Microsoft Word Mehkeme huququ doc



Yüklə 242,17 Kb.
səhifə3/6
tarix29.08.2018
ölçüsü242,17 Kb.
#65471
növüQaydalar
1   2   3   4   5   6

şəxsin ölmüş elan edilməsi haqqında;

18
Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.

şəxsin hdud fəaliyyət qabiliyyətli ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında;

Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop

maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin və müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırıla bilər.
daşınar əşyanın sahibsiz hesab edilməsi dınmaz əşya üzərində dövlət lkiyyəti hüququnun tanınması haqqında;

Daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir.


Məhkəmə paylanmayan poçt göndərişlərinin açılmasına razılıq alınması haqqında ərizəyə 5 (beş) iş günü ərzində baxmalıdır.
itirilmiş adsız qiymətli kağızlar orderli qiymətli kızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı);

Adsız qiymətli kağızı və ya orderli qiymətli kağızı itirmiş şəxs, qanunda göstərilmiş hallarda, itirilmiş sənədin etibarsız hesab edilməsi və həmin sənədlər üzrə hüquqların bərpa edilməsini məhkəmədən xahiş edə bilər.

İtirilmiş adsız sənədin etibarsız hesab edilməsi haqqında ərizə sənədi vermiş idarənin (şəxsin) olduğu yerin məhkəməsinə verilir.
şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında;

19
Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.


Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi barədə ərizəyə hakim iş başlanılan vaxtdan 5 n ərzində baxmalıdır.

vətəndaşq vəziyyəti aktlarının qeydiyyanın zgün olmamasının müəyyən edilməsi haqqında;

Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında

mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır.

notariat həkətlərindən ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə;

Maraqlı şəxs aparılmış notariat hərəkətlərini və ya notariat

hərəkətlərini aparmaqdan imtinanı düzgün hesab etmədikdə, notariusun və ya notariat əməliyyatını yerinə yetirən orqanın yerləşdiyi yerin məhkəməsinə bu barədə şikayət vermək hüququna malikdir.
övladğa götürmə haqqında ərizələrə;

Uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa

götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir.
şəxsin narkoloji-tibb müəssisəsi məcburi yerləşdiril- məsi haqqında.

Öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohum- larına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş,


20
təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomaniya xəstəliyinə düçar olan şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi tərəfindən şəxsin yaşadığı yer üzrə və ya narkoloji-tibb müəssisəsinin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.

Ərizədə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləş- dirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir və ərizəyə narkoloji-tibb müəssisəsinin əsaslandırılmış tibbi rəyi əlavə edilməlidir.


b) İşlərə inzibati məhkəmə icraatı qaydasında baxılması


İnzibati məhkəmə icraatı qaydasında inzibati hüquqi mübahisələrə baxılır. İnzibati hüquqi mübahisələr dedikdə inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizlikləri barədə meydana çıxan mübahisələr başa düşülür.
İnzibati-məhkəmə icraatı İnzibati Prosessual Məcəllə (İPM) ilə tənzimlənir. İnzibati məhkəmə icraatı qaydasında işlərə inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

İnzibati-iqtisadi məhkəməyə müraciət iddia ərizəsi formasında edilir. İddia ərizəsi aidiyyatı üzrə inzibati-iqtisadi məhkəməyə yazılı şəkildə verilir. Proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır.


21
İddia ərizəsinin məzmunu ilə bağlı İPM-də olduqca sadə tələblər müəyyən olunmuşdur. Belə ki, iddia ərizəsində aşağıdakılar göstərilməlidir (qısa iddia ərizəsi forması):


1. ərizənin verildiyi məhkəmənin adı;

2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları;

3. iddiaçının (ərizəçinin) tələbi.
Bunlar hər bir iddia ərizəsində göstərilməli olan məlumat- lardır. Əgər iddiaçı məhkəmə prosesinin tezləşdirilməsini istə- yirsə, iddia ərizəsində həmçinin aşağıdakıları da göstərə bilər (genişləndirilmiş iddia ərizəsi forması):
1. iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri;

2. iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi;

3. mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri;

4. əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı;

5. ərizəyə əlavə olunmuş sənədlərin siyahısı.


2. APELLYASİYA MƏHKƏMƏSİ MÜRACİƏT
Mülki-Prosessual Məcəllənin 357-ci və İnzibati Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan tərəflər, üçüncü şəxslər,

22
xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya

şikayəti verə bilər.
Apellyasiya qaydanda aşağıdakı məhkəmələrə şikayət verilə bilər:

rayon (şəhər) məhkəmələrinin qətnamə və qərardadlarından, ərazi aidiyyəti üzrə apellyasiya məhkəməsinin mülki kollegiyasına ;

yerli inzibati-iqtisadi məhkəmələrin qətnamələrindən və qərardadlarından ərazi aidiyyəti üzrə apellyasiya məhkəməsinin inzibati-iqtisadi kollegiyasına;

Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin qətnamə və qərardadlarından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarına;



MPM-in 227-ci maddəsinin tələbləri görə, bütün məhkəmələrin, o cümlədən, apellyasiya məhkəməsinin qətnaməsi elan edilənədək tərtib olunmalıdır. Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamə, onun nəticə hissəsi elan edildikdən sonra 10 gün müddətinədək tərtib edilməli və tərəflərə verilməlidir.

Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən mülki iş üz 1 ay müddətində, inzibati mübahisələrə dair üz isə, 30 gün müddətində verilə bilər.


Apellyasiya şikayətində aşağıdakı məlumatlar əks olunmadır:

şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

şikayəti verən şəxsin soyadı, adı, atasının a, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti;

23
barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni bul edən məhmənin adı;

şikayəti verən şəxsin tələbi işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar;

şikayətə əlavə edilən sənədlərin siyahısı.


Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanmalıdır.
Apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birgə işə baxmış birinci instansiya məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya şikayəti ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına uyğun sayda təqdim edilir.

Apellyasiya instansiyası məhkəməsində işə, inzibati mübahisələ dair işlər istisna olmaqla, onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətin baxılmalı və müvafiq məhkəaktı qəbul edilməlidir.
Apellyasiya instansiyası məhkəməsi:

qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya hkəməsində müəyyən edilmiş hallar ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

qətnaməni dəyişdirə bilər;

qətnaməni tamamilə ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə yaxud ərizəni baxılmamış saxlaya bilər.

24
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

İş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda da qərardad çıxarır. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir, hakim yaxud hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur.

Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər.

Məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir.

Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət verə bilər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.



Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra şikayət

10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.

Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə, bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə müvafiq apellyasiya məhkəməsinə göndərilir. Apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində baxır.

25
Apellyasiya məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir.


3. KASSASİYA MƏHKƏMƏSİ MÜRAƏT
Kassasiya şikayətinin verilməsi
Mülki-Prosessual Məcəlləyə və İnzibati - Prosessual Məcəlləyə əsasən, apellyasiya hkəmələrinin mülki kollegi- yasının inzibati-iqtisadi kollegiyasının Naxçıvan Mux- tar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının və inzibati-iqtisadi kollegiyasının qətnamə qərardadlarından kassasiya şikayəti verilə bilər. (MPM:Maddə 402, İPM: Maddə

90)


Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, susi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər şikayət verə bilərlər.

Apellyasiya instansiyası məhkəmələrinin qətnamələrin- dən qərardadlarından kassasiya qaydasında aşağıdakı məhkərə şikayət vermək olar:

Apellyasiya məhkəmələrinin mülki kollegiyalanın və Naxçıvan Muxtar Respublikası Ali Məhkə- məsinin mülki kollegiyasının qətnamələrindən və qərardadlarından - Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına;

Apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kol- legiyaların və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının qətna- mələrindən qərardadlarından - Azərbaycan Res- publikası Ali Məhkəməsinin inzibati-iqtisadi məhk- əmə kollegiyasına.

26


Yüklə 242,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə