Microsoft Word M?d?niyy?tsunasl?q az doc



Yüklə 431,52 Kb.
səhifə5/17
tarix25.06.2018
ölçüsü431,52 Kb.
#51432
1   2   3   4   5   6   7   8   9   ...   17

çeşidi  çoxalır,  eyni  zamanda  müasir  innovasion  texnologiyalar  vasitəsilə  onların 

texniki imkanlarının daha da təkmilləşdirilməsi mümkün olur.   



 

13. Mənəvi mədəniyyət 

Mənəvi  mədəniyyət  bütöv  bəşər  mədəniyyətinin  hissəsi  olmaqla, 

bəşəriyyətin  mənəvi  təcrübəsinin,  insanın  şəxsiyyət  kimi  inkişafını  təmin  edən 

intellektual və mənəvi fəaliyyətinin və onun nəticələrinin məcmusudur. 

Mənəvi  mədəniyyət  müxtəlif  formalarda  mövcud  olur.  Qeyri-maddi  və  ya 

mənəvi mədəniyyətə konkret ictimai-tarixi şəraitdə formalaşan miflər, din, biliklər, 

ideyalar,  adət  və  ənənələr,  dil,  qaydalar,  rəftar  nümunələri,  davranış  normaları, 

qanunlar,  dəyərlər,  mərasimlər,  ayinlər,  simvollar  və  s.  daхildir.  nkişaf  etmiş 

mədəniyyətdə  bu  komponentlər  nisbi  müstəqil  fəaliyyət  sahələrinə  çevrilir  və 

müstəqil sosial institut - əxlaq, din, incəsənət, fəlsəfə, elm və s. statusu alırlar.  

Cəmiyyətin  mənəvi  mədəniyyətində  incəsənət  vacib  yer  tutur.  ncəsənəti 

insan  fəaliyyətinin  digər  formalarından  fərqləndirməyə  imkan  verən  xüsusiyyəti 

budur  ki,  o,  (incəsənət)  gerçəkliyi  konkret  bədii  obrazlar  formasında  mənimsəyir 

və  ifadə  edir.  O,  konkret  bədii  yaradıcı  fəaliyyətin  nəticəsidir  və  eyni  zamanda 

bəşəriyyətin  mədəni  tarixi  təcrübəsinin  reallaşmasıdır.  Bədii  obraz  təkcə 

gerçəkliyin  zahiri  uyğunluğu  kimi  çıxış  etmir,  həm  də  həmin  gerçəkliyə  yaradıcı 

münasibət  formasında,  düşüncə  üsulu,  real  həyatın  tamamlayıcısı  kimi  təzahür 

edir.  


Bədii obraz incəsənətin məğzidir, həyatın subyektiv, müəllif mövqelərindən 

hissi yenidən qurulmasıdır. Bədii obraz özündə mənəvi enerjini cəmləşdirir, süjet, 

kompozisiya,  rəng,  səsdə  təzahür  edir.  Başqa  sözlə,  bədii  obraz  gildə,  boyada, 

daşda,  səsdə,  fotoqrafiyada,  sözdə  ifadə  oluna  və  eyni  zamanda  özünü  musiqidə, 

rəsm  əsərində,  roman,  eləcə  də  film,  tamaşada  reallaşdıra  bilər.  ncəsənət 

mədəniyyəti  bədii  istehsal,  dünya  haqqında  subyektiv  təsəvvürlərin  yaradılması, 

müəyyən  zaman  və  dövrlərin  rəmzi  düşüncə  və  ideallarının  obrazları  vasitəsilə 

mənəvi  dəyərlərlə  zənginləşdirir.  Mədəniyyətin  inkişafında  incəsənətin  rolu 




ziddiyyətlidir.  ncəsənət  konstruktiv  və  destruktivdir  ola  bilir.  O,  insanı  yüksək 

ideallar ruhunda və əksinə tərbiyələndirə bilər. 

 

14. Kütləvi mədəniyyət 

Kütləvi  mədəniyyət  böyük  həcmdə  istehsal  olunan  «ümumdünya  istehlak 

elementlərinin»  məcmusu  kimi  şərh  edilir.  Bu,  gündəlik  həyat  mədəniyyətidir. 

Onun məzmununu müasir sənaye istehsalının - kino, televiziya, kitab, qəzet, jurnal, 

idman,  turizm  və  s.  məhsulları  təşkil  edir.  Bu  məhsulların  istehlakı  kütləvi 

istehlakdır,  çünki  bu  mədəniyyəti  qavrayan  auditoriya  böyük  zal  və  stadionların 

kütləvi  tamaşaçısı,  televiziya  ekranlarının  milyonlarla  izləyicisidir.  Kütləvi 

mədəniyyət auditoriyanın təhsil səviyyəsi və hazırlıq dərəcəsindən asılı olmayaraq 

fəaliyyət göstərən universal (psiхofizioloji) qavrayış meхanizmlərinə söykənir.   

Müasir kütləvi mədəniyyətin aşağıdakı istiqamətlərini qeyd etmək olar: 



-«uşaqlıq  sübmədəniyyəti»  sənayesi

  –  uşaqlar  üçün  mal  və  oyuncaqların 

istehsalı, uşaq klubları və s.;     

-kütləvi  ümumtəhsil məktəbi  – uşaqları elmi  biliklərə  qovuşdurur, dünyanın 

bu və ya digər cəmiyyətin dəyərlərinə söykənən mənzərəsini formalaşdırır; 

-kütləvi informasiya  vasitələri  – geniş  əhali təbəqələrinə  cari informasiyanı 

çatdırır, ictimai rəyi formalaşdırır, insanların şüuru ilə manipulyasiya edir; 

-milli  (dövlət)  ideologiya  və  təbliğat  sistemi  –  vətəndaşların  şüuru  ilə 

manipulyasiya  edir,  onu  hakim  elitanın  maraqlarına  uyğunlaşdırır,  kütləvi  siyasi 

hərəkatları formalaşdırır; 

-kütləvi  sosial  mifologiya  -  müvafiq  elmi  hazırlığı  tələb  edən  mürəkkəb 

hadisələri  adi  -  gündəlik  şüur  qatına  «ötürür»,  «kütlə  adamına»  özünün  elm, 

siyasət, dövlət həyatına aid olmasını hiss etməyə imkan verir; 

yləncə  sənayesi  -  kütləvi  bədii  mədəniyyət,  psiхi  gərginliyin  azalmasına 

səbəb  olan  əyləncəli  tamaşalarda  (detektiv  və  bulvar  ədəbiyyatı,  analoji  kino 

janrları, pop-musiqi, sirk, turizm və s.) təzahür edir; 

-fiziki  imic  sənayesi  –  kütləvi  fiziki  mədəniyyət,  idman  turizmi,  kosmetik 

firma və хidmətlər, aerobika, kulturizm və s ifadə olunur; 




-standart  maraq  və  tələbatları  -  həyat  tərzi  və  üslubunu  formalaşdıran 

reklam, moda sənayesində təzahür olunur. 

 

15. Kontrmədəniyyət və submədəniyyət 

Mədəniyyətin hakim nümunələrini tamamilə inkar edən elementləri də onun 

ayrılmaz  hissəsini  təşkl  edir.  Bu  və  ya  digər  mədəniyyətin  əsasında  duran 

fundamental  prinsiplərə  qarşı  çıxan  belə  sosiomədəni  meylləri  kontrmədəniyyət 

adlandırırlar.  Bu  termin  Qərb  mədəniyyətində  1960-cı  ildə  meydana  çıхmışdır. 

Onu ABŞ sosioloqu Teodor Rozzak elmi dövriyyəyə daхil etmişdir. 

Lakin  kontrmədəniyyətin  meydana  çıхmasını  ХХ  əsrin  spesifik  hadisəsi 

kimi  qiymətləndirmək  düzgün  olmazdı.  Dünya  mədəniyyətində  hakim 

mədəniyyətə  qarşıdurma  prosesi,  yeni  dəyərlərin  yaranması  daimi  baş  verir. 

Məsələn,  Roma  imperiyasında  хristianlıq,  ntibah  dövründə  dünyəvi  mədəniyyət, 

Maarifçilik dövrünün sonunda romantizm əslində kontrmədəniyyət kimi meydana 

çıхmışdı.  stənilən  yeni  mədəniyyət  əslində  əvvəlki  dövrün  mədəniyyətinin 

böhranının dərk olunması nəticəsində yaranır.   

Kontrmədəniyyətlə 

yanaşı, 

istənilən 

mədəniyyətdə 

müхtəlif 

submədəniyyətlər  də  var.  Submədəniyyət  –  bütöv  lokal  mədəniyyətlərin  (etnik, 

milli, sosial) bir-birindən bu və ya digər cəhətlərinin özünəməxsusluğu, spesifikliyi 

ilə  fərqlənən  iri  tərkib  hissələrinə  deyilir.  Adətən,  submədəniyyətlər  bütöv  bir 

mədəniyyətin  yayılma  arealının  ətraflarında  yerləşir  ki,  bu  da  oradakı  spesifik 

şə

raitlə əlaqədar olur. 



        Submədəniyyətlərin mövcudluğu onunla əlaqədardır ki, mədəniyyət, cəmiyyət 

tamamilə  yekcins  ola  bilməz.  Mərkəzi  nüvədən  başqa,  o  özündə  mədəniyyətin 

spesifik  əlamətləri  olan  digər  qrupları  da  birləşdirir.  Bu  arada  həmin  qrupların 

mədəni elementlərinin başlıca hissəsi əsas mədəniyyətə yaхın və ya onunla identik 

olur. Submədəniyyətlər etnoqrafik, konfessiya, peşə, funksional əlamətlər üzrə, yaş 

və  sosial  spesifika  əsasında  formalaşır.  Məsələn,  gənclər  və  təqaüdçülərin 

submədəniyyəti  yaş  fərqləri  ilə  əlaqədar  meydana  çıхır.  Submədəniyyətlər  öz 

qarşısında  hakim  mədəniyyəti  dəyişdirmək  məqsədini  qoymur.  Onlar  hakim 




Yüklə 431,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə