Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

 
99 
yatın, ədəbi dəyərlərin gözdən düşməsilə bağlı sentensiyalar 
irad etdi, heç yazmaq həvəsinin olmadığını dedi. Dedim ki
həvəsin yoxdusa, yazma, məcburdur bəyəm. Qayıtdı ki, əşşi, 
nəsə qaralayırsan, verirsən qəzetlərə, qəzetlərdə şəklin çıxır, 
hamı baxır və s. Görün, yazmağın nə qədər maraqlı motiva-
siyaları var! 
Kamal Abdulla. Nitsşe və Nitsşe kimilərdən biri ol-
maq üçün ilk növbədə böyük qələm sahibi olmazdan əvvəl 
böyük ürək sahibi olmaq gərəkir, bundan sonra ruhən doğ-
maların barədə o böyük ürəklə söz deməyin. Belə bir sözlə 
qarşılaşanda, bilirsiniz, yazmaq necə  əlavə  mənalar qaza-
nır?! 
Salam.  «Kədərli seçmələr» kitabınızda esselərinizdən 
biri «sən nə üçün yazırsan, sənətkar?!» sualı üzərindədir. Elə 
siz özünüz məhz bu esseni nə üçün yazdınız? Bu suala cavab 
axtarmaq nəyə lazım idi? 
Kamal Abdulla. Bu sual, bəli, məni də, həqiqətən, 
xeyli düşündürüb və mən ona öz cavabımı "Əvvəl-axır yazı-
lanlar" adlı esselər kitabımda vermişəm. Mənə indi də elə 
gəlir ki, yazı prosesi çox maraqlı bir sürədi. Əsl sənətkar bu 
prosesin özündən mənəvi ləzzət alır, onun mükafatı budur. 
Nöqtəni qoyandan sonra isə şəxsən mən yazdığıma marağı, 
bəlkə, yarıbayarı itirirəm. Bizim gözəl,  əvəzsiz teatr rejis-
sorumuz Vaqif İbrahimoğlu yaxşı bilirdi ki, mən nadir hal-
larda öz pyesimin tamaşasına oturub sona qədər baxa bil-
mişəm. Səndən çıxdı, səninki deyil. Səndən çıxan öz həya-
tını yaşamağa başlayır. Amma elə də düşünülməsin ki, yazı-
lıb bitirilən o «nəsə» həm də unudulur. Elə deyil. Dönə-dönə 
öz yazdığıma qayıtmağım da olub, redaktə etməyim də, 


 
100 
dəyişməyim də. Amma yenə  də, elə bil, «nə üçündü bütün 
bunlar?» sualı doğur. Qələm fırça kimi səhifədə əyri-üyrü cı-
zıqlar çəkən zaman sən o ki var tələsirsən, beyninin sürətini 
yazının sürətinə uyğunlaşdırmaq çox çətindir. Sən isə buna 
yenə də cəhd edirsən. 
Bu, bəzən alınmır, cəngü-cidaya girirsən, bu an sənə bir 
qıraqdan baxaydılar, təxminən, Mirzə Səfərin atası yada dü-
şür bu məqamda. Haqverdiyevin gözəl hekayələrindən biri-
nin qəhrəmanı  gəncliyində  nəyin bahasına olursa olsun şeir 
yazmaq qərarına gəlir və evdə gizlinə çəkilib bu misranı dəf-
tərinə yazır: “Darvazamızı  fələk vurubdu...” Məhz “qəra-
rına" gəlir. Elə buna görə də Səfərin heç cür tapa bilmədiyi 
ikinci misranı atası, gəlib onu bu qəribə "şairanə" halətdə gö-
rəndən sonra onun əvəzinə yazır: “Sən tək bişüuru mənə 
veribdi...” 
Bax həmən «darvazamızı  fələk vurubdu» misrasının 
ətrafında bizim də əsəb və həyəcanımız, imkan və imkansız-
lığımız üzə çıxır və o an ürəyi hardansa gəlib qəribə bir ra-
hatlıq və təskinlik bürüyür – sən tapmacanın cavabını tapır-
san: bax bunun üçün yazırsan, qərara gəlmədən yaza bilir-
sənsə, bu elə «nə üçündü bütün bunlar?” sualının cavabıdır. 
Və bir də çox böyük bir anlamda onun (“Sən nə üçün 
yazırsan” sualının) cavabını, sadəcə, bilmirsən. Bilmirsən ki, 
nə üçün yazırsan. Nə üçün yazdığını bilməyəndə, deməli, 
yazmaya bilməyəndə yazırsan və deməli, bu zaman əsl sə-
nətdi və ya əsl sənət deyil, deyə bilmərəm, amma təmiz sə-
nət yaradırsan. Onu deyim ki, bu «bilməməzlik» anlamını 
fetişləşdirmək də düzgün olmazdı. «Nə üçün yazdığını bil-
mirsən» heç də o demək deyil ki, qarşına hər hansı bir məq-
səd qoymursan. Xeyir. Fəlsəfi-estetik prinsiplərdən tutmuş 


 
101 
süjet qurmağa qədər  ən müxtəlif məqamlarda sənətkar ya-
zarkən öz qarşısına müxtəlif məqsədlər qoyur. Onlar aşkarmı 
şəkildə qoyulur, ya fəhmlə − bu bir başqa məsələdir. O məq-
sədlərə çatılır, ya çatılmır – bu da bir başqa söhbətdir. 
Böyük amerikan yazıçısı U.Folknerdən Yaponiyada bir 
Universitetdə soruşublar ki, yazdıqlarının içində ən çox sev-
diyin əsər hansıdır? Cavab verib ki, «Hay-küy və hiddət» ro-
manı. «Niyə?» sualına belə deyib ki, bu, mənim ən böyük və 
ən gözəl məğlubiyyətimdir. 
Folknerə görə qarşıya qoyulan böyük məqsədə (yara-
dıcılıq məqsədi, mənəviyyat və estetik təqdimetmə məqsəd-
ləri və s.) çata bilməmək yazıçı imkansızlığının göstəricisi 
kimi məğlubiyyətdən xəbər verir. Məqsədin böyüklüyü və 
ona çatma imkanının daimi naqisliyi – böyük sənətkar üçün 
bu fərq cüzi də varsa, bu zaman söhbət ancaq məğlubiyyət-
dən (əslində, bəlkə də, qələbədən  –  ?!) gedə bilər. Hər hal-
da, Folkner belə düşünür. Və bu düşüncə bütün digər həyati 
hallar üçün keçərlidir. Qarşıya qoyulan hər hansı  məqsədə, 
onsuz da, heç zaman yüzdə yüz çatmaq mümkün olmur. 
Amma bir daha təkrar edirəm. Nəyisə yenə  də bilmir-
sən. Ən azı, onu bilmirsən ki, bütün bunlar kimə və nəyə la-
zımdır. Qəribə hissdir, hər dəfə nöqtəni qoyanda adama elə 
gəlir ki, bir daha əlinə qələm almayacaq, amma yox. Görür-
sən, bir müddət ötüb-keçir, elə bil, səndən xəbərsiz içinə 
dolub topalaşan bu «nə isə» yavaş-yavaş  dəbərməyə başla-
yır, ətə-qana dolur, kino lenti kimi gözünün önündən süzüb 
keçir və əlbəttə ki, sən də buna mane olacaq halda deyilsən 
və deyirsən: hər şey təzədən!.. 


 
102 
Salam. Çox tanış, doğma hislərdir bunlar. Mən hərdən 
dostların arasında zarafatla «yazıçılıq iflici» ifadəsini işlədi-
rəm…  İflic yataq xəstəsi deməkdir axı  və bu halda yatağı 
yazıçı üçün yazı masası əvəz eləyir. Yeri gəlmişkən, şeir ef-
fekti deyilən bir anlayış var. Leyts haqlıydı deyəndə ki, şa-
irlər uşaq kimidirlər – yazı stulunda oturanda ayaqları yerə 
çatmır. Şeir effekti baxımından bu düstur bütün ədəbi istiqa-
mətlərdə doğrudur. Şairlər simvolik yazı yazarkən, tutaq ki, 
«Qız qalası»nın üstündə oturmuş kimi, realist yazı yazarkən 
isə bar stulunda oturmuş kimi görünürlər. Və mahiyyət 
etibarilə  şairlərin ayağı  hər iki halda yerə çatmır, onlar hər 
iki halda göydədirlər, boşluqdadırlar. 
Etimad. Sənət adamları çox vaxt nə qədər əlahiddə, nə 
qədər seçkin adam olduqlarını qabartmaq üçün onlara ilham 
gəldiyini, az qala, göylərin diktəsi ilə yazdıqlarını bəyan et-
məkdən çəkinmirlər. Nəticədə, məntiqi olaraq «ədəbiyyat 
nədir?» və «nə üçün yazırsan?» tipli suallar nə yazıq ki, hə-
mişə havadan asılı qalacaq. Bu məsələdə, «bilməməzlik» an-
lamının fetişləşdirilməsi ilə bağlı sizin dediklərinizi alqışla-
maya bilmirəm. Digər tərəfdən, müəllifə "yox, sən nə üçün 
yazdığını bilirsən, mütləq bunu bəyan etməlisən" də demək 
olmur. Çünki belə olan halda, görün nə  qədər variasiyalar 
meydana çıxır: "özüm üçün yazıram"dan tutmuş, "xalq üçün 
yazıram"a kimi… Və bunların heç biri cavab gözləyən tərəfi 
qane etmir. 
Kamal Abdulla. Kim desə ki, o, xalq üçün yazır, ona 
inanma. Xalqın bu məsələlərə, yəni, sənət məsələsinə  qəti 
dəxli yoxdur. Kim desə ki, özümçün yazıram – bax, bu, ən 
azından maraqlıdı. Ədəbiyyatın bir böyük dərdi də budur: o, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə