Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   31   32   33   34   35   36   37   38   39

 
141 
üslub özəllikləri elmi baxımdan təhlil edilib. Bu, mükafat 
deyilmi?! 
Xaricdən məktublar almışam, yazırlar, biz Azərbaycanı 
tanımırıq, amma bu romanı oxuyandan sonra sizin tarixinizi 
sevdik... Bayaq dedim, Fransada Nansi şəhərində universitet 
kitab dükanında bər-bəzəkli, gözəl, nəfis cildlər arasında 
əlim gəzirkən birdən məni tok vurdu: "Yarımçıq  əlyazma!" 
Satıcı qız məni kitabın arxasındakı şəklimdən tanıdı, o, niyə-
sə məndən çox sevindi və yanındakılara nəsə dedi. Nəyə se-
vindi  –  başa düşmədim. 
Bir azdan bu gözəl universitetin rektoru ilə görüşüm 
olacaqdı. Görüş zamanı  mən, həqiqətən, təəccübləndim və 
hətta təsirləndim. Cənab rektor artıq "Yarımçıq  əlyazma"nı 
əldə eləmişdi və indi məndən onu imzalamağımı xahiş edir-
di. Bütün bunlar mənim üçün çox qiymətlidir, bütün bunlar 
çox gözəldir. Amma daha gözəl olan budur: Romanla bəra-
bər “Kitabi-Dədə Qorqud”a marağın yeni dalğası yarandı. 
Onu yenidən və yaxud ilk dəfə oxumağa başladılar. Bu, mə-
nim üçün böyük xoşbəxtlikdir! 
Bir məsələni də qeyd etmək istərdim. Mən filoloqam və 
gözəl bilirəm ki, bu romanla nə etmişəm, nəyə nail olmu-
şam. Roman barəsində yazanlar isə (çox az istisnalarla) hələ 
də tam olaraq (əlbəttə, istisnalar həmişə var!) onun bədii 
mahiyyətinin içinə girməyiblər. Hələ də əksər yazılar roma-
nın ictimai-siyasi həndəvərində vurnuxur. Əsərin ictimai-si-
yasi həndəvəri, qabığı  və bu qabığın içi. Bunlar, bəlkə  də, 
hardasa birləşirlər, amma ayrı-ayrılıqda təhlilləri də  səmə-
rəsiz olmazdı. 
 


 
142 
 
 
Qıl körpüdən keçən yerdə... 
 
 
 
 
Salam.  Əsərlərinizdə  həmişə, sanki, qıl 
körpünün üstündəsiniz. Bir addım o yana tarix
bir addım bu yana fantaziyaların içidir. Hətta bu 
uçurumların biri və ya digərinə düşmək üçün 
bircə sözün artıq və ya əskik işlənməsi də səbəb 
ola bilər. Müvazinəti necə tənzimləyirsiniz? 
Kamal Abdulla.  Nə bir addım sağı görü-
rəm, nə bir addım solu. Qaranəfəs, yüyrək gedi-
rəm. Yoxsa, əlbəttə, yıxılaram. Hətta bu mə-
qamda gözlərini də  gərək bərk-bərk yumasan. 
Elə bilirsən, belədə qaranlıq səni bürüyəcək?! Yox, mən 
gözlərimi bərk yumanda işıq görürəm. Viktor Hüqo ölüm 
ayağında deyirdi: “mən qırmızı  işıq görürəm”. Yüz faiz, 
gözlərini bərk-bərk yumubmuş. 
Müvazinət məsələsi isə daha çətin məsələdi. Hərəkət 
edən zaman bu barədə düşünməyəcəksən. Yalnız yazıarası, 
“Sehrbazlar dərəsi”ndəki kimi, bir “təkcənəlik vaxtı” tapıb 
kürəyini bir daşa söykəyib nəfəs almaq istəsən, o zaman geri 
baxa bilərsən (İlyas  Əfəndiyev nahaqdan demirdi: “Geriyə 
baxma, qoca”. Bəlkə də, o, təhtəlşüuri olaraq yüyrək gedən 
adamları  yıxılmaqdan qoruyurdu. Daşa dönməklə yanaşı, 
həm də yıxılmaqdan). Yalnız bu zaman, yalnız dayanandan 
sonra sən imkan verə bilərsən ki, qorxu səni bürüsün. “Yəni, 
 12-úè ìÿãàì 


 
143 
bu sağdakı və soldakı uçurumların arası ilə mənmi idim keç-
dim gəldim?! Bu ki düşünülməz dərəcədə təhlükəlidir, ah... 
oh...” 
Təhlükə barədə sonra, yalnız sonra, o, arxada qalanda 
düşünəcəksən, işi gördüyün zaman yox. Soruşursan, müvazi-
nəti necə tənzimləyirəm? Yenə həmin sənə tanış o cavabı ve-
rirəm: bilmirəm. 
Salam. Ümumiyyətlə, yaradıcılıq mətbəxinizin sirlərini 
açardınız... 
Etimad. «Yaradıcılıq mətbəxi» söhbəti də Litinstitut 
uydurmalarından olmasın… 
Kamal Abdulla. Mətbəx var ki... Sirr də yoxdur. Uzun 
müddət yazmaq istədiyim beynimdə  fırlanır, fırlanır... Mən 
Mövzunun işığına düşməyə, cazibəsinə qovuşmağa cəhd edi-
rəm. Yox, bu zaman beynimdə heç bir “əməliyyat” getmir. 
Mən bu zaman yalnız beynimdəki hansısa bir guşəni təmiz-
ləməklə (özüm hələ bundan xəbərsiz!) məşğul oluram. Tə-
mizlədikcə Mövzunun cazibəsi məni başlayır özünə sarı dar-
tır. O dartır, mən dirənirəm. Nəhayət... mən məğlub oluram, 
o cazibənin təsirinə düşən kimi hər şey bu zaman bitir. Bəlkə 
də, əksinə, hər şey bu zaman başlanır. Bu zaman ilk cümlə 
yazılır. Bu zaman Mövzu özü səni quzu kimi qabağına salıb 
aparır. Cazibəsinə düşdüyüm, Rüstəm Kamal demiş, "xrono-
topda" hər şey "ağ-qara" televizordan rəngli televizora trans-
formasiya olunur. 
Salam. Amerikada ədəbiyyatşünas alimlərdən birinə 
tələbə belə bir sual verir: “Kafkanın əsərlərində süjet xətti nə 
qədər mürəkkəb olsa da o, sadə yazırdı. Derridalar isə mət-


 
144 
ləbi dolaşdırmaqla məşğuldurlar...” Alimin cavabı belə olub: 
“Kafkanın vaxtında televizor yox idi”. Necə düşünürsünüz, 
informasiya texnologiyalarının inkişafı gələcəkdə ədəbiyyata 
nə cür təsir göstərəcək?! 
Kamal Abdulla. Mənə elə gəlir ki, əl ilə kağıza yazı-
lan, internet təsirindən uzaq yazının “dadı” başqadır və əvəz-
edilməzdir. Derridalar, fukolar, bartlar informasiya texnolo-
giyaları  əsrində necə istəsəydilər, elə  də yaza bilərdilər və 
yazmalı olduqlarını bu gün artıq primitiv görünən yazı maki-
nəsinə yazdılar da. Amma onlar hər yaddaqalan cümlələri ilə 
hər zaman əllə yazanların – nitsşelərin, kafkaların, bodlerlə-
rin yanında olacaqlar. 
Mənə gəldikdə isə mən hələ ki, “dinozavram”. Kompü-
terdə becid və ya heç işləyə bilməyənlərə belə deyirlər.  Əl 
ilə yazmadığım cümlə  mənə inkubator cücəsini xatırladır 
(belə bənzətməyə görə üzr istəyirəm). 
M.Fuko dəliliyin, seksuallığın tarixini yazı makinasın-
da, qiyamçı tələbələr haqda xahişnamələri isə əvvəlcə əl ilə 
yazırdı. Ondan qabaq Şekspir, Servantes, Molyer yazı maki-
nəsi görmədilər, quş lələyi ilə yazdılar, özü də Servantes an-
caq qaz lələyinə üstünlük verirdi. Lap qədimdə Homerin isə, 
ümumiyyətlə, yazmaqdan "zəhləsi" gedirdi. O, əsərlərini xü-
susi avazlı dil ilə, özü də təkcə həmvətənlərinə deyil, müasir 
zəmanədən bir adam tapıb onun üçün − Borxes üçün oxu-
muşdu (bunu çözənə özəl mükafat düşür!). İnformasiya tex-
nologiyalarının isə, məncə,  ədəbiyyatın yaranmasına dəxli 
yoxdur. Məncə, beyinin məhsulunu varağa köçürməyi kom-
püterdən daha tez (bu isə çox önəmlidir!)  əl və barmaqlar 
bacaracaq. İlk kompüter nə zaman yarandı, yadınızda deyil? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə