Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   18   19   20   21   22   23   24   25   ...   39
    Bu səhifədəki naviqasiya:
  • Salam.

 
87 
nəhəng okean gəmisi kimi bizi özündən asanlıqla silkələyib 
açıq sulara ata bildi və indi yavaş-yavaş qaranlıqda gözdən 
itir – ha çağır, ha bağır. 
Dünyanın bizdən uzaqda bütövləşməyə doğru getdiyi 
bir zəmanədə sovet məfkurəsi bizimkilərə "özəl" mövzular 
verirdi. Tarixlə (icazə verilmiş, bəlli  əndazədə)  əlləşmək, 
kənd və  şəhər yollarında üzü o yan-bu yana şütümək, mə-
həbbət – eninə, uzununa, nə qədər istəyirsən, bircə öpüşdən 
o tərəfə keçmək bir az çətin idi... Hələ quruculuq (zavod, 
kolxoz, təsərrüfat...) mövzularını demirəm. Yenə yadıma 
Litinstitut və onun uydurma oyunları düşdü. Bəlkə  də, Lit-
institutu onun üçün yaratmışdılar ki, bizi öz qınımızdan, öz 
cızığımızdan çıxmağa qoymasınlar. Amma Ədəbiyyatda 
başqa, yüksək mövzular da var idi. Bizim xəbərimiz olma-
yan motivlər dünya yazarlarının mənəvi qida mənbəyi olur-
dular, ölməz əsərlərin canına hopub qalırdılar. 
Bu motivlər dünyanın aparıcı ədəbi simaları tərəfindən 
«istismar» edilməyə başlayanda biz o zaman hələ  də “Hacı 
Qara”ya gülürdük. İndi də gülürük və ən pisi budur ki, gülə-
gülə  təmizlənmirik,  əksinə, güldüyümüzə oxşamağa çalışı-
rıq, çünki bizim öz “milli” katarsis anlayışımız var, biz gülə-
gülə itiririk. Nəyi? Nəyi nəzərdə tuturam?! Hansı motivlər-
dən danışıram?! 
Söhbət son dövrdən – XX əsrdən gedir. XX əsrin bö-
yük elmi simalarından biri avstriyalı psixoanalitik Ziqmund 
Freyd idi. Doğrudur, imperiya dövründə onun əsərləri, ide-
yaları  hərdən-birdən sovet süzgəcini çox çətinliklə  də olsa 
keçib bizlərə yetişə bilirdi. Bu ad geniş ictimaiyyətə çox 
ağır-ağır gəlib çatırdı. Amma gəlirdi – birbaşa tənqid və in-
karetmə ilə, inqilabdan əvvəl və lap elə 20-ci illərdə çap və 


 
88
xüsusilə  tərcümə edilmiş  bəzi  əsərlər ilə  gəlirdi. Məsələn, 
onun 20-ci illərdə rus dilinə tərcümə edilmiş belə bir əsərinin 
adını çəkə bilərəm: "Kütlə psixologiyası və insan "mən"inin 
analizi" – Freydi anlamaq üçün çox vacib mənbədir. 
Freyd ədəbiyyat üçün, bəlkə, vaxtilə Şlimanın arxeolo-
giya və eləcə  də dünya mədəniyyəti üçün etmək istədiyini 
etdi. Bir dəfə mən bir məşhur alman arxeoloqundan Şliman 
barədə, onun Troyanı  kəşf etməsi barədə soruşdum, o isə 
məni heyrət içində qoyaraq belə cavab verdi ki, Şlimanın 
kəşfi bir kəşf kimi hələ  də sual altındadır,  Şliman,  əslində, 
gerçək Troyanı yox, öz arzularının Troyasını tapıb. O, tap-
dığı məkanın Troya olmasına özünü inandırıb. 
Ziqmund Freyd də Şliman kimi öz Troyasını kəşf etdi. 
Freyd ədəbi əsərlərin, ədəbi mövzuların dərin qatında qədim 
yunan antik mədəniyyətinin sirli mötivlərini sezdi, onların 
üzərindən pərdəni götürmək istədi və o motivlərin təhtəlşü-
urda və ya açıq  şəkildə bu gün də yaşadığını açıb göstərdi. 
Onun çox məşhur bir tədqiqatının nəticəsi «ana-oğul», «ata-
qız» münasibətlərinin qaranlıq dərinliyinə aparan «Edip 
kompleksi»nin kəşfidir. 
Qədim yunan mifoloji sistemi silsilələrə bölünüb. Edip-
lə bağlı miflər «Fiv» silsiləsində birləşir. Edip taleyin hökmü 
ilə (nə gizlədək, həm də Fivin hakimi olmaq istəyilə) onu 
bürümüş sirlərdən bixəbər, üzünü belə görmədiyi atasını 
öldürür və anasına evlənir. Motiv budur. Sxem bundan iba-
rətdir. Bu sxem Freydə imkan verir ki, adamlarla bərabər bir 
çox  ədəbi  əsərlərin də  dərin qatına girib qədim mifoloji bir 
əlamət haqda, onun təhtəlşüurdan başlayaraq reallığa can 
atan, reallığa gedib çıxan yolundan geniş bəhs etsin. Bu sxe-
mi, modeli doğma  ədəbiyyatımıza tətbiq etmək mümkün-


 
89 
lüyü, bəlkə  də, sıfra bərabərdir. Ancaq bizim "Kitabi-Dədə 
Qorqud"un "Buğac" boyunda bu motivin çox uzaq əks-səda-
sı eşidilir. Qırx namərdin Dirsə xana dediklərini yada salaq. 
Eyham səviyyəsində  şərləmə! Halbuki dünya ədəbiyyatı, 
xüsusilə, Avropa ədəbiyyatı eninə-uzununa «Edip kom-
pleksi» ilə bağlı maraqlı materiallar verib və verməkdədir. 
Başqa bir nəhəng sima, filosof və psixoanaltik Karl 
Yunqdur. Freydin ardıcılı kimi başlayan Yunq sonralar on-
dan ayrılır və öz psixoanalitik sistemini yaradır. Onun ye-
nilikləri nəinki psixoanalizdə, hətta bir çox başqa istiqa-
mətlərdə də «işləyir». İrəli sürdüyü arxetiplər nəzəriyyəsinin 
əsasında duran "intravert” və "ekstravert” kimi tiplərin ayrıl-
ması bir çox yaradıcılıq, bədiilik sirlərinin də üzərinə  işıq 
salıb. İndi icazə verin, belə bir sualla sizə müraciət edim. Bu 
dəyərlər, bu anlayışlar nə şəkildə bizim yazarların əsərlərinin 
içindən keçdilər?! 
Və yaxud başqa cür qoyaq sualı. Hansı idraki-qnose-
oloji və yaxud etik-dini doktrinalara doğru çırpındı  məf-
kurəmiz?! Hansı fəlsəfi-estetik prinsiplərin əsiri olduq?! Heç 
birinin. Hər  şey təhtəlşüur səviyyədə, hər  şey kor-koranə… 
Dünyanın tapındığı elmi, sosial prinsiplər dünya ədəbiy-
yatının da, bütövlükdə  mədəniyyətinin də, incəsənətinin də 
canına yeridi, bu yeni məkan nöqtələrində özünü ən azından 
sınadı, yerini möhkəmlətdi. Bəs biz hansı bədii-estetik prin-
siplərdən (hələ fəlsəfi yozumu və dərketməni demirəm) da-
nışa bilərik?! Freydin də, Yunqun da, onlar kimi dünyaca 
məşhur başqa psixoterapevtin və filosofun dünya ədəbiyyatı 
örnəklərində görə bildikləri və duyduqları dəyərlər Azərbay-
can ədəbiyyatında, sadəcə, yoxdur. Öz içimizdə tanımadığı-
mız bir çox hisslər eləcə tanınmaz qaldı. Ədəbiyyatımız bizə 


 
90
sosial müstəvidə kömək edə bilmədi. Həyatda nəyiksə, ədə-
biyyatda da oyuq. Adları  çəkilən və  çəkilməyən dünyaca 
məşhur bir çox başqa alimləri yaxşı tanısaydıq, öyrənsəydik, 
o hissləri də tanımış olardıq. 
Salam. Yəqin ki, bu sıraya bütövlükdə antik dövrün də-
yərlərini, intibah dövrünün dəyərlərini də aid etmək olar. 
Kamal Abdulla. Əlbəttə,  əlavə etmək olar, tamamilə, 
doğrudur. Bir az da kəskin deyimmi? Biz “Dədə Qorqud” 
deyə çox zaman, az qala, fəryad edirik, bayılırıq. Amma 
biz... Dədə Qorqud möcüzəsinin özünü hətta adekvat qəbul 
etməyə  hələ tam hazır deyilik – bu, sizə, deyəsən, hətta bir 
balaca qəribə  gəldi. Məncə, “Dədə Qorqud”un da verə bi-
ləcəyi bir çox dəyərlər bizim ədəbiyyatımızdan yan keçib. 
Salam. “Yarımçıq  əlyazma” ilə bağlı sizə edilən hü-
cumlar yadıma düşür... 
Etimad. Bu, bir faktdır ki, son dövrlər qələmə alınmış 
irihəcmli  əsərlərin içərisində istər  ədəbi mühitdə, istərsə  də 
daha geniş çevrələrdə ən çox rezonans doğuranı məhz «Ya-
rımçıq əlyazma» oldu. Siz romanın bu qədər geniş müzakirə-
lərə  səbəb olacağını  təxmin edirdinizmi?  «Yarımçıq  əlyaz-
ma» lakmus kağızı kimi insanlarımızın bir çoxunun bədii 
ədəbiyyata yanaşma tərzinin, baxış bucağının təsbit edilməsi 
baxımından çox ibrətamiz bir əsər oldu. Bu əsəri peşəkar-
casına təhlil edənlərlə bərabər, onu şövqlə təqdir edənlər və 
qətiyyətlə yamanlayanlar da az olmadı. Sonuncular, əsasən, 
Xətai obrazının və «Dədə Qorqud» personajlarının onların 
adət etmədikləri bir tərzdə  qələmə alınmasını «küfr» kimi 
qarşıladılar. Amsterdam yəhudilərinin Baxus Spinozaya qar-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə