Microsoft Word M?d?niyy?tsunasl?q az doc



Yüklə 431,52 Kb.
səhifə4/17
tarix25.06.2018
ölçüsü431,52 Kb.
#51432
1   2   3   4   5   6   7   8   9   ...   17

 

10.Qərb mədəniyyəti 

 

Qərblilər  Şərqdə  insan  sayca  çoxaldıqca,  biri  -  biri  ilə  fiziki  zəmində 



mübarizə  güsləndiksə  sıxışdırılan,  incik  salınan,  məğlub  olmuş,  qaçqın  əhvalı  ilə 

Qərbə  -  coğrafi  şəraiti  diha  kəskin,  təbiəti  sərt,  günəşi  az  və  s.  olan  ərazilərə 

sıxışdırılan insanlardır. Qərbdə insanlar cəmiyyət, ölkə, dövlət kimi formalaşanda 

Şə

rq  artıq  çox  inkişaf  etmişdi.  Şərq  mədəniyyəti  formalaşarkən  onun  üçün  ən 



qüdrətli varlıq günəş idisə, Qərb mədəniyyəti formalaşanda günəşlə onun arasında 

bir  Şərq  qüdrəti  də  vardı.  Qərbli,  uzun  illər  boyu  təbiətin  səxavəti,  dünyadakı 

sərbəstliyi  hesabına  romantika,  xəyallar  aləmində  formalaşmış  şərqlidən  fərqli 

olaraq  daha  real  amillərin  təsiri  altinda,  Yer  qayğıları  ilə,  sosial  həyatın  sərt 

tələbləri  ilə  üz–üzə  olaraq  formalaşırdı.  XV  əsrdən  başlayaraq,  Qərb 

mədəniyyətinin  inkişafı  üçün  mühüm  tarixi  şərait  yarandı.  Amma  öz  mahiyyəti 

etibarı ilə də Qərb mədəniyyəti Yer üzünü tamamilə dərk etmək gücündə deyildi. 

Qərb  mədəniyyəti  öz  mahiyyətinə  uyğun  olaraq  daha  çox  praktik,  praqmatik 

dəyərlərə üstünlük verməyə başladi. Artiq praktik elm sahələri daha sürətlə inkişaf 

etməyə  başladı.  Elmdə  harmoniklik  yox,  praktiklik  prinsipləri  üstünlük  qazandi. 

Elm  sahələri  daha  çox  biri-birindən  təcrid  olunmağa,  biri-birini  nəzərə  almadan 

formalaşmaq  yolunu  seçdi.  Şərq  elmindən  bəhrələnərək  və  bu  bəhrələnməni 

gizlədən,  bir  çox  hallarda  bu  elmin  incəliklərini  axıra  qədər  dərk  etməyən  Qərb 

elmi bir plagiatlıq və məhdudluq özülləri üzərində, nöqsanlı olaraq formalaşdı. Bu 

nöqsanlı  özül  üzərində  qurulan,  sürətlə  inkişaf  edən  dünyəvi  elmlər  Qərb 

mədəniyyətinin formalaşmasında olduqca fəal rol oynadı. Yer qayğılarına daha çox 

önəm  verən  Qərb  mədəniyyəti  özünü  məişətdə,  texnikada  göstərməyə  başladı. 

Mənəviyyat amilləri arxa plana keçməyə məcbur oldu. XVI əsrdə yaşamış  talyan 

siyasətçisi Nikkolo Makiavellinin (1469 - 1527) “Məqsədə çatmaq üçün istənilən 

addım  məqbuldur!”  ideyası  sürətlə  bütün  Qərb  aləminin  iliyinə,  sümüyünə 

yeriməyə, bu mədəniyyətin xarakterini müəyyənləşdirməyə başladı. Utilitarlıq (öz 

mənafeyini güdmə), bazar munasibətləri həlledici amillər kimi ortaya çıxdı. XVII 




ə

srdən başlayaraq qərbdə (C. Lokk, A. Smit, Ş. Monteskye və s. alimlərin təlimləri 

ilə ) liberalizm ideyaları geniş yayılmağa başladı.  

 

11. Mədəniyyətin strukturuna dair 

Mədəniyyətin  strukturuna  dair  müхtəlif  yanaşmalar  mövcuddur.  Məsələn, 

Vinculum Substantiale”  yanaşmasına görə,  mədəniyyətin  bütün  elementləri  (din, 

fəlsəfə,  sənət,  dil,  həyat  tərzi,  ailə  quruluşu,  təhsil  ənənələri  və  s.)  arasında 

substansional vahid əlaqə vardır. Bu baxış dini mahiyyətə malik olub, «vəhdəti –

vücud»  ideyasından  çıхış  edir.  Bu  yanaşmaya  görə,  insan,  tarix,  o  cümlədən, 

mədəniyyət vahid ilahi başlanğıcın məhsulu kimi vəhdət təşkil edirlər.  

Vinculum  Functionale”  yanaşmasına  görə  isə,  əksinə,  mədəniyyət 

elementləri  funksional  əlaqəyə  malikdirlər.  Bu  baxış  isə  plüralizm  və 

paradiqmallığı  dəstəkləyən  elmi  yanaşmadır.  O,  mədəniyyət  fenomenlərinin 

spesifikliyindən  çıхış  edir  və  onların  subordinasiyasına  əsasən  iyerarхik 

strukturunu müəyyənləşdirməyə imkan verir.  

Sistem kimi bütövlük təşkil edən mədəniyyətin hissə və elementlərinin nisbi 

sabit  quruluşu  onun  strukturunu  təşkil  edir.  Mədəni  sistemin  ayrı-ayrı 

elementlərinin bir-birilə münasibətinə, ehtiva etdiyi sahə, səviyyə, statik (sabit) və 

ya  dinamik  (dəyişkən)  olmasına,  məzmun  və  s.  cəhətlərinə  görə  struktur 

vahidlərini fərqləndirmək olar.  

Mədəniyyətin  strukturunu  müхtəlif  meyarlara  əsasən  təsnif  etmək  olar. 

Məsələn,  sosial  struktura  görə  siyasi,  iqtisadi,  hüquqi,  dini,  elmi,  teхniki,  bədii 

mədəniyyət  fərqləndirilir.  Gerçəkliyin  spesifik  mənimsənilməsi  üsulu  kimi 

nəzərdən  keçirilən  mədəniyyət  struktur  etibarilə  biliklər,  teхnologiyalar  və 

sərvətlərə bölünür. 

Səviyyəsinə  görə  kütləvi  və  elitar  mədəniyyəti  ayırd  etmək  olar.  Elitar 

mədəniyyət cəmiyyət üzvlərinin ali mənəvi fəaliyyətinin nəticələrini ehtiva edir. O, 

cəmiyyətin müхtəlif - siyasi, elmi, iqtisadi və s. sferalarındakı yüksək təbəqələrinin 

tələbatlarına uyğun formalaşır. Bundan başqa, bu gün elitaya (fransız sözü “elite” 

– ən yaхşı) yaradıcı ziyalıları – mədəniyyətin yeni sərvətlərini yaradan incəsənət və 




elm хadimlərini də aid edirlər. Elitar mədəniyyət ictimai tərəqqinin sütünunu təşkil 

edir. Ən ümumi halda isə maddi və mənəvi mədəniyyəti ayırd edirlər. 



 

12.Maddi mədəniyyə

         lk  əmək  alətlərindən  tutmuş  bütün  fiziki  əməyin  və  fəaliyyətin  nəticələrini 

özündə  əks  etdirən  məhsullar,  artefaktlar  maddi  mədəniyyəti  təşkil  edir.  nsanın 

yaradıcı  əməyinin  məhsulu  olan  maddi  və  mənəvi  sənət  abidələri  artefaktlar 

adlanır.  Artefaktlar  müəyyən  simvolik  mənaya  malik  olub,  yarandığı  hər  hansı 

konkret  dövrün,  cəmiyyətin  хarakterini  müəyyən  etmək,  öyrənmək  üçün  əvəzsiz 

mənbədir. 

        Maddi  mədəniyyət  –  bütöv  bəşər  mədəniyyətinin  hissəsidir,  insanın 

mənəviyyatının,  yaradıcı  fəaliyyətinin  nəticələrinin  əşya  formasına  çevrilməsidir. 

Daha  doğrusu,  insanın  yaradıcı  fəaliyyəti  zamanı  təbiət  əldə  edilən  materiallar 

insanın  varlığını  təmin  edən  predmetə  çevrilir.  Maddi  mədəniyyətə  müxtəlif 

istehsal vasitələri – enerji və xammal, əmək alətləri, kommunikasiya və nəqliyyat 

vasitələri, məişət, idarə, əyləncə təyinatlı tikililər və s. və i.a. daxildir.  

        Maddi  mədəniyyət  obyektiv  mahiyyətə  malikdir,  mənəvi  mədəniyyət  isə, 

ə

sasən,  subyektiv  хarakter  kəsb  edir.  Maddi  mədəniyyət  nümunələri,  məsələn, 



bina,  körpü  və  ya  məscid  tikildiyi  gündən  obyektiv  şəkildə  mövcuddur.  Mənəvi 

mədəniyyət nümunəsi olan hər hansı mərasim və ya ayin icra olunduqda mövcud 

olur,  əхlaqi  rəftar  insanın  daхili  istəkləri  ilə  subyektiv  məqamlarla  müşayiət 

olunur.  Bütün  mənəvi  dəyərlər  maddi  obyektlər  vasitələri  ilə  ifadə  olunur. 

Məsələn, musiqi ifa alətində, rəsm tabloda, bilik kitabda təcəssüm tapır və s. Və ya 

ə

ksinə, maddi mədəniyyət mənəvi tərəflərsiz qeyri-mümkündür. 



         nsanların  yaradıcı  əməyi  sayəsində,  yəni  süni  şəkildə  yaradılan  maddi 

mədəniyyət  əşyaları  onlara  təbii  və  sosial  həyatlarını  daha  rahat,  əlvərişli  və 

səmərəli  şəkildə  qurmağa  imkan  verir.  Şübhəsiz  ki,  maddi  mədəniyyət 

nümunələrinin yaradılması insanların müxtəlif tələbatlarının ödənilməsi məqsədini 

daşıyır.  Bu  tələbatlar  artdıqca  maddi  mədəniyyət  nümulərinin  həm  sayı,  həm  də 



Yüklə 431,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə