Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   31   32   33   34   35   36   37   38   39

 
155 
dönə oxumaqdan usanmırdım) tələbəlik illərinə çatana qədər 
pis bilmədiyim yunan mifoloji sistemi ilə uyğun müqayisələr 
aparmaq barədə düşünüm. İki xətt beləcə birləşdi. 
Salam. Adətən, “Dədə Qorqud” mövzusuna müraciət 
edənlər onun boylarını olduğu kimi təsvir eləyib. Siz isə, cə-
sarətlə demək olar ki, yeni boylar yaratmısınız. “Yarımçıq 
əlyazma” romanında “At bazarı”nı, “Günortac”ı, “Selləmə 
çayı”nı  məkan kimi verməklə “Dədə Qorqud” cəmiyyətini 
şəhərləşdirmisiniz. Bu şəhərin hətta qala divarları da var. 
Gözətçiləri var. Xan sarayı var. Qılbaşı var. Bir çox obrazla-
rın, məsələn,  Şirşəmsəddin obrazının miqyasını böyütmü-
sünüz... 
Etimad. Gözümüz önündə, həqiqətən, bir Oğuz cənga-
vəri canlanır. Dastanda hər boy bir qəhrəmana həsr edilmiş-
dir.  Şirşəmsəddin adlı igidin isə adı bir dəfə “ümumi si-
yahı”da çəkilir. “Yarımçıq  əlyazma”  Şirşəmsəddin obrazını 
ədəbiyyatımıza qazandırdı. 
Kamal Abdulla.  Şirşəmsəddini, həqiqətən, sevə-sevə 
yazdım. Mən belə deyərdim: "Yarımçıq əlyazma" Dastanda-
kı epizodik obrazların romanıdır. 
Etimad. “Yarımçıq  əlyazma”  Şirşəmsəddin kimi heç-
dən yaranmış personajlardan başqa, Salam bunu qeyd etdi, 
heçdən yaranmış məkan konturlarına da malikdir... 
Kamal Abdulla. Qədim oğuzların – türklərin, tütkmən-
lərin, Azərbaycan türklərinin və bir sıra başqa xalqların əc-
dadları çox zəngin bir həyat tərzi sürüblər. “Dədə Qorqud” 
dastanları bu həyatın ancaq eskizləşmiş  işarətləridir.  Əslin-
də, bütün xalqlar öz tarixlərini yaşamları ilə yazıblar – ta 


 
156 
qədimdən bu günə qədər. Bəzi xalqların bəzi nümayəndələri 
isə öz xalqlarının tarixinə, belə deyək: “əl gəzdiriblər”, mü-
əyyən, bəzən çox ciddi boşluqları doldurublar. Amma bu, 
indi baş verməyib, iki-üç əsr, bəlkə, hələ bir az da ondan 
əvvəl baş verib. Və indi o doldurulmuş məqamlara hamı ina-
nır. Biz isə bu məsələdə əməlli-başlı gecikmişik və o düzə-
lişləri indi-indi “elmi” şəkildə həyata keçirmək istəyirik. Bu, 
bizə müyəssər olmur. Alınmır. Elmi şəkildə buna inanmaq, 
hələ başqalarını da buna inandırmaq artıq çox gecdir, ətrafı-
mızda hamı "ayılıb". Tarixi əvvəllər yazmaq lazım idi. Hər 
kəs öz tarixi ilə məşğul olanda. 
Salam. Bəs bu gün nə etməli? 
Kamal Abdulla. Bu gün biz həmən doldurmaq istədik-
lərimizi bədiiyyat sahəsində həyata keçirə bilərik. Boşluqlar 
(potensiya  şəklində) bizim dastanlarımızda, nağıllarımızda, 
əfsanələrimizdədi. “Dədə Qorqud” dastanı kimi mətnlər bi-
zim üçün bir tramplin, bir fundament olmalıdır. Yeni süjet-
lərə, yeni istiqamətlərə çıxmaq – məqsəd budur. Bu dastanı 
olduğu kimi təkrar etməyə (dediyim kimi başqa ədəbi janr-
larda) nə hacət?! Bu dastanın qollarını, şaxələrini aparıb ge-
niş dünyaya çıxarmaq gərəkir. Onun mayasını istədiyin  şə-
kildə, məsələn, güclü avtoritar dövlət və iyerarxiyaya, şəhər 
mədəniyyəti çərçivəsinə, ağa və vassal münasibətlərinə vur-
maqla və onları bərpa etməklə lokal tariximizə, ən vacibi – 
Tarixə pərçimləmək lazımdır. Dastanı bu torpağa – Günorta-
ca, Düzəngah yoluna, Selləmə çayına, At meydanına bağla-
maq lazımdır. Selləmə adlı çay olmayıbsa, onu uydurmaq la-
zımdır, bu qədər. Bütün başqa söhbətlər diletant və demoqo-
giya alanına aiddir. 


 
157 
Heç düşünmüsən ki, nə üçün “Dədə Qorqud” dastanı 
çox-çox qədim dövrün və hətta dövrlərin ədəbi məhsulu ola-
ola orta əsrlərdə, daha sonra isə intibah və maarifçilik zama-
nında ictimai şüurumuza daxil olmadı?! Heç bir klassik-
imizdə bu Dastana işarə belə yoxdu. Bir Axundovda nəsə 
xırda bir ştrix var. Niyə? 
Salam. Doğrudanmı, bu belədir? Bəlkə... 
Etimad.  Bəlkə, deyirlər ki, şifahi söz yaradıcılığı nü-
munəsidir, ona görə? 
Kamal Abdulla. Xeyr, əsla ona görə yox ki, bizim das-
tan yaşamını  şifahi  şəkildə sürürdü. Bu bir bəhanədir və 
çağrılmış bayatıdır. Homer şifahi şəkildə o boyda iki nəhəng 
aysberqi ("İliada"nı və "Odisseya"nı) “doğdu” və onlar Ya-
zıya qədər üzə-üzə gəlib çıxdılar. “Dədə Qorqud” dastanları 
Homer dastanlarının Oğuz müstəvisindəki təqdimidi həm də. 
Niyə o yaşadı, bu – yox?! Çünki nə orta əsrlərdə, nə də XX 
əsrdə biz bu Dastana sahib çıxmadıq. Nəsihətlərinə qulaq 
asmadıq, ənənələrini unutduq. Nə adları babalarımızın, nənə-
lərimizin adı oldu, nə də etik-əxlaqi yasaqlarına riayət etdik. 
Elə bircə “qarı düşmən dost olmaz” ifadəsi nəyə desən də-
yər. Biz bu ifadəni hər dəfə sonradan – "qarı düşmən"lə növ-
bəti dostluq qurub növbəti dəfə  pəjmürdə olandan sonra 
xatırlamırıqmı?! 
Aqata Kristinin məşhur qəhrəmanının adı yadınızda-
mı?! Puaro. Bu – soyadı, bəs adı nə idi Puaronun? Erkül. Er-
kül adı sizə bir şey deyirmi?! Bəli, bəli, Erkül Heraklın avro-
palaşmış (fransızlaşmış) variantıdır. Yaxud, Coysun “Ulis”i-
ni götürək. O, özündə Odissey adını yaşadır. Romalılar 
Odisseyə Ulis deyirdilər. Avropalıların bədii-ictimai  şüur 


 
158 
tarixinin hansı nöqtəsinə baxırsan bax, mifoloji keçmişin iz-
lərini görəcəksən. 
Hələ orta əsrlərdə bütpərəst Aristotelin (daha çox qeyri-
katolik məkanda) və bütpərəst Platonun (daha çox katolik 
məkanda) ideyalarına  əməlli-başlı  səcdə edirdilər. Düzdür, 
XII  əsrdə artıq bu səcdə Aristotelin xeyrinə xeyli dəyişdi. 
Amma yenə  də  əsl qəhrəmanlıq odu ki, bu ehtiram və  mə-
həbbəti avropalılar ilk orta çağlardan bu günə kimi kilsənin 
və dinin formal qadağalarına rəğmən (bütpərəstlik və onun 
mədəniyyəti məsələsi!) yaşatdılar. Qadağalar isə amansız 
idi. 
Dante nahaqdan antik filosof və yazarları öz “İlahi 
komediya”sında cəhənnəmdə yerləşdirməmişdi – Vergili 
istisna ilə. Nə üçün Vergili istisna idi – bunun öz maraqlı sə-
bəbi var. İsa peyğəmbərin doğumu ilə bağlıdır. Vergili şeir-
lərinin birində yaxın bir zamanda dünyanı xilas edəcək bir 
peyğəmbərin doğuluşunu öncəgörlüklə qələmə almışdı. Bəl-
kə də, o, konkret heç kimi nəzərdə tutmurdu. Amma qırx il 
sonra həqiqətən İsa peygəmbər doğuldu. Xristianlıq bu öncə-
görlüyün borcunu ödədi. Vergili yeganə qadağan edilməyən 
antik (yəni, bütpərəst) dövr şairi oldu. Bütün antik dövrdən, 
sadəcə  –  Vergili! Təkcə o, xristianlığın rəsmi baryerini ke-
çə bildi. Baryer isə demək olar ki, keçilməz idi. Avropa bu 
keçilməz baryeri qeyri-rəsmi  şəkildə (adamların ürək və 
beyinlərinin diqtəsi ilə) keçdi. Bu, çox mürəkkəb və  gərgin 
bir prosesin nəticəsində baş verdi. Demək istədiyim odur ki, 
Avropa və eləcə  də dünya antik dövr mədəniyyətini həm 
gizli şəkildə (orta əsrlərdə – qeyri-rəsmi), həm də aşkar şə-
kildə (İntibah dövründən üzü bu yana  –  rəsmi) yaşatdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə