Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

 
129 
yenə öz mövzumuza qayıdaq. Ümumiyyətlə, dildən yox, 
ədəbi dildən danışaq. Yaradıcılığınızda intellektual tərəf çox 
qabarıqdır və sanki, dil faktorunu kölgədə qoyur. Məsələn, 
bəzilərində dil paltardırsa, sizdə  dəridir. Özünüz necə fikir-
ləşirsiniz? 
Kamal Abdulla. Məncə, “bəziləri” ilə müqayisəsiz də 
keçinə bilərik. Ümuniyyətlə, məni, belə deyim ki, dil pinti-
liyində günahlandıranlar da tapılır. Təsəvvür edirsənmi?! 
Təxminən belə deyirlər: dilçidir, amma dilində qüsurlar var. 
Çoxlu yabançı sözlər işlədirmişəm, cümlələrim tələsik, dili-
mizin qrammatikasına qeyri-uyğun, və qaralama səviyyəsin-
dəymiş və s. və i.a. Be-lələrinə birdəfəlik bunu demək istəyi-
rəm: Mən,  əziz və hörmətli dil "fədailəri", sizin bildiyiniz 
Azərbaycan dilində yazmıram, mən Azərbaycan dilinin po-
tensialında yazıram. Bu belə. Kim nə cür anlayır, öz imkanı 
daxilində o cür də anlasın. 
“Dil-dəri” məsələsinə  gəldikdə isə, mənə elə  gəlir ki, 
məndə, ümumiyyətlə, "dəri" yoxdur, məndə birbaşa açıq 
əsəbdi. Açıq  əsəblə yazanda isə dil və üsluba əməlli-başlı 
etinasızlıq göstərirsən. Ona görə  də  mən yazı yazanda heç 
zaman dil barədə düşünmürəm. Uyğun üslub, əgər sən möv-
zunu tuta bilmisənsə, öz-özünə  gələcək.  Əsas məsələ möv-
zudu. Əsas məsələ mövzu və onun Mövzuya nə dərəcədə qo-
vuşmasıdır.  Əlbəttə ki, mövzu və Mövzunun fərqini  duy-
maq  (!!) yazı-pozu işində  ən  əsas, vacib məsələlərdəndir. 
Mən düşünürəm ki, mövzu ilə Mövzunun düzgün nisbəti 
tapılıbsa, yəni, Mövzunu dərindən dərinə duyubsansa, o özü 
sənə uyğun dili, üslubu verəcək, dil də, üslub da öz-özünə 
gələcək. Hökmən gələcək. Üslub, doğrudan da, sadəlövh 


 
130 
qadın kimidi. Çox fikir verəndə əsassız olaraq nazlanır, fikir 
verməyəndə isə... hökmən gələcək. 
Etimad. Azərbaycan dilinin potensialı dediniz. Bu mə-
qamın üzərində bir qədər dayanmaq olarmı? 
Kamal Abdulla. Yaxşı, bunu bir az xırdalayım. Dildə 
bir sintaktik quruluş daxilində sonsuz sayda cümlə var. Bu 
real, konkret cümlələrin bir struktur mərkəzi olur. Biz, 
adətən, danışan zaman, çox vaxt da yazan zaman məhz bu 
struktur mərkəzlərdən istifadə edirik. Bu, bizim tanıdığımız, 
yaxud yaxşı tanıdığımız (alışdığımız) sintaktik məkandır. 
Biz, dil daşıyıcıları, adətən, bu mərkəzlər vasitəsilə öz ara-
mızda kontakt qururuq, çünki özümüzü məhz mərkəzdə daha 
rahat hiss edirik. Bundan başqa, eyni cümlə quruluşunun 
periferik (mərkəzdən uzaq) məkanları da var. Burada sən bir 
az da sintaktik gərginliyi artırsan, artıq başqa quruluşun içinə 
düşə bilərsən. Eyni quruluşlu cümlələrin sintaktik sərhəddi 
haracan gedir, başqa quruluşun sərhəddinə yaxınlaşmaq, bu 
sərhəddə toxunmaq dilə nə verir?! Potensialın dərinliyi hara 
qədərdir?! Mənim üçün bu, çox önəmlidir. Çünki potensial 
alanın içində "var-gəllər", nəticə etibarilə, tanıdığımız sin-
taktik məkana yeni daxili energiya verir, onun gəlişmə 
perspektivlərini düzənləyir. Naşı göz bu "gəlişmələr"i çox 
asanlıqla (əslində, sadəlövhlüklə) səhv və ya yanlışlıq kimi 
qəbul edə bilər. Bu isə belə deyil. Mənim dil daşıyıcısı kimi 
digər quruluşun sərhəddinə  qədər getmək "icazəm" var. 
Mənim sərhəddi pozmağa icazəm yoxdur və mən də onu heç 
zaman pozmuram. Mən Azərbaycan dilinin potensialında ya-
zıram deyərkən, bunu nəzərdə tuturdum. 


 
131 
Salam.  Əsərlərinizdəki adların üzərinə  gələk: “Gü-
nortac”, “Görükməz təpə”, “Selləmə çayı”, “Damdabaca”, 
“Adı özündən uzun Gülü qah-qah xanım”, “Əş-əş pəhləvan”, 
“Mərcani cadu xanım”, "Mirzə Pirqulu", "Zatineyi Ağ  dər-
viş" və sair... Siz bu qəribə və sirli adlarla nəsə demək istə-
yirsinizmi? Yəni, ad seçiminiz, ad uydurmanız hansısa bir 
ideyaya, fəlsəfəyə söykənirmi? 
Kamal Abdulla. Əslində, bu da oyunun şərtlərindən-
dir. Amma söykənir. Ad seçimim ancaq və ancaq uşaqlığın 
fəlsəfəsinə söykənir. Sən öz sualınla məni nostalji və santi-
mentlərə dalmağa sövq etdin. Mən Bakıda, Təzə Pir tərəflə-
rin Mirzə Fətəli küçəsində köhnə məhəllələrin birindəki adi 
və kiçik bir həyət evində doğulmuşam. Körpə yaşlarımdan 
məni saxlamağa anama, bir qonşumuz vardı, o kömək elə-
yib. Mən öz nənələrimi görməmişəm, o arıq, zərif qadın 
mənim həqiqi nənəm olub. 
Köhnə Bakı mülkədarlarının sovetlər tərəfindən müflis 
edilmiş yadigarı mənim Badam nənəm hamı evdəkilər işdə, 
dərsdə olanda mənə qorxulu nağıllar danışardı. “Damdabaca 
gəlib səni aparar, sakit ol” – bu, nağılların canı idi. Sonralar 
ayağım yer tutanda və mən sakitliyə genetik bir nifrətlə şu-
luq eləməyə təzə-təzə alışanda, “vaxsey, vaxsey, ay şuluqçu, 
damdabaca gəlib səni aparacaq” – sərasər bunu eşitdim. 
Bir az da böyüyüb həyətdən, sonra küçədən məni yığıb-
yığışdırmaq çətinləşəndə – qonşu uşaqlarla  şütürüm atılıb-
düşəndə, çilingağac, top-top, “klas-klass”, bir az sonra futbol 
oynayanda isə  əlini-əlinin üstünə vurub "a,a,a..." təəccüblə 
mənə baxan Badam nənədən eşitdiyim bunlar oldu: “Qoşul-
ma onlara, (o biri uşaqlara!) vələdüznadılar, hamısı vələdüz-


 
132 
nadı, oynama onla-rla, evdən çıxma, yoxsa bax a, damda-
baca...” 
Yavaş-yavaş qocalmağa başlayan Badam nənə, de-
yəsən, istəmirdi mən böyüyüm. Mən isə artıq “əməlli-başlı” 
böyümüşdüm, özüm hələ  məktəbə getməsəm də  şəkilli, 
nazik uşaq kitablarını artıq oxuya bilirdim, “damdabaca”lı 
nağıllara daha inanmırdım, “damdabaca” sözünün mistik 
ahəngi (xortdanlığı) artıq uçub havaya getmişdi, evimizin 
damındakı bacaların tüstüsü kimi. Vələdüzna bir dövrün pə-
rişanına dönmüş Badam nənə isə elə hey “damdabaca” deyib 
zənlə, mənim anlamadığım hansısa bir razılıq (böyüməyi-
mimi qəbul edirdi?!) və qürur hissilə  mənə baxırdı, o başa 
düşürdü ki, “yalanı” daha keçmir, bu zaman ancaq altdan-
altdan gülümsəyirdi, yəni, artıq böyümüsən, ay xatakar... 
Mən o təbəssümü heç vaxt unutmaram. 
Bəlkə, o vaxtdan qalıb, ya nədi, mən bir şey yazanda 
müasir adlar mənə əvvəlcədən yadlaşır. Elə bilirəm ki, onları 
işlətsəm, sünilik girdabına düşərəm. Bu adlar mənim həyət-
bacadakı  uşaqlıq dostlarım ("vələdüznalar") kimi hərəsi bir 
tərəfə qaça-qaça məndən uzaqlaşırlar. Bu zaman artıq mənə 
də uydurmaq, oyun qaydalarına riayət etmək qalır. Bəlkə, elə 
sən sadaladığın o qədim və qəribə adlar məni Mövzuya ya-
xınlaşdıran addımlar olub. Müasir həyat mənlik deyil. Müa-
sirliyin özü də keçmişə  nə  dərəcədə bağlı olmasıyla məni 
cəlb edir. Ad seçimim də, ad uydurmam da o fağır, o məz-
lum, o sısqa, amma dünyalar gözəli Badam nənədən gəlir. 
Bütün fəlsəfə budur. Hər şey isə “damdabaca”dan başlamış-
dı. 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə