Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

 
46
bu gün də davamı var. Bu yaxınlarda yenə həmən nəşriyyat 
"Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox..." romanları 
ilə maraqlanıb... 
Salam. Nəticə necə olub? 
Kamal Abdulla. Bu barədə danışmaq hələ bir qədər 
tezdir. Allah qoysa... 
Salam. İnşallah. 
Etimad. Siz təkcə Fransadan və Braziliyadan danış-
dınız. Misirdə və Yaponiyada da, mən bildiyim qədəri, "Ya-
rımçıq əlyazma"nın nəşrləri gözlənilir. 
Kamal Abdulla. Elədir...  İnanın mənə, mən heç bir 
qeyri-təvazökarlıq eləmirəm. Bunlar olmuş (olacaq), özü də 
mən dediyim şəkildə olmuş faktlardır. Amma bax, yenə de-
yirəm. Mən öz əlaqələrimi sizinki eləməyə həmişə hazıram. 
Etimad. Çox sağ olun. Kamal müəllim, bu yaxınlarda 
Rusiya qəzetlərindən birində maraqlı bir məqalə oxudum. 
Yazır ki, “Rus mədəniyyəti, incəsənəti və ədəbiyyatının on-
da doqquzu ümumbəşəridir, dörddə üçü Avropa dəyərlərinə 
söykənir və yalnız onda biri millidir”. Müəllif rus mədə-
niyyətinin böhran vəziyyətinə düşməsinin səbəbini məhz 
bunda görür. Bu yerdə mən Lev Tolstoyun sözlərini xatırla-
yıram. O, qətiyyən zadəgan elitasının xalqa sırıdığı stereotip-
lərin (fransız, alman, ingilis mədəniyyət qavramlarının) əley-
hinə  çıxırdı. Baxmayaraq ki, o özü də bu elitaya daxil idi. 
Tolstoy deyirdi ki, mədəniyyətin zirvəsinə xalq kütlələrinin 
içərisindən yüksəlmək lazımdır. 


 
47 
Biz bunları illah da Tolstoy deyir deyə, mütləq onunla 
razılaşmağa borclu deyilik. Amma yuxarıda qeyd etdiyim 
məqalə müəllifinin yazdıqlarının işığında Azərbaycandakı 
vəziyyət haqqında düşünərkən, bizim necə bir çıxmaza gir-
diyimizi görməmək mümkün deyil. İş burasındadır ki, biz 
Rusiyadan fərqli olaraq müsəlman ölkəsiyik. Amma gətir-
diyimiz örnəklər, sitatlar, ifadə  tərzləri  əksərən xristian – 
Avropa və ümumilikdə Qərb müəlliflərinin mətnlərinə, qərb 
xalqlarının miflərinə əsaslanır. 
Ona görə də, mənə elə gəlir ki, bizim mədəniyyətin va-
hid müstəqil bütövlüyə qovuşması prosesi hələ başa çat-
mayıb; çağdaş Azərbaycan mədəniyyətinin, bədii-estetik fik-
rinin ekletik xarakteri hədəflərimizin dürüst bir şəkildə 
müəyyənləşməsini  əngəlləyir. Biz haradasa 16-cı yüzillikdə 
Latın Amerikasının ispan kolonizatorları  tərəfindən işğal 
olunduğu dönəmlərə oxşar bir zamanda yaşayırıq. Belə olan 
halda biz özümüzü kiminlə, necə identifikasiya etməliyik – 
bu məsələ həyati əhəmiyyət kəsb edir. Bunsuz hansısa yük-
sək materiyalardan söz açmaq bir qədər çətindir... 
Ədəbiyyatların qarşılıqlı  təsirindən bəhrələnən mətnlər 
bədii kommunikasiyanın yeni tipi kimi nəzərdən keçirilə bi-
lər, amma bununçün bu ədəbiyyatların, təxminən, eyni 
“ranq”da olması lazımdır. Əks halda, sadəcə, assimilyasiya-
dan söhbət gedə bilər. Bu barədə sizin fikirlərinizi bilmək 
maraqlı olardı. 
Kamal Abdulla. Bibliyadan gələn çox həyati bir kəlam 
var, deyir: "Öz məmləkətində peyğəmbər ola bilməzsən!" 
Elə bil, məhz sənin təsvir etdiyin situasiya üçün deyilib. 
Amma bu, ilk baxışda belədir. Bu gün sən özünütəsdiqi öz 


 
48
məmləkətindən başlamalısan.  Əgər dünən, sovetlər dönə-
mində kiminsə öz məmləkətində peyğəmbərliyə gəlmək niy-
yəti vardısa, dolanıb-fırlanıb başqa bir yerdən (yaxşı olardı 
ki, Moskvadan...) gəlməli idi. Bu gün isə başqa yerlərə bura-
dan çıxıb getməlisən. Özü də bir şeyə inanmaq lazımdır. 
Şöhrət vacib deyil ki, hökmən bu dünyada gəlib səni haq-
lasın. Dünyalar biz təsəvvür etdiyimizdən də çoxdur. Han-
sındasa sənə gəlib yetişəcək. Əsas məsələ, inanmaq lazımdır 
ki, elə bundadır. Hamı tələsir, hamı hövsələsizdir. Xüsusilə, 
gənclər. Bu düzgün deyil. Bəlkə  də, Bibliyadakı o məşhur 
kəlamı belə  dəyişmək olar: “Öz həyatın sürəcində peyğəm-
bər olmaq mümkün deyil. Başqa bir həyatını yaşayanda – 
ola bilərsən”. Bu daha doğrudur. 
Soruşursan ki, biz özümüzü kiminlə identifikasiya et-
məliyik?! Çox maraqlı və çox mübahisəli bir sualdır. İlk ba-
xışda adama elə gələ bilər ki, bizim dünyadan ala biləcəyi-
mizin müqabilində verə biləcəyimiz xeyli azdır. Nə üçün be-
lə görünür?! Bizim dünya mədəniyyət xəzinəsinə verdik-
lərimiz ancaq bir ölçülü (oxuna bilən, mətnin  ən üst qatı) 
olur. Bütün mümkün nüanslar, perspektivlər, dərindəki Şel-
linq deyən məna sayrışmaları  nəzərdən keçirilmir. Bu cür 
birxətli düzülüş ən azından maraqsızdır, ona görə ki, öz ilkin 
milli maarifçilik cəfakeşliyindən o tərəfə getmir. Biz nüans-
ların, potensiallıqların, görünməyən tərəflərin yazarları ola 
bilmirik. Bizim üçün, dilçilik diliylə desək, yalnız "ya... 
ya..." ölçüsü var. Biz ancaq Aristotelin öyrətdiyi kimi düşü-
nə bilirik: "bu adam ya ölüdür, ya da diridir". Burada isə nü-
ans yoxdur. Nüans ideyası sonralar düşüncəmizə yeridildi, 
özü də zəif şəkildə yeridildi. Bu, "nə... nə..." qarşıdurması və 
"bəlkə" effektidir. Nyutondan, fon Neymandan üzü bu yana 


 
49 
biz bəlkələr,  şübhələr, tərəddüdlər okeanına düşdük. Təx-
minən, bu cür düşünməyin həqiqətə daha uyğun gəldiyinə 
zəif də olsa inanmağa başladıq: yerdə hərəkətsiz uzanıb qal-
mış bir adamı görəndə biz ancaq Aristotel məntiqi ilə kifa-
yətlənmək istəmədik, "bu adam ya ölüdür, ya diri" – demə-
dik. "Bu adam nə ölüdür, nə diri. Bəlkə, o komadadır?!" 
deyə şübhə etdik. 
Xoşbəxtlikdən, belə düşünməyimizin gizli bir mənəvi 
söykənəcəyi də yox deyil. Bu isə yenə  də bizim nəzər-diq-
qətimizdən yan keçib. "Kitabi-Dədə Qorqud"da belə bir təs-
vir və bu təsvirin belə bir adı var. Qəhrəmanlar çox yorul-
duqdan (döyüşdən, ovdan, müxtəlif hadisələrdən...) sonra 
bəzən dərin yuxuya gedərdilər. Dədə Qorqud bu halətin 
yuxusunu "küçücük ölüm" deyə adlandırır. Amma qəhrəman 
ölməyib. Elə bil ki, sağ da deyil. Belə vaxtlarda ona bel bağ-
lamırlar. Bu "küçücük ölüm", əslində, koma deyil də, nədir?! 
Əvəzedilməz ustad Azad Mirzəcanzadənin sözü olmasın, 
"deyə bildim?!" Əslində, bu məqam bizim dərin, üstünü toz 
basmış  təsəvvürümüzdə "nə ölüdür, nə diridir" bayrağı al-
tında  şübhələrə doğru gedən yolun açılmasıdır. Nüansların 
üzündən duvağın götürülməsidir. Belə misallar, yəqin ki, 
təkcə "Dədə Qorqud"da deyil, başqa ədəbi və ədəbi olmayan 
nümunələrimizdə  də gizlənib qalıb. Biz isə  həmişəki kimi 
aysberqin dibinə dala bilmirik, tənbəllik edirik, nədir?! Biz 
dalğıc deyilik. Dərinlərə dalsaq, çox şeylər üzə çıxar. 
Bu yerdə füzulişünaslar səbrsizliklə deməyə  tələsmə-
sinlər ki, onlar o dərin mənaları Füzuli şerindən çıxarırlar. 
Xeyr. Onların mürəkkəb, dərin məna çözümləri Füzulinin 
hələ də üst qatıdır. Əslində, Füzuli, nə qədər qəribə də səs-
lənsə, yalnız üst qatda səninlə təmasını qurur. Füzuli birdən 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə