Qədim Hind mədəniyyətinə buddizmin böyük təsiri olmuşdur. Buddizmə
etiqad edən insanın əsas məqsədi nirvanaya nail olmaqdır. Nirvana – mokşa
(qurtulma, qəlbin yekun olaraq xilası) anlayışının şəkildəyişməsidir. Nirvanaya can
atma hissi ehtirasın fövqünə yüksəlmədir; o, bununla mənəvi olanın müxtəlif növ
dəyişməz instinktlər üzərində qələbəsini təmin edir.Buddizmə etiqad edən xalqları
sakit mülayimlik və itaətkarlıq fərqləndirir. Buddizm özünü özündən ayırmadır.
Insan nirvanaya nail olan kimi bütün ağırlıqlardan azad olur və bundan sonra heç
bir məhvedici qüvvələrin təsirinə məruz qalmır.
Qədim misirlilərin dinində biz çoxlu sayda Tanrı obrazları ilə qarşılaşırıq.
Ancaq hamısının qəlbi Osirisdə cəmləşir. Osiris həm həyatın, həm ölümün, həm də
bütün canlıların mənbəyi olan Nilin təcəssümüdür. Osiris-Nil öz qardaşı Setlə
(səhra gücünün təcəssümü ilə) qorxunc mübarizə aparır. Osirisin Setlə bu əbədi
dövri mübarizəsi Misirdə ilin fəsillərini ifadə edir: Nilin daşması, əkin dövrü,
yetişmə dövrü və biçin dövrü, habelə qorxunc quraqlıq dövrü (aprel-iyun). Osiris
təkcə ölən və yenidən dirilən Tanrı deyil. Onda mənəvi başlanğıc da öz
təcəssümünü tapır. O, qanunvericidir, nikahı müəyyən etmiş, insanlara əkinçiliyi
və müxtəlif sənətləri öyrətmişdir. Misir dövlətçiliyi inkişaf etdikcə və qonşu qəbilə
və səltənətlər üzərində üstünlük qazandıqca, insanların şüurunda onların
həyatlarının faniliyinə qarşı şübhə yaranmağa başlayır. Ölümə qarşı bu böyük
etiraz özünün misirlilərdəki qədər parlaq, konkret və yekun və ifadəsini
tapmamışdır.
8.Qədim Yunan və Roma mədəniyyəti
Yunanıstanda fəlsəfə, elm, mifologiya və din demək olar ki, bir-birilərindən
heç fərqlənmirdilər və bu da sözsüz ki, yunan Tanrı-larının təbiətində əks
olunurdu. Yunan mifologiyası bütün dünyanın yaşadığı ehtiras və arzuların gözəl
obrazlarında öz əksini tapan tam bir Tanrı-lar silsiləsini yaratmışdır. Insanın hər
ş
eyi bilmək həvəsi ellində azadlıq hissini doğururdu. Azadlıq, mənəviyyat və
gözəllik Qədim Yunan mədəniyyətini səciyyələndirən başlica kateqoriyalardır.
Yunanların dini kultu özündə, sanki, həyat poeziyasının davamını əks etdirir.
Yunanların “gözəllik dini” insana onun gücünü xatırladır, onu inandırırdı ki, bütün
gözəlliklər nəinki sadəcə təbiətlə qovuşur, həmçinin ruh və cismin, ruh və
materiyanın özünəməxsusluğu da burada mühüm yer tutur. Ümumyunan ruhunda
xalis ruhun yüksəlişi və ya alçaq hislərin qələbəsi yox, məhz gözəllik qanunlarına
uyğun olaraq genişlənən azad mənəviyyat ifadə olunurdu. Bütövlükdə
kosmosentrizm Qədim Yunan mədəniyyətinin başlıca səciyyəsidir.
Roma dini və incəsənəti yunan dünyasından böyümüşdür. Ancaq bunun belə
bu dinlərin ruhu tamamilə müxtəlifdir. Roma Tanrıları həddən artıq praktiki və
ş
eyriyyətsiz Allahlardır. Romalıların ciddiliyi onların mənəvi həyatı və
dövlətçiliyinin son əsasıdır. Roma dövlət quruluşu, xalqın siyasi həyatı güclü
şə
kildə onun dinindən asılıdır. Roma dininin başqa bir mühüm cəhəti ümumi
olanda məhəbbəti təcəssüm etdirmək həvəsindən ibarət idi.. Roma şüurunda ayrıca
ailə böyük dəyərə malik deyil, çünki bütün Roma xalqı, bütün cəmiyyət ümumi
ailə kimi nəzərdən keçirilir.
Dünya Tanrıların və insanların ümumi respublikasıdır və bu respublikanı
Tanrılar idarə edir. Buna görə də onların insan nəsli ilə ümumi prinsipi (ratio),
ümumi həqiqəti, ümumi qanunu, Tanrılardan insanlara keçən eyni xeyirxahlıqları
mövcuddur. Romalılar hesab edirdilər ki, dünya onun fövqündə duran tale ilə yox,
Tanrıların iradəsi ilə idarə olunur. Tanrılardan yuxarı heç nə yoxdur. lahi qanun
ilahi ağılla birlikdə doğulan düzgün ağıldır. Məhz qanun insanın Tanrı ilə kainat
birliyini yaradır. Onu insanlara təbiətin özü bəxş etmişdir. Siseron deyirdi ki, insan
hətta cəzadan qorxmayaraq təbiət tərəfindən qoyulan qanuna tabe olur. Qanunun
kriteriyaları - ədalətlilikdir (iustitia). Sonuncu ümumi fayda kimi başa düşülür.
Siseron bir qrup insanların başqa bir qrup insanlara tabe olmasının ədalətsiz
olduğunu hesab edənlərə qarşı çıxaraq, müstəqil yaşaya bilməyən insanların, yəni
bütün xalqın Romaya tabe olmasının iustitia olması ilə razı olduğunu bildirirdi.
9.Orta əsrlər Şərq mədəniyyətinin mənşəyi və səciyyəvi cəhətləri
Şə
rq mədəniyyəti formalaşarkən Yer üzərində əhali olduqca az idi. Şərqli
günəş enerjisi ilə zəngin olan olduqca gözəl, münbit bir ərazidə yaşayırdı. Şərqli,
təbiətlə əlaqələri daha güclü, “bio” sistem kimi möhkəm, təbiətdəki harmoniya ilə
təmasda, daha sadə, primitiv cəmiyyətdəki “sosial” varliq kimi formalaşırdı.
Təsadüfi deyildir ki, bütün dinlər məhz ilk dəfə Şərqdə yaranmışdır. Şərq
mədəniyyəti təbiətə daha yaxındır. Şərq musiqisində, rəssamlığında, ədəbiyyatında,
elmində, ayinlərində, adət ənənələrində təbiətdən əxz olunma, təbiətdən
bəhrələnmə daha güclüdür. Şərq mədəniyyətinin mahiyyəti, əsas prinsipləri ahəng,
harmoniya qanunlari ilə formalaşır. Şərq mədəniyyətində günəş amili, günəş
enercisi daha güclüdür. Təbiətin mahiyyətinə daha yaxın olan, Şərq
psixologiyasına, ahəng, harmoniya qanunlarına daha uyğun olan slam dini
gücləndikcə müsəlman xalqları daha ön mövqeyə çıxmağa başladilar. slamın
yayıldığı ilk beş əsrdə onun əhatə etdiyi ölkələrdə dünyəvi elmlər sahəsində böyük
sıçrayışlar baş verdi. Orta əsrlərdə daha mütəşəkkil, çevik olan türklər Şərq
mədəniyyətinə, ümümiyyətlə dünya sivilizasiyasına liderlik etməyə başladilar. Bu
zaman artiq Qərb aləmi də nəhəng bir sistem kimi formalaşaraq özünü Yer üzünün
digər tərəfinin sahibi kimi göstərməyə başladı. Şərq artiq hiss etdi ki, Yer üzü artıq
ə
vvəlki Yer üzü deyildir. Şərq, ilk növbədə türklər, Yer üzündə yaranmış yeni
sistemi öz təsir dairələrinə salmaq üçün mübarizəyə başladılar. Amma Şərq bu
mübarizəyə, bu potensiala malik deyildi. Onun elmi, mədəniyyəti, siyasəti bu gücə
malik deyildi. Digər tərəfdən, müxtəlif səbəblər üzündən mövcud potensialın özü
də zəifləməyə başlayırdı. Quranın, dünyəvi elmlərin mahiyyətinin lazımınca dərk
olunmaması səbəbindən, müxtəlif hökmdarların, siyasətçilərin təsiri altında yeni
yaranan dini təriqətlər, dünyagörüşləri slam mədəniyyətinin harmonik inkişafına
mane olmağa başladı. Bir sıra sufi alimləri elmi təfəkkürün təsiri altında
gerçəkliyin dərki, dünyanın fəlsəfi anlamı baxımından olduqca dərinlərə getsələr
də, hadisələrə birtərəfli mövqedən qiymətləndirmənin təsiri altına düşdülər. Sosial
amillərin rolu lazımi şəkildə qiymətləndirilməməyə başlandı. Beləliklə artiq XIV
ə
srdə Yer üzündə elə bir şərait yarandi ki, Yer üzünü bir sistem kimi idarə etmək
sahəsində bir ideoloji, elmi, mədəni boşluq yarandı.. Əsrlər boyu Yer üzünün
lokomotivi rolunu oynayan Şərq dünyagörüşü şaşırdı, özünü itirdi və gözləmə
mövqeyinə keçməyə məcbur oldu.
Dostları ilə paylaş: |