. bir növ Mərkəzi hökumətin xammal baza-
larına çevrilmişdilər. Hətta pambığın yığımı Respublikamız-
da 1981-ci ildə 1 mln. tona çatdırılmışdır. Pambıq ilə taxıl 
əkinləri təqribən bərabər bölünsə də, əslində taxıla ayrılmış 
bir çox ərazilərdə pambıq  əkilirdi. Respublika bir növ 
monokultura tipli kənd-təsərrüfatına çevrilirdi. Belə bir 
vəziyyət sözsüz ki, torpaqların məhsuldarlığına mənfi təsir 
edirdi. Torpaqların fasiləsiz pambıq altında istifadəsi, güb-
rələrdən düzgün istifadə edilməməsi, suvarmanın düzgün 
aparılmaması, həm də primitiv olması, qurulmuş kollektor-
drenaj şəbəkəsinin tam gücü ilə fəaliyyət göstərə bilməməsi 
torpaqların şorlaşmasına, şorakətləşməsinə, bataqlaşması və 
deqradasiyasına səbəb olmuşdur. 
Bütün bu və digər səbəblərdən Azərbaycanda taxılın 
məhsuldarlığı 1950-1970-ci illərdə 7-9-s/ha, ümumi istehsalı 
600-700 min ton olmuşdur. Bu göstərici təxminən 26 il ər-
zində  dəyişilməmişdir. 1970-1985-ci illərdə taxılın məhsul-
darlığı bir qədər artaraq 26 sentnerə çatmış  və ümumi is-
tehsal 1 mln. 400 min tona yaxın olmuşdur. 
Beləliklə 15 il ərzində ümumi istehsal iki dəfədən çox
məhsuldarlıq isə 3 dəfə artırmışdır. 
Torpaq ehtiyatları  məhdud olduğundan dünyada taxıl is-
tehsalının artırılmasının  əsas yolu gələcəkdə  də  məhsuldar-
lığın yüksəldilməsidir. 
Azərbaycan Respublikasında suvarılan  ərazilər 1 milyon 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə