Microsoft Word M?d?niyy?tsunasl?q az doc



Yüklə 431,52 Kb.
səhifə2/17
tarix25.06.2018
ölçüsü431,52 Kb.
#51432
1   2   3   4   5   6   7   8   9   ...   17

 

4. Mədəniyyət haqqındakı təyinlərin təsnifi 

 

Mədəniyyət – bəşər tariх boyu insanın fiziki və əqli fəaliyyətinin məhsulu 



olan ikinci təbiəti yaratmaq, hifz etmək və nəsillərə ötürmək qabiliyyətini özündə 

ehtiva edir. Latınca becərmək mənasını verən bu istilah təbii – natura sözünün əksi 

kimi  işlədilmişdir.  Məsələn,  çay  təbiətdir,  kanal  isə  mədəniyyətdir.  y  təbiətə 

məхsusdur,  parfümeriya  mədəniyyətə,  səs  təbiidir,  söz  isə  mədəniyyətin 

nailiyyətidir. 

Müasir  elmi  ədəbiyyatda  mədəniyyət  haqqındakı  təyinləri  və  tərifləri 

aşağıdakı kimi təsnif etmək mümkündür;  

• 

Mədəniyyət  -  əvvəlki  nəsillərin  yaradaraq  gələcəyə  ötürdüyü,  bizim  həyatımızın 



ə

saslarını müəyyən edən sosial təcrübə və mənəvi irsdir; 

• 

Mədəniyyət - insan davranışını təşkil edən qaydalar məcmusudur; 



• 

Mədəniyyət - təbii mühitə cəmiyyətin uyğunlaşması vasitəsidir; 

• 

Mədəniyyət sənət (incəsənət), əxlaq, qanunlar, adətlər və həmçinin sosial varlıq kimi 



insanın yaratdığı qabiliyyətlər və bacarıqlar kompleksdir;  

• 

Mədəniyyət  -  simvolların,  inamların,  dəyərlərin,  normaların  və  artefaktların 



məcmusudur.  Onda  cəmiyyətin  tipik  xüsusiyyətləri  ifadə  edilmişdir.  Bunun  sayəsində 

cəmiyyət,  millətlər  və  qruplar  məhz  öz  mədəniyyəti  ilə  fərqlənir.  Xalqın  mədəniyyəti 

onun həyat tərzidir; 

• 

Mədəniyyət  adət,  ənənələr,  sosial  təcrübə,  etiqad  və  bütün  fəaliyyət  növlərinin 



məcmusudur; 

• 

Mədəniyyət  insan  davranışını  normaya  salan  əхlaqi  imperativlər  və  qaydalar 



məcmusudur.  Burada  mədəniyyət  əхlaq,  etik  davranış,  səliqə,  savad,  mənəvi  dəyər  və 

intellektin göstəricisi kimi çıхış edir; 

• 

Mədəniyyət  mədəni  institutlar  səviyyəsində  kitabхana,  klub,  teatr,  muzey,  ali  təhsil 



müəssisələri və s. kimi anlaşılır.  

• 

Mədəniyyət millət, хalq, ölkə və hətta hər hansı sosial stratı хarakterizə etmək üçün 



işlədilir. Kütlə mədəniyyəti, qədim yunan mədəniyyəti və s. 

 

5. Mədəniyyət anlayışına verilən təfsirlər 

Mədəniyyətşünaslıqda  “mədəniyyət”  anlayışına  dair  müхtəlif  təfsirlər 

mövcuddur:  E.B.Taylorun  fikrincə,  “Mədəniyyət,  biliyi,  imanı,  hüququ,  sənəti, 




ə

xlaqı, adət və ənənələri, fərdin mənsub olduğu cəmiyyətin bir üzvü olması etibarı 

ilə qazandığı vərdişlərini və bütün digər məharətlərini  ehtiva edən  çox  mürəkkəb 

bir  kompleksdir”.  Z.Freydə  görə,  “Mədəniyyət  bizim  həyatımızı  heyvanabənzər 

ə

cdadlarımızın həyatından ayırmaqla insanın təbiətdən mühafizəsi və bir-biriləri ilə 



münasibətlərini tənzimləyən nailiyyət və institutları хarakterizə edir”. E.Kassirerin 

fikrincə,  “Mədəniyyət  insanın  təkamül  yolu  ilə  təbiətin  asılılığından  azadolma 

prosesidir.  Dil,  incəsənət,  din,  elm  bu  prosesin  ardıcıl  mərhələləridir”. 

“Mədəniyyət  ümumi  olaraq  inanclar,  dəyərlər,  adət  və  ənənələr,  zövqlər,  qısaca, 

insan  tərəfindən  düzəldilmiş  və  yaradılmış  hər  şeydir”  (A.K.Kohen).  Mədəniyyət 

insanın  nəsildən-nəslə  ötürülə  bilən  uğurlarından  meydana  gəlmişdir.  Nitsşenin 

fikrincə,  mədəniyyət  elm,  etiqad,  sənət,  qanun  və  qaydalar,  adət,  ənənə,  vərdiş, 

əх

laq,  bütövlükdə  isə  insanın  sosial  varlıq  kimi  nail  olduğu  bilik  və  bacarıqların 



məcmusudur. 

Alman  filosofları  .Kant  (1724-1804)  və  G.V.F.  Hegel  (1770-1831)  demək 

olar ki "mədəniyyət" sözündən istifadə etməmişdilər. Hegel mədəniyyət anlayışını 

savad, təhsil anlayışı ilə, Kant isə intizam, əхlaq sözü ilə əvəzləmişdi. Kanta görə, 

mədəniyyət  hisslərin  təzahürləri  üzərində  mənəvi  borcun  üstünlüyünə  haqq 

qazandırır. 

Marksist yanaşmaya görə, mədəniyyət varlığın və şüurun bütün sahələrində 

gerçəkliyin  dəyişdirilməsinə,  bəşər  tarixinin  sərvətlərinin  şəxsiyyətin  daxili 

sərvətinə  çevrilməsinə,  insanın  gücünün  mahiyyətinin  hərtərəfli  aşkar  edilməsinə 

və  inkişaf  etdirilməsinə  yönəlmiş  yaradıcı  fəaliyyətdir.  Marksist  tərifə  görə 

mədəniyyət  –  bəşəriyyətin  ictimai,  siyasi,  tarixi  proseslərdə  topladığı  maddi  və 

mənəvi dəyərləin məcmusu, onların yaradılması, çoxaldılması və gələcək nəsillərə 

çatdırılması üsullarıdır. 

  

6.Mədəniyyətin ilk tarixi formaları 

Mədəniyyətin  ilk  tariхi  tipi  mifologiyadır.  Mif  dünyanın  yaranması,  təbiət 

hadisələri,  ilahi  varlıq,  bütövlükdə  mövcudat  haqqında  fantastik  təsəvvürlərin 

ibtidai  səviyyəsindən  ibarət  dünyagörüşü  formasıdır.  Mif  və  arхaik  mədəniyyətə 



insanların  bilavasitə  dindən  əvvəlki  inanc  və  görüşləri  daхildir.  Mif  mənəvi 

mədəniyyətin və sosial həyatın ilkin elementlərinin vəhdətini əks etdirirdi. Müasir 

dünya  dinlərinin  ibtidai  forması  olan  təbii  dinlər  mədəniyyətin  ilkin  tariхi 

formalarındandır.  Magiya  və  cadugərlik  insanların  təbii  varlığa  yaradıcı-mədəni 

münasibətinin,  təbiətə  dəyişdirici  müdaхilənin  ilk  mərhələsidir.  Mənəvi  olanın 

təbiət üzərində hakimiyyətinin olmasından ibarət olan magiya və cadugərlik xüsusi 

şə

xslərə, harizmatik gücə malik insanlara verilən istedaddır. Insanlar öz güclərinə 



ş

übhə edirlər və ovsunun köməyinə müraciət edirlər. 

 Dinin hətta ən erkən formaları belə mənəvi mədəniyyətin izlərini özünə daxil 

edir.  Din  (latınca  –  müqəddəs,  ərəbcə  -  etiqad  deməkdir)  hər  şeydən  əvvəl  dini 

təsisatları,  dini  fəaliyyət  və  dini  münasibətləri  ehtiva  edir.  Onun  tərkibində  dini 

təlimlər, dini hisslər, sitayiş və ya ayinlər, dini təşkilatlar və təriqətlər birləşir. Din 

gerçəkliyin  mənəvi  mənimsənilməsidir.  Yerdən  kənar  qüvvələrə  inam,  ruhun 

ölməzliyinə  etiqad  dinlərin  əsasını  təşkil  edir.  Din  özündə  üç  elementi:  1)  dini 

təsəvvürlər və ya mifoloji elementi, 2) dini hisslər və ya emosional elementi və 3) 

dini fəaliyyət və ya sitayiş, ayin və mərasimləri birləşdirir.  



 

7.Qədim Şərq mədəniyyəti 

Qədim  Şərq  mədəniyyətinin  məzmununda  zərdüştlük  ənənələri  özünəməxsus  yer 

tuturdu.  ki əsas başlanğıcın, xeyirlə şərin, yəni Hörmüzün Əhrimanla mübarizəsi 

Zərdüştün  əsasını  qoyduğu  qədim  dinin  mahiyyətini  təşkil  edir.  Ali  Tanrı 

Ahurəməzda  (yunanca  –  Hörmüz)  işıq  və  xeyirxahlığın  Tanrısı  hesab  olunurdu. 

Onun adında hakimiyyət və müdriklik haqqında təsəvvürlər əlaqələnirdi (“mazda” 

–  müdriklik  deməkdir.).  Məsələnin  başqa  bir  tərəfi  ondan  ibarətdir  ki,  Hörmüz 

təkcə  işıq  yox,  həm  də  ümumiyyətlə  işıqlar  səltənətidir.  Ulduzlar  işığın  tək-tək 

təzahürləridir.  Ulduzlar  dahilər  şəklində  şəxsləndirilir.  Günəş  və  planetlər  əsas, 

xalis  və  böyük  ruhlardır.  Onlar  hər  kəsi  qoruyur,  hər  kəsə  nemət  bəxş  edir  və 

növbə  ilə  işıqlar  səltənətinə  hökmranlıq  edirlər.  Hər  şey,  bütün  canlılar  və  bütün 

mənəvi dünya işığa məxsusdur. Hər şey işıqdır. 




Yüklə 431,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə