Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

 
79 
qəribə qurama yaradıcı adam üçün ən vacib olan ünsiyyət və 
ciddi  ədəbi mühit ehtiyaclarını çox gözəl  şəkildə öz tim-
salında ödəyirdi. Litinstitutu bitirmiş yazıçılara o dövr sovet 
məkanında, xüsusilə, Moskvada özləri üçün tərcüməçi və ya 
naşir və ya ədəbi hami tapmaq o qədər də  çətin olmurdu – 
onların çoxu əski kurs yoldaşları idilər – bir yerdə yarıəyyaş 
həyat sürmüşdülər, yeyib-içmişdilər, bir yerdə ədəbi məclis-
lər keçirmişdilər... 
Sonralar müxtəlif sovet respublikalarından olan bu mə-
zunlar sovet məfkurəsinin Litinstitutda yaranmış, yaxud 
onun süzgəcindən keçirilmiş bir çox dəyər və həqiqətlərinin 
öz vətənlərində  təbliğatçılarına çevrildilər. Bu dəyər və  hə-
qiqətlər, hətta ənənələşməyə də başladı. Mənə indi elə gəlir 
ki, onlar, əslində, əməlli-başlı uydurmalar idilər – Litinstitut 
uydurmaları. Kurslardakı  ədəbi söhbətlərin, diskussiyaların 
nəticəsində  gənc və ehtiraslı beyinlərdə  həkk olunmuş kurs 
rəhbərlərinin uydurduqları o dəyərlər bir çox Litinstitut mə-
zununda obyektivcəsinə mövcud olmalı ciddi filoloji hazır-
lığın yoxluğunu yaxşı ört-basdır edə bilirdi. Bu, əsas şərtdir 
və elə buna görə də o uydurmalar ədəbi dəyər kimi bir çox-
larının (Litinstitut məzunlarının) indi də  bəsit intellektual 
arsenalında qorunub «bəh-bəh»lə saxlanılır. 
Onların içərisində  ən  əcaib görünəni "səmimiyyət"lə 
bağlıdır. Əsər müəllifi üçün "səmimidir" və ya "səmimi de-
yil" yarlıkları,  əslində, nə deməkdir – mən "Tarixi-Nadir"i 
yarıyacan oxumuşam, amma, vallah, bilmirəm. Yəni, nə de-
mək istəyirlər – bu, fəhmlə götürsək, az-çox aydındır. Am-
ma, məsələn, Nizamiyə bu meyar nə şəkildə uyğun gələrdi?! 
Və yaxud ucalıqdan bir qədər enək - Qövsi Təbriziyə necə?! 
Səmimiyyətlə bağlı biz bir az əvvəl geniş danışmışdıq və in-


 
80
di bunu bir az da uzatmaq istəmirəm. Ciddi araşdırma, təd-
qiq meyarlarından uzaq olan şəxslər bu "səmimiyyət" sözü-
nün quyruğundan bərk-bərk yapışmışdılar və onu, az qala, 
ədəbiyyatşünaslıq termininə çevirirdilər. Bilik dairəsinin, 
intellektual dəyərləndirmənin məhdudluğunu, açıq və kəskin 
desəm, bu sözlə malalamaq istəyirdilər. 
Səmimi olmağı  həyatda, təkrar edirəm, başa düşmək 
mümkündür. Ədəbiyyatda isə belə bir dəyərləndirmə meya-
rını qəbul etmək çətindir. Hardasa belə çıxır ki, Füzuli məh-
rumiyyətlər içində olduğu üçün səmimidir, amma Vaqif xan 
vəziri olub sarayda yaşadığı üçün – yox?? Höte Veymarda 
nazir olarkən (Vaqiflə təxminən eyni dövrdə) səmimi idimi? 
Bəzən elə  çıxır ki “acından ölənlər” daha səmimi olublar, 
toxlar və harınlar – yox. O zaman həyatını təmtəraq və dəb-
dəbə içərisində yaşayan böyük bir sənətkarlar ordusu necə, 
nə cür olsun?.. Zəngin, amma talesiz Marsel Prustu harda 
"gizlədək?!" Casus Bomarşeni nə edək?! Bir söz, bütün yu-
xarıda sadalanan "iddia"lar ədəbi demoqogika alanındandır. 
Növbəti və heç də az qorxulu olmayan digər meyar, bu 
da, elə bilirəm, məxəzcə Litinstituta gedib çıxır, normal ada-
mın dodağına təbəssüm gətirən "ürəkdən gəlir, yoxsa beyin-
dən?!" uydurmasıdır. Bu dilemma da, əslində, bədii məhsu-
lun ciddi dəyərləndirilməsinə son nəticədə heç nə  əlavə 
etmir. Subyektiv psixoloji dəyərləndirmənin məxəzcə qeyri-
məlum nöqtəsinə, dərəcəsinə aparan qeyri-konstruktiv söh-
bətdir. Yaxşı, tutalım ki, "günəş  çıxdı, günəş batdı" ifadəsi 
Ptolemey məntiqinin danışıqdakı loru təzahürüdür. Biz 
Kopernik kimi düşünüb Ptolemey kimi danışırıq. Bəs bu 
ürək-beyin fərqini ki, dərk edirik, onda «ürəkdən gələn nə 
var?!» sualının “Heç nə” cavabını yaxşı bilən fizioloqlar ni-


 
81 
yə biz ədəbiyyat  əhlinə bir «likbez» keçmirlər?! Yenə  də 
qeyri-dəqiqlik vasitəsilə qeyri-professionallığın ört-basdır 
edilməsi ilə üz-üzəyik. Təmiz Litinstitut məhsulu! 
«Ədəbiyyat həyatı doğru  əks etməlidir!» Bu da sənin 
üçün növbəti uydurma. Bütün düşünən adamları bir Prokrust 
çarpayısına uzandırmaq cəhdi. Hamımız həyatı eyni cür 
(hamı üçün doğru olan – eynidir???) görməliyik. Axı niyə?! 
Əzizim, mən inanıram ki, inanmaq istəyirəm ki, hər bir ada-
mın öz həqiqəti var. Nə qədər adam varsa, o qədər də həqi-
qət var. Bəlkə də, o qədər dünya var. Bəlkə, o qədər tarix və 
zaman var. Həyatı doğru  əksetmə isə yeganə imkan məqa-
mını nəzərdə tutur. 
Digər tərəfdən. “Həyatı doğru əks edən ədəbiyyat” axı 
mənim nəyimə  gərəkdir, bu informasiyanı axı  mən yaşa-
dığım həyatdan və ya tarix kitabından öyrənə bilərəm. Nits-
şenin gözəl bir sözü var, deyir ki, incəsənət, o cümlədən, tə-
bii ki, ədəbiyyat bizə verilib ki, biz həqiqətin  əlində  məhv 
olmayaq. Deməli, ədəbiyyat Nitsşeyə görə mübarizə vasitə-
sidir. Həqiqətlə, yəni həyatla  mübarizə vasitəsi! Bəlkə  də, 
ədəbiyyatın əsl missiyası elə budur. 
Mən bir dəfə yazanda ki, ədəbiyyatın mayasında qan 
durur – mənə çox qızdılar, kəskin etirazlar yağdı, məhəbbət, 
sevgi kimi yüksək, dəbdəbəli sözlər dərin şəfqət hissi ilə bir 
daha yada düşdü və s. və i.a. Amma mənim də opponentləri-
mə bir sualım var. Qanlı Troya müharibəsi olmasaydı, Ho-
merin "İliada"sı yaranardımı?! Bizim zəmində bu minvalla 
yada "Kitabi-Dədə Qorqud" dastanı düşür. Nümunələr zən-
ciri sonsuzdur, uzanıb gedir... 
Digər uydurmalar barədə. «Ədəbiyyat xalq üçündür», 
«müasirlik duyumu», «forma, yaxud məzmun?» – bunlar da 


 
82
Litinstitutun hazırladığı peşəkar tənqidçilərin on illər ərzində 
oxuduqları  ədəbiyyat dərslərinin siyasi canını  təşkil edən 
uydurma çıxış nöqtələrdir. 
Ədəbiyyat heç vaxt xalq üçün (nəticədə yenə  də oxu-
cuya gəlib çıxırıq), yəni, oxucu üçün yaranmır. Mən buna 
qəti əminəm. "Hamı üçün yazmaq" da hətta xalq üçün yaz-
maq deyil. Oxucu ədəbi prosesin son dərəcə vacib nöqtəsi-
dir, amma əsəri (!) oxucu üçün də yazmırlar. Məsələyə başqa 
yöndən yanaşaq. Tutalım ki, əsər xalq üçün yazıla bilər, am-
ma əsər xalq üçün yaranmaz. Bunlar başqa-başqa şeylərdir. 
Mənə görə özün-özün üçün yaradırsan. Amma sonralar o 
yaradılan (o da övlad kimidi) başlayır öz müstəqil həyatını 
yaşamağa. Xalq onun yadına belə düşmür, amma ayrı-ayrı 
həqiqi sənət xiridarları onu, əlbəttə ki, düşündürür. Ədəbiy-
yat Laokoonu xatırladır. Ona dörd bir tərəfdən sarmaşan 
ilanlar isə – ədəbi uydurmalar kimi... 
«Ədəbiyyatda müasirlik duyumu» – bu da növbəti uy-
durma. «Kənd və  şəhər» prozası – uydurma, barmaqdan 
problem sormaq. Bütün bu məsələlər ətrafında, bilirsiniz, nə 
qədər elmi dissertasiyalar yazılır, müdafiələr edilir?! Amma 
nə olursa olsun, bunların (bu tədqiqatların) heç biri, tutalım, 
Azərbaycan ədəbiyyatının hər hansı nümunəsini dünya ədə-
biyyatının – qədim antik dövrdən, qədim Misir, hind, Çin, 
İran, türk mədəniyyətlərinin məxəzindən gələn, bu gün bir 
çox duyum və  təqdim prinsiplərindən  şaxələnən, «izmlərə» 
bölünən, birləşən, yenə ayrılan, yenə birləşən dünya ədəbiy-
yatının o möhtəşəm və mürəkkəb mənzərəsinin fonunda 
onun bir elementi kimi təsəvvür etməyə imkan vermir. Azər-
baycan ədəbiyyatını bu imkandan “azad” etməliyik. Çünki o 
uydurmalar əsl tədqiqin yönünü, dərinliyini azdırır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə