Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   31   32   33   34   35   36   37   38   39

 
137 
Kamal Abdulla. Düşünəndə ki, ölkələr var, orada 
Azərbaycanı heç də hamı tanımır, amma o ölkəyə “Yarımçıq 
Əlyazma” vasitəsilə  Dədə Qorqud, Şah  İsmayıl qədəm qo-
yublar (mən yalançı  təvazökar olmaq istəmirəm), bu, məni 
və mənim adlı-sanlı qələm yoldaşlarımı sevindirməyə bilmir. 
Xalq yazıçısı Elçin “Yarımçıq Əlyazma”nın Braziliyada por-
tuqal dilində nəşrini müstəqil dövlətimizin uğuru sayır və bu, 
mənim üçün çox qiymətlidir. Yaxud, Anar bu roman müna-
sibətilə təkcə Azərbaycan ədəbiyyatını deyil, bütün türk ədə-
biyyatını təbrik edir – mən yenə sevinirəm. 
Ümumiyyətlə, “Yarımçıq Əlyazma” məni çox sevindi-
rib. Baxmayaraq ki, şəxsən mən “Sehrbazlar dərəsi”ni, 
"Unutmağa kimsə yox"u heç də az qiymətləndirmirəm, bax-
mayaraq ki, kiçik də olsa hər hekayəm (məsələn, “Çəngəl 
çiçəyi”, “Adı özündən uzun Gülü qah-qah xanımın nağılı” 
və yaxud “Adaşlar”) “Yarımçıq Əlyazma” qədər mənə əziz-
dir, amma bu roman mənim ilk ciddi, Elçinin sözü ilə desəm, 
roman kimi ciddi janrda, ilk bədii “bəyanatım” oldu. Və mən 
Fransada Nansi şəhəri Universitetinin kitab dükanında qə-
şəngüzlü kitablara heyranlıqla baxdığım yerdə  qəflətən on-
ların arasında “Yarımçıq  əlyazma”nın fransız nəşrini gö-
rəndə sevinən kimi (dünyalarca!) hələ çap olunmamış, amma 
bitmiş, hələ adı belə olmayan hekayəmə də eləcə sevinirəm. 
Yaxud Türkiyənin məşhur “Cümhuriyyət” qəzetinin “Kitab” 
əlavəsi, Moskvanın “İnostrannaya literatura”sı, “Literaturna-
ya qazeta”sı, PEN-klubu, Parisin İnalko Universiteti, Mayns 
Universitetinin Şərqşünaslıq fakültəsi... təqdimatlar, müzaki-
rələr, ədəbi münasibət... Səmimi sözümdü, bütün bu hallarda 
söhbət təkcə  məndən getmir, mən bir çıxış nöqtəsiyəm, 
söhbət Azərbaycan ədəbiyyatından gedir, bu ədəbiyyatın və 


 
138 
tarixin köklü mövzularından (Dədə Qorquddan, Şah  İsma-
yıldan), müasir baxış bucağından... gedir. 
“Yarımçıq əlyazma”nın Braziliya nəşrinə ön sözün mü-
əllifi məşhur  ədəbiyyatşünas professor Sutha Svarnakar ya-
zır ki, mən bu romanı oxuyandan sonra Azərbaycana və 
onun ədəbiyyatına vuruldum. Və yaxud mənə Fransadan bir 
iqtisad professoru (cənab Andrea Brinyon) yazanda ki, mən 
sizin  ədəbiyyatı tanımıram, amma romanınızı maraqla oxu-
dum və Dədə Qorqud, qədim Oğuz padşahlığı, cəngavərləri, 
Oğuz dünyası məndə bu, bu, bu... hisləri oyatdı və sonra bi-
zim kənardan çox ləyaqətli görünən mənəvi obrazımız o pro-
fessor tərəfindən cızılır – bu, o deməkdir ki, “calaq” tutdu. 
İndi kimsə  məni qeyri-təvazökarlıqda qınamağa tələsməsin. 
Fakt budur. 
Salam. Bəs vətəndə? Vətəndə “calaq” tutdumu? 
Kamal Abdulla. Roman haqqında, siz də bunu bilir-
siniz, çox yazdılar. Mənim özümün xoşuma gələn ifadədir: 
ağlına gələn ağlına gələni, ağzına gələn ağzına gələni yazdı. 
Amma mənim üçün qiymətli olan başqa  şeydir. Qiymətli 
olan odur ki, öz ədəbiyyatından hər hansı səbəbə görə uzaq 
düşmüş bəzi həmvətənlər də (həm xaricdə, həm də elə bur-
da) mənə dedilər ki, onlar “Yarımçıq əlyazma”dan sonra bir 
daha (bəziləri isə ilk dəfə) gedib “Dədə Qorqud” dastanını 
oxumaq istədilər və oxudular – romandakılarla müqayisə 
üçün. Yəni, “həqiqətənmi bütün bunlar bu cür baş verib?!” – 
onlara bu sual rahatlıq vermirmiş. Müqayisə momenti imkan 
verir ki, bayaq dediyim kimi müqayisə edilənlərin daha dərin 
dərki ilə məşğul olasan. “Həqiqətənmi hər şey bu cür olub, 


 
139 
bu cür başlanıb?..” Bu düşüncələr qiymətli və faydalıdır. Bu, 
mənə bəsdir. 
Etimad. Son dövrlər qələmə alınmış irihəcmli əsərlərin 
içərisində istər ədəbi mühitdə, istərsə də daha geniş çevrələr-
də  ən çox rezonans doğuran məhz “Yarımçıq  əlyazma” ro-
manı oldu. Siz bu romanın bu qədər geniş müzakirələrə 
səbəb olacağını təxmin edirdinizmi? 
Roman ədəbi mühitdə, ümumiyyətlə, ictimai fikirdə bu 
cür çalxalanmalara nə  qədər ehtiyac olduğunu üzə  çıxardı. 
Ən azından ədəbiyyat haqqında bəsit, həlməşik təsəvvürlərlə 
gerçək elmi, filoloji fikrin arasındakı  məsafənin nə  qədər 
böyük olduğu aydınlaşdı. Sizə elə  gəlmirmi ki, əslində, bu 
insanlarımız heç də tarixin “təhrif” olunmasından yana qeyz-
lənmirdilər; tarixin gerçəkdən də  təhrif olunduğu məqamlar 
həyatımızda, elmi ədəbiyyatımızda kefin istəyən qədərdir. 
Lakin onlara qarşı bu cür şiddətli təpki göstərmir həmin 
adamlar. Mənə elə gəlir ki, bu, sadəcə, ümumi fonda seçilən 
fərqli bir nəsrin doğurduğu qıcığın ifadəsi idi. Bəsit, özünü 
doğrulda bilməyən təfəkkür sağına-soluna baxıb eni-uzunu 
özünə uyğun olan subyektləri görüncə rahatlanır. Bu sıranı 
pozan adamları gördükdə isə bunu sinirməkdə zorluq çək-
məyə başlayır. Bütün bunlar haqqında nə düşünürsünüz? 
Kamal Abdulla. Düşünürəm ki, sənin dediklərində hə-
qiqət var. “Yarımçıq  əlyazma” haqsız tənqidin gur diqqət 
obyektində olduğu vaxt idi, növbəti  əsassız, hətta bədxah 
tənqiddən sonra mənə gizli qalib ədasıyla baxan bir “yazar”a 
(bəlkə də, “şairə”) dedim ki, məndə belə bir məlumat var ki, 
bu romanı  tənqid etdikcə onu oxuyanların sayı artır, kitabı 
mağazalarda daha çox soruşurlar. Bu sözdə bir həqiqət də 


 
140 
var idi. Susdu, bir söz demədi. Onun özü də roman ətrafın-
dakı cəfəngiyatı təşkil edənlərdən biri idi. "Cəfəngiyat" bun-
dan sonra sayca xeyli azaldı. 
Deməli, məsələ sən deyən kimidir, prinsiplərdən danış-
maq hələ prinsiplərə riayət etmək deyil. Riayət etmək müəy-
yən adamlar üçün "xam xəyal"dır, bu, onla-rın qeyri-yetkin, 
infantil təfəkkürləri üçün hələ çox tezdir. Ümumiyyətlə isə 
bu günə qədər yüzə yaxın yazı ortaya çıxdı... Mən demişəm, 
yenə  də  təkrar edirəm (situasiyanı gözəl təsvir edir, onun-
çün): bu romanla bağlı  ağlına gələn ağlına gələni yazdı  və 
yazacaq, ağzına gələn ağzına gələni. 
Şah  İsmayıl Xətainin təəssübünü çəkənlərdən hansı 
idisə, məni hətta vətən xaini adlandırdı − nə az, nə çox!.. Be-
lə bir fond varmış: Xətai fondu, bu adam da o fondun ya rəh-
bəri idi, ya da rəhbərlərindən biri. Aqil Abbası onun ittihamı 
bərk qəzəbləndirmişdi, yazdı ki, nə yaxşı, Kamal Abdulla bu 
romanı yazdı, biz də bildik ki, ölkədə Xətai fondu var. 
Biri də yazmışdı ki, bizdə casus ola bilməz, bu uydur-
madı, təhqirdi, daha nə bilim nədi.  Əlbəttə, uydurmadı,  əl-
bəttə, təhqir deyil, amma bizdə casus da ola bilər, xain də. 
Fəxrlə demək istədiyim bir şey də var. Məndən bu gün 
də soruşanlar tapılır: “Bu Əlyazma həqiqətən varmıdır, yox-
mudur?!” Özü də  ağıllı adamlar bunu soruşur. Bundan bö-
yük mükafat ola bilərmi?! Belə bir məqamı burda siz də yad 
etdiniz ki, Türkiyə universitetlərinin birində çalışan bir 
ədəbiyyatşünas-alim bu kitabı oxuyandan sonra sevincək 
məqalə yazıb və onu elmi jurnallardan birində çap etdirib. 
Amma məqalə "Yarımçıq əlyazma" romanı barədə olmayıb. 
Bu məqalə Kamal Abdullanın "tapdığı yeni bir Dədə Qorqud 
boyu" haqda olub. Məqalədə bu "tapılmış" boyun dil və 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə