Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə28/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

 
112 
Bu yerdə belə bir suala cavab vermək lazım gəlir. Niyə 
onlar öz doğma  əmilərinə qarşı  çıxırlar?! Bu, bir intiqama 
bənzəmirmi?! Onların qarşısında Alp Rüstəmin günahı  nə-
dir?! Bu yerdə isə artıq adını çəkdiyimiz orta əsrlər tarixçisi 
və  təzkirəçisi Hacı Mir Həsən ağa Səyyahın “Sirlərin sər-
güzəşti” əsəri köməyə gəlir. O kitabın “Qış” adlı fəslində be-
lə yazılıb: “Bizdən xeyli əvvəllər qədim Oğuzda bir igid var-
mış, adına Alp Rüstəm deyirlərmiş. Alp Rüstəm vaxtilə ata 
mirasını Allahın rəhmətinə getmiş böyük qardaşının uşaq-
larından gizlədib saxlayıbmış. Bunun üçün də...” Vəssalam. 
Bu da sonuncu "kadr!" Əlavə  şərhə ehtiyac varmı?! Çevrə 
beləcə qapanır. 
Dastandakı Alp Rüstəm qardaşı uşaqlarını ağır cəzalan-
dırır, onları qanına qəltan edir. Amma özü də cəzasız bura-
xılmır. Ömrünün sonuna qədər  əzab çəkə-çəkə  zəlil gəzir. 
Qocalırkən el içində dəli adını qazanır (bu dəlilik Dəli Qar-
car, Dəli Domrul dəliliklərindən çox-çox uzaqdır) və artıq 
uzaqlarda özünə yuva qurmuş Bəkilin xatununa da o qalır ki, 
sevgi dolu xoşbəxt gənclik günlərini xatırlaya-xatırlaya göy-
lərə əl qaldırıb Alp Rüstəm üçün uca Tanrıya dua etsin, köh-
nə sevgilisinin cəzasının Allah tərəfindən bağışlanmasını di-
ləsin. «Sirriçindən nəğmələr»in biri Dastanın dərinində usta-
lıqla (məharətlə) gizlədilmiş indicə söylədiyim bu əhvalatın 
təsviridir.  Əslində, bu hadisə çoxları üçün uydurma sayıla 
bilər. Amma on iki sirli boyun arxasında “belə bir hadisə ola 
bilməzdi” sözünü kim söyləyə bilər?! 
Mənim hüququm həm də düşüncə və fantaziya sərbəst-
liyimdədir. Bu, mənim ədəbi azadlığımdır. İndi belə bir söz 
dəbdədir: özgürlüyümdür. Müxtəlif virtual və real mətnlərin 
qovuşduğu nöqtələri səbrlə axtarıb tapmaq lazımdır. Bəli, 


 
113 
Dastandakı on iki boyun heç birində indicə söylədiyim belə 
bir süjet yoxdur. Amma gözlərinizdən gördüm ki, dediklərim 
sizə də maraqlı gəldi. Digər tərəfdən, əsl Dədə Qorqud döv-
rünə və məkanına uyğun bütöv bir cəmiyyətin həyatını bərpa 
etmək istəsək, real, amma ümumi, amma detallardan xaric
amma ancaq baş  qəhrəmanlardan ibarət on iki boy kifayət 
edərmi? Boylararası, hadisələrarası, hətta cümlələr, sözlər-
arası «başçatlatmağı» özümüzə  rəva bilməsək, buna tablaş-
masaq, nədən söhbət edə bilərik və  nə ilə kifayətlənərik?! 
Mənim, yəqin ki, «Kədərli seçmələr»də bir səhvim o olub ki, 
bəlkə  də, hər nəğmənin  əvvəlində  mən o mənzərəni necə 
gördüyüm barədə  gərək izahatvari bir şey yazaydım. Bəlkə 
də, “Sirlərin sərgüzəşti”ndən uyğun yerlərə istinad edəydim. 
Bunu etməmişəm. Lazım bilməmişəm. Bəlkə də, o vaxt bu, 
ağlıma gəlməyib. Qoy kimə xoşdu inansın mənim uydurma-
ma. Təkzib etmək ki, mümkün deyil. Ola da bilər, olmaya da 
bilər. Mən deyirəm – olub. 
O biri nəğmələr də  təxminən bu tipli “uydurmalara” 
(bəlkə – fantazilərə, bəlkə – oyunlara?) söykənir. Beyrəyin 
ölüm səbəbindən tutmuş, Oğuzdakı casusa qədər, Təpəgözün 
sirrindən Dədə Qorqudun və Baybecan məliyin Şöklü Məlik-
lə "sazişinə" qədər, Dəli Qarcarın Dədə Qorquda qarşı etik, 
mənəvi, hətta hüquqi qanunlara zidd hərəkətlərindən tutmuş
Boğazcanın "dumanlı" keçmişinə  qədər,  əlbəttə  və  əlbəttə, 
mənim uydurmalarımdır. Bəlkə, bu uydurmalar mənim öz-
özümlə oyunumdur?! Bir şeyi də açım deyimmi?! Bu uy-
durma-oyunların sayı artmaqdadı, onlar bu gün də davam 
edir. 


 
114 
Salam. Sizin pyeslərinizdə də oyundan əlavə oyun ça-
ları var. 
Etimad. "Casus" pyesi başdan-başa uydurma (oyun) 
deyilmi?! 
Kamal Abdulla. "Casus" da oyundur. "Dastan"ın real 
mətnində belə bir süjet axarı yoxdur. Süjet axarı yoxdur, am-
ma pıçıltı var, amma eyham var, amma təşviq var. Orda baş 
verənlərin əksini kim təkid edə bilər?! 
"Şah İsmayıl, yaxud hamı səni sevənlər burdadı..." uy-
durma-oyun deyilmi? Yəni, Şah İsmayılın və Xətainin ayrı-
ayrı adamlar olmasını  nəzərdə tuturam – bu, uydurma de-
yilmi? Uydurma kəlməsini (istəsəniz, onu oyun sözü ilə əvəz 
edin) pis mənada anlamayaq. Uydurmalar gəmisinin limanı 
həmişə tapılır. Amma indi buna inananlar, bunu həqiqət kimi 
qəbul edənlər bəyəm nəyisə bilməyənlərdir?! Nəyisə itirən-
lərdir?! Qətiyyən yox. Sən öyrənmək istədiyin sistemin ətra-
fında daha geniş bir sistem qurmalısan ki, əvvəlki nisbətən 
dar sistemi bütövlükdə  dərk və izah edəsən (görkəmli riya-
ziyyatçı, filosof alim Gödelin məşhur bir teoreminin əsasın-
da məhz bu ideya durur). O virtuallıq isə, əslində, Dədə Qor-
qud reallığının birtərəfliyini (birplanlığını, yekrəngliyini...) 
aradan götürmək, o cəmiyyətin, Baxtinin termini ilə desək
polifonizmini bərpa etmək cəhdidir. Rəssamlar bu yerdə belə 
deyərdi: "Perspektiv çatışmır". Bu, bizim, nəhayətdə, təsəv-
vürümüzün çoxşaxəliyinə işləyən bir yoldur. Şübhələrin, nü-
ansların, ehtimalların yoludur. Böyük Cavid nahaqdan de-
mirdi: "Şübhədir hər həqiqətin atası, şübhədir əhli-hikmətin 
babası, şübhə etməkdə həqlidir insan..." 
O virtual "ehtiyat aerodromu"na «Dədə Qorqud» das-


 
115 
tanlarından, lap elə  Şah  İsmayıl kimi bir şəxsiyyətin həya-
tından çox yollar gedir. Yolda isə adam olmayanda bilinmir. 
Yolda adam olmalıdı ki, biləsən, bu yol sənə  gətirir, ya 
səndən aparır. 
Etimad. Yolla gedən olmasa bilinməz, 
              Bilinməz gəlir bu yol, ya gedir. 
Kamal Abdullanın şeri nəsrini tamamlayır, nəsri ədəbi 
düşüncələrini... 
Kamal Abdulla. Tamamilə doğrudur, amma yenə  də 
gəl belə deyək: tamamlamağa can atır. Mənə elə gəlir ki, o 
yolla addımlayan Alp Rüstəm, Bəkilin xatunu, lap elə o ca-
sus, bir az bu tərəfə gələk, şair Xətai, Şah İsmayıl (ikisi bir 
yerdə  və  hər biri ayrı-ayrılıqda), Lələ, qorçubaşı, Vəzir o 
yolla mənə tərəf gəlirlər. 
Başqa bir yöndən yanaşaq məsələyə. Uydurmadan da-
nışırıq.  Ədəbiyyat özü bütövlükdə uydurma deyilmi? Və 
yaxud belə deyək: oyun deyilmi?! Əgər biz özümüzdə güc 
tapıb Hacı Mir Həsən ağanı və onun adını artıq bir neçə dəfə 
çəkdiyim  əsərini unuda bilsək (“Sirlərin sərgüzəşti”ndə 
mənim, belə deyək, poetik fantazilərimi təsdiq edən real ha-
disələr nəql edilir), bəli, o zaman razılaşaq: bunlar bir uydur-
madır, oyundur. Haydeggerin “oyun” fəlsəfəsi mənə görə 
çox geniş virvizual ("Dəvə yağışı"nı xatırlayırsanmı?) bir 
məkanı əhatə edir, doldurur: “həyat insanın qara boşluq ad-
lanan kainatla sonsuz oyunudur”. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə