Microsoft Word M?d?niyy?tsunasl?q az doc



Yüklə 431,52 Kb.
səhifə3/17
tarix25.06.2018
ölçüsü431,52 Kb.
#51432
1   2   3   4   5   6   7   8   9   ...   17

Qədim  Hind  mədəniyyətinə  buddizmin  böyük  təsiri  olmuşdur.  Buddizmə 

etiqad  edən  insanın  əsas  məqsədi  nirvanaya  nail  olmaqdır.  Nirvana  –  mokşa 

(qurtulma, qəlbin yekun olaraq xilası) anlayışının şəkildəyişməsidir. Nirvanaya can 

atma hissi ehtirasın fövqünə yüksəlmədir; o, bununla mənəvi olanın müxtəlif növ 

dəyişməz instinktlər üzərində qələbəsini təmin edir.Buddizmə etiqad edən xalqları 

sakit  mülayimlik  və  itaətkarlıq  fərqləndirir.  Buddizm  özünü  özündən  ayırmadır. 

Insan nirvanaya nail olan kimi bütün ağırlıqlardan azad olur və bundan sonra heç 

bir məhvedici qüvvələrin təsirinə məruz qalmır.  

Qədim  misirlilərin  dinində  biz  çoxlu  sayda  Tanrı  obrazları  ilə  qarşılaşırıq. 

Ancaq hamısının qəlbi Osirisdə cəmləşir. Osiris həm həyatın, həm ölümün, həm də 

bütün  canlıların  mənbəyi  olan  Nilin  təcəssümüdür.  Osiris-Nil  öz  qardaşı  Setlə 

(səhra  gücünün  təcəssümü  ilə)  qorxunc  mübarizə  aparır.  Osirisin  Setlə  bu  əbədi 

dövri  mübarizəsi  Misirdə  ilin  fəsillərini  ifadə  edir:  Nilin  daşması,  əkin  dövrü, 

yetişmə dövrü və biçin dövrü, habelə qorxunc quraqlıq dövrü (aprel-iyun). Osiris 

təkcə  ölən  və  yenidən  dirilən  Tanrı  deyil.  Onda  mənəvi  başlanğıc  da  öz 

təcəssümünü  tapır.  O,  qanunvericidir,  nikahı  müəyyən  etmiş,  insanlara  əkinçiliyi 

və müxtəlif sənətləri öyrətmişdir. Misir dövlətçiliyi inkişaf etdikcə və qonşu qəbilə 

və  səltənətlər  üzərində  üstünlük  qazandıqca,  insanların  şüurunda  onların 

həyatlarının  faniliyinə  qarşı  şübhə  yaranmağa  başlayır.  Ölümə  qarşı  bu  böyük 

etiraz  özünün  misirlilərdəki  qədər  parlaq,  konkret  və  yekun  və  ifadəsini 

tapmamışdır. 

 

8.Qədim Yunan və Roma mədəniyyəti 

Yunanıstanda fəlsəfə, elm, mifologiya və din demək olar ki, bir-birilərindən 

heç  fərqlənmirdilər  və  bu  da  sözsüz  ki,  yunan  Tanrı-larının  təbiətində  əks 

olunurdu. Yunan mifologiyası bütün dünyanın yaşadığı ehtiras və arzuların gözəl 

obrazlarında  öz  əksini  tapan  tam  bir  Tanrı-lar  silsiləsini  yaratmışdır.  Insanın  hər 

ş

eyi  bilmək  həvəsi  ellində  azadlıq  hissini  doğururdu.  Azadlıq,  mənəviyyat  və 



gözəllik  Qədim  Yunan  mədəniyyətini  səciyyələndirən  başlica  kateqoriyalardır. 

Yunanların  dini  kultu  özündə,  sanki,  həyat  poeziyasının  davamını  əks  etdirir. 




Yunanların “gözəllik dini” insana onun gücünü xatırladır, onu inandırırdı ki, bütün 

gözəlliklər  nəinki  sadəcə  təbiətlə  qovuşur,  həmçinin  ruh  və  cismin,  ruh  və 

materiyanın özünəməxsusluğu da burada mühüm  yer tutur. Ümumyunan ruhunda 

xalis ruhun yüksəlişi və ya alçaq hislərin qələbəsi yox, məhz gözəllik qanunlarına 

uyğun  olaraq  genişlənən  azad  mənəviyyat  ifadə  olunurdu.  Bütövlükdə 

kosmosentrizm Qədim Yunan mədəniyyətinin başlıca səciyyəsidir. 

Roma dini və incəsənəti yunan dünyasından böyümüşdür. Ancaq bunun belə 

bu  dinlərin  ruhu  tamamilə  müxtəlifdir.  Roma  Tanrıları  həddən  artıq  praktiki  və 

ş

eyriyyətsiz  Allahlardır.  Romalıların  ciddiliyi  onların  mənəvi  həyatı  və 



dövlətçiliyinin  son  əsasıdır.  Roma  dövlət  quruluşu,  xalqın  siyasi  həyatı  güclü 

şə

kildə  onun  dinindən  asılıdır.  Roma  dininin  başqa  bir  mühüm  cəhəti  ümumi 



olanda məhəbbəti təcəssüm etdirmək həvəsindən ibarət idi.. Roma şüurunda ayrıca 

ailə  böyük  dəyərə  malik  deyil,  çünki  bütün  Roma  xalqı,  bütün  cəmiyyət  ümumi 

ailə kimi nəzərdən keçirilir. 

Dünya  Tanrıların  və  insanların  ümumi  respublikasıdır  və  bu  respublikanı 

Tanrılar  idarə  edir.  Buna  görə  də  onların  insan  nəsli  ilə  ümumi  prinsipi  (ratio), 

ümumi  həqiqəti,  ümumi  qanunu,  Tanrılardan  insanlara  keçən eyni  xeyirxahlıqları 

mövcuddur. Romalılar hesab edirdilər ki, dünya onun fövqündə duran tale ilə yox, 

Tanrıların  iradəsi ilə  idarə  olunur.  Tanrılardan  yuxarı heç nə  yoxdur.  lahi  qanun 

ilahi  ağılla  birlikdə  doğulan  düzgün  ağıldır.  Məhz  qanun  insanın  Tanrı  ilə  kainat 

birliyini yaradır. Onu insanlara təbiətin özü bəxş etmişdir. Siseron deyirdi ki, insan 

hətta  cəzadan  qorxmayaraq  təbiət  tərəfindən  qoyulan  qanuna  tabe  olur.  Qanunun 

kriteriyaları  -  ədalətlilikdir  (iustitia).  Sonuncu  ümumi  fayda  kimi  başa  düşülür. 

Siseron  bir  qrup  insanların  başqa  bir  qrup  insanlara  tabe  olmasının  ədalətsiz 

olduğunu hesab edənlərə qarşı çıxaraq, müstəqil yaşaya bilməyən insanların, yəni 

bütün xalqın Romaya tabe olmasının iustitia olması ilə razı olduğunu bildirirdi. 

 

9.Orta əsrləŞərq mədəniyyətinin mənşəyi və səciyyəvi cəhətləri 

 

Şə

rq mədəniyyəti formalaşarkən Yer üzərində əhali olduqca az idi. Şərqli 



günəş enerjisi ilə zəngin olan olduqca gözəl, münbit bir ərazidə yaşayırdı.  Şərqli, 


təbiətlə əlaqələri daha güclü, “bio” sistem kimi möhkəm, təbiətdəki harmoniya ilə 

təmasda,  daha  sadə,  primitiv  cəmiyyətdəki  “sosial”  varliq  kimi  formalaşırdı. 

Təsadüfi  deyildir  ki,  bütün  dinlər  məhz  ilk  dəfə  Şərqdə  yaranmışdır.  Şərq 

mədəniyyəti təbiətə daha yaxındır. Şərq musiqisində, rəssamlığında, ədəbiyyatında, 

elmində,  ayinlərində,  adət  ənənələrində  təbiətdən  əxz  olunma,  təbiətdən 

bəhrələnmə daha güclüdür. Şərq mədəniyyətinin mahiyyəti, əsas prinsipləri ahəng, 

harmoniya  qanunlari  ilə  formalaşır.  Şərq  mədəniyyətində  günəş  amili,  günəş 

enercisi  daha  güclüdür.  Təbiətin  mahiyyətinə  daha  yaxın  olan,  Şərq 

psixologiyasına,  ahəng,  harmoniya  qanunlarına  daha  uyğun  olan  slam  dini 

gücləndikcə  müsəlman  xalqları  daha  ön  mövqeyə  çıxmağa  başladilar.  slamın 

yayıldığı ilk beş əsrdə onun əhatə etdiyi ölkələrdə dünyəvi elmlər sahəsində böyük 

sıçrayışlar  baş  verdi.  Orta  əsrlərdə  daha  mütəşəkkil,  çevik  olan  türklər  Şərq 

mədəniyyətinə, ümümiyyətlə dünya sivilizasiyasına liderlik etməyə başladilar. Bu 

zaman artiq Qərb aləmi də nəhəng bir sistem kimi formalaşaraq özünü Yer üzünün 

digər tərəfinin sahibi kimi göstərməyə başladı. Şərq artiq hiss etdi ki, Yer üzü artıq 

ə

vvəlki  Yer  üzü  deyildir.  Şərq,  ilk  növbədə  türklər,  Yer  üzündə  yaranmış  yeni 



sistemi  öz  təsir  dairələrinə  salmaq  üçün  mübarizəyə  başladılar.  Amma  Şərq  bu 

mübarizəyə, bu potensiala malik deyildi. Onun elmi, mədəniyyəti, siyasəti bu gücə 

malik deyildi. Digər tərəfdən, müxtəlif səbəblər üzündən mövcud potensialın özü 

də  zəifləməyə  başlayırdı.  Quranın,  dünyəvi elmlərin  mahiyyətinin  lazımınca dərk 

olunmaması  səbəbindən,  müxtəlif  hökmdarların,  siyasətçilərin  təsiri  altında  yeni 

yaranan  dini  təriqətlər,  dünyagörüşləri  slam  mədəniyyətinin  harmonik  inkişafına 

mane  olmağa  başladı.  Bir  sıra  sufi  alimləri  elmi  təfəkkürün  təsiri  altında 

gerçəkliyin  dərki,  dünyanın  fəlsəfi  anlamı  baxımından  olduqca  dərinlərə  getsələr 

də, hadisələrə birtərəfli mövqedən qiymətləndirmənin təsiri altına düşdülər. Sosial 

amillərin  rolu  lazımi  şəkildə  qiymətləndirilməməyə  başlandı.  Beləliklə  artiq  XIV 

ə

srdə Yer üzündə elə bir şərait yarandi ki, Yer üzünü bir sistem kimi idarə etmək 



sahəsində  bir  ideoloji,  elmi,  mədəni  boşluq  yarandı..  Əsrlər  boyu  Yer  üzünün 

lokomotivi  rolunu  oynayan  Şərq  dünyagörüşü  şaşırdı,  özünü  itirdi  və  gözləmə 

mövqeyinə keçməyə məcbur oldu.  



Yüklə 431,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə