Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

 
103 
“kimin üçün yazırsan” sualına  ən səmimi cavabı axtarıb 
tapmaq istəmir. “Xalq üçün” deyən qeyri-səmimidir, “özüm 
üçün” deyən səmimi. Amma bənd olma. Bəlkə də, əksinədir. 
"Sən nə üçün yazırsan, sənətkar?" sualının isə bir cava-
bı da Etimadın alqışları altında qoy bu olsun: "bilmirəm". 
Özü də bir məsələ var. "Bilmirəm" cavabını verə bilən adam, 
əslində, ilk baxışda görükə biləcək qədər də zəif adam deyil, 
bəlkə və daha dəqiqi, güclü adamdır. 
Salam. İndi də keçək “nə üçün”dən "sən necə yazırsan, 
sənətkar?" sualına. Sizə görə bizim ədəbiyyatımızın mən-
zərəsi "izmlər" kontekstində necə görünür? Söhbətin dairəsi-
ni genişləndirmək olar: prinsiplər, üslublar… Öz düşüncəmə 
görə, "sürrealist ədəbiyyat", "futurist ədəbiyyat", "postmo-
dernist ədəbiyyat" və sair anlayışlar estetik effektlərdi, bədii 
səviyyə effektləri deyil ki. Yəni, əsər postmodern olaraq pis 
də, yaxşı da yazıla bilər. Məsələn, bir vaxtlar bizdə belə bir 
dəb var idi: adamlara elə  gəlirdi ki, yazı postmoderndirsə, 
deməli, yaxşıdı. Hətta bəziləri mətnlərinin üstünə «postmo-
dern mətn» qeydini böyük hərflərlə yazırdılar da. Bakının 
kostyumuna fransız etiketi yapışdırmağa oxşar bir şey. Yəni 
bir qəlib düzəltmişdilər və elə bilirdilər ki, bu qəlibə zibil də 
töksən qızıl çıxacaq, çünki qəlib – «qızıl qəlibi»dir. 
Kamal Abdulla. Tamamilə  səninlə razıyam ki, əsər 
postmodern üslubda ola bilər, yaxşı və ya pis olması isə bir 
başqa mövzudur. Bu bucaqdan yanaşsaq, bizdə bütün "izm"lə-
rin mövcudluğunu qəbul edə bilərik. Sadəcə, nəzərdən keçiri-
lən mətn, əsər və ya "əsər" olur. 
Bizim yazıçılar,  şairlər,  əlbəttə, mən sovet dövrü ədə-
biyyatımızı  nəzərdə tuturam, ta XX əsrin sonlarına qədər, 


 
104 
hələ, bəlkə, bu gün də daxil, belə demək mümkünsə, yazan-
da «Allaha pənah» yazırdılar. Yəni, təsəvvürdə bir bütöv 
yoxdur, hələ formalaşmayıb və  nə zaman formalaşacağı da 
məlum deyil. Belə bir "şəraitdə", bəli, “şeir” başlayır yazıl-
mağa. İnersiya gücü ilə şerin yaxşı-pis sonluğu da öz-özünə 
gəlir. Qəşəng qafiyələr bir-birini əvəzləyir, gəlişi gözəl mis-
ralar, gözlənilməz semantik labirintlər... Amma şairlərimizin 
söykənməli olduqları  fəlsəfi-intellektual konsepsiya – yox-
dur!  Şairin yaradıcılığının fəlsəfəyə söykənən  şah damarı 
(istəyirsən – onurğa sütunu) yoxdur. Şeirdə gəlişi gözəl de-
yimlərin, misraların oluşu (təxminən: “bircə ondan razıyam 
ki, özümdən narazıyam” tipli) hələ onun fəlsəfi  şeir olması 
demək deyil. Bir fəlsəfi prinsipin, dünyagörüşünün arxasınca 
düşüb (Nəsimi, Füzuli kimi), onu, necə deyərlər, «özəlləşdi-
rib» yazan yoxdur. Belə olanda isə ciddi prinsiplərdən uzaq 
hər hansı  mətn öz-özlüyündə kartdan qurulmuş evcik kimi 
olur, heç bir möhkəm fəlsəfi qaynağa əsaslanmır, ondan qida 
almır. Və bu cür əsərlərlə dolu ədəbi mühitdə geniş meydan 
açılır bir qədər  əvvəl haqqında danışdığımız «səmimiyyət», 
«ürək-beyin», «həyatın doğru  əksi», «ədəbiyyat xalq üçün-
dür» və bu kimi digər psevdoproblemlərə, yəni, ədəbi uydur-
malara. Dünya yazarlarının, modernistlərdən danışıram, tu-
talım ki, İoneskonun, Bekketin, Sartrın teatr yaradıcılıqları 
absurdluq müstəvisində idi, amma bu absurd bədii yaradıcı-
lığın dərinindən  Şopenhauerin, Nitsşenin, Berqsonun, Qus-
serlin, Freydin, Yunqun, Haydeggerin… və başqa müdrik-
lərin bir çox elmi prinsip və modelləri boylanırdı. Bədii bü-
növrədə adlarını sadaladığım bu nəhənglərin qəbul və  dərk 
edilmiş fəlsəfi baxışları durur. 


 
105 
Eləcə də Kafkanın, Coysun, Kamyunun, Vulfun, Prus-
tun, Eliotun və digər modernistlərin söykəndiyi bünövrə ha-
man dediyim fəlsəfi bünövrədir. Bu yazıçıları ancaq ədəbi 
yox, eyni zamanda ciddi fəlsəfi düşüncələrinə görə  sərf-nə-
zər eləmək mümkündür. 
Salam, Etimad, indi mənim sizə belə bir sualım var. 
Bizdə kim (şair və yazıçılarımızı nəzərdə tuturam) Haydeg-
geri duz-əməlli oxuyub dərk edib?! Xeyli az adam. Bizim 
yazarlar məlum və  məşhur anekdotdakı kimi "oxucu deyil-
lər, yazıçıdırlar". Çoxlu ziyalılar var ki, cani-dildən atəşpə-
rəstlikdən, Zərdüştdən, Əhriməndən danışarlar, amma «Zər-
düşt böylə buyurdu» əsərinin müəllifi ilə kim normal olaraq, 
ən  əsası, adekvat tanışdır?! Çox az adam. Onunla dərindən 
tanış olmayıb onun haqqında alovlu danışanlara, sadəcə, “zi-
yalı deyillər” demək azdır, onlar, əslində, “ziyanlı”dırlar. Bu 
sualları nə qədər desən uzatmaq olar. Ona görə də bizimki-
ləri hansısa «izmə» (təbii ki, yayğınlığının həddi-hüdudu 
olmayan sosalizm realizmindən, romantizmindən başqa) aid 
etmək asan deyil, kifayət qədər müşkül, hətta qeyri-mümkün 
məsələdir. Və yaxud son dərəcə asan məsələdir. 
Kriteriyalar barədə bir qədər  əvvəl dedik. Kyerkeqor-
dan, Yaspersdən xəbəri olmayan ekzistensialistlərə də bizdə 
rast gəlmək mümkündür. Apollineri tanımayan sürrealist də 
yaxşı axtarsan, taparsan. Haman əsər və  "əsər" məsələsi! 
Ədəbi məhsul paralellər aparmağa sövq-təbii imkan verə 
bilər − adda-budda, sistemsiz, dünyagörüşü səviyyəsində ol-
mayıb ötəri hiss, təhtəlşüur səviyyəsində olan ədəbi məhsul 
yarana bilər. İndi postmodernizmdən bəhs etmək xüsusi də-
bə düşüb. Modernizm də, postmodernizm də bir məqamda 
birləşirlər − özündən əvvəlkini rədd etməkdə, özü də çox za-


 
106 
man kəskin  şəkildə  rədd etməkdə. Onu da deyim ki, «mo-
dern» (müasir) sözü hələ 5-ci əsrdə köhnə bütpərəstliyə mü-
nasibətdə yeni olan xristian dünyagörüşünün mahiyyətini 
təmsil edirdi. Və modern xristianlıq bütpərəstliyin nə  qədər 
ziddinə və ona qarşı nə qədər barışmaz idisə, bu münasibətin 
barışmazlıq ruhunu bugünkü modernizm və postmodernizm 
də özündən  əvvəlki cərəyan və dünyagörüşlərinə münasi-
bətdə qoruyub saxladı. 
Postmodernizm barışmazlıqda hətta bir qədər də irəli 
gedib, indi onu ultramodernizm də adlandırmaq olar. Qərəz, 
əvvəlki xətti davam etdirsək, yenə də onu etiraf etməyə, so-
ruşmağa məcbur olacağıq ki, bizdə özlərini postmodernist 
sayanların, bəlkə də və yəqin ki, hamısının, tutalım, bu isti-
qamətin özülçü filosofları olan Orteqa-i-Qassetdən, Derida-
dan, digər fransız, italyan strukturalistlərindən, semiotiklə-
rindən xəbərləri varmı?! Xeyir, mən bunu hiss etmirəm. Bəl-
kə, heç postmodernist nəsrin «dünya − kitabxana kimi» müs-
təvisində istənilən «akrobatik sıçrayışlara» qadir olan Bor-
xesdən isə nəinki xəbərləri, heç "ətərləri" belə yoxdur. Mən 
kifayət qədər ciddi bilgini nəzərdə tuturam. Əgər varsa – 
bunlar bizdə, Allah eləsin ki, olsun – təəssüf ki, düşünülmüş 
şəkildə deyil, ən yaxşı halda intuitiv səviyyədədir. Məsələn, 
belə bir "tanışlıq", dediyim kimi Umberto Eko ilə, bir az 
Fuko ilə, Derrida ilə, özü də üzdən, ola bilər. Onların adını 
eşidə bilərlər, hətta ayrı-ayrı yazılarda bu adları çoxbilmişlər 
kimi çəkə  də bilərlər. Mahiyyət və sistem isə başqa yerdə 
qalır. Bu... ən azından ciddi deyil. 
Yenə deyirəm, ayrı-ayrı  məhsullar, bəlkə  də, Mende-
leyev cədvəlində olan kimi hansısa guşəciklərə düşə bilir, 
bütövlükdə isə  mənzərə kifayət qədər xaotikdir. Çıxış yolu 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə