Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

 
50
çox − iki, üç məna oynamalarını bir sehrbaz kimi bir-birinin 
içində gizlətməsilə böyük deyil. Füzuli Məcnunun dili ilə 
açıq-aşkar, gizlətmədən Allahına müraciətlə “bütün dünya-
nın qəmini yığ  və  mənim qəlbimdə cəm elə ki, dünyanı bu 
şəkildə qəmdən azad edəsən (“həm ver mənə qəm yemək kə-
mali, həm aləmi qəmdən eylə xali...”)" deməyilə böyükdür. 
Sözümün canı odur ki, məhz nüanslar, şübhələr bizi 
doqmalardan (yaxşı, ya pislərindən) uzaqlaşdırır. Həyatımızı 
düşüncəmiz qədər rəngarəng edir. 
Yenə, Etimad, sənin sualına qayıtmaq istəyirəm. Heç 
bir mədəniyyət ancaq özünə “isnad” etmir, edə bilməz. Biz 
kimik, daha çox Avropa mədəniyyətinin daşıyıcılarıyıq, ya 
şərq mədəniyyətinin, ya da öz milli dəyərlərimizin?! Biz bu 
hədəflərdən hansına yönəlməliyik?! ("Anamın kitabı" sin-
dromu!) Ayrı-ayrılıqda heç birinə! Bu üç hədəfin nisbəti isə 
kəskin dəyişkən ola bilər. Böyüdüyümüz mühitin təcrübəsi, 
bizim götürə bildiklərimiz bu gün, bəlkə  də, real mənzərə 
cıza bilər, amma “40 ildən sonra” mənəviyyat müstəvisində 
gəzib-gəzib yeni azad nəsil yaranandan, köhnə qul təbiətli 
nəsil yox olandan sonra mənzərə  nə cür olacaq − bunu de-
mək çətindir. İndi bizim hesablamalarımız dəqiq ola bilməz. 
Sovet dövrünün birtərəfli mədəni siyasəti inersiya ilə bu gün 
vacib olan müxtəlif hədəflərin təbii hüququnu hələ  də 
pozmaqdadır. 
Salam. Mövzunun əvvəlinə qayıtsaq, nəsillər arasında-
kı lüzumsuz mübarizə, ümid edək ki, sona çatacaq. 
Kamal Abdulla. Ümid etməyinə edək. Lüzumsuz, bar-
maqdan sorulan mübarizə heç kimə  şərəf gətirmir. Amma 
mənim son zamanlar bir məsələ diqqətimi çəkir. Nəsillərara-


 
51 
sı mübarizə  səngidikcə onun yerini bir başqa, özü də süni, 
iyrənc "mübarizə" alovları alır. Adına da əqidə mübarizəsi 
demək təhlükəsi var. Bu mübarizənin də ümumiləşdirilmiş 
formulunu çıxarmaq mümkündür. "Mən də varam" preten-
ziyası, "Sən maralnan mən maral" əxlaqı, xəbisliyin cövlanı. 
Əslində, böyük mənada  ədəbiyyata dəxli olmayan məqam-
dır. Amma kifayət qədər təhlükəli məqamdır. 
Bu mənada Anara olan son hücum cəhdləri (Şamo Arif 
adlı birisinin canfəşanlığı) çox ciddiyə çevrilə bilən, ədəbiy-
yat sərhədlərini vurub keçən provakasiyadır. Hər halda, pers-
pektiv hədəfi budur. Bu dəyirmana su tökənlər isə (sevi-
nənlər, züy tutanlar, fürsət arayanlar və suyu bir az da bulan-
dıranlar...) hansı Troya atını sürüyüb mənəviyyat məkanımı-
za gətirmək istədiklərinin fərqində deyillər. Bu, bir kəşfiy-
yatvari cəhddir. Mən belə hesab edirəm ki, Anar bu prova-
kasiyaya getməməlidir. Söhbət artıq ədəbiyyat sərhədlərinin 
içində aparılmır, söhbət hətta "yel əsdi, qoz töküldü" və "sən 
yedin, mən qaldım" səviyyəsində də getmir  –  belə olsaydı, 
dərd yarıydı. Özü də ən maraqlısı budur ki, bizim məfkurə-
mizə girib, az qala, doğmalaşan "gələcək nəsillər bizə nə de-
yər, dünənki tariximizi üzə  çıxarmasaq, sabahımız bizə  nə 
bilim nə edər?" kimi demoqogik bayılmalardan geninə-bolu-
na istifadə edilir. Siz Allah, rahat buraxın tariximizi, cənab-
lar, qoyun onunla, nəhayət, akademiyada tarixçilər məşgul 
olsun. Bəsdi, hər yerindən duran tarixçi, dilçi oldu... 
İncəliklərə varmadan fikrimi belə ümumiləşdirmək is-
tərdim. Bunu bilmək lazımdır ki, millətindən, dinindən, əqi-
dəsindən asılı olmayaraq hər kəs üçün Azərbaycan artıq bir 
vahid, monumental TALEyə çevrilib. Ağıllı adam bu cür 
düşünər. 


 
52
Etimad. Elədir. Elə ona ğörə də Azərbaycanın mənəvi 
aləmindəki müxtəliflik  ən ali mənada birtaleli Azərbaycana 
işləməlidir. 
Kamal Abdulla. Məqam papağı qabağa qoyub düşün-
mək məqamıdır. Umu-küsüləri unutmaq məqamıdır. Bu artıq 
Anar söhbəti deyil. Bu artıq millətin mənəvi varlıq söhbə-
tidir. 
 
 
 
 


 
53 
 
 
Məhşər ayağındakı suallar  
və yaxud günah hissi 
 
 
 
 
Salam.  «Kədərli seçmələr» kitabınız  şeir-
lərlə başlayır. Bu təsadüfdür, ya özünüzü daha 
çox şair hiss eləyirsiz? 
Kamal Abdulla. Bilmirəm. Yəqin ki, daha 
çox məhşər ayağında mənə veriləcək suallara 
cavab axtaran, bəzən tapan, bəzən tapmayan bir 
adam kimi özümü hiss edirəm. Bir də, əlbəttə ki, 
harmoniyaya can atan, onu öz içindən buraxmaq istəməyən 
bir adam kimi. O şeirlər, əslində, nə zamansa veriləcək sual-
lara cavablardır. Etirafdır. Getmək vaxtına əvvəlcədən hazır-
laşmaq lazımdır. Bəlkə də, bütün ömür boyu hazırlaşmaq la-
zımdır. Günahım olsa da, olmasa da, amma normal halımda 
mən özümü daha çox günahkar adam kimi hiss edirəm. Və 
daim etiraf edirəm. Soruşsan ki, nədir günahım, onu da bil-
mirəm. Günahı etiraf etməyin dili isə  şeirdir. Etiraf edən 
hökmən şeirlə danışır. 
Etimad. Məhşər ayağında veriləcək sualları elə həyatda 
ikən cavablandırmaq – çox maraqlıdır. İnsanı nikbin əhval-
ruhiyyəyə kökləyən başqa bir «kədərli seçmə» tapmaq çətin-
dir. 
  3-cö ìÿãàì 


 
54
Salam.  Bizdə bir bədbinlik də var axı. Hesab eləyirik 
ki, Azərbaycanda dünya səviyyəsində  ədəbi hadisə yoxdur. 
Düzdür, burada «özümüzdən olanları bəyənməmək, öz qəd-
rimizi bilməmək» kompleksi də  iştirak eləyir. Hətta, dün-
yaya çıxmağın yolunu ədəbiyyatımızda Qərb modellərinə 
üstünlük verilməsində görənlər də var. 
Kamal Abdulla. Biz bu barədə bir az danışdıq. Belə 
bir anlayış var: «ümumbəşəri mədəniyyət», «ümumbəşəri 
mənəvi sərvətlər xəzinəsi». Bu anlayışın içində artıq Qərb, 
Şərq,  Şimal, Cənub yoxdur. O, kompasla idarə olunan bir 
məkan deyil, o, çox spontan və gizli gedən proseslər nəticə-
sində  bəzən zərrə-zərrə, bəzən isə ton-ton yığılır, yığılır və 
nəticədə, insanlıq üçün vahid mədəniyyət xəzinəsi, mənəvi 
ləzzət mənbəyi yaranır. Məsələn, indi hansı qərbli yadına sa-
lır ki, «sıfır» anlayışı elmə  ərəblərdən gəlib?! Və yaxud 
xatırlayır ki, onun Aristoteli tanımağının səbəbkarı  ərəb 
Averroesdir?! (Əlbəttə ki, Borxesdən başqa.) Və yaxud onu 
düşündürürmü, beyninin dərinliklərində yer salan hansısa 
psixoloji modellərin əsası Çindən, yaxud türkdən gəlib?! XX 
əsrin böyük psixoanalitiki və filosofu Karl Yunqun əsərləri 
mütəxəsislərə əsas verdi ki, onun düşüncə tərzinin dərinlik-
lərində  qədim Çin pünhanlıqlarından çox şeylər var, deyə 
düşünsünlər. Hətta K.Yunqu hansısa  əvvəlki bir həyatında 
çinli kimi təsəvvür edənlər də tapıldı. 
“Şərq  Şərqdir, Qərb Qərbdir və onlar heç zaman bir-
birinin içində  əriyə bilməyəcəklər” – ingilis imperiyasının 
sədaqətli ədəbi əsgərinin bu misraları çağdaş dünyamızda da 
keçərlidirmi?! Bir qərblinin düşüncəsi bu gün buna hazırdır-
mı?! İngilis dahisinin bu misralarını, adətən, sitat gətirənlər 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə