Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

 
91 
şı  sərgilədikləri münasibətə yaxın bir mənzərə yarandı… 
Amma digər tərəfdən. Əsərinizə yüksək qiymət də verdilər. 
"525-ci qəzet" onu ən yaxşı roman kimi mükafatlandırdı. 
Əsər "Humay" mükafatını aldı... 
Salam. Və nəhayət, "Yarımçıq əlyazma" ictimai sorğu-
ya görə "Son on ilin ən yaxşı bədii əsəri" adını qazandı. Haq-
qında 100-dən çox yazı yazılıb. Bir türk dilçi-alimi hətta 
"Yarımçıq əlyazma"nı (romanın üç bədii girişinə aldanaraq) 
"Kitabi-Dədə Qorqud"un yeni tapılmış boyları kimi qəbul 
edib bu barədə  məqalə  də yazdı. Bunların hamısı  əsərin 
dəyərindən danışır. Bunları da demək lazımdır. 
Kamal Abdulla. Bütün bunlara görə  mən,  əlbəttə ki, 
minnətdaram. Amma roman yeni çapdan çıxanda vəziyyət 
yadınızdadımı?!  Məni nədə ittiham etmədilər?!  İttiham et-
məkdə bizim tayımız-bərabərimizmi var?! Amma mən nə 
etmişdim ki?! “Dədə Qorqud” kimi açıq mətnin mümkün 
olan sonsuz oxunuş variantlarından birini təqdim etmişdim 
və bununla deyirdim ki, yeganə, vahid oxunuş hər hansı, xü-
susilə də, “Dədə Qorqud” mətninin təbiətinə əzəldən yaddır. 
Yeganəlik əlahiddəliyə gətirən yoldur. Oradan da büt qayır-
mağa bir addım qalır. 
Bu "alternativ" oxunuşa məni təşviq edən amil antik 
mifoloji motivlərin “Dədə Qorqud”dakı  təzahürü idi. Banal 
ədəbi təsəvvür çoxgörüntülü “Dədə Qorqud”dan imtina et-
məkdə israrlıdır, Dastanın bizə hansı  dərinlikləri verəcəyini 
təsəvvür belə etmir. Əfsuslar olsun. Çünki “Dədə Qorqud” 
dastanı özündə çox şeyi ehtiva edir, bu dastanın daxili mə-
nası özündən əvvəlki heç nəyi, demək olar ki, özündən yan 
buraxmır. Hətta antik dövr deyə ayrılan bir zaman kəsiyin-


 
92
dəki mədəniyyət «Dədə Qorqud»dan yan keçə bilməmişdi. 
Bəlkə də, əksinə, «Dədə Qorqud» antik dövrdən yan keçmə-
mişdi. Mən yunan mədəniyyətini nəzərdə tuturam. Bu ba-
rədə çox danışmaq olar, amma bu, bir başqa mövzudur... 
Mən,  əlbəttə,  ədəbiyyatımızda «Dədə Qorqud»la bağlı 
araşdırma və bədiilik nümunələrindən az-çox (bunu təvazö-
karlıqla dedim), əslində, yaxşı xəbərdaram. Bütün bədii nü-
munələr dastanın ayrı-ayrı məqamlarını olduğu kimi ədəbiy-
yatın bir janrından o biri janrına köçürməkdən başqa bir şey 
deyillər. Şeir yazıblar, pyes yazıblar, poema yazıblar, ssenari 
yazıblar... Bütün bunlarda "Dastan"dan fərqli heç nə yoxdur. 
Bu isə çox azdır. Bəlkə də, buna görədir ki, «Dədə Qorqud» 
ruhu bütövlükdə bugünkü Azərbaycan  ədəbiyyatının canına 
girmiş şəkildə deyil. Xətt haradasa qırılıb, bunu boynumuza 
almalıyıq. 
Etimad. Başqa bir misal, başqa bir motiv. “İctimai, 
yoxsa  şəxsi» qarşıdurması  nəhəng bir ədəbi qatın içindən 
keçir. Məkanca və zamanca bir-birindən uzaq olan bir çox 
ədəbi nümunələr bu qarşıdurmanı təsbit edirlər, öz içlərində 
yaşadırlar. Antik ədəbiyyatda Edip xəttini, Antiqona və qar-
daşları  xəttini, Odissey xəttini, «Dədə Qorqud» dastanla-
rında Buğac xəttini, Beyrək xəttini, Basat xəttini yada salaq. 
Salam. Kamal Abdullanın «Gizli Dədə Qorqud – 2», 
“Mifdən yazıya” adlı kitablarında bu barədə geniş danışılıb. 
Etimad. Beyrəklə Odissey arasındakı genetik əlaqə 
mənim üçün xüsusilə maraqlıdır. 
Kamal Abdulla. Tək Beyrək yox, o əlaqədə Basat da 
“iştirak edir.” Bu – "Dədə Qorqud". Bəs müasir ədəbiyyatı-


 
93 
mızda bu baxımdan, yəni, sən dediyin ictimai borc və şəxsi 
mənafenin qarşıdurması baxımından kim və  nə yada dü-
şəcək?! Sadəcə, «Mehman» əsərindən başqa yadıma ciddi 
bir şey düşmür. “İctimai və ya şəxsi” motivini məhz “Meh-
man”, özü də kifayət qədər “kobud” şəkildə (sosializm 
realizmi çərçivəsində) öz içində həll edir. 
Uzaq getməyək. Füzulinin möhtəşəm ideoloji prinsipi 
olan «gəldim ki, olum qəmin hərifi...» bu gün bizim ədəbi, 
lap elə ictimai şüurumuzda işləyirmi? Yox, işləmir. Əlbəttə 
ki, Füzuli bir filosof, altruist bir şəxsiyyət kimi bizdən yan 
keçdi, onun ancaq ah-naləsi, qəm-küsüsü bizə dəydi, özü də 
necə dəydi. Biz qəmin hərifi olmağa gələn, bizim əvəzimizə 
qəm çəkməyə hazır olan Füzulini (bu məqamda İsa peyğəm-
bəri xatırlamamaq olarmı?), demək olar ki, tanımırıq, «Şəbi-
hicran» deyə  hıçqırıqlar içində boğulan Füzulini isə yaxşı 
tanıyırıq. 
Daha çox şeyləri xatırlatmaq olar. Bir məsələni də 
deyimmi?! Dəniz! Kimə desən, gülər. Qardaş, gözümüzün 
qabağında bu boyda dəniz bizdən yan keçdi. 
Yanında olduğumuz dənizə ancaq kənardan baxıb seyr 
elədik, ləpələrini qağayıya, nə bilim, ağ ayıya bənzətdik, bir-
iki neft buruğu, qara daşlar... və iş bununla bitdi. O dənizin 
içinə girmədi  ədəbiyyat. Ancaq qıraqdan baxdı. Bəlkə, bat-
maqdan qorxub yaxasını  kənara çəkdi, bilmirəm. Sən heç 
düşünmüsənmi, bizdə bircə nəfər də olsun, düz-əməlli kapi-
tan, dənizçi obrazı yaranmayıb. Bu məqamı ən azından türk 
ədəbiyyatı ilə müqayisə etsək, ortaya çıxan mənzərədən rəng 
alıb rəng verərik. Bizim milli “Nautilus”umuz olmayıb. Yer 
üzündə dəniz idman növləri – nə qədər desən. Bizdə isə bir-
cəciyi yoxdur. Elə bunun özü dediklərimi təsdiqləmirmi? 


 
94
Salam.  Bu söhbət kitab şəklində çap olunacaq deyə 
qoyduğunuz sualı oxucuların,  ədəbiyyat adamlarının ixtiya-
rına buraxaq. Mən burda sizinlə ədəbiyyatımızın yan keçdiyi 
mövzular problemini qaldırarkən başa düşdüm ki, bu məsələ 
öz içində başqa bir nüansı da gəzdirir. Nədir bu? Bütün siz 
sadaladığınız və sadalamadığınız mövzulardan kənar qalma-
sı bizim ədəbiyyatımız üçün, əlbəttə, yaxşı hal deyil. Ancaq 
daha pis onda olardı ki, ədəbiyyatımızın hərəkəti həm də 
hansısa eyni bir özgür motiv ətrafında, necə deyərlər, «öz 
oxu  ətrafında» daima fırlanmaqdan ibarət olmasın. Varmı 
belə bir motiv? 
Kamal Abdulla. Bunlar bir-birilə əlaqəlidir. Ədəbiyyat 
eyni mövzunun ətrafında fırlanmaqdan usanmırsa, yeni möv-
zuları necə tapacaq?! Əlbəttə, belə  “əbədi” motivlər var. 
Amma onlar daha çox ənənələr üzərindən pardaxlanan də-
yərlərdir. Ənənə özünün bir çox "yuxuda" olan təzahür for-
maları ilə bu gün də bizim ədəbiyyatımızda rahatca yaşa-
maqdadır. Yaşlıya, ağsaqqala sitayiş, adət-ənənəyə  sədaqət, 
qonaq-qaraya münasibət, ailə sevgisi və s. və i.a. bu gün də 
bizim  ənənəçiliyin təzahürləridir. Biz fəxrlə "bizdə bunlar 
var"  − deyirik. Amma bu halın özü də  cəmiyyətimizdə  (əl-
bəttə ki, ilk növbədə ədəbiyyatın təsirilə) ifrat bir şəklə dü-
şüb. Bizə elə  gəlir ki, ənənənin sadalanan formaları ancaq 
bizdə var. İngilis, rus, fransız... heç vədə bizim qədər vali-
deynini sevə bilməz, övladına doğru-düzgün tərbiyə verməz, 
böyüyə hörmət etməz, qonaq qarşılamaz və s. Bəlkə də, bir 
ingilis bir azərbaycanlı kimi nəfis dolma və ya küftə bişir-
məz, amma o biri məsələlərdə bizimlə yüz faiz şərikdir,  ən 
azından. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə