Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

 
67 
əmizi dərindən maraqlandırmayıb. Bir tək Füzuli istisna 
olmaqla. Bayaqkı beyti bir daha yada salmaq istərdim: 
Həm ver mənə qəm yemək kamali, 
Həm dünyanı qəmdən eylə xali. 
Dünya qəmini öz qəlbinə köçürməklə dünyanın təmiz-
lənməsinə can atmaq və bu zaman özünü qurban vermək – 
Füzuli budur! Füzuli hıçqırıqlar içində “Şəbi-hicran”... deyil, 
ya da təkcə “Şəbi-hicran” deyil. 
Bir məsələni də istəyirəm, qeyd edim. Mənim bu dedi-
yim “ədəbiyyatımızda günah hissi, özünü qurban etmək an-
layışı olmayıb” sözlərimə qarşı kimsə orta əsrlərdən və ya 
günümüzdən mənim adını belə  eşitmədiyim hansısa “bəxti-
qara” şairi tapıb «bax, bu şair bu beytində günahını boynuna 
alıb və sənin dediyin doğru deyil» ittihamını, bəlkə də, irəli 
sürə bilər. Yaxud “qurban olum, fəda olum, canımı verim” 
kimi saysız və bir o qədər də duzsuz-dəyərsiz misraları nü-
munə gətirib mənə etiraz edə bilər. Mən onu inandırmaya bi-
lərəm. 
Amma! Rəhmətlik və unudulmaz Vaqif İbrahimoğlu 
demışkən, "amma və lakin"!! Öz "lokal" günahını boynuna 
alıb öz içini yeyə-yeyə, özünü didə-didə cəzanı çəkmək – bir 
tərəfdən, Füzuli kimi dünyanın günahını çiyninə götürüb bu 
nəhəng cəzanı çəkməyə hazır olmaq – bu biri tərəfdən! Bun-
lar, əlbəttə ki, başqa-başqa ölçülər, başqa-başqa müstəvilər-
dir. Və buradan çıxış edərsək, təəssüf ki, fakt bundan ibarət 
olacaq ki, bütövlükdə  ədəbiyyat üçün son dərəcə  cəlbedici 
və insanlıq üçün çox normal bir təkamül və katarsis amili 
olan bu duyğu məkanı bizdə  ardıcıl,  düşünülmüş  və  sis-
temli şəkildə ortaya çıxa bilməyib. Vəssalam. 


 
68
 
 
“Azərbaycan–dünyam mənim!” −?.. 
 
 
 
 
Etimad.  İstəyirəm, heç bir şərh vermədən 
«gözlənilməz» bir sual verim. Azərbaycan – si-
zin üçün nədir? 
Kamal Abdulla. Azərbaycan mənim üçün 
doğma, sevimli Azərbaycandır. Açığını deyim, 
dünya deyil, kainat deyil. Dünyanı bilməməzli-
yimizdir, dünyadan "qaçmağımızdır" gətirib bizi 
bu cür yalançı deyimlər, yalançı anlayışlar yarat-
mağa çıxarıb. Dünya ədəbiyyatından, mədəniyyətindən, 
antik ədəbiyyatdan xəbərsizliyimizdir. 
“Azərbaycan – dünyam mənim!” – müğənnilərin, "şair-
lərin" və  tədricən onlara oxşamağa başlayan bəzi "ictimai" 
və "siyasi" xadimlərin yaratdığı böyük bir "ideologiya"dır. 
Yalançı ideologiyadır. «Azərbaycan – dünyam mənim» ya-
lan ideologiyasının nəticəsidir ki, səmimiyyət, vicdan kimi 
əlavə, məhz əlavə psixoloji kriteriyalar ədəbiyyat üçün (guya 
ki, bunlarsız, ümumiyyətlə, nəsə mümkündür?!) uydurub qu-
raşdırırlar. «Azərbaycan – dünyam mənim!» aza qane ol-
maqdır, daha nəyəsə can atmamaqdır, dünyadan qaçmaqdır. 
Nəticədə, yenə  də bizim milli tənbəllik manifestimizdir. 
Azərbaycana dünyanı  gətirmək olar, amma bununla kifa-
yətlənmək artıq natamamlıq kompleksidir. Azərbaycan və 
    4-úö ìÿãàì 


 
69 
dünya münasibətləri bu qəlibdə yox, əslində, başqa cür, belə 
cılız yox, yəni «Azərbaycan – dünyam mənim» kimi yox, 
təxminən, “dünyada Azərbaycan varmı və varsa, bu mənzə-
rənin zəif siluetini hansı boyalarla gücləndirə bilərik?” 
şəklində formalaşmalı idi. 
Ümumiyyətlə, biz özümüz qəribə-qəribə ideoloji diver-
santlar yaradıb sonra da özümüzdən xəbərsiz onların əsirinə 
çevrilmişik. «Azərbaycan – dünyam mənim» bu qəbildən 
olan bir diversant anlayışdır.  Əslində,  əxlaq tərzidir. Hər 
nədirsə, bayağıdır. Bu, bizim toylarımız və yaslarımızdır. 
Bu, bizim küçədə, bulvarda özümüzü aparmağımızdır, bir 
addımlığımızda duran adamla heç bir ehtiyac olmadığı halda 
qışqıra-qışqıra danışmağımızdır. Bu, bizim ulu babamız Fü-
zulinin “salam”la bağlı əbədiyaşar formuludur. Küçədə bia-
bırçı bir tərzdə maşın sürməyimiz, TV-lərdə  şoulardır. Bu, 
bizim beynimizə yerimiş bir sıra şablonlardır. Siz heç bir in-
gilisə rast gəldinizmi ki, özünə Robin Qudun nəvəsi desin? 
Bir rus görmüsünüzmü, ən çılğın məqamda belə özünü Pu-
qaçovun, Razinin, lap elə Böyük Pyotrun nəvəsi, nəticəsi ki-
mi simvollaşdırsın?! “Azərbaycan – dünyam mənim” bizi 
Koroğlunun, Babəkin nəvələrinə çevirib. Biz öz doğma ba-
balarımızı, az qala, unutmuşuq. Xüsusi izahata ehtiyac yox-
dur. «Rumi ki dedin – qəziyyə məlum». 
Etimad. Kamal müəllim, sizin bu fikirlərinizi bölüşmə-
mək mümkün deyil, hərçənd belələri də tapılacaq. «Koroğ-
lunun oğluyam…» tipli əttökən mahnı  nəqəratları  nəyə he-
sablanıb, başa düşülmür. Gözəl  şair və fikir adamı Artur 
Rembo – onun təkcə «Sərxoş gəmi» şeri nəyə desən dəyər – 
deyirdi ki, sən öz xalqını tanıyana qədər bir adamsan, tanı-


 
70
dıqdan sonra isə tamamilə başqa birisi. Mənə elə  gəlir ki, 
naftalin qoxuyan ədəbi priyomlardan istifadə etməklə bu cür 
mahnıları ərsəyə gətirənlər hələ başqa birisinə çevrilə bilmə-
yənlərdir. Buna onların ehtiyacları da yoxdur, işin dramatik 
tərəfi də bundadır. Necə ki mollalar yas yerində özlərini su-
da balıq kimi hiss edirlər, eləcə də bizim bir çox «sənətkar»-
larımız hay-hayı gedib, vay-vayı qalmış şablonların içərisin-
dən, ölü dəyərlərin qəbiristanlığından ayaqlarını çölə qoy-
maq istəmirlər. 
Salam.  Bir  az  da  Azərbaycanda yazıçılarımızın həyati 
problemlərindən danışaq. Aydın görünür ki, ədəbi mühitdə 
bir xaos, bir çaşqınlıq var. Fakt ondan ibarətdir ki, xeyli say-
da problemlərin yaranması yeni ictimai-siyasi və yeni 
iqtisadi sistemə keçidlə bağlıdır. Və təbiidir ki, bu dəyişiklik 
ən çox gənc nəsli haqlayıb.  Əvvəla, bazar iqtisadiyyatına 
keçdik və ədəbiyyat əvvəlki sabit maliyyə mənbəyini itirdi, 
kitabların dövlət hesabına nəşri, yaxşı qonorar, yazıçının qə-
ləmdən çörək çıxardığı vaxt arxada qaldı.  İkincisi, sovet 
ideologiya maşınının cəmiyyətlə ədəbiyyat arasında yaratdı-
ğı mexanizm doğulub, indi artıq romantik aura və bu amil-
dən qidalanan oxucu aktivliyi də yoxdur. İndiki gəncliyin 
çaşqınlığına səbəb də bu qəfil dəyişiklikdir.  Şübhəsiz ki, 
dövlətin yazıçı qarşısında heç bir öhdəçiliyi yoxdur, yazıçı-
nın dövlətdən nəsə umması da qeyri-məntiqidir.  Ədəbiyyat 
adamı yeni dövrün qaydalarına adaptasiya olmalıdır. Mən də 
bilirəm ki, gec-tez yeni tələblərə uyğun ədəbiyyat-cəmiyyət 
münasibətləri tənzimlənəcək. Ancaq bu proses bir az uzun 
çəkəcək axı. Necə bilirsiniz, bu tənzimləmə prosesi başa ça-
tana qədər dövlətin hansısa müvəqqəti tədbirlər görməsinə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə