Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

 
107 
dünya elm sərmayəsini, xüsusilə də, XX əsr filosoflarını cid-
di  şəkildə oxumaq, öyrənmək, onların saldığı  cığır ilə get-
mək və gedib antik dövrə, Misir, İran, türk, Çin mədəniyyət-
lərinə baş vurub qayıtmaqdır. O dövrlərin hansındasa ilişib 
qalmaq da olar. Mən bugünkü gənclərdən bunu gözləyirəm. 
Ədəbiyyatımızın ciyərləri belə yeni nəfəs üçün, necə deyərlər, 
«can verir». 
Salam. Bəs siz özünüz harada ilişib qalmısınız? 
Kamal Abdulla. Mən antik yunan miflərində ilişib qal-
mışam. 


 
108 
 
 
“ Sənin sevimli yazıçın...” 
 
 
 
 
Salam.  Kamal müəllim,  şəxsən mənim 
üçün maraqlı olan bir məsələdən danışmağınızı 
istərdim. «Sevdiyim yazıçı», «sevdiyim əsər» 
… Nə deməkdir bunlar? Siz bu yayğın ifadələrə 
konkretlik gətirə bilərsinizmi? 
Kamal Abdulla. Bu sualın çoxvariantlı 
"ideoloji" cavabları ola bilər. Yəni, məsələni 
"elədən elə, belədən belə" çox fırlatmaq olar. 
Quru formal dildə isə bunun, məncə, bir cavabı var: əgər sən 
özündə daxili bir ehtiyac duyub əvvəl oxuduğun əsərə bir də 
qayıdırsansa, özü də əgər bu, artıq neçənci dəfə təkrar edilir-
sə  və bu qayıdış istənilən səhifədən başlaya bilirsə, sən bu 
zaman qəti əminliklə deyə bilərsən: "Bu əsər mənim sevimli 
əsərimdir". Bu mənada mənim sevimli əsərlərim “Dədə Qor-
qud dastanları” və “Don Kixot”dur. Bu mənada mənim se-
vimli yazıçım Haqverdiyevdir. Mirzə Cəlildir, Caviddir. Mü-
asir dünya ədəbiyyatında Bulqakovun, Markesin, Trifono-
vun, xüsusilə də, Borxesin adlarını çəkə bilərəm. Mən onlara 
dönə-dönə qayıdıram. Onları yüz dəfə, min dəfə yenidən 
oxumaqdan usanmıram və usanmaram. Hər sonrakı sözünü 
əzbər bilsəm də, cümlə yenə də hər dəfə mənimçün yenidir. 
Onlar mənim yazıçılarımdır. Və təbii ki, mənim yazıçılarım 
    8-úè ìÿãàì 


 
109 
olmayan nəhənglər də öz nəhəngliklərində qalırlar. Bu so-
nuncu məqam çox vacibdir. 
Salam.  Bu meyarla mənim də sevimli yazıçım Sartr, 
Bulqakov, Çexov, Platonov olur. 
Etimad.  Mənim sevimlim isə Daniel Defodur. Bura 
Cek Londonu da əlavə etmək olar. Nə üçün?? Baxmayaraq 
ki, Robinzon Kruzo taleyin hökmü ilə düşdüyü adadan sağ-
salamat qurtarır, Martin İden isə pulla aldığı adaya gedib 
çıxa bilmir – öz iradəsiylə  həyatla vidalaşır. Bu iki yazarı 
eyni xətt birləşdirir. Onlardan birinin başladığı çevrəni digəri 
qapadır. 
Salam. Kamal müəllim, deyirəm, qayıdaq yenə də sizin 
yaradıcılığınıza. "Sirriçində  nəğmələr"də «Dədə Qorqud»u 
dekonstruksiya etməyiniz…  İfadəni düzgünmü işlətdim? 
Başqa cür də demək olar, mətndə olmayan mətləblərlə oyna-
mağınız barədə nə demək istərdiniz?.. 
Kamal Abdulla. "Sirriçində nəğmələr"in ilham mənbə-
yi, belə deyək, mənim üçün əziz  əsər olan «Kitabi-Dədə 
Qorqud» dastanlarıdır. Hər boyla bağlı mənim öz assosiativ, 
bəlkə də, virtual bir məkanım var. Bunu "ehtiyat aerodrom"u 
da adlandırmaq olar. Mənə çox maraqlıdır,  ğörəsən,  əsər 
boyu  ən müxtəlif boyların qəhrəmanları olan bəy yigitlər, 
gənc Oğuz ərləri "Dastan" mətnindən ("əsas aerodromdan") 
kənarda bir-birilə necə münasibətdə olublar?! Lap elə gö-
türək Beyrəklə Basatı. Onlar eyni cəmiyyətdə, eyni zaman 
və məkan kontekstində yaşayıblar (ən azından mətn sərhəd-
lərində) və yəqin ki, onları bu gün hamı olmasa da, çoxu bir 
dost kimi qəbul edir. Və bu çoxluq bir uşaq səmimiyyətilə 


 
110 
belə düşünür ki, Oğuzun başına bir bəla gəlsə, bu gənc Oğuz 
ərənləri çiyin-çiynə verib "millətin xoşbəxt gələcəyi" üçün 
əllərindən gələni edəcək, canlarından belə keçməyə hazır 
olacaqlar. Amma Mətnin məntiqinə  əsaslanaraq mən qəti 
əminəm ki, bu gənclər bir-biri ilə  nəinki dost olmayıblar, 
hətta düşmən olublar. Altını cızaq ki, hər ikisi eyni məkan və 
zamanda yaşayıblar. Belə bir güman üçün əsası müxtəlif 
boylardan keçən, ilk baxışda üzdən olan və diqqəti çəkmə-
yən, əslində isə, çox dərin bir informasiya "bit"i (ən xırda in-
formasiya vahidi) verir. Mən İç və Dış Oğuzun daxilində biri 
digərinə qarşı  əmələ  gələn gərginliyin doğurduğu (doğura 
biləcəyi) nəticələri nəzərdə tuturam. 
Sonuncu boyda ölməkdə olan Beyrəyin dili ilə  mənim 
"ehtiyat aerodromu"ma içində "desant" bir təyyarə enir. Və 
yaxud, başqa sözlə, ora real bir lağım atılır. Bir cümləlik bu 
lağım Beyrəyi və Basatı həyatda dost yox, qatı düşmən kimi 
qəbul etməyimiz üçün kifayətdir. Bu cümlənin üzərindən, 
demək olar ki, bütün tədqiqatçılar “utancaqlıqla” göz yayın-
dıraraq keçiblər. Ya da, sadəcə, ona fikir verməyiblər. 
Etimad. “Mifdən Yazıya” kitabınızda bu barədə geniş 
yazılıb... 
Salam. Çox maraqlıdır, nə cümlədir o cümlə? 
Kamal Abdulla. Etimad xatırlayır, mən bu barədə yaz-
mışam. Dastanda Beyrək ölüm ayağında naiblərinə belə 
deyir: “...özünüzü Qazan Xana yetirin, dayın Aruz Beyrəyi 
öldürdü deyin. Aruz oğlu Basat gəlmədən, elimi-obamı, 
qızımı-gəlinimi əsir edib aparmadan (!!) Qazan özünü mə-
nə yetirsin”. Beyrəyin qatilinin Basatın atası Aruz Qoca ol-
duğunu da nəzərə alsaq, əlavə şərhə ehtiyac varmı?! 


 
111 
Və yaxud başqa bir düşündürücü sual: Alp Rüstəm 
kimdir? O heç bir boydan nə əsas, nə də qeyri-əsas personaj 
kimi keçmir. Sadəcə, bəylərin sıralama adlarıı  çəkilən mə-
qamda bir dəfə onun da adına rast gəlirik. Adlar dastanda 
elə-belə, epitetsiz sadalanmır. Hər bəyin adından əvvəl gör-
düyü əməllərin daşlaşmış, epitetə dönmüş təyini işlənir. Mə-
sələn, "peyğəmbərin üzünü görüb gələn Əmən", başqa Əmən 
yox. Və yaxud "Bayındır xanın düşməninə iznsiz saldıran 
Şir Şəmsəddin" və s. və i. a. Bəs Alp Rüstəm barədə nə de-
yilir? Dəhşətli sözlərdir: "iki qardaş  bəbəyini öldürüb zəlil 
gəzən Alp Rüstəm". Nə az, nə çox. Bu təyin öz dərinliyində 
hansı qanlı münasibətlər kələfini gizlədir?! Hansı  dəhşətli 
faciədən söz gedir?! Axı heç nədən belə bir ağır konkret 
vəziyyət mətnə yeridilməz. O isə var! Niyə, nə üçün?! 
Və bunları "bihuş" bir halətdə, özü də dodaqda yüngül 
bir təbəssüm düşündükcə  tədricən mənim gözlərim önündə 
belə bir mənzərə canlanır və o mənzərənin ayrı-ayrı parçaları 
bölünüb kino kadrları kimi bir-birini əvəz edir. Oğuzun sər-
hədini (Gürcüstan ağzını) qoruyan cəngavərlərdən biri Bəkil 
idi. Onun xatunu elə asanlıqla, yəqin ki, "provinsiyaya" köç-
məyə razı olmazdı. Əslində, Bəkil onu götürüb qaçırmışdır. 
Bu, birinci "kadr!" 
Bəkil qaçıran qızın isə sevgilisi var. Bu, Alp Rüstəmdir. 
Bəkil bu qızı sevgilisi Alp Rüstəmin, necə deyərlər, gözü qa-
bağında qaçırır. Aləm qatışır bir-birinə, qaçhaqaç, qovha-
qov... Bu, ikinci "kadr!" 
Bəs Bəkilə bu işdə kimlər köməklik göstərir, "baxa-
lım". Həmən o iki qardaş! Alp Rüstəmin iki qardaş bəbəyi. 
İnanmaq çətin olsa da, bu belədir. Bu, üçüncü "kadr!" 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə