133
“Hər hansı müqayisə, əslində,
müqayisə olunanların daha dərin
dərki üçündür”.
Salam. Məşhur türk jurnalisti və yazarı
İrfan Ülkü bir türk qəzetində sizi “Azərbaycanın
Borxesi” adlandırmışdı. Siz Borxesi çox sevir-
siz, bilirəm. “Adaşlar” hekayənizi də ona həsr
eləmisiz. Maraqlı faktdır. Bir Azərbaycan yazarı
öz hekayəsini məşhur Argentina yazıçısına həsr
edir. İntonasiya, ahəng, ruh eyniliyi bu hekayəni
elə bir hala salır ki, ona “Borxesvari” də demək olar. Nə isə.
İrfan Ülküyə qayıdaq. İstərdim ki, bu yanaşmanın üzərində
bəzi məqamlara aydınlıq gətirək. Bilirsiniz, bizdə hələ də
keçə bilmədiyimiz bir psixoloji baryer var – biz öz yazar-
larımızı hətta layiq olduqları halda belə, dünya yazarlarıyla
eyni müqayisə müstəvisinə gətirməkdən çəki-nirik. Ancaq
düşünürəm ki, Azərbaycan yazarlarını həm burada, həm də
xaricdə oxutdurmaq üçün oxucuya müəyyən kodlar vermək
lazımdır. O kodlardan biri də bizim yazarların genetik
əcdadını müəyyənləşdirmək deyilmi?!
Kamal Abdulla. Mən də sənin kimi düşünürəm. “Dos-
tunu mənə nişan ver, deyim, sən necə adamsan”. Bu da belə
bir şeydir. Amma məsələ göründüyü kimi də asan deyil. Ni-
11-úè ìÿãàì
134
zamini Dante ilə, Füzulini Şekspirlə, Axundovu Molyerlə,
nə bilim, Vəzirovu Ostrovski ilə müqayisə eləmək elə də çə-
tin iş deyil. Bu müqayisə ilkin müqayisədir. Müqayisənin
digər mərhələsi isə artıq obyektə daha dərin bələdçilik və
intellekt tələb edir. Müqayisə ediləni sən az-çox yaxşı tanı-
yıb duya bilərsən, müqayisə olanı (başqa mədəni məkanın
komponentini) isə hələ tanıyıb duyman lazım. “Duymaq” sö-
zünü təsadüfi işlətmədim. Belə müqayisələrdə yazıçını duy-
maq əsas şərtdir. Əlbəttə ki, sən qeyd elədiyin kimi, oxucuya
bu cür kodlar verərkən həm özümüz-özümüzü daha yaxşı ta-
nıyırıq, həm də böyük kontekstə bir addım daha yaxınlaşmış
oluruq. Hər hansı müqayisə, əslində, müqayisə olunanların
daha ətraflı dərkinə və xüsusilə, duyumuna gətirir.
Sənin adını çəkdiyin İrfan Ülküyə isə Allah rəhmət elə-
sin. O, böyük türk oğlu, çox işıqlı və istedadlı yazar, əsl
intellektual, Azərbaycanın vəfalı dostu idi. Yeri bu gün də
görünür. Şəxsən mən onun üçün, onunla ünsiyyətdən ötrü
darıxıram. Onun kimi bir fəzilət sahibinin mənə belə bir
qiymət verməsi mənim üçün çox önəmlidir.
Salam. Yeri gəlmişkən, içində olduğumuz bir kom-
pleksə də münasibət bildirərdiniz. Məncə, bizim intellektual
kəsim daim dünyadakı dəyərlərin qarşısında heyran pozasın-
da, "farağat" vəziyətindədir. Bizim dünyadakı bədii, fəlsəfi
düşüncə sistemləriylə mübahisə etmək heç ağlımıza da gəl-
mir. Dünya yazarları haqqında Azərbaycanda aparılan bütün
ədəbiyyatşünaslıq işlərinin mahiyyətində yalnız TƏQDİR
dayanır. Mən hansısa xarici müəllifi tənqid eləyən bircə dənə
də yazıya rast gəlməmişəm. Sizə elə gəlmirmi ki, dünyanın
intellektual məkanına inteqrasiya oluna bilməməyimizin bir
135
səbəbi də heyran bir pozadan çıxıb təftişçi iddiasında çıxış
etməməyimizdir? Ümumiyyətlə, dünyanın intellektual mə-
kanında biz varıqmı?
Kamal Abdulla. Hər nə cür də olsa, hökmən tənqid,
təftiş, bir addım irəli daha ataq və daha sərt deyək – ifşa et-
mək fəlsəfəsi ilə mən razı deyiləm. Əlbəttə ki, dünyanın şe-
devrləri qarşısında “farağat” durmaq vacibdir. Heyran olmaq
da gərək kənar qınağa düçar olmasın. Bununla yanaşı, mə-
nim bəyənməyib qəbul etmədiyim o qədər nümunələr var
ki... Sadəcə insan, istər yazar olsun, istər tənqidçi, mənə görə
ancaq xoşu gəldiyi, təqdir etdiyi nəsnələrdən yazmalıdır.
Bəzən elə bilirlər ki, bu münasibət müasir dövrdə formala-
şıb. Amma elə deyil. Bunu hələ antik dövr filosoflarından,
məsələn, Platonun dialoqlarındakı Sokratdan başlayaraq üzü
bu yana çox adam deyib...
Dünyanın intellektual məkanında isə biz varıq. Çox
zaman görünməyə bilərik, ancaq varıq!
Etimad. Dünyanın intellektual məkanında biz, şübhəsiz
ki, varıq. Mən əminliklə deyirəm, bizdə müəlliflər var ki, on-
ların əsərləri adekvat tərcümə edilib lazımi səviyyədə dünya
oxucusuna çatdırılsaydı, bizim bu məkanda yerimiz daha
aydın görünərdi. Əlbəttə, hansısa bir ədəbiyyatın təmsilçisi-
nin dünya arenasında tanınması həmin ədəbiyyatın daha sü-
rətli inkişafına nədən ola bilir. Çingiz Aytmatov fenomeni
buna misaldır. Məncə, bu məsələyə bu nöqteyi-nəzərdən ba-
xılmalıdır. «Dünyanın intellektual məkanında biz varıqmı»
sualının özü indiki gedişatla bağlı pessimist ovqatdan doğan
sualdır. Lakin sonacan bədbin olmağa da dəyməz…
136
Kamal Abdulla. Mən də hesab edirəm ki, sonadək
bədbin olmağa dəyməz. Sona həmişə "hələ bir az" qalır.
Salam. Nolar, qoy mən pessimist olum. Amma razıyam
ki, bizim optimist olmamaqçün da əsasımız yoxdur. Kamal
müəllim, sizin “Yarımçıq əlyazma” romanınız Fransada, Ru-
siyada, Türkiyədə, Polşada, nəhayət, Braziliyada nəşr edil-
miş, bu əsər haqqında həmin ölkələrin nüfuzlu ədəbi imzala-
rı kitaba ön sözlər yazmış, haqqında məqalələr çap etdirmiş-
lər. Müxtəlif dünya universitetlərində prezentasiya və müza-
kirələr təşkil edilib. Həmin romanın bir neçə ölkədə, eləcə də
Moskvanın “İnostrannaya literatura” jurnalında 10 nüfuzlu
tənqidçinin iştirakıyla müzakirəsi keçirilib. “İnostrannaya
literatura” ilk dəfə idi ki, postsovet məkanı yazarından yazdı.
Məhz “Yarımçıq əlyazma”dan sonra dünyanın seçmə
yazıçılarını birləşdirən Rus Pen-klubuna üzv qəbul olunan
ilk Azərbaycan yazıçısı da sizsiniz. Bu hadisə kitabın həmin
Pen-klubda müzakirəsindən sonra baş verdi.
Və, nəhayət, “Yarımçıq əlyazma” 2008-ci ildə Nobel
mükafatı komitəsi tərəfindən mükafata təqdim edilmiş əsər
kimi registrasiya edildi. Bütün bunlar, düşünəndə, qısqanclıq
yarada biləsi faktlardır. Özünüzə qarşı belə bir “solaxay”
münasibət, ola bilər ki, hiss eləmisiz. Amma, məncə, əsas
məsələ odur ki, siz özünüzdən sonrakı ədəbi nəsillər üçün
dünyaya çıxış yolunu təmizləyirsiniz. Azərbaycan ədəbiyya-
tının səviyyəsi haqqında informasiya blokadasını dağıdırsı-
nız. Və bununla başqalarının da dünyaya çıxışını asanlaş-
dırırsınız.
Etimad. Məsələnin çox ciddi tərəflərindən biri də bu-
dur.
Dostları ilə paylaş: |