Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   31   32   33   34   35   36   37   38   39

 
145 
Salam.'>Etimad. Yox. 
Salam. Mənim də yadımda deyil. Amma, Kamal müəl-
lim, dediklərinizi düzmü anladım?! Belə çıxır ki, kompüter-
də yazmağa heç vaxt keçməyəcəksiniz? 
Kamal Abdulla. Demək çətindir.  İndi artıq yavaş-ya-
vaş "qurddalanıram". Amma bilirəm ki, internet mənimçün 
heç vaxt vətən ola bilməyəcək. Ən yaxşı halda o, mənimçün 
qürbət ola bilər. Ya da məcburi mühacirət... "Əlləyazanlar" 
ölkəsindən mənim kimilər ancaq mühacirətə gedə bilərlər. 
Hərdən mən fikirləşirəm ki, www.sizkompüterdəyazanlar 
"partiyası"  əllə yazmağa geri dönmək üçün, başqa sözlə, 
kompüterə  xəyanət üçün möhkəm bəhanələr axtarmaqdası-
nız (virus, yaddaş və s.). Belə bir "xəyanət", məncə, nə vaxt-
sa baş verəcək. 
Etimad.  Kamal müəllim, “ədəbiyyatda bəxti gətir-
mək”, “ədəbi tale” kimi sıx-sıx hallandırdığımız məsələlərə 
münasibətiniz necədir? Tutalım, diqqətsizlik və ya dünya-
sında sözükeçən insanların özünü görməməzliyə vurması uc-
batından gözəl bir əsərin it-bat olması, birdəfəlik dövriyyə-
dən çıxması mümkündürmü? 
Kamal Abdulla. Xeyr, mümkün deyil. Dünya ədəbiy-
yatı təcrübəsində belə bir halı xatırlamıram. Əgər bunu oxu-
yub kimsə mənə “bəs filan əsər necə olsun, onu görmədilər 
və o da it-bat oldu” kimi etirazlar bildirərsə,  əslində, özü-
özünü inkar etmiş olar. Çünki bu “filan” əsərin it-bat olma-
masının ən böyük göstəricisi onun ən azından bu məqamda 
adının çəkilməsidir. 


 
146 
Görməməzlik isə... əlbəttə, ola bilər. Onu təbii qarşıla-
maq lazımdır. Biz hələ də bir məsələdə ədəbi vəhşilik döv-
ründən (ədəbi cəngəllikdən) çıxa bilməmişik. Bu ədəbi 
vəhşiliyin bir gözəl büruzəsi var. Dönə-dönə  təkrar etmək-
dən usanmayacağam. Biz hələ də “bu, mənim romanım de-
yil” deyə bilmirik. Yəni, mən qəbul edirəm ki, bu romandır, 
hətta bir qədər də irəli gedək, mən qəbul edirəm ki, bu 
roman gözəl romandır, əsl ədəbiyyat nümunəsidir, amma bu 
roman mənim romanım deyil. Mənim onu bəyənməməyim 
hələ o demək deyil ki, onun yaşama haqqı, başqaları tərəfdən 
təqdirolunma perspektivi yoxdur. Bax bu cür düşünə bilmə-
məyimiz ədəbi cameəmizin ən dərin problemlərindəndir. Əsl 
dərddir. Doğrudur,  ədəbi vəhşiliyimizin bir sürü başqa 
təzahürləri də var... 
Salam. Qıl körpü, görün, bizi özündən keçirib haralara 
gətirdi?! 
Kamal Abdulla. Qıl körpünün kəraməti böyükdür. 


 
147 
 
 
“Heç kəs heş kəsin kitabını 
oxumur!..” 
 
 
 
 
Etimad.  Belə bir ifadə var: "Heç kəs heç 
kəsin kitabını oxumur..." 
Salam. Elə sizin də yaradıcılığınıza daha 
çox, daha dəqiq xaricdə qiymət verirlər. Bu, nə 
deməkdir,  əsərləriniz bizim xörəyimiz deyil, 
yoxsa bizdə, doğrudan da, “heç kəs heç kəsin 
kitabını oxumur?" 
Kamal Abdulla. Nə deyim?! Mən elə dü-
şünmürəm. Yazdıqlarıma burada qiymət verənlərin intellek-
tual çəkisi ilə qiymət verməyənlərin, daha dəqiqi, verə bil-
məyənlərin (bu sonuncular sayca çox olsalar belə), üst-üstə, 
bir yerdə həm “intellektual”, həm də fiziki çəkiləri tərəziyə 
qoyulsa, “bizimkilər” mütləq qalib çıxar. Məsələ sayda de-
yil. 
Əlbəttə, bu yarızarafatla mən vəziyyətin o qədər də bər-
bad olmamasına işarə edib bir növ "təskinlik" tapmaq istə-
dim. Sayca çoxluq isə, gəlin boynumuza alaq ki, real bir 
mənzərədir. Və o çoxluq bəzən devlərlə, əjdahalarla dolu ke-
çilməz mənəvi məkan kimi görünür. Amma yalnız görünür. 
Gücü buna çatır. 
  13-cö
 ìÿãàì 


 
148 
Ciddiyyətə qalanda isə tərəzinin "ağır" tərəfində mənim 
üçün bir Rəhman Bədəlov, bir Zeynal Məmmədli, Rəşad 
Məcid, Niyazi Mehdi, Əli Abbasov, Aydın Talıbzadə, Bəsti 
Əlibəyli, bir Eldar Eyvazov var. Bir Salam, bir Etimad, bir 
Tehran, bir Arif Acalov, bir Aqil Abbas var. Bir Vaqif İbra-
himoğlu, İrfan Ülkü, Vidadi Məmmədov, Natiq Səfərov, Ay-
dın Məmmədov var idi. Təbii ki, adlarını yuxarıda çəkdiyim 
Anar, Elçin, Ramiz Rövşən, Rəşad, Vaqif Bayatlı, adlarını 
hələ çəkmədiyim Azər Mustafazadə, Məhərrəm Qasımlı, İs-
mayıl Məmmədov, Zakir Fəxri, Arif, İntiqam, Yaşar, Elçin, 
Nəriman, Səlim, Əsəd, Rüstəm, Aqşin... hələ xaricdəki “biz-
dən olanları” demirəm, bu adamlar yüzlərlə, minlərlə o biri-
lərə  dəyər. Özü də  hər biri ayrı-ayrılıqda. Mənim üçün ən 
yaxşı tərifi, bilirsənmi həm də kimlər edir?! Oxuyub susan-
lar. Bundan böyük tərif mən tanımıram. 
Salam. Deməli, oxuyurlar?! 
Kamal Abdulla. “Heç kim heç kimin kitabını oxumur” 
deyiminin vaxtı keçdi. Elə gözəl oxuyurlar ki, bal kimi. Son-
ra da susurlar. Yəni, oxumamışam. Bu, nəsə yeni bir metod-
dur. Mənasını və adını hələ tapmaq gərəkir. 
Salam. Ümumiyyətlə, oxucu sizin üçün nə deməkdir? 
Kamal Abdulla. “Oxucu” mənim üçün dil kimi, üslub 
kimi bir şeydir. Yazını yazarkən o, məni qətiyyən maraqlan-
dırmır. Bir az əvvəldə, bir başqa məqamla bağlı dedim ki, 
üslub Jülyen Sorelin (Stendalın “Qırmızı və qara” romanının 
qəhrəmanının) paltarı kimidi. O, öz paltarına fikir vermə-
dikcə kənardan diqqəti daha çox cəlb edirdi. Oxucu da elə. 


 
149 
Etimad. Bir dəfə isə yazmışdınız ki, oxucu sizin üçün 
çox önəmlidir. Hətta romanlarınızı bitirdikdən sonra hələ 
əlyazma  şəklində müəyyən  ədəbiyyat adamlarına oxumağa 
verirsiniz. Və bu adamların cavabını... bunu mən bilirəm, hə-
yəcanla gözləyirsiniz. Mən də, Salam da sizin romanlarınızı 
məhz əlyazma variantında oxuyanlarıq. 
Kamal Abdulla. Elədir, düz deyirsən. Oxucunun məni 
maraqlandırmaması, əslində, kateqorial hökm deyil, dediyim 
kimi, yazı prosesinə (!!) aiddir. Yazıb bitirdikdən sonra − 
“məşəqqətdən və zülmdən sonra” demək istədim, deməmiş 
kimi qəbul edin, çünki mən orta əsrlərdə müqəddəs Benedik-
tin dağ döşündə, gözdən-izdən uzaq yerdə qurduğu bir mo-
nastıra sığınmış  və  əvvəl-əvvəl asketçilik etmiş “dönük 
estetlər” zümrəsinin üzvləri kimi (onların inkvizisiya işgəncə 
dəzgahlarından tonqallara qədər amansız təqibi çox ibrəta-
mizdir) riyakarlıq etmək istəmirəm. Yazıb bitirdikdən sonra, 
yəni, dəhşətli mənəvi ləzzət və relaksiya (utancaqlar bunu 
“təmizlənmə” – “katarsis” kimi də qəbul edə bilər) hissindən 
sonra oxucu mənim üçün öz statusunu dəyişir. O, oxucudan 
Oxucuya dönür. Təbii ki, bu zaman mən “oxuyucuları” heç 
yada da salmıram. Yazıya son nöqtəni qoyduqdan yalnız 
sonra Oxucu mənim “mürşidi-kamilim” olur. Bu zaman artıq 
mənim üçün bu Oxucunun fikri son dərəcə qiymətli və 
əzizdir. Mənim cavab gözləmə həyəcanım bu zamana aiddir. 
Mənim inandığım bir neçə adam var ki, bəli, onların fikrini 
“məşəqqətlə” gözləyirəm. Bir qədər yuxarıda adlar çəkildi, 
bax, onlardır Oxucu! Amma oxucu (kiçik hərflə yazılan, sı-
ravi oxucu) öz rəyində sərbəstdir. Oxuyucuya gəldikdə isə o, 
məni çox az və yaxud heç maraqlandırmır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə