Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   31   32   33   34   35   36   37   38   39

 
150 
Salam. O zaman belə bir banal sualı verməkdən özümü 
saxlaya bilmirəm. Adi oxucu ki, bu “hala” düşdü, bəs onda, 
ümumiyyətlə, ədəbiyyat kimin üçündür? 
Kamal Abdulla. Banal suala “banal” da gərəkdir cavab 
verəsən: ədəbiyyat, əlbəttə, ədəbiyyat üçündür. 
Etimad. Bu gün dünyada çoxlu sayda ədəbiyyat müka-
fatları mövcuddur. Bir Rusiya qəzetindən oxumuşdum ki, 
yalan-doğru, təkcə Fransada 4 minə yaxın müxtəlif  ədəbiy-
yat mükafatı var. Aydın məsələdir ki, yazıçı  əsəri qələmə 
alarkən mükafat barədə, bəlkə də, heç düşünmür. Ancaq öz 
əməyinin bu və ya digər şəkildə qiymətləndirildiyini görmək 
hər kəsə xoşdur. Bu baxımdan Azərbaycanda, ümumiyyətlə, 
heç bir iş görülmədiyini demək doğru olmazdı. Məsələn, bu 
yaxınlarda təsis olunmuş Milli Kitab Mükafatı bizdə də buz-
ların əriməsindən xəbər verir. Hər halda, bunun belə olması-
nı istərdik. Nəzərə alsaq ki, Azərbaycanda verilən ədəbi mü-
kafatların çoxusu, bir qayda olaraq, kseroksda tirajlanan 
“qramota” tipli kağız parçasından ibarətdir, MKM-in doğur-
duğu ictimai rezonans tamamilə başadüşüləndir.  İstənilən 
halda, bizdə dövlət mükafatlarından savayı da cəmiyyətdə 
müəyyən bir hərəkətliliyin olması təqdirəlayiq sayılmalıdır. 
Əlbəttə, Azərbaycanda, başqa ölkələrdə olduğu kimi on 
müxtəlif nominasiya üzrə (ayrıca fantastika, detektiv, esse, 
sənədli əsər və s.) mükafatların verilməsi haqqında danışmaq 
çox tezdir. Xarici ölkələrdən baxanda bu problem xüsusilə 
qabarıq görünür. Çünki bu, hər yerdə bir mədəniyyət göstəri-
cisi kimi qəbul olunur. Sizcə, bu sahədə işlərin səhmana düş-
məsi üçün nələr edilməlidir? 
 


 
151 
 
Kamal Abdulla.  İnanmıram ki, hal-hazırda Fransada 
dörd minə yaxın ədəbi mükafat var. Amma inanıram ki, bu 
say bizdə olandan qat-qat çoxdur və prosedurlar da qat-qat 
cilalanmış şəkildədir. 
Hər hansı mükafat, mənim qəti inamıma görə, əgər ədə-
bi yarış (cıdır?) düzənləyib onun nəticəsində ortaya çıxırsa, 
bu çox pisdir, çünki mahiyyətində ayırmaq, parçalamaq, ni-
faq salmaq var. Ədəbi cıdır yolverilməzdir! 
Digər tərəfdən, əsərin dəyərini müəyyənləşdirməyin di-
gər yolları, üsulları da yox deyil... Ümumiyyətlə, bu suala 
cavab vermək mənim üçün çətindir. Məncə, uzaq və yaxın 
dövr sayıla bilən XIX əsrdə ədəbi “məhsul”lar birinci, ikinci, 
üçüncü adlanan yerlər uğrunda mübarizə aparıb qiymət 
almırdı. "Ol zamanlar" belə şeylər nəinki olmurdu, təsəvvürə 
belə gəlmirdi. Elə bil, "ol zamanlar" gözlər daha tox idi. 
Ədəbiyyat idman deyil və onu idmana çevirmək istə-
yənlər nə  qədər deyirlər desinlər ki, məqsədləri ancaq ədə-
biyyata diqqəti artırmaq, ədəbi prosesi canlandırmaqdır, bu, 
belə olmur. Ədəbi prosesin canlanması, bəli, belə "yarış"lar-
da özünü təbii şəkildə göstərən ədəbi intriqalar hesabına ola 
bilər, amma bu hal nə birinci, nə ikinci, nə də onuncu səbəb-
dir. Əsl səbəbin "quyruğ"u aşikarcasına görükməyindədir. 
Salam. Sizin, demək olar ki, hamıya belə bir sualınız 
olur: "Axırıncı dəfə hansı kitabı oxumusan?" 
Kamal Abdulla. Bu sualı verməkdə  əsas məqsədim 
odur ki, adam gərək özünü həmişə intellektual bir gərginlik-
də saxlasın. Başqa məqsədlərim də var. Məsələn, "dostunu 
mənə göstər, mən də deyim ki, sən kimsən" kimi. Kitabların, 


 
152 
yazarların adı qaranlıq və dolaşıq labirintdə bir-birini axtaran 
iki adamın Ariadna ipidir. Ancaq bəzən bu axtardığın adam 
qaranlıq otaqda qara pişiyə dönür. Onu tapmaq çətinləşir. İl-
lah da ki, o qara pişik o qaranlıq otaqda, Konfutsi demiş, ol-
mayanda. 
 
 
 


 
153 
 
 
Aşkar Dədə Qorquddan  
gizli Dədə Qorquda... 
 
 
 
 
Salam. “Dədə-Qorqud”un gizli tərəflərini 
elmi,  ədəbi-ictimai rəyə ilk dəfə siz gətirmisi-
niz. Bu mövzuda elmi əsərlər, esselər, pyeslər, 
roman,  şeirlər silsiləsi... Daha hansı janr qaldı 
ki, “Dədə-Qorqud”u o süzgəcdən keçirməyəsi-
niz? 
Kamal Abdulla. Esse, pyes, roman və 
şeirləri saymasaq, mənim “Gizli Dədə Qorqud” 
adı altında yazıb çap etdirdiyim beş kitab var. Onları ümumi 
qayə  və vahid bir ad birləşdirsə  də, onlar bir-birinin eyni 
deyil. Hər sonrakı  nəşr  əvvəlkinin kifayət qədər dəyişdiril-
miş, ciddi əlavələr − fəsil, paraqraf, abzas, elmi aparat və s. 
əlavə edilmiş  nəşridir. Sən dedin: “Dədə Qorqud”la bağlı 
hansı süzgəc qaldı? Biri qaldı. Özü də yarımçıq qaldı. 
Salam. Bu barədə açıqlama verməzdiniz ki?! 
Kamal Abdulla. İlk dəfə “Dədə Qorqud”a ciddi və hə-
qiqi məhəbbəti məndə universitet müəllimim, tanınmış dilçi-
alim, mərhum professor Musa Adilov yaratdı. Musa müəllim 
dünya dilçilik nailiyyətlərinə yaxşı  bələd olan son dərəcə 
ciddi və dərin bir dilçi idi, daim axtarışda idi. Görün o, mənə 
  14-úö ìÿãàì 


 
154 
– üçüncü kurs tələbəsinə nə təklif etdi?! “Kitabi-Dədə Qor-
qud” dastanının söz lüğətini hazırlamağı. 
Təsəvvür edirsiniz, bu nə deməkdir?! Görkəmli ustad 
Əli Sultanlının antik yunan ədəbiyyatı və filologiyası üzərinə 
apardığı qiymətli tədqiqatlar ilə böyüyən bir gənc olan mən 
tələbə “Dədə Qorqud” dastanının hər cümləsini “kartoçkala-
ra” yazmalı idim. Cümlədə neçə söz var idisə, o qədər “kar-
toçka” yazmalı və hər dəfə o sözlərdən birinin altından xətt 
çəkməli idim. Əgər cümlədə on söz vardısa, o cümlə on dəfə 
yazılırdı. Sizi inandırım ki, bu çox üzücü bir iş idi. Mən o 
cümlələri, demək olar ki, əzbər bilirdim. Evdə hara baxırdın, 
“Dədə Qorqud”dan cümlələr yazılmış kartoçkalar idi. Amma 
sonrası daha maraqlı olacaqdı. Sonrakı proses ayrıca sözlər 
haqda ayrıca oçerklərin yazılışı olmalıydı, amma mən o vax-
ta qədər bu “zülümdən”, necə deyərlər, canımı qurtardım, 
universiteti bitirməyə "macal tapdım". Düzdü, niyyət yarım-
çıq qaldı, amma qazancım, xeyrim o oldu ki, mən indi bu 
unikal Dastanın hər cümləsi ilə bu dastanı bir bədii  əsər, 
hətta tədqiq obyekti şəklində oxuyanlar kimi tanış deyiləm. 
Mən bu Dastanın hər bir cümləsi ilə əməlli-başlı dostlaşmış 
bir adamam. 
O vaxt – tələbəlik illərində “Dədə Qorqud”un yarımçıq 
qalan söz lüğəti üzərində intensiv çalışmalarım mənə imkan 
verdi ki, A.Blok deyən kimi, mahiyyətə nüfuz etməyə çalı-
şım və Azərbaycan filologiyasında antik yunan və Roma 
ədəbiyyatlarının sistemli şəkildə öyrənilməsi kimi şərəfli bir 
işin pioneri olan görkəmli  ədəbiyyatşünas alim Əli Sultanlı 
vasitəsilə (onun "Antik ədəbiyyatı tarixi" adlı klassik əsəri 
on iki-on üç yaşlarından mənim, demək olar ki, stolüstü 
kitabım idi, mən buradakı müxtəlif  əsərlərin süjetini dönə-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə