Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə26/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
104 
Buna görə  də çox günahkarlar və günahlar bu qəzavətin 
əlindən uzaqda amanda qalırlar. 
Burada yalnız vicdan məhkəməsi qalır. Lakin 
bilməliyik ki, hamıda bu vicdan oyaq və diri deyil. 
Vicdanın zəifləməsi səbəb olur ki, bir çoxları onun da 
əlində yaxa qurtarsınlar. 
Nəticə alırıq ki, bu dörd məhkəmədən heç biri bütün 
insanları  əhatə etmir, zalımların, günahkarların etdikləri 
hər bir günahı aşkara çıxarıb onları cəzalandırmır. Bunlar 
sadəcə onları 
bəzı 
məqamlarda oyadır, bəzən 
xəbərdarlıqlar edir, bəzən tərbiyəvi cəhətdən istiqamət 
göstərir. 
Varlıq aləminin ədalət qanunu 
İndi görək bu həyatın arzasında ümumi olmaqla 
hamını  əhatə edə biləcək bir ədalətin olacağına etimad 
etmək olar, yoxsa heç bir hesab tamamlanmamış insanlar 
bu dünyadan gedəcəklər və hər şey bitəcək? 
Yaradılış nizamının kiçik bir hissəsi olan insanı  nəzərə 
almayıb ümumi yaradılış aləminə nəzər salaq. Görürük ki, 
hər yerdə  nəzm və  ədalət vardır. Bu qanun o qədər 
güclüdür ki, kiçik bir əskiklik hər  şeyi məhv edə bilər. 
Əgər hər şey bu qədər nizamla öz həyatına davam edirsə, 
bu yalnız ümumi ədalətə görədir: “Yer və  səma  ədalətlə 
bərpadır“
1
  
 
                                                 
1
 Feyz Kaşani, Safinin təfsiri, Rəhman surəsinin 7-ci ayəsinin şərhi. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
105 
 
İnsan istisnadırmı? 
Sözsüz ki, insan digər varlıqlardan fərqlənən, ixtiyar və 
azadlıqla dolu iradəyə malik bir varlıqdır. O, əvvəlcə 
araşdıraraq ona faydalı olacaq işlərə addım atır, pis aqibəti 
olacaq işləri isə  tərk edir. Bu baxımdan o, öz taleyinin 
hakimidir. Bu üstünlük onun mənəvi,  əxlaqi, insani 
təkamülünün təzminatçısıdır. 
Məsələn,  əgər birini milyonlara xeyir verə biləcək bir 
xeyriyyə işinə zorla vadar etsələr, bu iş əsla onun insani və 
əxlaqi təkamülünə  səbəb olmayacaq. Amma bir kəs öz 
iradəsilə birinə cüzi miqdarda yardım edərsə, onun bu işi 
qədərincə  təkamülü baş verəcək. Demək təkamül 
bilavasitə insanın iradəsinə bağlı məsələdir. 
Bütün bu fərqlərə baxmayaraq, insan ümumi ədalət 
qanunundan istisna oluna bilməz. Bu istisna üçün heç bir 
dəlil yoxdur. 
İkinci dəlil. Yaradılış fəlsəfəsi 
İnsanın xilqəti və yaradılış fəlsəfəsi ölümdən sonrakı 
həyatı tanımağa kömək edir. 
Sonunda bir gün Günəş sistemi sönəcək. 
Görəsən insan təkamülünün dövrü də bu qədər 
inkişafa rəğmən işdən düşəcəkmi? 
Bəs bu, əbəs olmayacaqmı? 
Çox vaxt soruşurlar ki, bizim və bu böyük kainatın 
yaradılış fəlsəfəsi nədir? 
Biz yaradılmasaydıq, nə olacaqdı? 
Bir bağban bir ağacı meyvə  əldə etmək üçün əkir. 
Varlıq aləminin bağbanı bizi nə üçün yetişdirmişdir? 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
106 
Biz nə üçün gəldiyimizi bilmirik. Nə üçün varıq? Nə 
üçün gedəcəyik? Bu suallara görə  mənasızlığa düşür, 
təəccüüb içində qalırıq. Hər dəfə dünyadan bir anlıq 
ayrılıb bir guşəyə  çəkildikdə bu narahatedici suallar 
zehnimizə gəlir. 
Bəzi filosof və ya şairlərin  əsərlərini oxuduqda onların 
da belə hisslər keçirmiş olduqlarını müşahidə edirik. 
Əvvəldə  də dediyimiz kimi bu cür zahirən qaranlıq 
görünən sualların cavabını axtarmaq üçün sadə yollardan 
başlamaq lazımdır. Bu həmin sadə yollardır ki, məşhur 
fransız filosof Dekart öz məktəbinin  əsasını bu təməl 
məsələlərə qoymuşdur. 
Fərz edin, bir şəhərin kənarından keçirik. Yüksək 
səviyyədə tikilmiş  və  bəzədilmiş bir bina görürük. Onun 
gözəlliyi bizi valeh edir. İlk baxışdan hər  şeyin yaxşı  və 
hesablanmış olduğunu güman edirik. Ancaq bu gözəl 
binanın nə üçün inşa edildiyini bilmirik. Bu zaman bu 
binanın hər yerinin ayrı-ayrılıqda dəqiq və məqsədli, lakin 
ümumilikdə binanın məqsədsiz tikilməsini düşünməyə 
ağıl və  məntiq bizə icazə verirmi? Qətiyyətlə xeyr. Kiçik 
bir detalda da məqsəd güdən biri bu qədər böyük işdə 
unutqanlıq edərmi? 
İndi öz vücudumuzun daxilindəki əzəmətli iş prosesinə 
baxaq. Münəzzəm səs və hərəkətlə işləyən ürək bir an da 
durmayaraq sinəmizdə vurur. Onun bütün kanalları, 
qanın girişi və  çıxışı üçün olan damarlarının heç biri 
məqsədsiz deyil. Ondan sonra mədəyə, böyrəyə, ciyərə və 
s. nəzər salırıq. Hamısının məqsədli çalışdığını görürük. 
Sonra daha qəribə görünən beynimizə  nəzər salaq. Onun 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
107 
fəaliyyəti bizi daha çox təəccübə qərq edir. Belə olan halda 
mümkündürmü  ən kiçik bədən üzvü belə  məqsədli 
olduğu halda bu üzvlərin məcmuəsi olan insan məqsədsiz 
olsun? Kainat da belədir. Bu böyük aləmə  nəzər 
saldığımızda orada insan üçün tərbiyə  və  təkamülün 
olduğunu görürük. Bunun da insanın yaradılış  fəlsəfəsi 
kimi başa düşürüksə, o zaman bu təkamül insanın ölümü 
ilə sona çata bilərmi? Məgər bu dünyada olan əzab və 
işgəncə dolu qısa həyat  əzəmətli yaradılışın məqsədi ola 
bilərmi?  
Üçüncü dəlil. Ölüm sondursa, yaradılış 
mənasızdır 
Varlıq aləminin hikmətli və elmili bir varlıq 
tərəfindən başlamasına inanmaq ölümdən sonrakı 
həyata olan inamdan ayrılmaz. 
Bir duluzçu fərz edək. O, bir kuzə düzəltdikdən sonra 
dərhal onu yerə vurub sındırır. Bu duluzçunun axmaq 
olmasında tərəddüd edərsiniz? Hətta bu duluzçu çox 
məharətli də olsa, kuzənun üzərinə gözəl naxışlar da 
vursa, yenə onun barəsində fikrimiz dəyişməz. 
İmkanlı, məharətli, həm də gözəl zövqü olan bir 
mühəndisi nəzərinizdə tutun. Bu mühəndis çox gözəl və 
hər  şeyi hesablanmış, böyük smeta dəyəri olan, görənləri 
valeh edən bir bina tikir, ya sədd çəkdirir. Bu binanın, ya 
səddin açılışını böyük təntənə ilə qeyd edir, hamını bu 
böyük açılışa dəvət edir. Amma bir gün sonra qəzetlərdə 
oxuyuruq ki, bu mühəndis həmin tikilini partladaraq 
dağıdıb məhv edib. Müsahibəsində  də deyib ki, mən 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə