Microsoft Word M?d?niyy?tsunasl?q az doc



Yüklə 431,52 Kb.
səhifə11/17
tarix25.06.2018
ölçüsü431,52 Kb.
#51432
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

Cəmiyyətin  bütövlüyünə  və  onun  üzvlərinin  həmrəyliyinə  xidmət  edən 

müəyyən  tip  ünsiyyəti  və  şəxslərarası  əlaqələri  təşkil  edərək  kommunikativ 

funksiyanı yerinə yetirir; 

Инсанларын

 давранышыны  тянзимляйян  мцвафиг норма  вя  гайдалары 

йарадараг

 регулйатив функсийаны йериня йетирир. 

Mədəni-maarif  müəssisələrinin  qiymətləndirici  funksiyası  adətən  universal 

xarakter  daşıyaraq  insanın  bütün  hərəkətlərinə  aid  olur.  Əxlaqi  qiymətləndirmə 

həm  də  fərdin  mənəvi  əqidəsinə  və  ictimai  rəyin  nüfuzuna  əsaslanır.  nsan 

ş

üurunda  əxlaqi  qiymətləndirmə  adətən  «xalis»  olmayıb,  estetik,  siyasi  və  s. 



qiymətləndirmə  ilə  tamamlanır.  Adətən  fərd  başqalarının  və  ya  özünün 

hərəkətlərini  qiymətləndirdiyi  zaman  digər  şəxslərin  və  ya  özünün  daxili  aləmi 

haqqında  natamam  da  olsa  təsəvvür  əldə  edir.  Mədəni-maarif  müəssisələrinin 

tərbiyəvi  funksiyası  şəxsiyyətin  mənəvi  kamilləşməsinə  xidmət  edir.  Məhz 

tərbiyəvi  funksiya  insanın  mənəvi  aləminin  mərkəzində  dayanaraq,  onun  həm 

siyasi  mövqeyinə,  həm  mövcud  hüquq  qaydalarına  (o  cümlədən,  insanın  hüquqi 

ş

üuruna)  münasibətinə,  həm  müxtəlif  dini  təlimlərə  qiymət  verməsinə,  həm  də 



incəsənət sahəsindəki biliklərinə (estetik zövqünə) təsir edir.  

 

28.Milli psixologiya və milli ənənələ

Azərbaycanın  coğrafi  və  təbii  rəngarənglikləri  xalqımızın  milli 

xarakterində kök salmışdır. Bununla yanaşı, tarix boyu Azərbaycana milli azlıqlar 

və etnik birliklər pənah gətirmişdilər. Onlar Azərbaycan xalqının formalaşmasında 

mühüm  təsirə  malik  olmuşdular.  Yəqin  bu  səbəbdəndir  ki,  bəzi  ölkələrdən  fərqli 

olaraq,  Azərbaycanda  millətçilik  əlahiddə  bir  ideoloji  hərəkat  kimi  dərinləşə 

bilmir.  

Bəşər təcrübəsi göstərir ki, hər bir dövlətin sivilizasiya tarixi burada yaşayan 

xalqların  sosial-psixoloji  həyat  tərzinin  formalaşdırılması  tarixidir.  Xalqların 

ə

nənəsini,  etnik  şüurunu  və  həyat  tərzini  daha  dərindən  və  daha  aktual  çalarlarla 



öyrənməyə stimul yaradan obyektiv meyarlardan ən mühüm mentalitetdir. Çoğrafi 

determinizmə  meyl  edən  filosof  Ş.Monteskyenin  fikrincə,  insanları  idarə  edən 




iqlim,  din,  qanunlar  keçmişin  nümunələri,  əxlaqi  prinsipləri,  adətləridir.  Bütün 

bunlar fransız filosofuna görə xalqın ümumi ruhunu təşkil edir. Məhz «xalq ruhu» 

ideyası  etnosların  ənənələri  və  adətlərinin,  etnik  şüurunun,  bütövlükdə  həyat 

tərzinin,  deməli  intellektin  mental  strukturunun  araşdırılmasında  müstəsna 

ə

həmiyyət kəsb edir. Bütövlükdə ənənə dedikdə, müəyyən mədəniyyət nümunələri, 



institutlar, normalar, dəyərlər, ideyalar, adətlər, mərasimlər, üslublar və s. nəzərdə 

tutulur.  Daha  ümumi  şəkildə  desək,  ənənə  sosiomədəni  təcrübənin  bu  və  digər 

elementlərinin  qeydə  alınmasını,  təsbit  olunmasını  və  seçimli  saxlanmasının 

universal forması, həmçinin sosiomədəni proseslərdə onun ötürülməsini, dayanıqlı 

tarixi-genetik  varisliyi  təmin  edən  universal  mexanizm  kimi  başa  düşülür.  Daha 

doğrusu, ənənə özündə ötürülən (sosiumun və onun subyektlərinin normal inkişafı 

və fəaliyyəti üçün vacib sayılan müəyyən sosiomədəni informasiya) və onun necə 

həyata  keçirilməsini  ehtiva  edir,  yəni  nəsillərarası  qarşılıqlı  əlaqəni  təmin  edən 

kommunikativ ötürülmə vasitələrini əhatə edir. Mentalitet milli xarakterin başlıca 

təzahürü  olduğundan  onun  tarixi  inkişaf  mərhələri  və  mahiyyəti  təbii  zərurət 

sahəsinə  daxildir.  Millətin  də  şüuru  və  mentaliteti  onun  sosiomədəni  formalaşma 

məhrələlərini əks etdirir, labüd olaraq praktikada insani münasibətlərdə üzə çıxır. 

Mentalitetin  aşağıdakı  səviyyələrini  göstərmək  mümkündür.  Birinci,  fərdi 

mentalitet-bu, konkret şəxs, konkret fərd səviyyəsində təzahür edir.  kincisi, milli-

etnik,  sinfi,  peşə,  yaş  və  digər  əlamətlərinə  görə  fərqlənən  qrupun,  kollektivin, 

insan  biliklərinin  səviyyəsində  təzahür  edən  mentalitet.  Üçüncüsü,  sosiumun 

mentaliteti  özündə  öz  birliklərini,  kollektivləri  və  qrupları,  bütün  fərdləri,  yəni 

bütün  xalq  səviyyəsində  təzahür  edir.  Bu  mentalitet  forması  mövcud  cəmiyyətin 

ə

razisində,  aramsız  istehsal  olunan  və  bir-birlərini  əvəz  edən  nəsillərin  həyatında 



yaşayır  və  təzahür  edir.  Mentalitet  hər  şeydən  əvvəl,  sosial  kateqoriyadır,  lakin 

geniş mənada bu fenomen mənəvi kateqoriya kimi qiymətləndirilir.  

 

29.Azərbaycan klasiklərinin əsərlərində milli və ümumbəşərinin nisbəti 

Xalqların ədəbi-mədəni əlaqələrinin qarşılıqlı bəhrələnməsi, mənəvi təcrübə 

mübadiləsi bəşəri irsin zənginləşməsinə təkan verir. Ümumbəşəri mədəniyyət Yer 



kürəsində yaşayan bütün millətlərə məxsus nailiyyətlərin sintezidir. Hər bir xalqın 

milli mədəniyyəti özünəməxsusluğu yanaşı bəşəri məziyyətlərə də malikdir. Milli 

mədəniyyət ümumbəşəri dəyərlərin tərkib hissəsi olmaqla, həm də onu tamamlayır 

və  zənginləşdirir.  Bəşər  mədəniyyətinin  rəngarəngliliyi,  müxtəlif  milli  dəyər  və 

meyarlar,  fərqli  mənəvi  oriyentasiyalar  onun  bütövlüyünə  xələl  gətirmir,  əksinə, 

vəhdətinin  şərti  kimi  çıxış  edir.  Təsadüfi  deyildir  ki,  milli  varlığı  bütünlüklə 

mədəniyyətə  bağlayan  M.Ə.Rəsulzadə  yazırdı:  “Məncə,  mədəniyyəti-bəşəriyyə 

millətlərin  zəhmətlərindən  hasil  olan  bir  yekundur.  Hər  millət  öz  iqtidar  və  öz 

istiqlalı  sayəsində,  yəni  öz  diriliyi  ilə  özünə  xüsusi,  xüsusi  olduğu  qədər  də 

qiymətli  bəzi  şeylər  əlavə  edir  ki,  bir  millətin  ölməsi  və  yaxud  ölgün  fikirlərlə 

yaşaması  yalnız  özünün  bədbəxtliyini  deyil,  bəşəriyyətin  də  böyük  bir  nöqsanını 

təşkil edir”. Qeyd etmək lazımdır ki, hələ əsrin əvvəllərində Azərbaycanın yaradıcı 

ziyalıları  tərəfindən  sivilizasiyaların  dialoqu,  qarşılıqlı  bəhrələnmə  birmənalı 

qarşılanmamışdı.  Bir  çox  ziyalılar  bu  prosesin  birtərəfli  olduğunu  bildirərək, 

mühafizəkarlıq  mövqeyi  nümayiş  etdirirdilər.  Ü.Hacıbəyov  Qərbin  Şərq 

ə

dəbiyyatından  sui-istifadəsinə  işarə  edərək  yazırdı  ki,  «Yevropa  sərvətdarları 



sairələrinin,  məsələn:  mədəniyyət  və  mərifətcə  Yevropadan  dala  qalmış  Asiyanın 

torpaqlar  altında  pünhan  qalmış  sərvət  xəzainindən  istifadə  etmək  üçün  məxluqu 

yer  üzündən  məhv  və  nabud  etməyə  hazırdır».  Ə.Hüseynzadə  isə  “Nicat 

məhəbbətdədir“  əsərində  dinlərin  milli  ayrı-seçkiliyə  deyil,  ümumbəşəri  vəhdətə 

xidmət etdiyini vurğulayır: «Ədl olursa, hürriyyət olur, hürriyyət olursa, məhəbbət 

və  müvəddət  olur;  Həzrət  sanın  da,  Həzrət  Məhəmmədin  də  şəri  qanunları  bu 

həqiqətə  müncərdir».  Onun  fikrincə,  tarixin  müxtəlif  dönəmlərində  və  fərqli 

coğrafi  məkanlarda  yaranmış  ayrı-ayrı  dinlər  bəşər  əhlinin  vəhdətinə, 

ümumsəadətə  xidmətə  yönəlmişdir.  A.  Şaiqin  qeyd  etdiyi  kimi,  bütün  bəşəriyyət 

ayrı-ayrı dinlərə, ictimai mənşə və statuslara, cinsi fərqlərə, milli mənsubiyyətlərə 

ayrılmasına rəğmən eyni yaradılışın zərrəsidir, bir Tanrının yaratdıqlarıdır: 

Hamımız bir günəşin zərrəsiyik!  

...Ayırmaz bizləri incil, quran,  

Ayırmaz: şərq, cənub, qərb, şimal… 




Yüklə 431,52 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə