Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

 
120 
Artıq heç kimin zarafatlıq halı qalmayan zaman bir-
dən... "Ulduz"un qapısında üzündən-gözündən kölgələr silin-
miş Ramiz görünür. Amma o tək deyil. Yanında... Sabir 
Azəri də var. Onlar nə edirlər?! Qucaqlaşa-qucaqlaşa qapı-
nın ağzındaca öpüşüb şad-xürrəm bir-birindən ayrılırlar. Sa-
bir iş yerinə qayıdır, bundan əvvəl kiməsə bizlərdən elə gəlir 
ki, o, biz tərəfə gizlincə baxıb yekə  bığlarının altından qı-
mışır. 
Ramiz isə bizim  –  onu gözləyənlərin, onun üçün təlaş-
lananların yanına gəlir. "Nə oldu, niyə belə gec qaldın, nə 
dedi???" kimi suallara "Hər şey yaxşıdı, hər şey əladı! Həll 
elədim!" deyə gah onun, gah bunun üzünə gözlərini qaçıra-
qaçıra özündənrazı bir halda cavab verir. Ürəyində isə 
fikirləşir: "İnandılar, yox?" Hamının çiynindən ağır bir daş 
götürülür. Vidadi yenə zarafatından qalmır: "Dədəmin goru 
haqqı. Biz bilsəydik, siz içəridən "əmişə-əmişə" çıxacaqsı-
nız, heç bu qədər gözləməzdik". 
Məncə, bu əhvalatın bir ibrətamiz tərəfi də var. Adam-
lar bir-birini başa düşməyə, bağışlamağa həmişə hazır ol-
malıdır. "Ol zamanlar" Romada nahaq yerə demirdilər: "Hər 
şeyi anlamaq hər  şeyi bağışlamaq deməkdir". Və yaxud, 
əksinə. 
Salam. Bəs şeirlərin aqibəti necə oldu? 
Kamal Abdulla. Şeirlər, deyəsən, ondan sonra da bir o 
qədər vaxt redaksiyada yatıb qaldı. Sabir Azəri nahaqdan 
bığaltı qımışmırdı. Nə isə... Söhbətimizə qayıdaq. 
Etimad. Sizinlə tamamilə razıyam ki, hər hansı əvvəlki 
dövrdə  nəsillər arasındakı bu münasibət nə cür olubsa, bu 
gün yenə də o cürdür. Yəni, aşağı-yuxarı həmin cürdür. "Nə-


 
121 
sillərarası konflikt" artıq hamı  tərəfindən qəbul edilmiş ter-
mindir. Yalnız dünyadan bixəbər adama elə gələ bilər ki, bu 
yolverilməz bir sosial fenomendir və hər vəchlə bunun qarşı-
sı alınmalıdır. Normal cəmiyyətlər isə bununla yaşamağa 
öyrəşiblər artıq. Bu məsələylə bağlı, mənə görə, sadəcə, bəzi 
nüanslara diqqət yetirmək lazımdır. Hardasa iki yüz il bun-
dan  əvvəl yaşamış  aşıq Dəllək Muradın atalar və  oğullar 
arasındakı münasibətləri ifadə eləyən, Tanrıya müraciətlə 
yazılmış çox ibrətli sətirləri var, deyir ki: 
Dəllək Murad deyər sözün zatını, 
Əl-əldən ötkündü işin çətini, 
Qurda-quşa qismət eylə ətini, 
Atanı oğula möhtac eyləmə. 
Bilirsiniz, ata atadır, o, öz övladı üçün əlindən gələn 
hər  şeyi etməyə, onunçün hər  şeyindən sevə-sevə keçməyə 
hazırdır. Amma görək oğullar bunun, heç olmasa, mində bi-
rinə getməyə hazırdılarmı? Məncə, yox. Əks halda Dəllək 
Murad bu barədə ağzını ağrıtmazdı. Əgər bu münasibətlərdə 
hər  şey rəvan olsaydı, heç peyğəmbər də «ata-analarınıza 
hörmət eləyin» çağırışında bulunmazdı. Odur ki, atalar və 
oğullar arasında anlaşılmazlıqlar ola bilər, başqa  şeylər də 
ola bilər, amma əsas şərt odur ki, heç kim heç kimə möhtac 
olmasın. Amma atalar da az aşın duzu deyillər. Onlar ayrı-
ayrılıqda  əzilən sinif kimi görünə bilərlər, amma bir arya 
gələndə, bütün yuxarıda dediklərimizi nəzərə alıb, cavanlara 
qarşı bir basqı yaratmağa meyillənirlər. 
Kamal Abdulla. Ata atadır və o, öz övladı üçün əlin-
dən gələn hər şeyi eləməyə hazırdır – deyirsən. "Görək oğul-
lar bunun mində birinə getməyə hazırdılarmı?" – soruşursan. 


 
122 
Bəli, Etimad, mən də razıyam ki, oğullar ataları üçün "bu-
nun" mində birini də etməyə hazır deyillər. Amma onlar 
"bunun" hamısını özləri bir ata kimi öz övladları üçün edə-
cəklər, onlar buna hazırdılar, ya da hazırlanırlar, çünki buna 
məhkumdurlar. Mən belə düşünürəm: "atalar – oğullar" 
problemi ədəbi müstəvidə və həyatda ayrı-ayrı effektlər ve-
rir.  Ədəbi müstəvidə bu problemin əsasında fizioloji yox, 
ideoloji mahiyyət durur... 


 
123 
 
 
Dilimizin imkanları  
və təfəkkürün sərhədləri 
 
 
 
 
Salam. Kamal müəllim, sizin esseləriniz-
də bir şeyi müşahidə eləmişəm: sanki, qəsdən 
ədəbiyyatın min dəfə cavablandırılmış  ənənəvi 
suallarına çox orijinal yanaşmalar ortaya qo-
yursunuz. Gəlin elə söhbətimizi həmin “köhnə” 
suallardan biriylə davam edək: ədəbiyyat sizin-
çün nə deməkdir? 
Kamal Abdulla. Bu sual “köhnə” də olsa, 
hardasa “yaramaz” sualdır. İstər-istəməz nəsə gərək uydura-
san... Bunsuz mümkün deyil. Ya da gərək hissiyyat səviyyə-
sində (bir az da demoqogika "üstündə") cavab verəsən. Nə 
isə... Çalışıb biz də bir şey deyək. Ciddilikdən uzaqlaşma-
maq şərtilə. 
Bilirsənmi, mənim, necə deyərlər, səsim yoxdur, yəni, 
mən mahnı oxuya bilmirəm. Uzaqbaşı öz-özümə, öz içimdə 
hansısa mahnı motivini, guya ki, səhvsiz “oxuyuram”. Har-
moniyanı içimdə saxlamağa çalışıram, onu içimdən burax-
dımsa, “səsə” çevirdimsə, harmoniya itir. Mən özüm onu 
tanıyıram, başqası isə tanımır. Amma qələmi əlimə alıb nəsə 
yazandan sonra mənə elə gəlir ki, yer üzündəki bütün gözəl 
mahnıları gözəl bir səslə özü də səhvsiz-zadsız oxumuşam. 
  10-úu ìÿãàì 


 
124 
Mən üzməyi də sən deyən bacarmıram, elə-belə, beş, ya 
on metr üzsəm, böyük işdi. Amma yazandan sonra, elə 
bilirəm ki, Xəzər dənizinin sularını qollarımla yara-yara bir 
ucundan o biri ucuna sürətlə üzüb keçmişəm. 
Əlimin çatmadığı sevdalar fırlanıb başımda. Yazı 
yazandan sonra onların hamısına çatmışam... 
Bu cür “əlçatmaz” məqamlar həyatımda çox olub. Ədə-
biyyat mənim üçün əlçatmazlıqların reallaşma məkanıdır. 
Etimad. İntuisiyadan dəqiq məntiqə!.. 
Kamal Abdulla. Bəli, intuisiyadan dəqiq məntiqə. 
Yolun istiqaməti budur. 
Salam.  Azərbaycan dilinin təbliğinə  həm ölkədə, həm 
ölkə xaricində ciddi enerji qoyursunuz. Sizin “Azərbaycanca 
danışaq” kitabınız artıq üç xarici dildə  –  Fransada fransız 
dilində, Rumıniyada rumın dilində, Macarıstanda macar di-
lində işıq üzü görüb. Moskvada Linqvistik universitetdə, Be-
lorusiyada Pedaqoji universitetdə, Ukraynada Dillər univer-
sitetində  və Poltava Universitetində Azərbaycan dili ixtisa-
sının və  mərkəzlərinin açılmasının təşəbbüskarı  və  təşkilat-
çısı olmusunuz. Azərbaycan dilinə bir yazar kimi münasibə-
tiniz necədir? Azərbaycan dili ciddi bədii mətn yaratmaqçün 
nə  dərəcədə yararlıdır? Dilimizin imkanları  təfəkkürün sər-
hədlərini “sıxmır” ki? 
Kamal Abdulla. Maraqlı düşünürsən. Məncə, sən öz 
fəhminlə indi çox ciddi bir nəzəri dilçilik problemini tuta bil-
din. XIX əsrdə bununla ilk dəfə görkəmli alman alimi Vil-
helm fon Humbolt məşğul olmuşdu. Bu gün dil ilə  təfək-
kürün mürəkkəb və heç də birmənalı olmayan münasibətləri 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə