Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

 
133 
 
 
“Hər hansı müqayisə, əslində, 
müqayisə olunanların daha dərin 
dərki üçündür”. 
 
 
 
 
Salam.  Məşhur türk jurnalisti və yazarı 
İrfan Ülkü bir türk qəzetində sizi “Azərbaycanın 
Borxesi” adlandırmışdı. Siz Borxesi çox sevir-
siz, bilirəm. “Adaşlar” hekayənizi də ona həsr 
eləmisiz. Maraqlı faktdır. Bir Azərbaycan yazarı 
öz hekayəsini məşhur Argentina yazıçısına həsr 
edir. İntonasiya, ahəng, ruh eyniliyi bu hekayəni 
elə bir hala salır ki, ona “Borxesvari” də demək olar. Nə isə. 
İrfan Ülküyə qayıdaq.  İstərdim ki, bu yanaşmanın üzərində 
bəzi məqamlara aydınlıq gətirək. Bilirsiniz, bizdə  hələ  də 
keçə bilmədiyimiz bir psixoloji baryer var – biz öz yazar-
larımızı  hətta layiq olduqları halda belə, dünya yazarlarıyla 
eyni müqayisə müstəvisinə  gətirməkdən çəki-nirik. Ancaq 
düşünürəm ki, Azərbaycan yazarlarını  həm burada, həm də 
xaricdə oxutdurmaq üçün oxucuya müəyyən kodlar vermək 
lazımdır. O kodlardan biri də bizim yazarların genetik 
əcdadını müəyyənləşdirmək deyilmi?! 
Kamal Abdulla. Mən də sənin kimi düşünürəm. “Dos-
tunu mənə nişan ver, deyim, sən necə adamsan”. Bu da belə 
bir şeydir. Amma məsələ göründüyü kimi də asan deyil. Ni-
11-úè ìÿãàì 


 
134 
zamini Dante ilə, Füzulini Şekspirlə, Axundovu Molyerlə, 
nə bilim, Vəzirovu Ostrovski ilə müqayisə eləmək elə də çə-
tin iş deyil. Bu müqayisə ilkin müqayisədir. Müqayisənin 
digər mərhələsi isə artıq obyektə daha dərin bələdçilik və 
intellekt tələb edir. Müqayisə ediləni sən az-çox yaxşı tanı-
yıb duya bilərsən, müqayisə olanı (başqa mədəni məkanın 
komponentini) isə hələ tanıyıb duyman lazım. “Duymaq” sö-
zünü təsadüfi işlətmədim. Belə müqayisələrdə yazıçını duy-
maq əsas şərtdir. Əlbəttə ki, sən qeyd elədiyin kimi, oxucuya 
bu cür kodlar verərkən həm özümüz-özümüzü daha yaxşı ta-
nıyırıq, həm də böyük kontekstə bir addım daha yaxınlaşmış 
oluruq. Hər hansı müqayisə,  əslində, müqayisə olunanların 
daha ətraflı dərkinə və xüsusilə, duyumuna gətirir. 
Sənin adını çəkdiyin İrfan Ülküyə isə Allah rəhmət elə-
sin. O, böyük türk oğlu, çox işıqlı  və istedadlı yazar, əsl 
intellektual, Azərbaycanın vəfalı dostu idi. Yeri bu gün də 
görünür.  Şəxsən mən onun üçün, onunla ünsiyyətdən ötrü 
darıxıram. Onun kimi bir fəzilət sahibinin mənə belə bir 
qiymət verməsi mənim üçün çox önəmlidir. 
Salam. Yeri gəlmişkən, içində olduğumuz bir kom-
pleksə də münasibət bildirərdiniz. Məncə, bizim intellektual 
kəsim daim dünyadakı dəyərlərin qarşısında heyran pozasın-
da, "farağat" vəziyətindədir. Bizim dünyadakı  bədii, fəlsəfi 
düşüncə sistemləriylə mübahisə etmək heç ağlımıza da gəl-
mir. Dünya yazarları haqqında Azərbaycanda aparılan bütün 
ədəbiyyatşünaslıq işlərinin mahiyyətində yalnız TƏQDİR 
dayanır. Mən hansısa xarici müəllifi tənqid eləyən bircə dənə 
də yazıya rast gəlməmişəm. Sizə elə gəlmirmi ki, dünyanın 
intellektual məkanına inteqrasiya oluna bilməməyimizin bir 


 
135 
səbəbi də heyran bir pozadan çıxıb təftişçi iddiasında çıxış 
etməməyimizdir? Ümumiyyətlə, dünyanın intellektual mə-
kanında biz varıqmı? 
Kamal Abdulla.  Hər nə cür də olsa, hökmən tənqid, 
təftiş, bir addım irəli daha ataq və daha sərt deyək – ifşa et-
mək fəlsəfəsi ilə mən razı deyiləm. Əlbəttə ki, dünyanın şe-
devrləri qarşısında “farağat” durmaq vacibdir. Heyran olmaq 
da gərək kənar qınağa düçar olmasın. Bununla yanaşı, mə-
nim bəyənməyib qəbul etmədiyim o qədər nümunələr var 
ki... Sadəcə insan, istər yazar olsun, istər tənqidçi, mənə görə 
ancaq xoşu gəldiyi, təqdir etdiyi nəsnələrdən yazmalıdır. 
Bəzən elə bilirlər ki, bu münasibət müasir dövrdə formala-
şıb. Amma elə  deyil.  Bunu  hələ antik dövr filosoflarından, 
məsələn, Platonun dialoqlarındakı Sokratdan başlayaraq üzü 
bu yana çox adam deyib... 
Dünyanın intellektual məkanında isə biz varıq. Çox 
zaman görünməyə bilərik, ancaq varıq! 
Etimad. Dünyanın intellektual məkanında biz, şübhəsiz 
ki, varıq. Mən əminliklə deyirəm, bizdə müəlliflər var ki, on-
ların əsərləri adekvat tərcümə edilib lazımi səviyyədə dünya 
oxucusuna çatdırılsaydı, bizim bu məkanda yerimiz daha 
aydın görünərdi. Əlbəttə, hansısa bir ədəbiyyatın təmsilçisi-
nin dünya arenasında tanınması həmin ədəbiyyatın daha sü-
rətli inkişafına nədən ola bilir. Çingiz Aytmatov fenomeni 
buna misaldır. Məncə, bu məsələyə bu nöqteyi-nəzərdən ba-
xılmalıdır. «Dünyanın intellektual məkanında biz varıqmı» 
sualının özü indiki gedişatla bağlı pessimist ovqatdan doğan 
sualdır. Lakin sonacan bədbin olmağa da dəyməz… 


 
136 
Kamal Abdulla.  Mən də hesab edirəm ki, sonadək 
bədbin olmağa dəyməz. Sona həmişə "hələ bir az" qalır. 
Salam. Nolar, qoy mən pessimist olum. Amma razıyam 
ki, bizim optimist olmamaqçün da əsasımız yoxdur. Kamal 
müəllim, sizin “Yarımçıq əlyazma” romanınız Fransada, Ru-
siyada, Türkiyədə, Polşada, nəhayət, Braziliyada nəşr edil-
miş, bu əsər haqqında həmin ölkələrin nüfuzlu ədəbi imzala-
rı kitaba ön sözlər yazmış, haqqında məqalələr çap etdirmiş-
lər. Müxtəlif dünya universitetlərində prezentasiya və müza-
kirələr təşkil edilib. Həmin romanın bir neçə ölkədə, eləcə də 
Moskvanın “İnostrannaya literatura” jurnalında 10 nüfuzlu 
tənqidçinin iştirakıyla müzakirəsi keçirilib. “İnostrannaya 
literatura” ilk dəfə idi ki, postsovet məkanı yazarından yazdı. 
Məhz “Yarımçıq  əlyazma”dan sonra dünyanın seçmə 
yazıçılarını birləşdirən Rus Pen-klubuna üzv qəbul olunan 
ilk Azərbaycan yazıçısı da sizsiniz. Bu hadisə kitabın həmin 
Pen-klubda müzakirəsindən sonra baş verdi. 
Və, nəhayət, “Yarımçıq  əlyazma” 2008-ci ildə Nobel 
mükafatı komitəsi tərəfindən mükafata təqdim edilmiş  əsər 
kimi registrasiya edildi. Bütün bunlar, düşünəndə, qısqanclıq 
yarada biləsi faktlardır. Özünüzə qarşı belə bir “solaxay” 
münasibət, ola bilər ki, hiss eləmisiz.  Amma, məncə,  əsas 
məsələ odur ki, siz özünüzdən sonrakı  ədəbi nəsillər üçün 
dünyaya çıxış yolunu təmizləyirsiniz. Azərbaycan ədəbiyya-
tının səviyyəsi haqqında informasiya blokadasını dağıdırsı-
nız. Və bununla başqalarının da dünyaya çıxışını asanlaş-
dırırsınız. 
Etimad.  Məsələnin çox ciddi tərəflərindən biri də bu-
dur. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə