Microsoft Word M?d?niyy?tsunasl?q az doc



Yüklə 431,52 Kb.
səhifə14/17
tarix25.06.2018
ölçüsü431,52 Kb.
#51432
1   ...   9   10   11   12   13   14   15   16   17

ə

dəbiyyatlarda  təzahür  edirsə,  hüquq  normaları  konstitusiya  və  qanunlarda  təsbit 

olunur.  Bu  cəhətinə  görə  həmin  normalar  təkcə  əxlaqi,  mənəvi  mahiyyət  deyil, 

həm də hüquqi əhəmiyyət və məzmun kəsb edir.  

Mədəniyyətin normativ tərəfini əks etdirən digər səviyyələrdən birini də adət 

və  ənənələr  təşkil  edir.  Adət  həyatın  müxtəlif  sahələrində  və  şəraitində  nəsildən 

nəslə  ötürülən  normaların  möhkəm  və  davamlı  davranış  sistemidir.  Müəyyən 

nümunəvi forma kəsb edərək adətlər daha davamlı və konservativ xarakterə malik 

olub, əsrlərdən əsrlərə ötürülür.  

 

35. Mədəniyyətin aksioloji (qiymətləndirici) funksiyası 

Mədəniyyətin  aksioloji  (qiymətləndirici)  funksiyası

  insanların  hələ  Sokrat 

tərəfindən verilmiş «xeyir nədədir?» sualının cavabının tapılmasında təzahür edir. 

Bəşər  tarixində  bütün  zəka  sahibləri  bizi  əhatə  edən  «faydalı»  və  «zərərli» 

olanların  təsnifatının  verilməsinə  çalışmışlar.  Praktiki  fəaliyyət  prosesində  insan 

intellekti  vasitəsilə  dəyərlərin  təsnifatı  verilmiş  və  qiymətləndirilmişdir.  Təcrübə 

zənginləşdikcə  bir  çox  dəyərlər  nəzərdən  keçirilmiş,  bəziləri  sıradan  çıxmış, 

yeniləri  meydana  gəlmişdir.  Müxtəlif  xalqlarda  «xeyir»,  «şər»  anlayışları  özünü 

müxtəlif  dəyərlərdə  təzahür  etdirir.  Deməli,  dəyərlər  hər  bir  mədəniyyətin 

özünəməxsusluğunu  təmin  edir.  Bir  mədəniyyət  üçün  əsas  kimi  götürülən  dəyər 

digərində əhəmiyyət malik olmaya da bilər. Hər bir xalqın öz dəyərlər iyerarxiyası 

formalaşdırsa  da,  dəyərlərin  məcmusu  ümumbəşəri  xarakter  daşıyır.  Ona  görə  də 

ə

sas dəyərləri aşağıdakı kimi təsnifləndirmək olar: 



-vital dəyərlər – həyat, sağlamlıq, təminat, qüvvə və s.; 

-sosial dəyərlər – ictimai vəziyyət, əmək, peşə, şəxsi azadlıq, ailə, cinslərin 

bərabərliyi; 

-siyasi dəyərlər – söz azadlığı, vətəndaş azadlığı, qanun; 

-əxlaqi  dəyərlər  –  xeyir,  xeyirxahlıq,  dostluq,  şərəf,  sədaqət,  ədalət, 

böyüklərə ehtiram, uşaqlara məhəbbət; 

-estetik dəyərlər – gözəllik, ideal, stil, harmoniya, moda və s. 



Hər  bir  cəmiyyət,  hər  bir  mədəniyyət  öz  dəyərlər  məcmusundan  çıxış  edir, 

burada yuxarıda sadalananlardan hansısa iştirak etməyə də bilər. Eyni zamanda hər 

bir  mədəniyyət  bu  və  ya  digər  dəyərləri  özünəməxsus  şəkildə  qavrayır.  Məsələn 

gözəllik  idealı  müxtəlif  xalqlarda  kəskin  fərqlənir  (orta  əsrlərdə  Çində  kübar 

cəmiyyət arasında kiçik pəncə gözəllik idealı kimi qəbul edildiyindən beş yaşdan 

başlayaraq qızların ayaqlarını xüsusi sarğı ilə bağlayırdılar). 

Ortaq  mədəni  dəyərlər  xalqları,  sosial  qrupları,  dövlətləri  birləşdirir.  Öz 

mədəniyyətinin  formalaşdığı  istənilən  sosial  sistem  həmin  mədəniyyətdə 

möhkəmlənir. 

 

36.Təbiət-cəmiyyət münasibətlərinin mahiyyəti 

Mədəniyyatşünaslıq  elmində  təbiət  və  cəmiyyətin  qarşılıqlı  münasibətləri 

məsələsi  mühüm  yer  tutur.  Cəmiyyət  ilə  təbiət  bir-birilə  sıx  vəhdətdədir.  

Cəmiyyətin  mövcudluğu  və  inkişafı  təbiət  ilə  ayrılmaz  əlaqədə  baş  verir.  Bu 

mənada  təbiət  cəmiyyətin  daimi  və  zəruri  şərtidir,  təbiətsiz  cəmiyyət  mövcud 

deyildir.  

Cəmiyyətlə  təbiət    arasında  müəyyən  ziddiyyətlər  də özünü göstərir.  Bunlar 

həm təbiətin, həm də cəmiyyətin inkişafı üçün hərəkətverici qüvvə rolunu oynayır. 

Belə ki, insan lap qədimdən daimi təbiətlə, təbiət qüvvələri ilə mübarizə prosesində 

inkişaf edirlər.  

Tarixin  bütün  dövrlərində  bu  və  ya  digər  formada  çıxış  edən  təbiət  – 

cəmiyyət    ziddiyyətlərinin  həlli  svilizasiyanın  inkişafına  təkan  verir.  Cəmiyyət 

təbiətin  sirlərinə  yiyələnmək  və  onun  qüvvələrindən  öz  mənafeləri  üçün  istifadə 

etmək  yolu  ilə  irəliləyir. Təbii  ehtiyatlar  cəmiyyətin  sərvətidir.  Bundan  əlavə,  

bütün  dövrlərdə  demoqrafik  proseslərin  inkşafı,    əhalinin  sağlamlığının  təmin 

edilməsi  təbii  mühit  ilə  üzvi  surətdə  bağlıdır.  Belə  ki,  iqlim,  hava,  su,  ərzaq 

məhsulları  və  s.  insanların  həyat  fəaliyyətinin  bioloji  göstəricilərinə,  əmək 

qabiliyyətinə,  bir  sözlə,    işçi  qüvvəsinin  təkrar  istehsalı  ilə  əlaqədar  olan  bütün 

prosseslərə  mühüm  dərəcədə  təsir  göstərir.  Nəhayət,  təbiət  həm  də  insanların 



psixoloji,  əxlaqi-etik  və  estetik  keyfiyyətlərinə,  şəxiyyətin  ahəngdar  inkşafına  da 

ciddi təsir göstərir.  

Beləliklə,  təbiət  insanın  mövcudluğunun  təbii  şəraiti,  onun  fəaliyyəti  üçün   

meydan rolunu oynayır. Əlverişli coğrafi mühit olmadan cəmiyyət nə yarana, nə də 

inkişaf edə bilməzdi.  nsanlar yaşayış vasitələrini təbiətdən alır.  

Mövzunun  aktuallığı  həm  də  onunla  bağlıdır  ki,  müasir  dövrdə  təbiət  − 

cəmiyyət  −  insan  münasibətlərində  gərginlik  durmadan  artmaqdadır.  Ekoloji 

böhran sivilizasiyanın gələcək varlığını ciddi təhlükə altına alır. Buna görə də onun 

həlli labüd və zəruri məsələdir. 

 

37. Təbiət-cəmiyyət münasibətlərinin tarixi inkişaf mərhələləri 

Təbiət insanın mövcudluğunun təmin edilməsi və onun fəaliyyəti üçün zəmin 

rolunu oynayır. Əlverişli coğrafi mühit olmadan cəmiyyət nə yarana, nə də inkişaf 

edə  bilməzdi.  nsanlar  yaşayış  vasitələrini  təbiətdən  alır.  Təbiət  ilə  cəmiyyət 

arasındakı  münasibətlərin xarakteri konkret-tarixi  məzmuna  malikdir.  Bu  mənəda 

aşağıdakı tarixi mərhələləri ayırmaq olar. 

 Birinci mərhələ ən  qədim  dövrü  əhatə  edir.  Bu  mərhələdə  insanlar  təbiətin 

hazır  məhsullarından  istifadə  etməklə,  ovçuluq  və  balıqçılıqla  məşğul  olurdular. 

Başqa  sözlə,  mənimsəmə  təsərrüfatının  hökm  sürdüyü  həmin  mərhələdə  insanlar 

təbiət  qüvvələrindən  demək  olar  ki,  tam  asılı  idilər.  Buna  görə  də  onlar  təbiətə 

sitayiş  edir,  müxtəlif  qurbanlar  verməklə  ondan  rəhm  diləyirdilər.  btidai  insan 

təbiəti ilahiləşdirir, yaşamağının mənbəyini ona itaət etməkdə görürdü. 

  kinci mərhələ təxminən 7-10 min il bundan əvvəl baş vermiş neolit inqlabı 

ilə  başlamışdır.  Bu  dövrdə  insanlar  artıq  təbiətin  hazır  nemətlərindən  istifadə 

etməklə kifayətlənmir, lazım olan məhsulları və yaşayış vasitələrini özləri istehsal 

etməyə  başlayırlar.  Bu,  bir  tərəfdən  ictimai  inkşafa  təkan  verdi,  digər  tərəfdən 

cəmiyyət  ilə  təbiət  arasında ziddiyyətlərin  yaranmasına  gətirib  çıxardı.  Buna 

baxmayaraq, təbiət ilə cəmiyyət arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf 

edir və möhkəmlənirdi. 



Yüklə 431,52 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə