Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

 
116 
 
 
Atalar və oğullar 
 
 
 
 
Etimad. Bu sualı  mən sizə, doğrusu, ver-
mək istəmirdim. Çünki mənim üçün bu heç bir 
maraq kəsb eləmir. Ancaq dəbdə olan polemika 
mövzularından biri olduğu üçün istəyirəm, siz 
də münasibətinizi bildirəsiz: atalar və  oğullar 
arasındakı münasibətlər… 
Kamal Abdulla.  Mənim aləmimdə qoca 
və yaxud cavan şair yoxdur. Qoca və yaxud ca-
van şeir, roman, pyes var. Yazıçı yaşı təqvim yaşından fərq-
lənir. Ümumiyyətlə, insanın real fizioloji yaşı onun doğum 
yaşı ilə, daxili yaşı ilə üst-üstə düşməyə bilər. Yazıçıda bu 
daha görümlü olur. İvan Turgenevin "Atalar və oğullar" ro-
manını xatırlayıram. Yaşlı  nəsillə cavan nəslin qarşıdurma-
sını  əks etdirən  ədəbi-bədii güzgü! Amma indi Turgenevin 
vaxtında olan kimi atalar (yəni, yaşlılar) hökmən yaşca bö-
yüklər deyillər. Bu gün həm yaşlılara, həm də yaşıdlara dərs 
vermək ədasında olan nə qədər gənc var, təəssüf ki, onlar ha-
mısı daxili duyumlarına görə çox-çox yaşlıdırlar. Və əksinə. 
Hətta kim idi, bayaq dedi ki, hər iki nəslin ölüləri daha çox 
canfəşanlıq edir. 
Ona görə də əgər həyatda “Atalar və oğullar” bir prob-
lem kimi bu gün də varsa, ədəbiyyatda belə deyil. Mən şəx-
 9-úu ìÿãàì 


 
117 
sən özümü ədəbi cavan hiss edirəm. Yorulmamışam. Sən isə, 
Salam, deyəsən yavaş-yavaş yorulmağa başlayırsan, şeirləri-
nin içində son dərəcə pirani, müdrik misralar sayrışır. Eti-
mad da həmçinin. Bunlar, əlbəttə ki, bir zarafatdır. Ciddi 
desək, hər dövr özündən daha əvvəlki “qızıl” dövrün – hər 
şeyin yerli-yerində olduğu dövrün həsrətindədir. 
Bu gün soruşursunuz ki, gənc qüvvələrlə “qocalar”, 
ədəbi generallar arasında münasibət necədir?! Cavab veri-
rəm. Hər hansı  əvvəlki dövrdə bu münasibət nə cür idisə, 
yenə də o cürdür. İndiki bu “generallar”ın da cavan və qəbul 
edilməyən vaxtları olub, onlar da zamanında yaşlı konser-
vatorlardan dad qılıblar. Bu, ədəbi cameə içində çox təbii bir 
haldır, bəlkə də, bundan təbii hal axtarıb tapmaq heç müm-
kün deyil. Özü də bu hal hələ riyazi modelə  də  gələ bilir: 
kim cavanlığında nə qədər “çəkibsə”, qocalığında da o qədər 
“çəkdirir”. Bunu Anar da edir, bunu Əkrəm  Əylisli də edir 
(bir qədər gizlədilmiş şəkildə), Elçin də, Fikrət Qoca da edir, 
bunu Ramiz Rövşən də edir... Daha kim var?! Hamısı edir. 
Bu həm də o deməkdir ki, (bunu mənə bir dəfə bu sözlərimə 
cavab olaraq Ramiz Rövşən dedi) onlar bu şəkildə (bəlkə də, 
əslində) özlərini, ən vacibi isə özlərinə məxsus olan və özlə-
rinin mənsub olduqları  dəyərləri qoruyurlar. Təbiidir. Təbii 
olan həm də odur ki, bunu Rafiq Tağı da edəcək, Salam, 
Etimad, Murad Köhnəqala, Aqşin, Rasim Qaraca da edəcək, 
bunu Həmid Herisci də edəcək − həm də mənə elə gəlir ki, 
bəziləri hətta, elə bil, tələsirlər, başqaları kimi qocalmağı 
gözləməyə hövsələləri çatmır, elə indidən bu işi edirlər. On-
lara nədənsə elə  gəlir ki, hansısa dəyərləri onlardan almaq 
istəyənlər  –  əlbəttə ki, yaşlı nəsil (!) var, marıtdayıb durub-


 
118 
lar... Bax bu, artıq təbii deyil. Ramiz Rövşən kimi etmək la-
zımdır. 
Salam. Nə edib ki, Ramız Rövşən? 
Kamal Abdulla. Maraqlı əhvalatdı. Bunu sonralar ha-
mıdan yaxşı bizim gəncliyimizin Molla Nəsrəddini – unu-
dulmaz dostumuz Vidadi Məmmədov danışardı. Hər dəfə də, 
sanki, əhvalatı yenidən dinlərdik. Baxmayaraq ki, bu hadisə-
nin çox adam şahidi olub, mən də o qəbildən. Nə isə, Allah 
vaxtlı  və vaxtsız vəfat edən bütün dostlarımıza rəhmət elə-
sin. 
Salam, Etimad. Allah rəhmət eləsin. 
Kamal Abdulla. Əhvalat isə budur. Əvvəla onu deyim 
ki, Ramizi sevənlər də, sevməyənlər də onu hələ "ol zaman-
lar" böyük şair kimi qəbul edirdilər. Amma qibtə edənləri də 
az deyildi. Ramizin çapolunma problemi vardı. "Ol za-
manlar" da "ol zamanlar" idi, qəzetlər  –  bəlli, jurnallar – 
bəlli. Çap olunmaq üçün bəzən ilnən gözləməliydin. Rami-
zin o vaxt "Ulduz"da uzun müddətdən bəri yatıb qalmış 
silsilə  şeirləri var idi. "Bu gün, sabah" deyə-deyə süründü-
rürdülər. Hamı dostlar bu gözəl şeirlərin nə zaman işıq üzü 
görəcəyini gözləyə-gözləyə qalmışdıq. Mübahisələr edirdik, 
cürbəcür məntiqli və  məntiqsiz səbəblər axtarıb "icad" 
edirdik. Qərəz, vaxt keçirdi, şeirlərdən isə yenə də xəbər yox 
idi. Biz o zamanlar tez-tez "Ulduz" və Yazıçılar  İttifaqının 
yerləşdiyi binanın qabağına toplaşardıq. Dostlarımızın əksəri 
– adını çəkdiyim Vidadi, İsi Məlikzadə, Natiq Səfərov, Va-
qif Bayatlı, İsa İsmayılzadə... burada – ya "Ulduz"da, ya da 
İttifaqda (bu binadakı digər redaksiyalarda) işləyirdilər. On-


 
119 
larla söhbət eləmək, gedib çay içmək bizim (Ramizin, Ay-
dının,  İsmayılın, Cəlilin, Firidunun, Hacının, Kamilin, Za-
kirin, Aqilin...) ən "vacib" işlərimizdən idi. Bəzilərinin söh-
bətindən doymaq olmurdu. Natiq və Vidadi xüsusılə  əvəz-
edilməz idilər. Bizim dəstə çayxanada oturub son dərəcə 
maraqlı ədəbiyyat, eləcə də hər hansı həyati söhbətlər edər-
kən o biri, qonşu stolların arxasındakılar (sonraların bir çox 
tanınmışları) bizə xüsusi qibtə və pərəstişlə baxardılar. Bunu 
mənə bizim böyük filoloqumuz, rəhmətlik Aydın Məmmə-
dov, bizimkilərin öndəgedənlərindən biri demişdi. Nə isə... 
Günlərin bir günü səbr kasası dolmuş Ramiz Rövşən 
"Ulduz"un qabağında bir az da biz dostlardan əlavə dopinq 
alaraq ("belə  də  iş olar?", "sənin kimisini də çap eləməyib 
kimi edəcəklər?", "görürsən bu Sabir Azərini?! Onun işidir" 
və s. və i.a.) bütün bu cür sözlərdən sonra qəti qərara gəlir. 
Sabir Azəri ilə gedib "kişi kimi" danışmaq lazımdır. Sabir 
Azəri,  əslində, pis adam deyildi, şair idi və "Ulduz" jur-
nalının, gərək ki, məsul katibi idi. Ondan çox şey asılı idi. 
Onsuz da, partlamağa hazır olan Ramizi bir az da "fitilləyib" 
(bu bir zarafatdır, amma o vaxt Vidadinin "ciddi" sifətini 
görmək lazım idi, ancaq gözləri "pıqqıldayırdı") "Ulduz"a, 
Sabir Azəri ilə "razborka"ya göndərirlər. Daha dəqiqi, gön-
dəririk. 
Bir az keçir, Ramiz redaksiyadan çıxmır. Bir saat keçir, 
Ramiz yoxdur. Vidadi bu dəfə, həqiqətən, həyəcanlanır: 
"Dədəmin goru haqqı (Vidadinin iki sözündən biri bu idi), o 
ki belə hirsli getdi, bu saat içəridə Ramiz, Sabir Azərini 
döyür". Natiq isə  həmişəki kimi qaşqabağını töküb ("mıs-
mırığını sallayıb" daha dəqiq olardı) belə deyir: "Bu cür ol-
maz. Gedib onları aralamaq lazımdır!" 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə