Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

 
95 
Salam.  Bütün bunlar da ədəbiyyatın canına hopur, 
onun əl-qolunu bağlayır... 
Kamal Abdulla. Özü də necə bağlayır. Amma ədalət 
naminə onu da demək lazımdır ki, ədəbiyyatımızın bütün 
qatlarından keçən, özü də qırmızı xətlə keçən bir həqiqi, saf 
motiv var ki, onun öz içindən, yavaş-yavaş formalaşıb. Sə-
nətkarlar bir-birindən xəbərsiz (!!) bu motivi tamamlaya-ta-
mamlaya, elə bilirəm, hətta bütöv, sistemli bir ideoloji lay 
yarada biliblər. Bu ideoloji layın adı «qayıdış»dır. 
Doğma yurda, vətənə qayıdışdan tutmuş ata evinə qayı-
dışadək, uşaqlıqdan tutmuş ilk və ya son məhəbbətə qayı-
dışadək, dağlardan, meşələrdən, saf bulaqlardan tutmuş, da-
ha bu dünyada nə varsa, ona qayıdışadək Azərbaycan  ədə-
biyyatının canından, içindən keçir. Ana xətt – qayıdışdır. Əs-
lində, Azərbaycan ədəbiyyatı, ən azı son əsrdə, xüsusilə də, 
sovet dövründə binadan-başa qayıdış  ədəbiyyatıdır desəm, 
elə bilirəm, səhv eləmərəm. "Qayıdış" motivi, sanki, ədə-
biyyatın hər bir hüceyrəsində özünə yer tutub, onun daxili 
energiyasına dönüb. Diqqətlə yada salsaq, hər az-çox mü-
vəffəqiyyətli  əsərdə bu motivi xatırlarıq. Və yaxud, əksinə, 
qayıdış motivi hər hansı əsəri az-çox müvəffəqiyyətli edir. 
Yan keçdiyimiz mövzulara qayıdınca isə. Onlara dön-
mək, onları axtarıb tapmaq hələ  də gec deyil və  əslində, 
ədəbiyyatımızda belə bir proses baş verməkdədir. 


 
96
 
 
“Darvazamızı fələk vurubdu...”  
və yaxud ziyalı, yoxsa ziyanlı?! 
 
 
 
 
Salam. Kamal müəllim, biz söhbət boyu 
ümumədəbiyyat problemlərinə yenə qayıdaca-
ğıq.  İstəyirəm yenə  də yaradıcılığınız haqqında 
danışaq. «Müəllif-əsər-oxucu» kitabınızda «qə-
ribə» səslənən təzə ifadələrə rast gəlirik. Məsə-
lən, «desant cümlələr», «sintaktik xarakiri», 
“ritm və aritmiya”... 
Kamal Abdulla. Adını çəkdiyin o kitabda məni bir sıra 
bədiilik məsələləri maraqlandırmışdı. O kitabda gənclik illə-
rinin  ədəbi çılğınlığı  və hökmən təəccübləndirmək ehtirası-
nın dəlicəsinə  təzahürü var idi. Amma ədəbiyyatımızın elə 
məqamları, elə anlayışları var idi ki, sən adını çəkdiyin o ter-
minlərin içinə rahatlıqla girə bilirdilər, orada özlərinə isti 
yuva qururdular. İlk dəfə «desant cümlələr», «sintaktik xa-
rakiri», «ritm-aritmiya» kimi ifadə-anlayışlardan bədii əsərin 
forma qatının dərinliyinə daha məqsədli şəkildə girə bilmək 
üçün mən, necə deyərlər, istifadə etdim. 
Salam. O terminlər elə sizin özünüzün icadlarınız de-
yilmiydi? 
    7-úè ìÿãàì 


 
97 
Kamal Abdulla. Elə idi. Gəncliyimin o kitabında,  əl-
bəttə ki, hər  şey yox, amma maraqlı  şeylər var idi. İnfor-
masiya və bədii sözün nisbəti, qədim dastanda animizm (hi-
lezoizm), yəni, canlıya aid cəhəti cansıza aid etmək ("qarşı 
yatan qara dağ" kimi), gənc şairlərin şeirləri (təbii ki, o za-
manın gənc  şairləri dostlarım Ramiz Rövşən və Vaqif Ba-
yatlı idilər), bədii mətndə sintaktik-poetik təkrar məsələsi, 
Mövlud Süleymanlının yaradıcılığında ədəbiyyatımızda özü-
nü göstərməkdə olan, amma sonadək formalaşa bilməyən bir 
motiv ("yaşanmamış, amma yaşana biləcək həyatın ilğımı") 
və bu kimi qaldırılmamış, yaxud az diqqət yetirilmiş sair 
problemlər… 
O kitabımın çap üzü görməsində xalq yazıçısı Elçinin 
rolu böyükdür. Gənc filoloq idim, mətbuatda yazılarım çıxır-
dı. 1980-cı illərin əvvəli idi. Artıq məşhurlaşmış və Yazıçılar 
İttifaqında tənqid üzrə katib işləyən Elçin bir dəfə mənimlə 
görüşəndə dedi ki, yığ, gətir nəyin var, kitab kimi çap edək. 
Gəldim, nə qədər elədim, beş çap vərəqindən artıq yazı yığa 
bilmədim. Buna Elçin də təəccüb etdi. Əslində, mən ədəbiy-
yat, tənqid, teatr haqda məqalələrimi dilçiliklə bağlı yazdıq-
larımla (o zaman doktorluq dissertasiyamı tamamlamaq üzrə 
idim) paralel hazırlayırdım və ancaq ədəbiyyatla məşğul 
olan tənqidçilərlə, təbii ki, sayda rəqabət apara bilməzdim. O 
zaman bir məqalənin aylarla jurnalda və ya qəzetdə çapını 
gözləyərdik, indi isə birdən-birə mənə ədəbi kitab buraxmağı 
təklif edirdilər. Təbii ki, bu, mənim üçün çox böyük iş idi və 
Elçin məni şəxsən o qədər də yaxşı tanımaya-tanımaya bunu 
elədi. Və bu gün bəzi səbirsizlər nəyəsə birdən-birə nail 
olmağa cəhd göstərəndə və bunun üçün dəridən-qabıqdan çı-
xanda, düzü, bu, mənə bir az qəribə  gəlir. Gərək səni axta-


 
98
ralar, gərək səni tapalar. Səninki ancaq və ancaq yazı-pozu 
ilə məşğul olmaqdır. Çünki məşhur olmaq üçün çabalar gös-
tərmək, dəridən-qabıqdan çıxmaq, vallah, həqiqətən, gülmə-
lidir. Ümumiyyətlə, məşhurluq ədəbiyyat zəminində bir ba-
laca qorxulu haldır. Yadınızdamı, Pasternakın gözəl bir şeri 
elə-belə də başlayır: «Məşhur olmaq yaxşı deyil, ayıbdır…» 
Etimad.  Məşhur olmaq, bəlkə  də, öz-özlüyündə ayıb 
deyil, bu məşhurluqla, şöhrətlə öyünmək, qürrələnmək ayıb-
dır. Pasternak, bəlkə də, elə bunu nəzərdə tutub yazırdı. Çün-
ki şöhrət pul kimi şeydir, onu cinayətkar yolla da qazanmaq 
olur. Etiraf edilmə mənasında tanınmaq, ad qazanmaq – əsl 
şöhrət budur. 
Kamal Abdulla.  Mənə isə elə  gəlir ki, Pasternak di-
daktik poeziyanın trafaret yoluyla (məşhurluqdan qürrələn-
mək olmaz və s.) getməyib, o, məşhur olmağın öz-özlüyündə 
ayıb olmasından yazıb. Ona qədər bunu belə deyən olmamış-
dı. O biri cür isə  –  "çevir tatı, vur tatı", o qədər deyilmişdir 
və deyiləcək ki... 
Etimad.  Bəlkə  də. Mübahisə etmirəm. Məni belə bir 
məsələ düşündürür. Nitsşe Höte haqqında deyirdi ki, o, al-
man hadisəsi deyil, Avropa hadisəsidir; o, Avropanın on 
səkkizinci əsrin üzərində möhtəşəm qələbə çalmaq cəhdidir. 
Hötenin və Höte kimilərin şöhrəti Nitsşe və Nitsşe kimilərin 
etirafına bağlıdır. Bəzən bizim qəzetlərdə «Məşhurlar filan 
məsələ haqqında nə düşünür?» rubrikasında yazılar verilir. 
Əksər hallarda bunlar lokal xarakterli, stəkanda fırtına qo-
parmağa cəhd edən adamlar olur. Onların məşhurluğu isə bu 
rubrikanı aparan qəzet işçisinin etirafına bağlıdır. Bir dəfə 
belə məşhurlardan biri ilə söhbət edirdim. Bir xeyli ədəbiy-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə