Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə28/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
112 
olmayan başqa bir həqiqət və cövhər də gizlənmişdir ki, 
insanın bədəni birbaşa onun təsiri altındadır. 
Başqa sözlə desək, ruh təbiətin fövqündə bir həqiqətdir 
ki, onun quruluşu və  fəaliyyəti maddi aləmdəki quruluş 
və fəaliyyətdən fərqlidir. Düzdür, o, həmişə maddi aləmlə 
əlaqəlidir, lakin maddə  və ya maddənin xasiyyətindən 
deyil. 
Qarşı  tərəfdə materialist filosoflar qərar tutub. Onlar 
deyirlər: Biz maddədən başqa ruh və ya başqa adda bir 
varlıq tanımırıq. Mövcud olan şey cismani maddədir və ya 
onun kimyəvi, ya fiziki təsirinin məhsuludur. Bizim beyin 
və  əsəb sistemimiz vardır ki, həyat fəaliyyətimizin  əsas 
hissəsini təşkil edirlər. Onlar da başqa bədən üzvləri kimi 
maddidirlər və maddə qanunları altında fəaliyyət 
göstərirlər. Bu, eynilə  ağızdakı su vəzilərinin fəaliyyətinə 
oxşayır. Çünki onlar həm fiziki cəhətdən işləyir, yəni 
ağıza yemək qoyduqda dərhal işə düşüb maye ifraz 
etməklə qidanın həzminə kömək edir, həm də kimyəvi 
cəhətdən özündə xüsusi maddələr ehtiva edir ki, bu 
maddələr vasitəsilə qida daha yaxşı çeynənilir və  həzm 
olunur. 
Materialistlərin fikrincə bizim əsəb sistemimiz və 
beynimiz də belədir, həm fiziki, həm də kimyəvi təsitə 
malikdir. Bu fiziki-kimyəvi fəaliyyətlərə  də ruhi 
fəaliyyətlər, ya sadəcə ruh deyilir. 
Onlar bu bəhsdən belə nəticə alırlar: 
1. Bizim ruhi fəaliyyətlərimiz beynimizin və  əsəb 
sistemimizin vücuda gəlməsi ilə yaranır və onların 
(ölümlə) aradan getməsi ilə aradan gedir. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
113 
2. Ruh cismin xüsusiyyətlərindəndir. Deməli, 
maddədir. Onun təbiətin fövqündə heç bir vücudu 
yoxdur. 
3. Cismə hakim olan bütün qanunlar ruha da şamildir. 
4. Bədənsiz ruhun heç bir müstəqil vücudu yoxdur və 
ola da bilməz. 
Ruhun müstəqilliyinin dəlilləri 
Materialistlər israr edirlər ki, ruh beyin hüceyrələrinin 
xüsusiyyətlərindəndir. Təfəkkür, hafizə, eşq, nifrət, qəzəb, 
elm və s. xüsusiyyətləri maddi və  təcrübi aləmin 
qanunlarına tabe edirlər. Lakin ruhun müstəqilliyinin 
tərəfdarı olan filosoflar bu əqidəni inkar etmək üçün çoxlu 
dəlillər gətirmişlər ki, biz onlardan bir qismini burada 
qeyd edirik: 
Kənar aləmdən agahlıq 
Materialistlərdən bu zəmində soruşulmalı olan ilk sual 
budur ki, əgər təfəkkür və ya digər ruhi fəaliyyətlər 
beyinin fiziki-kimyəvi xüsusiyyətlərin-dəndirsə, o zaman 
beyinlə  mədə, ciyər və s. bədən üzvləri arasında heç bir 
əsaslı  fərq olmamalıdır. Çünki məsələn mədənin də 
fəaliyyəti fiziki-kimyəvi tərkiblədir. Halbuki bu iki bədən 
üzvünün arasında olan fərq çox aşkardır. Beyindən başqa 
bütün bədən üzvlərinin fəaliyyəti az-çox bir-birinə 
bənzəyir. Başqa üzvlərin bütün fəaliyyətləri daxili olduğu 
halda ruhun fəaliyyəti xaricidir və bizi vücudun xaricində 
olan hadisələrlə tanış edir. 
Bu sözün bəyanında bir neçə  məsələni qeyd etməliyik. 
Birinci məsələ budur ki, sözsüz bizim vücudumuzun 
xaricində bir aləm vardır. Kənar aləmin vücudunu inkar 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
114 
edən idealistlər deyirlər ki, var olan şey yalnız “biz” və 
“bizim təsəvvürlərimiz”-dir. kənar aləmdə olan hər  şey 
yuxuda gördüklərimiz kimi təsəvvürlərdən başqa bir şey 
deyil. Onların bu sözü kökündən səhvdir. Biz artıq qeyd 
etmişik ki, əslində onlar idealist olsalar da, əməl cəhətdən 
realistdirlər. Onlar əslində öz kitabxanalarında 
düşündüklərini küçədə, ümumiyyətlə öz həyatlarında 
unudurlar. 
İkinci məsələ budur ki, bizim bu kənar aləmdən 
məlumatımız vardırmı? Sözsüz ki, bu sualın da cavabı 
müsbətdir. İndi belə bir sual çıxır ki, həmin bu kənar aləm 
bizim vücudumuzun daxilinə girir? Təbii ki, yox. Həmin 
aləmin sadəcə surəti bizimlədir və biz kənar aləmdən 
agah olmaq qüvvəmizlə onları  dərk edirik. Bu agahlıq 
xüsusiyyəti təkcə beyinin fiziki-kimyəvi xüsusiyyəti kimi 
səciyyələnə bilməz. Çünki bu (fiziki-kimyəvi) xüsusiyyət 
kənar aləmdən aldığımız təəssüratdan doğur. Başqa sözlə 
desək, kənar məlumatlar səbəb, beyinin fəaliyyəti isə bu 
səbəbin nəticəsidir. Yəni kənar varlıqlardan xəbərdar 
olmaq üçün onları bir növ əhatə etmək lazımdır. Bu əhatə 
dairəsini yaratmaq beyinin işi deyil. Beyin sadəcə bundan 
təsirlənir. Bu, digər bədən üzvlərinin kənardan 
təsirləndiyi kimidir. Kənar aləmi  əhatə edib ondan agah 
olmaq isə başqa bir şeydir. 
Şəxsiyyətin vəhdəti 
Ruhun müstəqilliyi üçün gətirilən ikinci dəlil bütün 
ömür boyu insanın vahid şəxsiyyət formasında 
qalmasıdır. Bizim var olmağımızda heç bir şübhəmiz 
yoxdur. Biz bunu “hüzuri” elm ilə çox yaxşı anlayırıq. Bu, 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
115 
bizim  əlimizdə olan ən aydın məlumatımızdır. Məşhur 
fransız filosofu Dekartın bunu isbat etmək üçün dediyi 
“mən fikirləşirəmsə, demək varam” ifadəsi də  əslində 
doğru deyil. Çünki artıq “mən” deməklə varlıq isbat 
olunur, əlavə “fikirləşirəm” deməyə ehtiyac yoxdur. 
Həmin bu “mən” bütün ömür boyu dəyişməyən bir 
həqiqətdir. Hər kəs uşaqlıqdan indiyə kimi yalnız bir 
“mən” olub, ölənə kimi də  həmin “mən” olacaq. İndi 
fikirləşək görək ömrümüz boyu bizi əhatə edən bu “mən” 
nədir? Bu, bizim bədənimizdə, ya beynimizdə olan 
hüceyrələrdirmi? Axı onlar bir ömür boyu dəfələrlə 
dəyişib? Dediyimiz kimi 7, ya 8 il müddətində insan 
bədəninin bütün hüceyrələri ölür, yerinə yeni hüceyrələr 
yaranır. Yetmiş yaşlı insanın bədəni ömür boyu təxminən 
10 dəfə tamamilə dəyişir. Əgər materialistlər kimi insanın 
varlığınıhəmin bu cism və onun xüsusiyyətlərindən ibarət 
bir varlıq bilsək, o zaman yetmiş il ərzində    bu  “mən”-in 
ən azı 10 dəfə  dəyişdiyini qəbul etməliyik. Halbuki 
vicdanı olan heç kəs bunu deməz. Buradan məlum olur ki, 
insanın maddi tərəfindən başqa, ömür boyu heç vaxt 
dəyişməyən, varlığımızın 
əsasını 
təşkil edən və 
şəxsiyyətimizin vəhdətinə amil olan başqa sabit bir tərəfi 
də vardır. 
Quranda ruhun qalması 
Qurani-Kərimdə ruhun qalması, müstəqilliyi və fani 
olmaması barədə açıq-aşkar gələn ayələr vardır. Ali-İmran 
surəsinin 169-170-ci ayələrində Allah yolunda şəhid 
olanlar barədə deyilir: 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə