Microsoft Word M?d?niyy?tsunasl?q az doc



Yüklə 431,52 Kb.
səhifə13/17
tarix25.06.2018
ölçüsü431,52 Kb.
#51432
1   ...   9   10   11   12   13   14   15   16   17

Mədəniyyət  həm  də  insanın  evristik  məqsədlərinin  həyata  keçirilməsinə, 

onun  yenilikləri  dərk  etməsinə,  sosial  həyatın  yeni  yolları  və  metodlarınin 

açılmasına,  insanın  təbii  fəlakətlər  üzərində  nəzarətinin  güclənməsinə  şərait 

yaradır.  

Mədəniyyət  vəhdətdə  götürülmüş  bütün  ictimai  şüur  formalarını  əhatə 

edərək  dünyanın  dərk  olunması  və  mənimsənilməsinin  tam  mənzərəsini  yaradır. 

Cəmiyyət,  sinif,  millət  özünü  bütövlükdə  mədəniyyətdə,  mədəniyyət  vasitəsilə 

dərk edir. 



 

32. Mədəniyyətin informativ funksiyası 

Mədəniyyətin  informativ  funksiyası  tarixi  varisliyin  və  sosial  təcrübənin 

ötürülməsinə  xidmət  edir.  Mədəniyyətdən başqa, bəşəriyyətin mənəvi  sərvətlərini 

ötürən və geniş yayan digər bir sahəsi yoxdur. Mədəniyyət nə genetik, nə də bioloji 

yolla  ötürülür.  Mədəniyyət  öz  təbiətinə  görə  tarixi  mahiyyət  kəsb  edir.  Onun  bu 

günü  keçmişə  əsaslanaraq  gələcəyi  formalaşdırır.  Məhz  mədəniyyətin  köməkliyi 

ilə sosial təcrübə bir nəsildən digərinə ötürülür. Əgər söhbət ayrıca tarixi dövr və 

mərhələdən gedirsə, onda mədəniyyət vasitəsilə informasiya hər hansı bir ölkədən 

digərinə, bir xalqdan başqasına çatdırılır. Məhz bu xüsusiyyətinə görə mədəniyyəti 

bəşəriyyətin «qeyri-genetik yaddaş»ı adlandırmaq olar. 

nformasiyanın  məkan  və  zaman  çərçivəsində  ötürülməsi  kanalı  təkcə 

mənəvi mədəniyyətlə deyil, həm də maddi mədəniyyətlə izah edilir. Bu funksiyası 

vasitəsilə  mədəniyyət  nəsilləri  əlaqələndirir,  hər  növbəti  nəsli  əvvəlkilərin 

təcrübəsi ilə zənginləşdirir. Lakin bu o demək deyil ki, müasir dünyada yaşayaraq, 

müasir  kitabları  oxuyaraq  dünya  mədəniyyətinin  təcrübəsinə  yiyələnmək  olar. 

Burada  “mədəniyyət”  və  “müasirlik”  anlayışlarını  fərqləndirmək  lazımdır.  Böyük 

alman mütəfəkkiri  .V. Hötenin qeyd etdiyi kimi, mədəni olmaq üçün insan “dünya 

mədəniyyətinin bütün mərhələlərindən” keçməlidir. 

Nəzərə  almaq  lazımdır  ki,  mədəniyyət  keçmişin,  bu  günün  və  gələcəyin 

dönməz zaman ardıcıllığından ibarət xətti proses kimi yox, keçmişin, bu günün və 

gələcəyin birgə mövcud olduğu və aralarında dialoqun mümkün olduğu bir sistem 

kimi təzahür edir. Bu mədəniyyətlərarası dialoq isə insanda reallaşdırılır. 



Mədəniyyət  yalnız  ənənə  ilə  mövcud  ola  bilməz,  o  daima  dəyişmiş  tarixi 

şə

raitdə  sosiuma  daxil  olan  yeni  nəsillərin  səyləri  ilə  dəstəklənir.  Sosial-tarixi 



şə

raitin  bu  xüsusiyyəti  yeni  nəslin  nümayəndələrini  keçmişin  mədəni 

nailiyyətlərinin  yaradıcı  şəkildə  yenidən  işləmələrinə  təhrik  edir.  Varislik  və 

yenilikçilik  cəmiyyətin  mədəni  həyatının  əsaslarına  daxildir.  Cəmiyyətin  mədəni 

həyatının  əsaslarını  isə  məhz  informativ  funksiya  vasitəsilə  təmin  etmək 

mümkündür. 



33. Mədəniyyətin kommunikativ funksiyası 

Mədəniyyətin  kommunikativ  funksiyası  ilk  növbədə  insanlararası  ünsiyyəti 

təmin  edir.  Heç  bir  mədəniyyət  təcrid  olunmuş  halda  mövcud  deyildir  və 

mədəniyyətlər  bir-birinə  qarşılıqlı  təsir  göstərir,  başqa  insanların,  nəsillər  və 

mədəniyyətlərin  təcrübəsini  mənimsəyir.  nsan  maddi  və  mənəvi  mədəniyyət 

abidələrində  həkk  olunmuş  informasiyanı  dərk  etməklə  bu  abidələri  yaratmış 

insanlarla  dolayı  və  ya  vasitəli  ünsiyyətə  girir.  Söz  insanların  ideoloji  və  mədəni 

fəaliyyətinin bütün proseslərini müşayiət edir. Dil, ilk növbədə ədəbi dil bu və ya 

digər milli mədəniyyətə yiyələnmə vasitəsidir. 

Mədəniyyət  insanların  ünsiyyət  şəraiti  və  vasitəsidir.  Məhz  mədəniyyətin 

mənimsənilməsilə  insanlar  arasında  əsl  insani  ünsiyyət  formaları  qurulur.  Çünki 

məhz mədəniyyət onlara ünsiyyət vasitələrini – işarələr sistemini, qiymətləri verir. 

nsanın  bütün  fəaliyyət  istiqamətlərini  (istehsal,  ideoloji,  siyasi,  dini  və  s.) 

söz  müşayiət  edir.  Dil  mədəniyyətin  məhsulu  olub,  insanlar  arasında  hərtərəfli 

münasibətlər yaradaraq, bu və ya digər mədəniyyətin vasitəçisi rolunu oynayır. 

nsanların  ünsiyyət  vasitəsi  kimi,  ilk  növbədə,  onların  şifahi  dili  çıxış  edir. 

Söz insanların mədəni fəaliyyət proseslərini müşayiət edir. Dil, ilk növbədə ədəbi 

dil,  bu  və  ya  digər  milli  mədəniyyətə  yiyələnmək  üçün  “açar”  rolunu  oynayır. 

Mədəniyyətə  və  əsasən  incəsənətə  yiyələnmə  prosesində  insanlar  başqa  dövrlərlə 

və ölkələrlə tanış ola, digər nəsillərlə və insanlarla ünsiyyətdə ola bilərlər. 

 Ünsiyyət prosesi həm incəsənətin spesifik dili ilə (musiqi, rəqs, kino, teatr 

və  s),  həm  də  elmin  dili  ilə  (riyazi  rəmzlər,  kimyəvi  formullar  və  s.)  həyata 

keçirilir.  Əgər  tarixin  müxtəlif  çağlarında  ünsiyyət  vasitəsi  kimi  nəsildən  nəslə, 



insandan insana şifahi, qrafik formada işarə sistemləri ötürülürdüsə, müasir dövrdə 

yeni  nəqliyyat  vasitələrinin,  texnika,  kütləvi  informasiya  vasitələrinin  (mətbuat, 

radio,  televiziya,  kino,  audio-  və  videoyazılar,  nternet)  inkişafı  nəticəsində 

informasiyaların  ötürülməsində  yüksək  irəliləyiş  əldə  edilmişdir.  Beləliklə, 



kommunikativ

  imkanların  genişlənməsi  mədəniyyətlərin  milli  xüsusiyyətlərinin 

kölgədə  qalması  və  vahid  ümumbəşəri  sivilizasiyanın  formalaşmasının 

təminatçısıdır.  



 

34. Mədəniyyətin tənzimləyici funksiyası 

Tənzimləyici  (və  ya  normativ)  funksiya

 cəmiyyətin bütün insanlara tələb və 

normalar  sistemi  ilə  yanaşılmasını  bildirir.  Yəni  insanların  bütün  fəaliyyət 

sahələrində  –  əmək,  məişət,  qruplararası  münasibətlərdə  və  s.  cəmiyyət  insanlar 

üzərində  bir  sıra  tələb  və  normalar  qoyur  ki,  bu  da  çox  vaxt  mədəniyyətlə 

tənzimlənir.  Mədəniyyətin  köməkliyi  ilə  insan  və  ya  insan  qruplarının  davranışı 

cəmiyyətin  onların  üzərinə  qoyduğu  norma  və  prinsiplərə  uyğunlaşdırılır.  Bu 

funksiya əxlaq və hüquq kimi normativ sistemlərlə möhkəmləndirilir.  

Beləliklə,  mədəniyyət  insanın  gündəlik  fəaliyyətini  də  tənzimləyir. 

Mədəniyyətin tənzimləyici funksiyası əxlaqın müxtəlif sahələri nəticəsində həyata 

keçirilir:  bunlardan  ən  aliləri  əxlaqi,  mənəvi  dəyərlərdir.  Bunlar  da,  yəni  əxlaqi 

dəyərlər tarixin gedişində dəyişərək xalqdan xalqa ötürülür. Dünya inkişaf etdikcə 

ə

xlaq normaları qarşılıqlı zənginləşir və daha böyük ümumbəşəri əhəmiyyət kəsb 



etməyə  başlayır.  Yəni  insanlar  hazırda  daha  aydın  surətdə  dərk  etməyə 

başlamışdırlar  ki,  hamı  bir  gəminin  sərnişinlərinə  çevrilib  və  onlar  baş  verən 

neqativ hadisələrə qarşı birgə mübarizə apara bilərlər.  

Ə

xlaq  normalarının  əsas  tənzimləyicisi  kimi,  hələ  ən  qədimlərdən  kilsə, 



müsəlmançılığın  tarixindən  başlayaraq  isə,  slam,  Qurani-Kərim,  məscidlər 

olmuşdur. Bunların hər birindəki müddəa və göstəricilər ümumbəşəri xarakter kəsb 

edirdi.  

Mədəniyyətin tənzimləyici funksiyasını ifadə edən əsas səviyyələrdən birini 

də  hüquq  normaları  təşkil  edir.  Əgər  əxlaq  normaları  dini  mətn  və  sənədlərdə, 



Yüklə 431,52 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə